Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə36/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   32   33   34   35   36   37   38   39   ...   197

 

 

 



108 

 

aĢağıdakıları aid etmək olar.  



Nitqin  birinci  funksiyası  əĢyaları,  hərəkəti,  vəziyyəti 

adlandırmaqdır.  Bu,  nitqin  siqnifikativ  və  ya  semantik 

funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiy-

yətindən  fərqləndirir.  Heyvanların  çıxardığı  səs  əĢyaları  deyil, 

onların  öz  vəziyyətlərini  bildirir.  Ġnsanda  isə  müəyyən  söz 

deyilərkən  həmin  sözlə  bağlı  hər  hansı  cismin,  hadisənin 

təsəvvürləri canlanır.  

Nitqin 


sonrakı  funksiyası  onun  ümumiləşdirmə 

funksiyasıdır.  Nitq  sözlərə    əsaslandığına  görə  daima 

ümumiləĢdirməyə imkan yaradır.  

Nitqin  mühüm  funksiyalarından  biri  di  kommunikativ  

funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və 

fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.  

Ümumiyyətlə  götürdükdə  nitqin  köməyi  ilə  baĢqaları  ilə 

ünsiyyət  saxlayır,  fikir  mübadiləsi  edir,  ictimai  təcrübəni 

mənimsəyir, zənginləĢdirir, yeni nəslə veririk.  

Nitq vasitəsi ilə  hisslərimizi,  arzu  və istəklərimizi,  bu  və 

ya digər cismə,  hadisəyə münasibətimizi bildiririk.  

Nəhayət  nitq  vasitəsilə  baĢqalarına  təsir  edir,  onların 

davranıĢ və rəftarlarında müəyyən dəyiĢiklik yaradır, hər hansı 

bir iĢi yerinə yetirməyə təhrik edirik.  

Bütün bu funksiyalarla yanaĢı olaraq nitqin özünəməxsus 

xüsusiyyətləri  də  mövcuddur.  Bunlara  nitqin  məzmunluluğu, 



anlaşıqlılığı,  təsirliliyi  və  ifadəliliyini    aid  etmək  olar.  Nitqin 

məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən 

asılıdır.  Nitqdə  ifadə  olunan  fikir  və  hisslərin  həcmi  nə  qədər 

geniĢ olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun 

gələrsə  və  nə  dərəcə    də  əhəmiyyətli  olarsa  o  bir  o  qədər 

məzmunlu  hesab  olunur.  Nitqin  məzmunlu    olması    üçün 

insanın  geniĢ  biliyi,  həmin  bilikdən  və  istilahlardan  düzgün 

istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün 

məlumat vermə vəzifəsini həyata keçirə bilməz.   

Nitqimizin  bizi  dinləyənlər  tərəfindən  qavranılması  üçün 




 

 

 



109 

 

onun  anlaşıqlı    olması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Nitqin 



anlaĢıqlılığı  ikitərəfli  xarakter  daĢıyır.  Bir  tərəfdən  kommuni-

katorun  nitqinin  nə  qədər  səlis,  aydın  olması,  yersiz  ibarələrlə 

yüklənməməsi,  dilin  qrammatik  qayda  və  qanunlarına  uyğun  

olmasından  asılıdır.  DanıĢan  adam  öz  fikrini  konkret 

nümunələrlə  əsaslandırmağı,  dinləyicilərin  səviyyəsini  nəzərə 

almağı bacarmalıdır. Eyni bir mövzunu  bir müəllimin olduqca 

aydın, anlaĢıqlı, digərinin isə qarmaqarıĢıq Ģəkildə Ģərh  etdiyi-

nin  Ģahidi  oluruq.  Nəticədə  birinci  müəllimi  dinləyicilər 

həvəslə dinləyir,  onun dərsindən yeni biliklərlə çıxıĢlar, ikinci 

müəllimin  verdiyi  məlumatları  qavraya  bilmir,  onu  dinləməyə 

həvəs göstərmirlər.  

Nitqin  anlaĢılması  dinləyicilərin  hazırlıq  səviyyəsindən 

də  asılı  olur.  Dinləyicinin  mövzu  ilə  bağlı  zəruri  biliyə  malik 

olmaması onu anlamasını da çətinləĢdirir. Ona görə də müəllim 

müəyyən  məlumatları  çatdırarkən  dinləyicilərin  bu  sahədəki 

hazırlıq səviyyəsini nəzərə almalıdır.  

Nitqin  bu  xüsusiyyəti  xüsusilə  xarici  dil  dərslərində 

nəzərə  alınmalıdır.  Bunun  üçün  müəllim  Ģagirdlərin  tədris  et-

diyi  dilə  hazırlıq  səviyyələrini  aĢkara  çıxarmalı  və  öz  fikrini 

onların baĢa düĢəcəyi səviyyədə  Ģərh  etməlidir.  

Ünsiyyət  prosesində  nitqin  təsirlilik  xüsusiyyətinin 

nəzərə  alınması  da    az  əhəmiyyətə  malik  deyildir.  Nitqin 

təsirliliyi  onun  fəaliyyətə  təhrik  etmək  funksiyasını  yerinə 

yetirməyə  imkan  verir.  Nitqin  təsirliliyi  inandırma,  sübut, 

təlqin, məsləhət, tapĢırıq, təlimat, xahiĢ, əmr, qadağan, koman-

da  və  s.  Ģəklində  həyata  keçir.  Bu  cür  təsir  vasitələrindən 

yerində  və  müvafiq  Ģəkildə  istifadə  olunması  lazımi  nəticəni 

verə bilir.  

Nitqin 

ifadəliliyi 

yüksək 


nitq 

mədəniyyətinə 

yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur. DanıĢan 

və  ya  yazan  adam  öz  nitqində  Ģərh  etdiyi  məzmuna 

münasibətini nitqin ifadəliliyinin köməyi ilə bildirir. 

ġifahi  və  yazılı  nitqdə  nitqin  ifadəliliyi  müxtəlif  Ģəkildə 




 

 

 



110 

 

həyata  keçir.  ġifahi  nitqdə  təsvir  olunan  cisim  və  hadisələrə 



münasibətin  nitqin  ifadəliliyi    vasitəsilə  çatdırılması  nisbətən 

asan  baĢ  verir.  Burada  mimika  və  pantomimikanın  iĢtirakı, 

səsin ahəngi və s. nitqin ifadəliliyini gücləndirir.  

Nitqin  mexanizmləri.  Nitqin  yaranması və  qavranılması 

sadə  reflektor  fəaliyyət  qanunu  üzrə  cərəyan  edir.  Bu  zaman 

nitq  stimulları  (qıcıqlandırıcıları)    birinci  siqnal  sistemi 

qıcıqlandırıcılarını  əvəz  edə  bilir.  Əksər  hallarda  nitqin 

yaranması  və  qavranılmasında  biz  «siqnallar  siqnalı»  olan 

sözlərə  əsaslanırıq,  daha  doğrusu,  həmin  sözlərin  mənasına 

əsasən  onları  Ģüursuz  (və  ya  Ģüurlu)  olaraq  seçir  və 

eyniləĢdiririk.  Həmin  mürəkkəb  proses  böyük  yarımkürələr 

qabığında həyata keçir.  

Nitqin  reflektor  xarakterə  malik  olması  bir  də  onunla 

aydınlaĢır  ki,  anadan    gəlmə    kar  adamlar  verbal  nitqə  malik  

olmurlar. Yalnız xüsusi təlim yolu ilə onlar buna nail olurlar ki, 

burada da reflektor xarakter baĢ verir.  

Verbal  ünsiyyət  prosesi  olan  nitq  olduqca    mürəkkəb  bir 

prosesdir. Onun  özünəməxsus, bir-birini ardıcıl olaraq tamam-

layan  əməliyyatlardan  ibarət  mexanizmi  vardır.  Psixoloji 

ədəbiyyatda  nitqin  həmin  mexanizmlərinin  aĢağıdakı 

mərhələlərdən ibarət olduğu qeyd edilir. 



Birinci 

mərhələ 

nitqin 

proqramlaşdırılması 

mərhələsidir.  Bu  mərhələdə  insanın  demək  istədiyi    nitq 

ifadəsinin  məna  özəyinin  qurulması  (yaradılması)  baĢ  verir. 

Bunun üçün insan informasiyalar içərisindən ona lazım olanını 

seçir, lazım olmayan  ikinci dərəcəliləri kənar edir.  



İkinci  mərhələ  cümlənin  sintaktik  quruluşunun 

yaradılması  mərhələsidir.  Bu  mərhələdə  ifadənin  (frazanın) 

ümumi  layihəsi,  onun  qrammatik  forması    proqramlaĢdırılır, 

lazımi sözləri axtarmağı, səsləri seçməyi, onu daha dəqiq  ifadə 

etməyi təmin edən mexanizmlər müəyyənləĢdirilir.  



Üçüncü  mərhələdə  nitqin  real  olaraq    səslənməsi  baş 

verir. Beləliklə də kommunikator  çatdırmalı olduğu məlumatı 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə