Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə35/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   31   32   33   34   35   36   37   38   ...   197

 

 

 



105 

 

Psixoloqlar  belə  bir  fikri  əsaslandırırlar  ki,  ünsiyyətin 



köməyi  ilə  fəaliyyət  təĢkil  olunur  və  zənginləĢir.  Ünsiyyətə 

girən  tərəflər  arasında  birgə  fəaliyyət  planının  tərtibi  onların 

hər birindən fəaliyyətin məqsəd və vəzifələrini bilməyi, obyek-

tin  spesifikasını,  öz  imkanlarını  aydınlaĢdırmağı  tələb  edir. 

Ünsiyyətin    bu  prosesə  daxil  olması  onun  iĢtirakçılarının 

«razılıq» və ya «narazılığı» həyata keçirmələrinə imkan verir.  

Bütün qeyd olunanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə 

üzvü Ģəkildə vəhdət təĢkil etdiyini söyləməyə imkan verir.  

 

II. 4.2.  Ünsiyyət informasiya mübadiləsi kimi 

 

Ġnformasiya  mübadiləsi  və  onun  ünsiyyətdə  yeri. 

Ġnsanların  bir-biri  ilə  informasiya  mübadiləsi  ünsiyyətin  daha 

geniĢ  yayılmıĢ  tərəfi,  cəhəti  olmaqla  psixoloji  ədəbiyyatda 

ünsiyyətin 

kommunikativ 

tərəfi 


adlanır. 

Ġnformasiya 

mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri, ideyaları, 

hissləri, istək və arzuları və s. ilə tanıĢ olurlar. BaĢqa sözlə in-

sanlar  bu  prosesdə  həyat  və  fəaliyyətləri  üçün  zəruri  olan  in-

formasiya  mübadiləsini  həyata  keçirirlər.  Bu  cür  informasiya 

mübadiləsi  olmadan  insanların  birgə  yaĢayıĢı  və  fəaliyyəti 

çətinləĢər, mümkün olmazdı.  

Ünsiyyət 

zamanı 


həyata 

keçirilən 

informasiya 

mübadiləsində  iki  tərəf  iĢtirak  edir:  məlumatı,  informasiyanı 

verən  və  məlumatı  qəbul  edən.  Birinci  tərəf  –  informasiyanı 

verən  kommunikator,  ikinci  tərəf  –  informasiyanı  qəbul  edən 

isə  resipient  adlandırılır.  Beləliklə  hər  cür  informasiya 

mübadiləsi  K  –  Ġ  –  R  (kommunikator-  informasiya-  resipient) 

sxemi üzrə həyata keçir. 

Kommunikasiya  vasitələri.  Ġnsanlar  arasında  informa-

siya  mübadiləsini  təmin  edə  biləcək  vasitələr  çox  və 

müxtəlifdir.  Psixoloji  ədəbiyyatda  bu  cür  kommunikasiya 

vasitələrini  iki  qrupda  birləĢdirirlər.  Birinci  qrup  kommunika-




 

 

 



106 

 

siya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. 



Bu  cür  kommunikasiya  vasitələrini  verbal  kommunikasiya 

vasitələri  adlandırırlar.  Burada  hansı  dil  qrupuna  aid 

olmasından  asılı  olmayaraq  həmin  dilin  daĢıyıcıları  və  həmin 

dili  mənimsəmiĢ  insanlar  dildən  ünsiyyət  prosesində  ünsiyyət 

vasitəsi  kimi  istifadə  edirlər.  Dil  vasitəsilə  insanlar  arasındakı 

bu cür ünsiyyət prosesi nitq adlanır.  

Ġkinci  qrup  kommunikasiya  vasitələri  dildən,  nitqdən 

kənar  vasitələrdir.  Bu  cür  vasitələr  qeyri  verbal  kommunika-

siya  vasitələri  adlandırılır.  Onlara  müxtəlif  ifadəli  hərəkətləri, 

mimikanı,  pantomimikanı,  iĢarələr  sistemini  və  s.  aid  etmək 

olar.  Hər  iki  kommunikasiya  vasitələrini  ayrı-ayrılıqda 

nəzərdən keçirək.  



Verbal  ünsiyyət.  Nitq  verbal  ünsiyyət  kimi.  Ġnsanların 

birgəyaĢayıĢ  zərurətinin  meydana  gəlməsi  onların  ünsiyyət 

tələbatının da yaranmasına səbəb olmuĢdur. Tarixən insanların 

dil  vasitəsilə  ünsiyyət  forması  meydana  gəlmiĢdir.  Nəticədə 

dildən  istifadə  edərək  öz  fikirlərini,  istək  və  arzularını  bir-

birinə çatdırmaq imkanına malik olmuĢlar. Bu proses nitq pro-

sesi  adlandırılmıĢdır.  Buradan  da  verbal  ünsiyyət  prosesi  olan 

nitqə  belə  tərif  vermək  mümkün  olmuĢdur:  insanlar  arasında 



dil  vasitəsilə  həyata  keçirilən  ünsiyyət  prosesinə  nitq  deyilir

Tərifdən  göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq 

isə  həmin  prosesin  özüdür.  Ġnsanlar    dilə  yiyələnməklə  onun 

vasitəsilə  ünsiyyət  saxlaya  bilirlər.  BaĢqa  sözlə  onlar  nitqə 

yiyələnmiĢ  olurlar.  Hər  hansı  bir  xarici  dildə  danıĢa  bilmək 

həmin  dili  baĢa  düĢmək,  baĢqa  sözlə  verbal  ünsiyyətə  girə 

bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacarmaq 

lazımdır.  Psixologiyada  «dili»  və  «nitqi»  fərqləndirən  digər 

cəhətlərə də diqqət yetirilir. Adətən, dili şərti danışıq işarələri 

sistemi  kimi  qəbul  edirlər.  Onun  köməyi  ilə  insanlar  üçün 

müəyyən əhəmiyyət və  məna kəsb edən səs birləĢmələri ifadə 

olunur.  Dil  cəmiyyət  tərəfindən  yaradılır.  Dil  ümumxalqa 

məxsus  olduğu  üçün  həmin  dilin  ölməsi  xalqın  ölməsi 




 

 

 



107 

 

deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir. 



Dil olduqca mürəkkəb quruluĢa malikdir. Hər cür dil, hər 

Ģeydən əvvəl,  özünün müəyyən mənalı söz sistemindən ibarət 

olan  lüğət  tərkibinə  malikdir.      Bu,  həmin  dilin  leksikasını 

təĢkil  edir.  Bundan  baĢqa,  dildə  müxtəlif  formalı  söz    və  söz 

birləĢmələri sistemi də vardır ki, bu dilin qrammatikasını təĢkil 

edir. Bunlarla  yanaĢı olaraq hər bir konkret dilin özü üçün xa-

rakterik olan səs və ya fonetik tərkibi də mövcuddur.  

Dil həcm etibarilə nitqdən çox geniĢdir. Çünki dil ümum-

xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə iĢlədilən 

sözlərin  yalnız müəyyən bir qismi fərdin  ünsiyyət prosesində  

istifadə edilir.  

Dildən  fərqli  olaraq  nitqi  ünsiyyət  prosesinin  özü  hesab 

edirlər.  Bu  proses  məlumat,  göstəriĢ,  sual,  əmr  və  s.  Ģəklində 

həyata keçir. Hər bir söz ümumiləĢdirmə mahiyyətinə malikdir. 

Ona  görə  də  nitq  prosesində  hər  bir  söz    özünün  müvafiq 

mənasında  çatdırılmalıdır.  Buna  isə  sözü  müvafiq  kontekstdə 

iĢlətməklə nail olmaq mümkündür.  

Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu 

çatdırmaqla yanaĢı danıĢdığımıza öz emosional münasibətimizi 

də bildiririk. 



Nitqin  funksiyaları  və  xüsusiyyətləri.    Yuxarıda 

deyilənlərdən  nitqin  insan  həyatında  əvəzolunmaz  əhəmiyyətə 

malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların 

fikir, təcrübə mübadiləsinə  imkan  yaradır.  Nitqin  əhə    miyyəti 

onun 

funksiyalarında  özünü  aydın 



göstərir.  Nitqin 

funksiyalarını  nəzərdən  keçirməzdən  əvvəl  ünsiyyət  vasitəsi 

olan  dilin  funksiyalarına  diqqət    yetirək.  Adətən,  dilin  üç 

funksiyasını  qeyd  edirlər:  1)  dil  ictimai-tarixi  təcrübənin 

mövcud  olması,  saxlanması  və  verilməsi  vasitəsidir;  2)  dil 

kommunikasiya,    eləcə  də  insanın  davranıĢını  tənzim  etmək 

vasitəsidir; 3)  dil intellektual fəaliyyətin silahıdır. 

Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin 

edir. Mövcud  psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə