Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə39/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   35   36   37   38   39   40   41   42   ...   197

 

 

 



117 

 

ünsiyyət  yazılı  mətnlərin  köməyi  ilə  həyata  keçirilir,  görmə 



vasitəsilə  qavranılır.  Mütəxəssislər  yazılı  nitqi  Ģifahi  monoloji 

nitqə nisbətən daha müfəssəl nitq hesab edirlər. Adətən, yazılı 

nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur. Ona görə də biz 

hər Ģeyi əvvəlcədən yazdığımız mətndə ona izah etməliyik.  

Yazılı  nitqi  Ģifahi  nitqdən  fərqləndirən  cəhətlərdən  biri 

ondan  ibarətdir  ki,  yazılı  nitqin  köməyi  ilə  biz  öz  fikrimizi, 

istək və arzularımızı müəyyən məsafədən istədiyimiz adamlara 

çatdıra bilirik. Yazılı nitq informasiyaları müəyyən məsafədən 

ötürməyə  imkan  verməklə  yanaĢı  mühafizə  edib  saxlamağa, 

gələcək nəslə çatdırmağa da imkan verir.  

Yazılı  nitq  Ģifahi  nitqdən  təkcə  qrafikadan  istifadə 

olunmasına  görə  deyil,  eyni  zamanda  onun  özünəməxsus 

qrammatik,  orfoqrafik,  stilistik  xüsusiyyətlərinə  görə  də 

fərqlənir. Məhz buna görə də həmin xüsusiyyətlərə mükəmməl  

yiyələnmək  yazılı  nitqdən  düzgün  istifadə  edə    bilmək  üçün 

zəruri Ģərtdir.  



Daxili  nitq.  Ġnteriorizasiya  əlamətinə  görə  nitqin  xarici 

nitqdən  fərqli  olan  bir  növünü  –  daxili  nitqi  qeyd  edirlər.  Bu 

real  kommunikasiyadan  kənarda  baĢ  verən  nitqdir.  Daxili  nitq 

insanın öz-özünə fikirləĢməsi, öz-özü ilə danıĢması prosesidir. 

Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çox qısa, bəzən 

də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin 

nüvəsini təĢkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, 

qırıqlığın xarakterik hal olduğunu qeyd edirlər. Daxili nitq eyni 

zamanda sürətli  nitqdir.  Əgər  hər  hansı  bir  hadisəni xarici nit-

qin  köməyilə  çatdırmaq  üçün  xeyli  vaxt  sərf  etmək  lazım 

gəlirsə,  daxili  nitqdə  onu  ani  olaraq,  sürətlə  təsəvvürümüzdən 

keçiririk. 

Psixoloji  ədəbiyyatda  daxili  nitqi  xarici  nitqin  bir  növ 

əqli  əməliyyatların  fikrən  icrasına  yönəldilmiĢ  törəmə  forması 

kimi qeyd edirlər. Daxili nitq müxtəlif məsələlərin əqlən həlli, 

baĢqa  adamların  nitqini  diqqətlə  dinləmə,  mətni  öz  –  özünə 

(tələffüz etmədən) oxumaq, fikrən planlaĢdırma, yaddasaxlama 



 

 

 



118 

 

və yadasalma zamanı özünü daha aydın Ģəkildə göstərir. Daxili 



nitqin  vasitəsi  ilə  sensor  məlumatların  iĢlənməsi,  onların 

müəyyən anlayıĢlar sistemində dərk olunması baĢ verir, özünün 

davranıĢ və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata 

keçirilir.  Bütün  bunlar  daxili  nitqi  insanın  əqli    fəaliyyəti  və 

Ģüurunun  olduqca  mühüm  və  universal  mexanizminə  çevirir. 

Daha  dar,  psixolinqvistik  mənada  daxili  nitq  ifadələrinin 

yaranmasının  baĢlanğıcı,  onun  Ģifahi  və  yazılı  nitqdə 

reallaĢdırılmasının «daxili proqramlaĢdırılmasından» ibarətdir.  

Daxili nitqin üç əsas tipini qeyd etmək olar: 1) xarici nit-

qin  strukturunu  özündə  saxlayan,  lakin  fonesiya,  səslərin 

tələffüzü  mövcud  olmayan  və  çətin  Ģəraitdə  fikri  məsələnin 

həlli  üçün  tipik  olan  daxilən,  öz  –  özünə  danışmaq    («özünə 

yönələn nitq»); 2) xüsusi daxili nitq – bu, tələffüz vasitəsi kimi 

özünü  göstərir,  spesifik  vahidlərdən  istifadə  olunur  və  onun 

strukturu  xarici  nitqin  strukturundan  fərqli  olur;  3)  daxili 

proqramlaşdırma, baĢqa sözlə nitq ifadəsinin, bütün mətnin və 

onun  məzmun  hissələrinin  spesifik  məna  vahidlərinin 

formalaĢması və möhkəmlənməsi. 

Daxili 


nitqin 

mənĢəyi 


hələ 

kifayət 


qədər 

öyrənilməmiĢdir.  L.S.  Vıqotskinin  fikrincə  (1934)  daxili  nitq 

uĢağın  oyun  və  baĢqa    məĢğələlər  zamanı  öz  –  özünə 

hündürdən danıĢmasından ibarət olan eqosentrik nitqin təsiri ilə 

yaranır. Tədricən bu daxili nitq – «öz – özünə, özü üçün nitqə» 

çevrilir. P.P. Blonskinin fikrincə (1935) daxili nitq xarici nitqlə 

eyni  vaxtda  uĢağın  böyüklər  tərəfindən  ona  müraciət  olunan 

sözləri  səssiz  olaraq  təkrar  etməsi  nəticəsində  meydana  gəlir. 

Bunu isə artıq birinci yaĢın sonunda müĢahidə etmək olur.  

Fikrin məzmunundan və onu doğuran Ģəraitdən asılı ola-

raq daxili nitqin inkiĢaf etmiĢ forması tamamilə fərqli ola bilər. 

Adətən, daxili nitqdə fikir olduqca ümumiləĢmiĢ Ģəkildə ifadə 

olunur.  Lakin  əqli  çətinlik  meydana  gələn  anlarda  daxili  nitq 

olduqca  müfəssəl,  açılmıĢ  xarakter  daĢımağa  baĢlayır,  daxili 

monoloqa  yaxınlaĢır  və  pıçıltı  ilə  və  hətta    hündürdən  ifadə 



 

 

 



119 

 

olunan nitqə çevrilə bilir. Bu isə fikir obyektlərinin daha dəqiq 



təhlilinə  və  özünün  fikri  fəaliyyətinə  nəzarət  etməyə  imkan 

yaradır.  

Nitqin  yuxarıda  qeyd  olunan  növləri  ilə  yanaĢı  daktil, 

eqosentrik növləri də diqqəti cəlb edir.  

Daktil  nitq  sözlərin  daktil  hərflərlə  ifadə  olunmasından 

ibarət  olan  nitqdir.  Daha  doğrusu,  bu  zaman  barmaqların 

müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olu-

nur.  Daktil  nitqdən  karlarla  iĢ  zamanı  surdopedaqoji  köməkçi 

nitq  vasitəsi  kimi,  eləcə  də  karlar  arasında  Ģəxsiyyətlərarası 

kommunikasiya  və  eĢidən  adamlarla  onlar  arasında  ünsiyyət 

vasitəsi kimi istifadə olunur.  

Eqosentrik  nitqə  gəldikdə  bu  insanın  özünə  yönəlmiĢ 

nitqdir. Onun köməyi ilə insan (ən çox uĢaqlar) özünün praktik 

fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xa-

rici (kommunikativ) nitqdən  nəĢət edir və  onun qismən interi-

orizasiya  olunmuĢ  məhsulu  kimi  özünü  göstərir.  Eqosentrik  

nitq  bir  növ  xarici  nitqdən  daxili  nitqə  keçid  mərhələsi  kimi 

özünü göstərir.  



Qeyri-verbal ünsiyyət. Ġnsanlar heç də həmiĢə  ünsiyyət 

prosesində  verbal  kommunikasiya    vasitələrindən  istifadə 

etməklə  kifayətlənmirlər.  Çox  vaxt  onlar  verbal  yolla 

çatdırdıqları  məlumatları  gücləndirmək  və  ya  daha  səmərəli 

təsir  göstərmək  üçün  sözsüz,  nitqdən  kənar  vasitələrdən  də 

istifadə edirlər. Ġnsanlar özlərinin hisslərini, fikir və  arzularını 

çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danıĢmaq 

istəmirlər.  Bu  zaman  informasiya  mübadiləsi  sözsüz,  sözlərin 

köməyi  olmadan  həyata  keçir.  Belə  ünsiyyət  qeyri-verbal 

vasitələrin köməyi ilə baĢ verir. Bu cür qeyri – verbal kommu-

nikasiya 

vasitələrinə 

müxtəlif 

simvolları, 

mimikanı, 

pantomimikanı,  müxtəlif  jestləri,  hərəkətləri,  səsin  tembrini, 

intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri – 

verbal  ünsiyyət  vasitəsi  rolunu  müxtəlif  amillər  oynaya  bilər. 

Onlardan bəzilərini qısaca nəzərdən keçirək. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə