Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə29/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   25   26   27   28   29   30   31   32   ...   197

 

 

 



86 

 

(iĢ)  reproduksiya  etməyə  ustanovka  mövcud  olduqda.  Hər  iki 



hal  ayrı-ayrı  orfoqrafik  qaydaların  mənimsənilməsi  zamanı  bu 

və  ya  digər  Ģəkildə  özünü  göstərir.  Məhz  buna  görə  Ģagirdlər 

yazıda səhvə yol verirlər. Lakin bu hal təkcə vərdiĢin qarĢılıqlı 

təsiri  kimi  deyil,  hafizənin  qanunauyğunluğu  kimi  də  özünü 

göstərir.  Çox  vaxt  Ģagirdlərin  indi  keçdikləri  qayda  əvvəl 

keçdiklərinə  və  əksinə,  əvvəl  keçdikləri  qayda  hal-hazırda 

keçdiklərinə  ləngidici  təsir  göstərir.  Adətən,  bu  hal  ən  çox 

mənimsəmənin  ilk  mərhələsində  özünü  göstərir.  Bu  cür  hal 

psixologiyada      retroaktiv  və  proaktiv  ləngimə  kimi  qeyd 

olunur.  Bəzən  belə  hal  müəllimləri  təəccübləndirir.  ġagird 

öyrəndiyi  qaydanı  çox  gözəl  izah  edir,  qaydanı  yazıya  tətbiq 

etməyi də bacarır. Lakin bundan sonra yeni bir qayda keçərkən 

buna  aid  yenicə  yaranan  müvəqqəti  əlaqələrin  təsiri  altında 

əvvəlkinə  aid  səhvlərə  yol  verməyə  baĢlayır.  Bu  cür  halda 

retroaktiv ləngimə özünü göstərir. 

 AparılmıĢ  psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  dillərin 

mənimsənilməsi  zamanı  təkcə  bir  dilin  daxilində  deyil 

(dildaxili  interferensiya)  dillərin  qarĢılıqlı  təsiri  nəticəsində 

onların  arasında  da  interferensiya  hadisəsi  baĢ  verə  bilir  ki, 

buna dillərarası interferensiya adlandırırlar. 

Dillərarası interferensiya hadisəsi bütün dil aspektlərində 

özünü  göstərməklə  fonetik,  leksik  və  qrammatik  xarakter 

daĢıyır.  Dillərarası  interferensiyanın  nəzəri  cəlb  edən 

formalarından  biri  fonetik  interferensiyadır.  Bu  cür 

interferensiya  baĢ  verdikdə  sonrakı  dilin  tələffüzündə  əvvəl 

mənimsənilmiĢ dilin təsirindən irəli gələn uyğunsuzluqlar, qü-

surlar özünü göstərir.  

Məlum  olduğu  kimi,  dillərarası  fonetik  interferensiya 

kontaktda 

olan 


dillərin  səs  və  intonasiya  fərqinin 

gözlənilməməsi  nəticəsində  baĢ  verir.  Belə  ki,  çoxdillilik 

ünsiyyət  Ģəraitində  interferensiyaya  ən  çox  nitq  səsləri  məruz 

qalır. Lakin ana dili ilə öyrənilən ikinci dilin prosedik sistemini 

tutuĢdurduqda  məlum  olur  ki,  ana  dilinin  prosedik 



 

 

 



87 

 

xüsusiyyətləri  xarici  dillərin  tələffüz  normalarına  ciddi  təsir 



göstərir  və  nəticədə  bir  sıra  interferensiya  tipli  səhvlər  ortaya 

çıxır.  Azərbaycan  dilinin  prosedik  xüsusiyyətlərindən  irəli 

gələn  interferensiya  tipli  səhvləri  əsasən  aĢağıdakı  Ģəkildə 

qruplaĢdırmaq olar: 

1.

 

söz  vurğusunun  təbiətindən,  lokallığından  və 



dərəcəsindən irəli gələn səhvlər:  

a) söz daxilində vurğusuz mövqedə saitlərin kompressiya 

dərəcəsinin azalması; 

b)  barabərsəviyyəli  və  ikinci  dərəcəli  vurğunun 

zəifləməsi, yaxud tamamilə düĢməsi; 

v)  sözlərin  sonunun  nisbətən  qüvvətli  tələffüz  edilməsi 

meyli. 

2.

 



Cümlə vurğusunun  təbiətindən və distribusiyasından 

irəli gələn səhvlər: 

a)  köməkçi  nitq  hissələrində  saitlərin  kompressiya 

dərəcəsinin azalması qüvvətli tələffüz edilməsı;  

b) ritmik qrupların sonunda əvvəlkinə nisbətən tələffüzün 

dəyiĢməsi; 

v)  Azərbaycan  dilinə  məxsus  zəif  aksentuasiyaya  uygun 

nitqin ucalığının azalması; 

q)  xarici  nitqə  məxsus  aydın,  dəqiq,  vurğulu-vurğusuz 

ritm tipi, ahəstə uzadılmıĢ heca ritm tipi ilə əvəz edilməsi. 

3.

 

Azərbaycan  dilinin  zəif  aksentuasiyası  nitqin  tipinə, 



nüvə tonları, Ģkalaların tonal səviyyəsinə və istiqamətinə ciddi 

təsir edir və s. 

Çoxdillilik 

Ģəraitində 

təmasda 

olan 


dillərin 

mənimsənilməsində 

fonetik 

interferensiya 

ilə 

yanaĢı 


qrammatik  interferensiya  da  özünü  göstərir.  Fonetik 

interferensiyada  olduğu  kimi,  burada  da  əvvəl  mənimsənilmiĢ 

dil,  onun  qrammatik  quruluĢu  barədə  yaranmıĢ  vərdiĢlər 

sonrakı  dilin  qrammatikasını  mənimsəməyə  mənfi  təsir 

göstərir.  Belə  ki,  əvvəlki  dilin  sonrakı  dilə  xas  olmayan 

cəhətlərinin burada əks olunması baĢ verir.  




 

 

 



88 

 

Qrammatik  interferensiya  özünü  o  zaman  daha  qabarıq 



Ģəkildə  göstərir  ki,  öyrənilən  dildə  ifadə  edilməli  olan 

qrammatik  məna  ana  dilində  olmasın  və  yaxud  baĢqa  Ģəkildə 

ifadə edilmiĢ olsun.  

Qrammatik interferensiya ən çox ikinci və sonrakı dilləri 

öyrənənlərin  cümlələri  ana  dili  normalarına  uyğun  qurmağa 

cəhd  göstərdikləri  zaman  təzahür  edir.  Bu  zaman  iki  dil 

sisteminin  qarĢılıqlı  təsiri  ilə bağlı  tipik səhvlər  meydana  gəlir 

(köməkçi fellərin buraxılması, ön Ģəkilçilərin buraxılması və ya 

əvəz olunması, cümlədə sözlərin sırasını pozmaq və s.) 

Dillərin  qarĢılıqlı  təsirində  daha  qabarıq  Ģəkildə  leksik 



interferensiya özünü göstərir. 

Faktlardan aydın olur ki, dilin leksik səviyyəsində özünü 

göstərən  dillərarası  interferensiya  ikinci  dili  öyrənən  adamın 

Ģüurunda  iki  dilin  uyğun  gəlməyən  leksik  mənalarını 

eyniləĢdirmək nəticəsində baĢ verə bilir. Ona görə də artıq belə 

bir fakt mübahisə doğurmur ki, ikinci dilin öyrənilməsi zamanı 

ana  dilinin  leksik-semantik,  qrammatik  sistemi  ciddi  Ģəkildə 

nəzərə alınmalıdır. 

Mənanın  eyniləĢdirilməsindən  irəli  gələn  interferensiya 

hadisəsinin  xüsusiyyətlərini  aĢkara  çıxarmaq  bir  çox 

tədqiqatçıların  diqqətini  cəlb  etmiĢdir.  Bunlardan  psixoloji 

aspektdə  aparılan  iĢə  N.V.Ġmedadzenin  tədqiqatını  aid  etmək 

olar.  

N.V.Ġmedadze  orta  məktəbin  yuxarı  sinif  Ģagirdləri 



üzərində  apardığı  tədqiqat  iĢlərinin  birində  məhz  «mənanı 

eyniləĢdirmənin»  leksik  interferensiya  üçün  əsas  olduğunu 

aydınlaĢdırmıĢdır. 

N.V.Ġmedadze  «mənanı  eyniləĢdirmənin»  iki  formada 

getdiyini aĢkara çıxarmıĢdır. 

Birinci  halda  ana  dilindəki  çoxmənalı  sözlərin  təsir 

altında ikinci dildə səhvlər meydana gəlir. ġagirdlərə belə gəlir 

ki,  əgər  ana  dilində  eyni  sözlə  müxtəlif  mənaları  ifadə  etmək 

mümkündürsə , deməli öyrənilən dildə də həmin yolla getmək 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə