Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə37/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   33   34   35   36   37   38   39   40   ...   197

 

 

 



111 

 

kodlaĢdırma prosesini həyata keçirir.  



Dinləmə  prosesində  həmsöhbət  (resipient)  əldə  etdiyi 

məlumatı  açır,  anlayır.  Bu  da  öz  növbəsində  müvafiq 

mərhələlər  keçir.  Dinləyici  eĢitdiyi  səsləri  mərhələlər  üzrə 

sözün mənası ilə  əlaqələndirir ki, bu da kommunikatorun  nə 

demək istədiyini anlamasını təmin edir.  

Nitq  ifadələrinin  kodlaĢdırılması  və  həmin  kodun 

açılması (anlama)  o  zaman mümkün olur ki, verbal ünsiyyətin 

həyata  keçirilməsini təmin edən beyin mərkəzləri və sistemləri 

sağlam  olsun.  Ġnsanda  bu  sistemin  pozulması  müxtəlif  nitq 

pozğunluğuna-afaziyaya gətirib çıxarır. Bir halda insan sözləri 

ifadə,  tələffüz  edə  bilmədiyi  halda  onları  baĢa  düĢür,  anlayır; 

baĢqa  halda  ayrı-ayrı  səsləri  tələffüz  edə  bildiyi  halda  onları 

müəyyən ardıcıllıqla birləĢdirə  bilmir; baĢqa bir  halda eĢitdiyi 

sözləri qavraya bilmədiyi halda həmin sözləri tələffüz edə bilir 

və s.  

Hələ  XIX  əsrin  ortalarında  iki  alim  tərəfindən  beyinin 



müəyyən  sahəsində  zədə  olduqda  nitq  pozğunluğunun  da  baĢ 

verdiyi  aĢkara  çıxarılmıĢdır.  P.Broka  müəyyən  etmiĢdir  ki, 

beyinin  sol  yarımkürələrinin  alın  qırıĢlarının  arxa  hissəsinin 

üçdə  biri  zədələnərsə  tələffüzün  pozulması  baĢ  verir. 



K.Vernike  isə  müəyyən  etmiĢdir  ki,  sol  yarımkürələrin  yuxarı 

qırıĢlarının  arxa  hissəsinin  üçdə  biri  zədələnərsə  nitqi 

anlamağın pozulması baĢ verir. Beyinin həmin sahələri  nitqin 

hərəki  (Broka  mərkəzi)  və  nitqi  anlama  (Vernike  mərkəzi

mərkəzi  adlandırılmıĢdır.  Lakin  sonralar  psixofizioloqların 

(A.R.Luriya,  N.A.Bernsteyn,  P.K.Anoxin  və  b.)  tədqiqatları 

göstərmiĢdir ki, nitqin fizioloji əsasını beyinin  təcrid olunmuĢ 

bir  sahəsinin  (nitq  mərkəzləri)  fəaliyyəti  deyil,  bütövlükdə 

beyin fəaliyyəti təĢkil edir.  

Nitqin 

qavranılması 

və 

anlaĢılması

Nitqin 


qavranılması,  anlaĢılması  və  mənilsənilməsi  özünəməxsus 

xüsusiyyətləri  ilə  fərqlənir.  Təcrübə  göstərir  ki,  nitqin 




 

 

 



112 

 

qavranılması  heç  də  həmiĢə  eyni  Ģəkildə  cərəyan  etmir. 



AparılmıĢ  tədqiqatlar  göstərmiĢdir  ki,  nitqin  qavranılması 

qavrayıĢ  zamanı    qarĢıya  qoyduğumuz  məqsəddən, 

fəaliyyətimizin  gediĢində  onun  hansı  funksiyanı  yerinə 

yetirməsindən,  qavranılan    nitqin  məzmunu,  anlaĢıqlılığı, 

emosionallığından,  nitqi  qavrama  Ģəraitindən  və  qavrayanın  

Ģəxsi təcrübəsindən, qavrama  ustanovkasından asılıdır.  

Nitqin  qavranılması  və  anlaĢılması  insanın  nitqə  nə 

dərəcədə yiyələnməsindən, baĢqa sözlə nitq prosesində istifadə 

olunan  dili  nə  dərəcədə  mənimsəməsindən  də  asılıdır.  Dili, 

onun  fonetik,  leksik,  qrammatik  qanunlarını  mükəmməl 

mənimsəyən  adam  həmin  dilin  vasitəsilə  həyata  keçirilən  nitq 

prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir.  

Bu  baxımdan  ana  dilində  və  xarici  dillərdə  nitqi  qavra-

maq  və  anlamaq  bir  sıra  xüsusiyyətlərinə  görə  bir-birlərindən 

fərqlənir.  Ana  dilinə  birbaĢa  yiyələnən  insan  həm  imitasiya, 

həm  də  sistemli  təlim  prosesində  onun  bütün  çalarlarına 

yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə 

nitqi  qavrama  və  anlama  da  o  qədər  çətinlik  yaratmır.  Xarici 

dilin  mənimsənilməsi    və  qavranılması  isə  xeyli  fərqlənir. 

TanınmıĢ psixolinqvist A.A.Leontyevin  qeyd etdiyi kimi

1

 ikin-


ci dilin öyrənilməsi onu öyrənməyə baĢlayan adamın  yaĢından 

asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O, ana dilinin 

mənimsənilməsi ilə paralel və ya azacıq gec baĢ verə bilər; bu 

cür hallar iki   dilli ailələr üçün adi haldır. Burada o, psixoloji 

cəhətdən  ana  dilinin  mənimsənilməsi  ilə  oxĢardır.  Ġkinci  dilin 

öyrənilməsi  bir  qədər  sonra,  məktəbəqəbər  yaĢ  dövründə  də 

baĢlaya  bilər.  Bu  dövr  dili,  onun  fonetika  və  qrammatikasını 

dərk    etmədən  birbaĢa  metodla  mənimsəmək  üçün  səmərəli, 

necə  deyirlər,  senzitiv  dövrdür.  Lakin  ikinci  dilin 

öyrənilməsinə uĢaqlarda ana dili faktlarına ixtiyari  olaraq isti-

                                                 

1

 Бах, Леонтйев А.А. Нитг вя üнсиййят //Üмуми психолоэийа. – Бакы, 



1982, сящ. 232


 

 

 



113 

 

nad etmək bacarığı yarandıqdan sonra baĢlamaq daha səciyyəvi       



haldır.  Xarici  dilin  və  ümumiyyətlə  ikinci  dilin  öyrənilməsi 

məhz  həmin  bacarıqların  əsasında  baĢ  verir.  Əgər  ana  dili  

«aĢağıdan  yuxarıya»  doğru mənimsənilirsə, daha doğrusu, bu-

rada əvvəlcə ən sadə mexanizm, bir növ heca düzəltmək mex-

anizmi  yaranırsa,  sonra  dilin  ali  səviyyələri  mənimsənilirsə, 

daha sonra nitqin ixtiyariliyi meydana gəlirsə, bununla belə dil 

vahidləri ilə Ģüurlu əməliyyat ən axırda təĢəkkül tapırsa, ikinci 

dil «yuxarıdan aĢağıya» - dil  vasitələrini tam ixtiyari seçməklə, 

dil 

üzərində  Ģüurlu  əməliyyat  aparmaqdan    nitqin 



avtomatlaĢmasına doğru mənimsənilir. Bu cəhət istər- istəməz 

xarici  dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir. 

Xarici  ölkə  psixoloqlarının  əsərlərində

1

  qeyd  edildiyi  ki-



mi, insanın nitq  aparatı yüzlərcə müxtəlif nitq səsləri yaratmaq 

imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından 

istifadə  olunmur.  Ġngilis  dilində  qırxa  qədər  müxtəlif 

fonemlərdən istifadə  olunur. BaĢqa dillər də özünün xüsusi fo-

nem  qrupunu  seçir.  Məsələn,  alman  dilində  bəzi  xirtlək 

səslərindən  istifadə    olunur    ki,  bu  cür  səslərə  ingilis  dilində 

təsadüf  olunmur.  Fransız  dilində  istifadə  olunan  bəzi  sait 

səslərə də ingilis dilində rast gəlmirik.  

UĢaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə 

öyrəndikdən  sonra  onlar  öz  fonemikalarına  həddindən  artıq 

rigidliklə  yanaĢırlar.  Onlar  öz  ana  dillərində  ifadə  olunmayan 

səsləri  tələffüz  etməkdə,  həmin  yad  səsləri  bir-  birindən 

fərqləndirməkdə  çətinlik  çəkirlər  (J.Verker).  Məhz  bu  hal  çox 

vaxt  xarici  nitqin  qavranılması  və  anlaĢılmasını  çətinləĢdirir. 

Bu  səbəbdən  çox  vaxt  xarici    nitq  bizim  üçün  aydın  olmur, 

ayrı-ayrı  səslərin  ardıcıl  deyil,  qarıĢıq,  anlaĢılmaz  toplusu 

təsirini bağıĢlayır.  

Xarici dildə nitqi qavramaq və anlamaqda özünü göstərən 

                                                 

1

 Глейтман Г. ,Фридлинд А., Райсберг Д. Основы психологии. -  



Санкт-Петербург, 2001, с. 405-406.  


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə