Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə26/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   22   23   24   25   26   27   28   29   ...   197

 

 

 



77 

 

avtomatlaĢmıĢ və möhkəm olur. Əksinə əldə edilmiĢ vərdiĢdən 



uzun məddət fəaliyyətdə istifadə olunmadıqda, bu cür vərdiĢlər 

get-gedə sönür, tənəzzülə uğrayır. 

Nəhayət, vərdiĢlərin yaranmasının bir qanunauyğunlugu 

da onların qarĢılıqlı təsirində özünü göstərir.  



VərdiĢlərin 

qarĢılıqlı 

təsiri: 

keçirilmə 

və 

interferensiya.  Hər  bir  fəaliyyət  prosesində  insan  müxtəlif 

vərdiĢlərə  yiyələnir  və  həmin  vərdiĢlər  onun  fəaliyyətinin 

səmərəliliyini  təmin  edir.  Ġnsanların  yiyələndikləri  bu 

vərdiĢlərin hamısı birdən-birə, eyni vaxtda yaranıb, eyni vaxtda 

da baĢa çatmır. Ġnsan ardıcıl olaraq bütün həyatı boyu müxtəlif 

vərdiĢlərə  yiyələnməli  olur.  Hər  bir  vərdiĢ  isə  insanın  artıq 

malik oldugu vərdiĢlər sistemində fəaliyyət göstərir və təĢəkkül 

tapır. Təcrübə göstərir ki, bu vərdiĢlərdən bəziləri yeni vərdiĢin 

yaranmasına  və  fəaliyyət  göstərməsinə  kömək  edir.  Həmin 

vərdiĢin  təsiri  altında  fəaliyyətin  digər  cəhətlərinin  icrası 

asanlaĢır.  Bu  prosesdə  yeni  vərdiĢlərin  yaranmasına  keçmiĢ 

vərdiĢin mexanizmi bir növ köməkçi rol oynayır. Bu hal eyni 

tipli  və  müxtəlif  vərdiĢlərin  yaranması  zamanı  özünü  göstərə 

bilir. 


Lakin  əvvəl  yaranmıĢ  vərdiĢlər  heç  də  həmiĢə  yeni 

vərdiĢin  yaranmasını  asanlaĢdırmır.  Əvvəl  yaranmıĢ  vərdiĢlər 

bəzən  yeni  vərdiĢin  yaranmasıını  çətinləĢdirir,  onun 

formalaĢmasını  ləngidir.  Əvvəl  yaranmıĢ  vərdiĢlərin  yeni 

vərdiĢlərin  yaranmasına  bu  gür  müsbət  və  mənfi  təsiri 

psixologiyada vərdişlərin qarşılıqlı təsiri adlanır. 

Qeyd  edilənlərdən  göründüyü  kimi,  vərdiĢlərin  qarĢılıqlı 

təsirində iki hal özünü göstərir. Əvvəl yaranmıĢ vərdiĢlər yeni 

vərdiĢlərin 

yaranmasına  müsbət  təsir 

göstərir,  onu 

asanlaĢdırırsa  bu  hal  müasir  psixologiyada  vərdişlərin 



keçirilməsi  adlanır.  Əksinə,  əvvəl  yaranmıĢ  vərdiĢlərin  yeni 

vərdiĢlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi 

isə interferensiya adlanır. 



 

 

 



78 

 

 Psixoloji  ədəbiyyatda  keçirilməyə  aĢağıdakı  kimi  tərif 



vermiĢlər. Bir iĢin yerinə yetirilməsi və ya öyrənilməsi zamanı 

onun  ardınca  gələn  iĢlərdə  müvəffəq  nəticələr  əldə  olunursa, 

buna məsbət keçirilmə və  ya proaktiv  yüngülləĢmə deyilir. Bu 

yüngülləĢmə anlayıĢı hər hansı bir konkret prosesi deyil, ancaq 

fəaliyyətin  effektivliyinin  yüksəldilməsini  nəzərdə  tutur. 

Fəaliyyətin effektivliyi ya düzgün cavabların çoxalmasında, ya 

səhvlərin  azalmasında,  ya  da  cavabların  sürətlə  artmasında  və 

ya  fəaliyyətin  təkmilləĢməsinin  digər  göstəricilərində  ifadə 

olunur.

1

 



Yuxarıda qeyd etdiyimiz kimi, yeninin keçmiĢ təcrübəyə 

uyğun Ģəkildə qavranılması  « vərdiĢlərin keçirilməsi» hadisəsi 

adı altında qəbul edilmiĢdir. Psixoloji ədəbiyyatda göstərildiyi 

kimi iĢin formalaĢdığı Ģəraitdən ayrılması və onun yeni Ģəraitə, 

yeni  obyektlərin  üzərinə  keçirilməsi  uzaq  nəticələr  verən 

mühüm hadisə kimi özünü göstərir. 

Bir çox hallarda iĢin  bu cür keçirilməsi yeni tip məsələni 

səhvsiz  və  sınaqsız,  müvəffəqiyyətlə  həll  etməyə  imkan 

yaradır. Cisim və hadisələrin mühüm əlamətlərə görə oxĢarlıgı 

burada mühüm əhəmiyyət kəsb edir. 

Pedaqoji  psixologiyada  keçioilmə  problemi  mərkəzi 

problemlərdən  birini  təĢkil  edir.  MənimsənilmiĢ  iĢlərin  yeni 

məsələlərin  üzərinə  düzgün  və  məvəffəqiyyətlə  keçirilməsinə 

nail olmaq yeni fəaliyyət növünü sürətlə və minimum səhvlərlə 

mənimsəmək  deməkdir.  Ġnsanda  mənimsənilmiĢ  iĢlərin 

keçirilməsi  halları  nə  qədər  geniĢ  olarsa  o,  bir  o  qədər  çox 

öyrənir,  onun  öyrənilməsinin  nəticəsi  bir  o  qədər  məhsuldar 

olur; insan fəaliyyəti üçün onlar bir o qədər səmərəli olur. 

Məsələn,  bir  musiqi  alətində  çalmaq  vərdiĢlərinə 

yiyələnən  adam  digər  musiqi  alətində  çalmağı  asanlıqla 

öyrənir.  Eyni  fikri  dillərin  mənimsənilməsinə  də  aid  etmək 

                                                 

1

 Фресс П., Пиаже Ж. Экспериментальная психология. Вып. 4, -  М. 



1973, с.140 


 

 

 



79 

 

olar. 



Bu  nöqteyi  nəzərdən    dillərin  qarĢılıqlı  təsirində 

keçirilmə  hadisəsinin  yerini  və  xüsusiyyətlərini  aĢkara 

çıxarmaq mühüm praktik əhəmiyyət daĢıyır. 

Psixoloji  tədqiqatlardan  məlum  olduğu  kimi,  ana  dili 

həmiĢə ikinci dil faktlarını mənimsəmək üçün əsas, ikinci dildə 

hadisələrin  mahiyyətini  anlamaq  üçün  özünəməxsus  açar 

rolunu olnayır. Üçüncü və sonrakı dillərin mənimsənilməsində  

də  eyni  qanunauygunluq  özünü  göstərir.  Bu  zaman  əvvəl 

mənimsənilmiĢ  dillər  sırasının  mənimsənilməsində  də  müsbət 

təsirini göstərir. 

Məhz 

buna 


görə  də,  həmin  sahədə  aparılmıĢ 

tədqiqatlardan  göründüyü  kimi  ikinci  və  sonrakı  dillər  əvvəl 

mənimsənilmiĢ  dillərin  sistemi  bazasında,  baĢqa  sözlə  həmin 

dillər  üzrə  bilik,  bacarıq  və  vərdiĢlərin  aydın  və  ya  gizli 

fonunda  mənimsənilir.  Öyrənilən  dillə  əvvəl  mənimsənilmiĢ 

dillər  bir-biri  ilə  sıx  kontaktda  olur  və  bu  zaman  müsbət 

keçirilmə  hadisəsi,  yaxud  dilçilərin  qeyd  etdiyi  kimi,  əvvəl 

mənimsənilmiĢ  dillər  (o  cümlədən  ana  dili)  üzrə  bacarıq  və 

vərdiĢlərin öyrənilən sonrakı dildə oxĢar hallarda transpozisiya 

hadisəsi baĢ verir. 

Bacarıq və vərdiĢlərin keçirilməsi hadisəsi « bacarıqların 

keçirilməsinin,  daha  doğrusu,  koordinasiyanın  keçirilməsinin 

ümumi 

qanunauygunluqlarına 



əsaslanır. 

Bu 


zaman 

korreksiyanın  dərk  olunması  və  avtomatlaĢması  bacarıqda 

düzəliĢlər  aparılması,  bacarıgı  yenidən  yaratmaga  nisbətən 

sərfəlidir. 

Məhz  buna  görə  də  ikinci  dilin  öyrənilməsi  zamanı 

keçirilmənin bu xüsusiyyəti nəzərə alınır. Əks halda keçirilmə 

yanlıĢ  xarakter  daĢıyır,  dilin  mənimsənilməsi  qüsurlu  olur. 

Psixoloqların  apardıqları  müĢahidələr  göstərmiĢdir  ki,  dili 

öyrənənlər keçirilməni düzgün prinsiplər üzrə aparmadıqda  ya 

səhv  ümumiləĢdirməyə,  ya  da  interferensiya  hadisəsinə  rast 

gəlirlər. Bu isə mənimsəmənin səmərəliliyini aĢağı salır.  



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə