Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə3/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   2   3   4   5   6   7   8   9   ...   197

 

 

 



 

ləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baĢ verən hər 



hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir 

ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir.  

Ġnsanın  həyat  və  fəaliyyətində  iradi  proseslərin  də  rolu 

az deyildir. Ġradi proses özünü insanın qərar qəbulu, çətinlikləri 

aradan  qaldırmaq,  öz  davranıĢını  idarə  etmə  Ģəraitində  aydın 

Ģəkildə göstərir. 



Psixi  hallara  gəldikdə  onlar  bütövlükdə  insanın  psixi 

vəziyyətini  xarakterizə  edirlər.  Onlar  da  psixi  proseslər  kimi 

özlərinin  dinamikliyinə,  istiqamətinə,  nisbi  davamlılığına, 

intensivliyinə  görə  fərqlənirlər.  Bununla  yanaĢı  olaraq  psixi 

hallar  psixi  proseslərin  gediĢinə  və  nəticələrinə  təsir  göstərə, 

fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliĢ, 

məyusluq,  qorxu,  ümidsizlik,  ruhdan  düĢmə,  gümrahlıq  və  s. 

aid etmək olar. 

Psixi  hadisələrin  üçüncü  qrupuna  şəxsiyyətin  psixi 

xassələrini  aid  edirlər.  ġəxsiyyətin  psixi  xassələri  özlərinin 

yüksək davamlılığı və sabitliyi  ilə fərqlənirlər. Psixi xassələrə 



şəxsiyyətin 

istiqamətini, 

temperament, 

xarakter 

və 

qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmiĢlər ki, 

bu  xassələrin  inkiĢaf  səviyyəsi,  eləcə  də  psixi  proseslərin 

inkiĢaf  səviyyəsi  və  psixi  halların  üstünlüyü  insanın 

təkrarolunmazlığını, fərdiyyətini təmin edir. 

Bütün  qeyd  olunanları  nəzərə  alaraq  psixologiyaya  bir 

elm  kimi  belə  tərif  vermək  olar:  Psixologiya  obyektiv 



gerçəkliyin beyində əks  olunmasından ibarət psixi hadisələr

onların yaranma və inkişaf qanunları haqqında elmdir.    

 

I. 1.2.   Psixologiyanın elmlər sistemində  



yeri və sahələri

 

 

Müasir  elmlər  sistemi  və  psixologiya.  Müasir  dövrdə 

psixologiya  insan  haqqında  ən  mühüm  elmlərdən  biri  kimi 

diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və 




 

 

 



 

fəaliyyətinin elə bir sahəsi  yoxdur ki,   psixologiya elmi oraya  



nüfuz  etməsin.  Mübaliğəsiz  demək  olar  ki,  hazırki  dövrdə 

bütün  dünyada  hər  cür  fəaliyyətin  və  insan  munasibətlərinin 

səmərəliliyini  psixoloji  biliklərin  tətbiqində  görürlər.  Lakin 

nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya 

baĢqa elmlərdən təcrid olunmuĢ Ģəkildə deyil, onlarla vəhdətdə 

mövcuddur  və  fəaliyyət  göstərir.  Bəs  elmlər  sistemində  psix-

ologiya  elmi  hansı  yeri  tutur,  onun  baĢqa  elmlərlə  qarĢılıqlı 

əlaqəsi nədən ibarətdir? 

Elmlər  sisteminin  təsnifatını  verən  B.M.Kedrov  bu 

sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmiĢdir. Onun 

«elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə 

psixologiya  bir  tərəfdən  fəlsəfə  elmləri,  digər  tərəfdən    təbiət 

elmləri,  üçüncü  tərəfdən  humanitar  elmlər  içərisində  aralıq 

mövqe tutur (bax Ģəkil 2). 

 

 

 



 

 

 

ġəkil 2. Psixologiyanın elmlər sistemində yeri. 

Фялсяфя


Тябият

Щуманитар

Психолоэийа



 

 

 



10 

 

Psixologiya bu elmlərin məlumatlarını özündə birləĢdirir 



və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin 

modelinə çevrilir. Psixologiyanın baĢqa elmlərlə əlaqəsinə qısa 

nəzər yetirək. 

Ġnsan  psixikası  və  davranıĢını  onun təbii  və  sosial  möv-

cudluğu  haqqında  biliklər  olmadan  baĢa  düĢmək  mümkün 

deyildir.  Ona  görə  də  psixologiyanın  öyrənilməsi    insan 

biologiyası,  onun  ali  sinir  sisteminin  quruluĢu  və  fəaliyyəti 

haqqında  biliklərə  yiyələnməyi  tələb  edir.  Psixi  hadisələr  və 

mərkəzi  sinir  sisteminin  fəaliyyəti  arasındakı  əlaqə  haqqında 

biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini 

tapmıĢdır.  Təsadüfü  deyildir  ki,  psixologiyanın  təbii  elmi 

əsaslarından  danıĢarkən  məhz  ali  sinir  fəaliyyətinin 

qanunularına istinad edilir. 

Psixologiya  cəmiyyətin  tarixi  və  mədəniyyəti  ilə  sıx 

bağlıdır.  Belə  ki,  insanda  ali  psixi  funksiyaların  inkiĢafında 

sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və iĢarə 

sistemi  həlledici rol oynamıĢdır. 

Ġnsan  psixikasının  dərindən  öyrənilməsinə,  onun  baĢa 

düĢülməsinə  sosiologiyanın  əsasları  haqqında  biliklər  də  im-

kan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkiĢafı bir da-

ha  təsdiq  edir.  Müasir  dövrdə  sosial  psixologiya  insan 

münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-

bələdləĢmə  davranıĢının  psixi  xassələrə  necə  yiyələnməsini 

aydınlaĢdırmağa  imkan verir.  

Psixologiya  fəlsəfə  elmi  ilə  ciddi  qohumluq  əlaqəsinə 

malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya 

müstəqil  bir  elm  kimi  fəaliyyət  göstərənə  kimi  fəlsəfənin 

daxilində  formalaĢmağa  baĢlamıĢdır.  ġübhəsiz  Ģəxsiyyətin 

psixoloji  «ölçülərini»  insan,  onun  spesifik  həyat  Ģəraiti, 

gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə is-

tinad  etmədən  müəyyənləĢdirmək  və  öyrənmək  mümkün 

olmazdı. 

ġüur,  təfəkkür  və  digər  psixi  hadisələr  insanlara 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə