Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə33/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   29   30   31   32   33   34   35   36   ...   197

 

 

 



99 

 

etmiĢlər. 



Ünsiyyət  prosesində  insanlar  nəinki  mühit  haqqında 

məlumat  əldə  edir,  eyni  zamanda  müxtəlif  adət  və  vərdiĢlərə 

yiyələnir  ki,  bunlar  da  real  varlığın  dərk  edilməsinə  xüsusi 

istiqamət  verir.  Deməli,  ünsiyyət,  hər  Ģeydən  əvvəl,  obyektiv 

varlığın dərk edilməsini təmin edən əsas Ģərtdir. 

Həyati  faktlar  göstərir  ki,  ünsiyyət  eyni  zamanda  psixi 

proseslərin  təzahüründə  özünəməxsus  tərzdə  iĢtirak  edir. 

Ünsiyyət  psixi  proseslərin  dinamikasına,  təzahürünə  təsir 

göstərir və onları daha da mütəhərrik edir. 

Ünsiyyət  eyni  zamanda  Ģəxsiyyətin  formalaĢmasına  da 

müəyyən  tərzdə  istiqamət  verir.  Demək  olar  ki,  Ģəxsiyyətin 

təĢəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur. 

Ümumi  psixologiya  baxımından  ünsiyyət  probleminin 

maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü 

dərk  etməsi,  öz  məninə  nəzər  salması,  özünü  baĢqaları  ilə 

müqayisə  edərək  qiymətləndirməsi  belə  ünsiyyət  prosesinin 

məhlulu  kimi  qəbul  edilə  bilir.  Ġnsan  yalnız  baĢqaları  ilə 

ünsiyyət prosesində onları dərk edir.   

Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, 

cəhəti qeyd olunur: 

1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiy-

yətin kommunikativ tərəfi; 

2)  ünsiyyət  qarĢılıqlı  təsir  prosesi  kimi  və  ya  ünsiyyətin 

interaktiv tərəfi; 

3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi 

və yaxud ünsiyyətin perseptiv tərəfi. 

Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri 

mövcuddur (R.S.Nemov). 



Ünsiyyətin  məzmunu  dedikdə  fərdi  təmas  zamanı  bir  in-

sandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz 

məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif xarak-

ter daĢıya və fərqlənə bilir. 

Ünsiyyətin məzmununu, hər Ģeydən əvvəl, insanın daxili 



 

 

 



100 

 

motivasiya  və  emosianal  vəziyyəti  haqqında  məlumat  təĢkil 



edə  bilər.  Bu  zaman  insanlar  bir-birinə  mövcud  tələbatları, 

emosional  vəziyyətləri  (razılıq,  narazılıq,  sevinc,  kədər,  qəm, 

əzab  və  s.)  haqqında  məlumatları  çatdırır  ki,  bu  cür  informa-

siyalar  bir  adamdan  baĢqalarına  ötürülməklə  Ģəxsiyyətlərarası 

tənzim rolunu oynaya bilər. 

Ünsiyyətin  məzmunu  ətraf  mühit,  orada  baĢ  verən 

hadisələr  haqqında  məlumatlardan  da  ibarət  ola  bilər.  Bu  za-

man  ünsiyyətdə  olan  insanlar  bir-birlərinə  mövcud  təhlükə, 

həyati  əhəmiyyətə  malik  olan  amillər  haqqında  məlumat  verə 

bilərlər.  Ünsiyyətin  məqsədinə  gəldikdə,  insanda  müvafiq 

fəallığın  nə  üçün,  nəyin  xatirinə  həyata  keçirilməsindən 

ibarətdir.  Bu  baxımdan  insanların  ünsiyyətə  girməsinin 

məqsədi  geniĢ  və  çox  sahəlidir.  Ġnsanların  ünsiyyətə  girmə 

məqsədinə  onların  dünya,  təlim  və  tərbiyə,  Ģəxsi  və  iĢgüzar 

qarĢılıqlı  əlaqələrin  yaradılması  və  s.  haqqında  obyektiv 

məlumatın  verilməsi  və  ya  alınmasını  daxil  edirlər 

(R.S.Nemov). 

Ġnsanda  ünsiyyətin  vasitələri  ünsiyyət  zamanı  ötürülən 

informasiyaların  kodlaĢdırılmasında,  ötürülməsində,  iĢləmə  və 

açılmasında özünü göstərir. 

Ġnformasiyaların kodlaĢdırılması onun bir canlı varlıqdan 

digərinə  ötürülmə  tərzindən  ibarətdir.  Ġnformasiya  insanlar 

tərəfindən  müəyyən  məsafədən,  hiss  üzvləri  vasitəsilə  ötürülə 

və  qavranıla  bilir.  Ġnsanda  dil  və  baĢqa  iĢarələr  sistemi 

vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir. 

Ünsiyyətin  növləri.  Ünsiyyət  çoxcəhətli,  çoxplanlı  bir 

prosesdir.  Onun  özünəməxsus  növləri  də  vardır.  Hər  Ģeydən 

əvvəl,  psixoloji  ədəbiyyatda  məzmunu,  məqsədi  və 

vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olu-

nur. 

Məzmunundan   asılı olaraq ünsiyyətin  aĢağıdakı növlə-



rini  göstərə  bilərik:    maddi  ünsiyyət  (əĢyalar  və  fəaliyyət 

məhsullarının  mübadiləsi  yolu  ilə);  koqnitiv  ünsiyyət  (bilik 




 

 

 



101 

 

mübadiləsi);  kondision  ünsiyyət  (psixi  və  fizioloji  vəziyyətin 



mübadiləsi);  motivlərlə  bağlı  ünsiyyət  (təhriklərin,  motivlərin, 

maraqların,  tələbatların  mübadiləsi);  iĢgüzar  fəaliyyətlə  bağlı 

ünsiyyət (iĢ, əməliyyat, bacarıq və vərdiĢlərin mübadiləsi). 

 Məqsəddən asılı  olaraq  psixoloqlar  ünsiyyətin  bioloji  və 

sosial  növlərini  qeyd  edirlər.  Bioloji  ünsiyyət  orqanizmi 

mühafizə  etmək,  qorumaq,  saxlamaq  və  inkiĢaf        etdirməklə 

bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, Ģəxsiyyətlərarası 

təması,  münasibətləri  yaratmaq  və  inkiĢaf  etdirmək,  fərdin 

Ģəxsi  yüksəliĢini  geniĢləndirmək  və  möhkəmləndirmək 

məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq  vasitəsiz 

və vasitəli növlərini qeyd etmək olar. 

Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olma-

dan  Ģəxsi  təması  və  ünsiyyətdə  olan  adamların  bir-birini 

bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur.  

Vasitəli  ünsiyyətə  gəldikdə  o,  vasitəçilərin  köməyi  ilə 

həyata  keçirilən  ünsiyyətdir.  Adətən,  çox  vaxt  partnyorlar  za-

man  və  məkanca  bir-birlərindən  təcrid  olunduqda  vasitəli 

ünsiyyət  özünə  yer  edir.  Bu  zaman  ünsiyyət  aləti  kimi  part-

nyorlar  arasında  onları  bir-biri  ilə  əlaqələndirən  vasitəçidən  

istifadə  olunur.  Bunlara  əĢyaları,  qeydləri,  kitabları, 

mədəniyyət  obyektlərini,  vasitəçilik  edən  üçüncü  Ģəxsi, 

mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, 

kompyüteri  və  s.  aid  etmək  olar.  Elmi-texniki  tərəqqi  bu  cür 

vasitələrin daha mütərəqqi formalarının aĢkara çıxmasına səbəb 

olmuĢdur.  Məsələn,  qlobal  internet  sistemi  istədiyin  adamla 

əlaqə  yaratmağa,  maraqlandığın  mövzuda  məlumatları  əldə 

etmək  üçün  ünsiyyətə  girməyə  imkan  verir.  Müasir  texniki 

ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq 

məsələləri daha səmərəli Ģəkildə həll etmək imkanı yaradır. 

Ünsiyyət  vasitələrindən  asılı  olaraq  ünsiyyətin  verbal  və 



qeyri  verbal  növləri  xüsusilə  diqqəti  cəlb  edir  (bunlar  barədə 

sonrakı bölmədə bəhs olunacaqdır).    




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə