Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə24/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   20   21   22   23   24   25   26   27   ...   197

 

 

 



71 

 

baĢlayır,  baĢqa  sözlə  həmin  iĢin  icrası  bir  növ    avtomatlaĢır. 



Şüurlu  təkrarlar  nəticəsində  insanda  fəaliyyətin  icra  və 

tənzim  olunmasının  bu  cür  qismən  avtomatlaşmış  ünsürləri 

vərdiş  adlanır.  Fəaliyyətin  mənimsənilməsi,  vərdiĢlərin 

yaranması zamanı yerinə yetirilən iĢ və hərəkətlər Ģüurlu iĢ və 

hərəkətlər  olaraq  qalır,  yalnız  onların  icra  tərzləri 

avtomatlaĢmıĢ olur. 

AparılmıĢ tədqiqatlar göstərmiĢdir ki, vərdiĢin yaranması 

nəticəsində  hərəkətlərin  getdikcə  avtomatlaĢması  həmin 

hərəkətlərin daxil olduğu iĢin Ģüurlu tənzim olunmasının daha 

çox geniĢlənməsinə səbəb ola bilir. 

VərdiĢlər  yaranarkən  qismən  avtomatlaĢmadan  asılı  ola-

raq, iĢin strukturunda bir sıra dəyiĢikliklər özünü göstərir. Bun-

lara aĢağıdakıları aid etmək olar:     

1.VərdiĢ  yaranarkən  birinci  növbədə  hərəkətlərin  icra 

üsulları  dəyiĢir.  Hələ  vərdiĢ  yaranmamıĢdan  qabaq  ayrı-

ayrılıqda icra etdiyimiz bir sıra hərəkətlər vahid, mürəkkəb bir 

hərəkətdə birləĢir. Biz həmin hərəkətləri ardıcıl olaraq fasiləsiz 

Ģəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir mu-

siqi  parçasını  çalmağı ilk  dəfə öyrənən  adam  əvvəlcə müvafiq 

notları ayrı-ayrılıqda icra edir. VərdiĢ yarandıqdan sonra həmin 

musiqi parçasını rəvan və sürətlə ifa edir. 

2.  VərdiĢ  yaranarkən  artıq,  lazımsız  hərəkətlər  aradan 

çıxır.  Məsələn,  xarici  dili  yenicə  öyrənməyə  baĢlayan  adam 

danıĢarkən tez-tez dayanır, fikirləĢir, artıq sözlər iĢlədir, ana di-

linin  strukturundan  uzaqlaĢa  bilmir.  Lakin  vərdiĢ  yarandıqdan 

sonra bu kimi artıq hərəkətlərə yol verilmir. 

3.  ĠĢ  üzərində  sensor  nəzarət  üsulları  dəyiĢir,  görmə 

nəzarəti  hərəki  nəzarətlə  əvəz  olunur.  Məsələn,  kompyüterdə 

iĢləməyə təzəcə baĢlayan adam daima gözü ilə əlini nə - 

yin  üzərinə  aparacağını,  nəyə  toxunacağını  izləyir.  Lakin  bu 

sahədə vərdiĢə yiyələnmiĢ təcrübəli adam nəyi edəcəyini gözü 

ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yönəlir. Musiqi 

vərdiĢlərinə,  müəyyən  cihazlarda,  maĢınlarda  iĢləmək 



 

 

 



72 

 

vərdiĢlərinə yiyələnmiĢ adamlarda da görmə nəzarətinin hərəki 



nəzarətlə əvəz olunması özünü aydın Ģəkildə göstərir. 

4.  VərdiĢ  yarandıqda  iĢin  mərkəzi  tənzimetmə  üsulları 

dəyiĢilir.  Nəticədə  insanın  diqqəti  iĢ  üsullarını  qavramaqdan 

azad olur və ən çox Ģəraitin və iĢin nəticəsinin üzərinə keçirilir. 

Məsələn, enməyə baĢlayan təyyarəçi təyyarəni mövcud Ģəraitdə 

yerə  oturtmaq  tipindən  irəli  gələn  bütün  standart  priyomlar 

seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan 

sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaĢdırma aparmır. 

Bu  zaman  o,  yalnız  təyyarəni  hansı  üsulla  yerə  endirməyi 

planlaĢdırır.  İstifadə  edilməli  olan    bütöv    priyomlar 



silsiləsinin  və  ya  seriyasının  şüur  tərəfindən  qabaqcadan  bu 

cür xəbər verilməsi psixologiyada antisipasisiya adlanır

VərdiĢlər  və  mümarisələr.  Yuxarıda  qeyd  edilənlərdən 

göründüyü  kimi,  fəaliyyətin  mənimsənilməsi  bacarıq  və 

vərdiĢlərlə  nəticələnir.  Bunun  üçün  biz  fəaliyyət  zamanı  icra 

etdiyimiz  iĢ  və  hərəkətləri  (o  cümlədən  təlim  materiallarını) 

təkrar  etməli  oluruq.  Lakin  hər  cür  təkrar  fəaliyyətin 

mənimsənilməsinin  səmərəliliyini  təmin  edə  bilməz.  Bunun 

üçün  həmin  təkrarlar  mümarisə  səviyyəsinə  yüksəlməlidir. 

Mümarisə  şüurlu,  məqsədəyönəlmiş  təkrar  olub  yerinə 

yetiriləcək  işin,  fəaliyyətin  təkmilləşdirilməsinə,  müvafiq 

bacarıq  və  vərdişlərin  yaranmasına,  başqa  sözlə  iş  və 

fəaliyyətin mənimsənilməsinə gətirib çıxarır. 

Fəaliyyətin  mənimsənilməsi,  vərdiĢlərin  yaranmasının 

səmərəliliyi üçün mümarisələrə bir sıra tələblər  verilir. Onlar-

dan  bəzilərini  nəzərdən  keçirək.  Bunun  üçün    təlim 

fəaliyyətinin  mənimsənilməsi  ilə  bağlı  mümarisələrə  diqqət 

yetirək. 

Məktəb  təcrübəsi  və  aparılmıĢ  tədqiqatlar  göstərir  ki, 

təlim  mümarisələri  düzgün  təĢkil  edildikdə  Ģagirdlərin  yol 

verdikləri və yol verə biləcəkləri səhvlərin qarĢısını almağa və 

düzgün bacarıq və vərdiĢlərə yiyələnmələrinə səbəb olur. 




 

 

 



73 

 

Təlim mümarisələrinin məhsuldarlığı, səmərəliliyi birinci 



növbədə  həmin  mümarisələrin  icrası  zamanı    Ģagirdlərin 

qarĢısında duran fikri məqsəddən asılıdır. ġagirdlərin Ģüurluluq 

və  fəallığını  təmin  etmək  üçün  yerinə  yetirilən  mümarisələrin 

məqsədi  onlara  aydın  olmalıdır.  Mümarisənin  məqsədi  aydın 

olduqda və Ģagirdlər həmin mümarisələri nə üçün və necə icra 

edəcəklərini  anladıqda,  daha  dogrusu,  icra  ediləcək  iĢlə 

əlaqədar  onların  qarĢısında  konkret  fikri  məqsəd  qoyulduqda 

daha  çox  fəal  olur,  icra  edəcəkləri  iĢin  mahiyyətini  anlayır, 

müvafiq bacarıq və vərdiĢlərə yiyələnmək iĢi asanlaĢır. 

Mümarisənin  nəticəsi  onun  müxtəlifliyindən  də  asılıdır. 

Məktəb  təcrübəsi  göstərir  ki,  ayrı-ayrı  dərslərdə  (istər  dil, 

istərsə  də  riyaziyyat  dərslərində)  çox  vaxt  müəllimlər 

Ģagirdlərə  həmiĢə  eyni  tipli  çalıĢma  və  mümarisələri    icra 

etməyi  tapĢırırlar.  Bu  cür  çalıĢma  və  mümarisələr  onların 

tezliklə yorulmalarına, diqqətlərinin kütləĢməsinə səbəb olur. 

Tətbiq  olunan  mümarisələrin  miqdarı  da  bacarıq  və 

vərdiĢlərin formalaĢmasında mühüm rol oynayır. Adətən, tətbiq 

olunan 


mümarisələrin 

miqdarı 


öyrənilən 

materialın 

xarakterindən və Ģagirdlərin idrak imkanlarından asılı olur. Ona 

görə də lazımi bacarıq və vərdiĢlərin yaranması üçün bir halda 

az, baĢqa halda isə çox mümarisədən istifadə etmək lazım gəlir. 

AparılmıĢ  psixoloji  tədqiqatlardan  aydın  olmuĢdur  ki, 

vərdiĢin yaranmasının mühüm Ģərtlərindən biri yerinə yetirilən 

işin nəticəsini bilmək və öz səhvini anlamaqdan ibarətdir. Bu 

tələbi  birbaĢa  tətbiq  olunan  mümarisələrə  də  aid  etmək  olar. 

Təcrübə göstərir ki, Ģagird icra etdiyi mümarisənin nəticəsi ilə 

tanıĢ  olmadıqda,  bu  zaman  nə  kimi  səhvə  yol  verdiyini 

anlamadıqda  mümarisə  də  öz  əhəmiyyətini  itirir,  düzgün 

bacarıq  və  vərdiĢlərin  yaranmasını  təmin  etmir.  Öz  iĢinin 

nəticəsi  ilə  tanıĢ  olmayan,  səhv  edib-etmədiyini,  əgər  səhv 

etmiĢsə, bunun nədən ibarət olduğunu anlamayan Ģagird (eləcə 

də  digər  fəaliyyət  sahəsinə  yiyələnən  adam)  bəzən  dəfələrlə 

eyni  səhvi  təkrar  edir,  nəticədə  səhv  vərdiĢlərə  yiyələnir. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə