Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə38/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   34   35   36   37   38   39   40   41   ...   197

 

 

 



114 

 

çətinliklərdən    biri  də  nitqdəki  səslərin  tələffüz  sürəti  ilə 



bağlıdır.  

Xarici  ölkə  psixoloqlarının    tədqiqatları  göstərmiĢdir  ki, 

yaĢlı  adamlar  nitqdə  saniyədə  16  fonem  olmaqla  bir  dəqiqə  

ərzində  250 sözü qavraya bilirlər Adətən, bu fonemlər hər bir 

nitq  vahidini  müəyyənləĢdirən  sərhəd  rolunu  oynayaraq  fasilə 

olmadan  ötüb  gedir.  Həqiqətən  çox  vaxt  bir  fonemin 

yaradılması  digərinin  üzərinə  düĢür.  Məsələn,  insan  əvvəlki 

samitin  tələffüzünü  qurtarmamıĢ  sait  səsi  tələffüz  etməyə 

baĢlayır.  Bu  hal  ayrı-ayrı  sözlərin  tərkibində  ardıcıl  fonem, 

eləcə də frazaların daxilində ardıcıl sözlər  üçün düzgün hal he-

sab  olunur.  Məhz  buna  görə  də  bəzən  sözü  «xəz  əl»,  yoxsa 

«xəzəl»  kimi  eĢitdiyini  anlamaq  çətindir.  Deməli,  çox  vaxt 

dinləyici  nitq  axınını  müvafiq  vahidlərə  ayırmaq  vəzifəsini 

yerinə  yetirməli  olur.  Bu  prosesi  düzgün  həyata  keçirmək 

üçünsə  dinləyənin  həmin  dilin  lüğət  tərkibi    və    strukturu 

haqqında zəruri biliyinin olması tələb edilir.         



Nitqin  növləri  və  formaları.  Nitqin  funksiyaları, 

xüsusiyyətləri  ilə  yanaĢı özünəməxsus formaları  və növləri də 

vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda 

müxtəlif əlamətlərdən istifadə olunur.  

Eksteriorizasiya  və  interiorizasiya  əlamətinə  görə  nitqin 

iki  əsas  növü  mövcuddur:  xarici  və  daxili  nitq.  Xarici  nitq 

baĢqaları  ilə  ünsiyyətə,  informasiya  mübadiləsinə  yönəlmiĢ 

olub,  eĢidilən,  görülən  və  tələffüz  edilən  nitqdir.  Daxili  nitqə 

gəldikdə,  o  hər  Ģeydən  əvvəl  təfəkkür  prosesinin  təmin 

olunması  ilə    bağlıdır.  O,  psixoloji  nöqteyi  nəzərdən  olduqca 

mürəkkəb  hadisə  olub  nitqlə  təfəkkürün  qarĢılıqlı  əlaqəsini 

təmin edir. 

Nitqin  xarici  növü  ilə  bağlı  olaraq  daha  iki  növü 

mövcuddur: şifahi nitq və yazılı nitq. Nitqin hansı formasından 

istifadə  etməyimizdən  asılı  olmayaraq  o  həmiĢə  həmin  əsas 

növlərdən birinə aid olur.  



Şifahi  nitq  tələffüz  edilən,  eĢidilərək  qavranılan,  baĢa 


 

 

 



115 

 

düĢülən nitq növüdür. Bu nitqin köməyi ilə danıĢanlar arasında 



bilavasitə  əlaqə  yaranır.  ġifahi  nitq  zamanı    ünsiyyətdə  olan 

adamlar bir-birini görür, eĢidirlər. DanıĢan adamın mimikası və 

bədəninin  ifadəli  hərəkətləri,  səsinin  ahəngi  nitqin 

məzmununun,  buna  bəslədiyi  münasibətinin  anlaĢılmasına 

yardım göstərir. 

Ünsiyyət  Ģəraitindən,  onun  məqsəd  və  məzmunundan 

asılı  olaraq  Ģifahi  nitq  ya  dialoji,  ya  da  monoloji  formada 

cərəyan edə bilər.  



Dialoji nitq iki və daha artıq adamın sual-cavab Ģəklində 

həyata  keçirdiyi  nitqdir.  Dialoji  nitqin  özünəməxsus 

xüsusiyyətləri 

vardır. 


Psixoloji 

ədəbiyyatda 

həmin 

xüsusiyyətlərə aĢağıdakıları aid edirlər. 



Hər  şeydən  əvvəl  dialoji  nitq  bilavasitə  reaksiya  tələb 

edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə 

öz münasibətini bildirir: ya sual verir,  ya təsdiq edir, ya inkar 

edir.  Dialoji  nitqin  bu  cəhəti  danıĢanan  öz  fikrini  ifadə  etmək 

istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir.  

Dialoji  nitqin  digər  xüsusiyyətləri  dialoqun  danıĢan 

adamların  emosional-ekspressiv  rabitəsi  Ģəraitində  baĢ 

verməsidir.  Bu  zaman  dialoji  nitqin  iĢtirakçıları  bir-birlərini 

bilavasitə  qavrayır  və  emosional  vəziyyətlərini  qiymətləndirir 

lər.  


Nəhayət  dialoji  nitqin  bir  xüsusiyyəti  də  onun  müəyyən 

şəraitlə  və  ya  obyektlə  bağlı  olmasıdır.  Bu  mənada  o  situativ 

səciyyə  daĢıyır,  söhbətin  obyekti  dəyiĢən  kimi  dialoqun 

istiqaməti və xarakteri də dəyiĢir.  

Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir 

və  mülahizələrini  müntəzəm  və  ardıcıl  surətdə  Ģərh  etməsi, 

baĢqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal 

və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam 

hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun ola-

raq  ifadə  etdiyi  fikri  sərbəst  akt  qaydasında  qurmağı 

bacarmalıdır. Monoloji nitq tamamilə mütəĢəkkil nitq növü he-



 

 

 



116 

 

sab  olunur.  Bu  baxımdan  müəllimin  mühazirəsini  monoloji 



nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu mono-

loqa rast gəlirik, məsələn, Ġsgəndərin monoloqu, Hamletin mo-

noloqu  və    s.  monoloqlara  diqqət  yetirdikdə  onun  fasiləsiz, 

əlaqəli, ardıcıl  və məntiqli olduğunu görürük.  

Monoloji  nitqin  rəvan  getməsi  üçün  ondan  istifadə  edən 

adamın  çatdıracağı  məzmunu  dərindən  və  aydın  dərk  etməsi, 

zəngin  söz  ehtiyatına  malik  olması,  nitqin  təsirlilik, 

emosionallıq  xüsusiyyətlərinə,  danıĢdığı  dilin  qayda-qanun 

larına mükəmməl yiyələnməsi zəruridir.  

Ġstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola 

bilir.  Hər  iki  termin  Ģərti  xarakter  daĢımaqla  danıĢanın  və  ya 

dinləyənin  fəaliyyətini  səciyyələndirir.  Aktiv  nitq  forması 

ünsiyyət zamanı danıĢan adamın, baĢqa sözlə kommunikatorun 

nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv 

formada  cərəyan  edir.  Belə  ki,  biz  baĢqasını    dinləyən  zaman 

bir növ  danıĢanın sözlərini  ürəyimizdə  öz-özümüzə  təkrar  edi-

rik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti bu-

rada özünü göstərir. 

Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, uĢaqlarda nit-

qin  aktiv  və  passiv  formaları  eyni  vaxtda  baĢ  vermir.  Belə  ki, 

uĢaqlar  birinci  növbədə  passiv  nitqə  yiyələnirlər.  Onlar 

böyüklərin  danıĢığını  baĢa  düĢür,  onların  dedikləri  sözlərə 

reaksiya  verirlər.  Tədricən  uĢaqlarda  aktiv  nitq  formalaĢır  və 

onlar  da  sözlərdən  bilavasitə  fəal  Ģəkildə  istifadə  etməklə 

ünsiyyətə  girirlər.  Xarici  dillərin  öyrənilməsi  zamanı  bu  hal 

daha  aydın  təzahür  edir.  Xarici  dilin  öyrənilməsinin  ilkin 

mərhələsində  passiv  nitq  üstünlük  təĢkil  edir.  Xarici  dili 

öyrənən adam həmin mərhələdə xeyli sözü aydın baĢa düĢdüyü 

halda onlardan öz fəal nitqində  istifadə etməkdə çətinlik çəkir. 

Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən 

sonra aktiv nitq formasından istifadədə də çətinlik çəkmir.  

Yazılı  nitq.  ġifahi  nitq  kimi  yazılı  nitq  də  xarici  nitqin 

bir  növü  kimi  verbal    ünsiyyətə  aiddir.  Yazılı  nitq  vasitəsilə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə