62
Beləliklə, üçüncü mərhələyə keçərkən daha mürəkkəb
əməliyyat yerinə yetirmir. DavranıĢ aktında vahid prosesdə
birləĢdirmələr hissələrə ayrılır. Göründüyü kimi, intellekt o
zaman yaranır ki, hazırlıq prosesi keçilsin, bu və ya digər
əməliyyat, vərdiĢ birləĢərək həyata keçirilsin.
Ġntellektual davranıĢ cəhd və sınaq üzərində deyil, yeni,
fərqli Ģəraitdə ondan istifadə üzərində qurulur. Məsələn, metal
tor çəkilmiĢ çəpərdən toyuq necə keçir? Bayıra çıxmaq üçün o
kor-koranə Ģəkildə o tərəf bu tərəfə qaçır. Nəhayət, təsadüf
nəticəsində o çıxıĢ yolunu tapır. Ali heyvanlar (quĢlar) isə
özlərini fərqli Ģəkildə aparırlar. Onlar da bir sıra sınaq
hərəkətləri edirlər. Lakin bu sınaqlar kor-koranə deyil,
əməliyyat hərəkətləridir. Qapısı bağlı qəfəsdən çıxmaq üçün
meymun öyrəĢdiyi, əvvəllər istifadə etdiyi lingi fırladır. Bu,
səmərə vermədikdə lingi gəmirməyə baĢlayır. Daha sonra isə o
yeni metod axtarır və çıxmaq üçün düzgün həll üsulunu tapır.
Bu situasiya göstərir ki, meymun vəziyyətdən çıxmaq, onu həll
etmək üçün «düĢünə bilir».
Ġntellektual davranıĢa malik olan heyvanlar üçün ətraf
aləmin inikası necə baĢ verir?
Ġntellektual davranıĢın ilk mərhələsi növbəti, ikinci
mərhələyə hazırlıqdır. Növbəti mərhələ isə heyvanın yalnız
ayrı-ayrı Ģeyləri qavraması yox, həm də onlar arasındakı
münasibəti müəyyənləĢdirməkdir. Heyvanın intellektual dav-
ranıĢının inkiĢafı nəticəsində onda anatomik-fizioloji dəyiĢiklik
baĢ verir. Bu ilk növbədə baĢ beyində gedən dəyiĢikliklərlə
bağlıdır. ĠnkiĢaf daha çox beynin alın nayihəsində müĢahidə
olunur. Meymun beyninin bu sahəsi götürüldükdə o hətta iki
mərhələli əməliyyatı yerinə yetirə bilmir.
Ġntellektual davranıĢ insanabənzər meymunlarda özünün
ən yüksək səviyyəsinə çatır. Onu heyvanların psixi inkiĢafının
son həddi, insan Ģüurunun baĢlanğıc sərhəddi də hesab etmək
olar.
Yuxarıda deyilənlərdən göründüyü kimi ən yüksək intel-
63
lektual davranıĢa malik olan heyvanların da davranıĢı bilavasitə
maddi tələbatların ödənilməsi ilə bağlıdır. Ġnsan fəaliyyəti isə
onlardan keyfiyyətcə tamamilə fərqlidir.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar
1. Psixikanın filogenezdə inkiĢafı ilə bağlı materialist və
idealist yanaĢmanın fərqi nədir?
2. Ġnsan psixikasının inkiĢafında sosial-iqtisadi amillərin
rolu barədə fikirlərinizi Ģərh edin.
3. Tropizm nədir və onun hansı növləri vardır?
4. Ġnstinktiv davranıĢla vərdiĢlərin fərqini göstərin.
5. Ġntellektual davranıĢ nədir?
6. Ġnstinktiv davranıĢla intellektual davranıĢ arasındakı
oxĢar və fərqli cəhətləri izah edin.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə.. Psixologiya. Ali
əktəblər üçün dərslik. Bakı, 2002.
Ümumi psixologiya. A.V.Petrovskinin redaktorluğu lə
ruscadan tərcümə. Bakı: Maarif,
1982.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001,
s.70-87.
Tix N.A. Predistoriə obhestva. Ġzd. LQU, 1970.
ġoven R. Ot pçelı do qorillı. M.: Mir, 1965.
64
ĠKĠNCĠ HĠSSƏ
FƏALĠYYƏT VƏ ÜNSĠYYƏT
3 - c ü F Ə S Ġ L
FƏALĠYYƏT
Q ı s a x ü l a s ə
Fəaliyyət haqqında anlayıĢ. Fəaliyyət insanın dərk olunmuĢ
məqsədi ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığı kimi
Fəaliyyət və Ģüurun dialektik vəhdət təĢkil etməsi.
Fəaliyyət və fəallıq. Tələbatlar fəallığın mənbəi kimi.
Tələbatlar Ġnsanın dərk olunmuĢ ehtiyacıdır. Tələbatların insanın
konkret həyat Ģəraitindən asılılığı. Tələbat və fəaliyyətin motivləri.
Fəaliyyətin quruluĢu. Fəaliyyətin quruluĢu haqqında anlayıĢ.
ĠĢ və hərəkatlar. ĠĢin idarə olunması və ona nəzarət.
Fəaliyyətin mənimsənilməsi. VərdiĢlər və onların mahiyyəti.
VərdiĢlər və mümarisələr. VərdiĢlərin qarĢılıqlı təsiri: keçirilmə və
interferensiya. Dillərin mənimsənilməsində dildaxili və dillərarası in-
terferensiya. Bacarıqlar və adətlər.
Fəaliyyətin əsas növləri: oyun, təlim, əmək. Onların psixoloji
xüsusiyyətləri və psixi inkiĢafda rolu.
II.3.1. Fəaliyyət haqqında anlayıĢ
Ġnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir
göstərir, onu dəyiĢdirməklə özü də dəyiĢir. Ġnsanla təbiət
arasındakı bu cür fəal qarĢılıqlı təsir prosesi fəaliyyət
adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxıĢ edir, obyektə
məqsədəyönəlmiĢ
Ģəkildə
təsir
göstərməklə
özünün
tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmiĢə
insanın Ģüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim
olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji