Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə4/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   2   3   4   5   6   7   8   9   ...   197

 

 

 



11 

 

anadangəlmə, hazır Ģəkildə verilmir. Bunlar ontogenezdə (fərdi 



inkiĢaf  prosesində)  insanın  təlim  və  tərbiyəsi  prosesində  əldə 

edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə 

malik  olduğu  özünü  göstərir.  Psixologiya  və  pedaqogika 

elmləri  arasında  baĢlıca  əlaqə  həmin  elmlərin  predmetlərinin 

yaxınlığı  ilə  bağlıdır.  Əvvala  həmin  elmlərin  obyekti  inkiĢaf 

etməkdə olan insandır (uĢaq və yaĢlı). Digər tərəfdən, psixolo-

giya insan psixikasının inkiĢaf qanunlarını öyrənir. Pedaqogika 

isə  Ģəxsiyyətin  inkiĢafının    idarə  olunması  qanunlarını  iĢləyib 

hazırlayır.  Ġnsanın  tərbiyəsi,  təhsili    təlimi  onun  psixikasının, 

təfəkkürünün,  fəaliyyətinin  məqsədəyönəlmiĢ  Ģəkildə  inkiĢaf 

etdirilməsi  deməkdir.  Psixologiya  və  pedaqogika  elmlərinin 

mühüm qarĢılıqlı əlaqəsini göstərən amillərdən biri də onların 

tədqiqat  üsullarındakı  eyniyyətdir.  Bir  çox  elmi  psixoloji 

axtarıĢlar  pedaqoji  problemlərin  həlli  üçün  vasitə  rolunu  oy-

naya bilir.  Bir  elmi fənn kimi pedaqogikada pedaqoji faktların 

izahı,  Ģərhi,  sistemləĢdirilməsi  üçün  psixoloji  biliklərdən 

istifadə  olunur.  Pedaqoji  fəaliyyətin  nəticələri  psixoloji 

diaqnostikanın köməyi ilə aĢkara çıxarılır. 

Bunlarla  yanaĢı  olaraq  müasir  psixologiya  elmi  öz 

qarĢısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən 

pedaqogika  ilə  yaxın  təmasda  fəaliyyət  göstərir,  pedaqogika 

elminin əldə etdiyi nəticələrə istinad edir. 

Müasir  dövrdə  psixologiya  və  dilçilik  arasında  da  sıx 

əlaqə  özünə  geniĢ  yer  tutmağa  baĢlamıĢdır.  Bunun  aydın 

təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. 

Psixolinqvistika nitq davranıĢını psixoloq və linqvistlərin 

kompleks  Ģəkildə  öyrənmələrini  nəzərdə  tutan  elm  sahəsidir. 

Linqvistika  və  nitqin  psixologiyası  ilə  müqayisədə  psixolinq-

vistika  özünün  müstəqil  tədqiqat  predmetinə  malikdir. 

Psixolinqvistikanı  daha  çox  psixologiya  «özününkü»  hesab 

edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - 

nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın pred-

meti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düĢür. 




 

 

 



12 

 

Ona  görə  də  çox  vaxt  bu  iki  fənni  bir-biri  ilə  qarıĢdırırlar.  Bu 



cür  eyniləĢdirməyə  əsas  olsa  da,  hər-halda  bu  iki  termini  bir-

birindən  fərqləndirən  cəhətlər  də  mövcuddur.  Onların  fərqi 

baĢlıca  olaraq  öyrənmə  predmetində  özünü  göstərir.  Psixolo-

giya  nitqin  yaranması,  anlaĢılması  və  formalaĢmasının  gediĢi 

zamanı  öz  diqqətini  daha  çox  Ģüurun  psixi  funksiyalarının 

xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaĢı bu 

funksiyaların insanların nitq fəaliyyətində və nitq davranıĢında 

ifadə  vasitələrini  (verbal  və  qeyri-verbal)  də  nəzərə  almağa 

çalıĢır. 

Psixolinqvistika olduqca  gənc  elmdir.  O, təxminən XX  əsr 

50-ci  illərin  sonu,  60-cı  illərin  əvvəllərində  meydana  gəlmiĢdir. 

Sovet 


psixolinqvistika 

məktəbinin  «atası»  A.A.Leontyev 

olmuĢdur. 

Elm  sahəsinin  geniĢlənməsi  sayəsində  psixolinqvisti-

kanın müxtəlif sahələri meydana  gəlmiĢdir. Bunlardan ümumi 

psixolinqvistika,  xüsusi  psixolinqvistika,  sosial  psixolinqvisti-

ka, yaĢ psixolinqvistikasını (ontolinqvistika) göstərmək olar. 

Psixologiya elminin əsas sahələri. Psixologiya çoxsahəli 

bir  elmdir.  Müasir  dövrdə  psixologiya  elminin  nisbətən 

müstəqil  Ģəkildə  inkiĢaf  edən  müxtəlif  sahələri  vardır.  Məhz 

buna  görə  də  «psixologiya  elmi»  deyil  «psixologiya  elmləri» 

termininin iĢlədilməsi daha çox yerinə düĢərdi. Belə ki, hər 4-5 

ildən  bir  psixologiya  elminin  yeni  bir  sahəsinin  yaranmasının 

Ģahidi oluruq. 

Psixologiyanın  çoxsaylı  sahələrini  təsnif  etmək  üçün 

müxtəlif  prinsiplərdən  istifadə  olunur.  Hər  Ģeydən  əvvəl  psix-

oloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla 

təsnif etmək mümkündür. 

Psixologiya  elminin  fundamental  və  ya  baza  sahələri 

psixologiyanı  və  insanların  davranıĢını  kimliyindən  və  hansı 

fəaliyyət sahəsində çalıĢmasından asılı olmayaraq hamının baĢa 

düĢəcəyi  Ģəkildə  Ģərh  etməyə  yönəldilmiĢ  sahələrdir. 

Psixologiyanın  bu  sahələri  psixologiya  və  insan  davranıĢı  ilə 




 

 

 



13 

 

maraqlanan  adamların  hamısı  üçün  eyni  zəruri  məlumatları 



çatdırır.  Bu  cür  universallığından  asılı  olaraq  psixologiyanın 

həmin sahəsi «ümumi psixologiya» adı altında iĢlədilir. 

Psixologiyanın  tətbiqi  sahələrinə  gəldikdə  buraya  onun 

bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər. 

Psixologiyanın  ümumi  sahələri  istisnasız  olaraq  bütün 

elmi  istiqamətlər  üçün  eyni  dərəcədə  əhəmiyyətli  inkiĢaf 

problemlərini  qarĢısına  qoyur  və  həll  edir.  Psixologiyanın  xü-

susi sahələrinə gəldikdə  o, öz qarĢısına hər hansı bir və ya bir 

neçə qrup hadisələri öyrənmək məqsədini qoyur. 

Müasir  psixoloji  fənnləri  təsnif  etmək  üçün  mövcud 

ədəbiyyatda aĢağıdakı üç prinsipdən də istifadə olunur:  

1.

 



Konkret fəaliyyət sahələrinə görə; 

2.

 

ĠnkiĢafın psixoloji aspektlərinə görə; 



3.

 

Ġnsanın cəmiyyətə münasibətinə görə. 

Həmin  sahələrin  hamısını  əhatə  etmək  mümkün 

olmadığına  görə  burada  onlardan  bilavasitə  təhsillə  bağlı 

olanların bəzilərini qısaca nəzərdən keçirək. 

Psixologiya  elminin  ən  fundamental  sahəsini  ümumi 

psixologiya  təĢkil  edir.  Ümumi  psixologiya  fundamental  psix-

oloji  bilikləri  özündə  cəmləĢdirir.  Ümumi  psixologiyanın 

maraqlandığı  və  həll  etməli  olduğu  qlobal  məsələlər,  cavab 

verməli  olduğu  suallar  aĢağıdakılardan  ibarətdir:  Psixika  

nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika 

filogenezdə  və  ontogenezdə  hansı  qanunauyğunluqlara  malik-

dir?  Psixikanın  hansı inkiĢaf  səviyyələri vardır və  onları  hansı 

kriteriyalara  əsasən  müəyyənləĢdirmək  olar?  Psixika  və  beyin 

arasında  hansı  əlaqə  vardır?  Psixi  inkiĢafda  anadangəlmə  və 

həyatda  qazanılan  bioloji  və  sosial  amillərin  rolu  nədən 

ibarətdir? Psixikanın normal və anomal inkiĢafını fərqləndirən 

kriteriyalar hansılardır? 

Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaĢı 

ümumi  psixologiya  psixi  proseslər,  psixi  hallar  və  xassələrlə 

bağlı  konkret  məsələlərin  öyrənilməsi  ilə  də  məĢgul  olur. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə