Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə41/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   37   38   39   40   41   42   43   44   ...   197

 

 

 



123 

 

reaksiyasını yaradır, nəticədə bu reaksiya A- ın da davranıĢına 



təsir göstərir. Deməli qarĢılıqlı təsir prosesi baĢ verir.  

Sosial  normalar  və  sosial  nəzarət.  Adətən  birgə 

fəaliyyət  və  ünsiyyət  zamanı  qarĢılıqlı  təsir  müvafiq  sosial  

normalar və sosial nəzarət əsasında həyata keçirildikdə özünün 

səmərəli nəticəsini verir.  

Sosial  normalar  insanların  qarĢılıqlı  təsir  və  qarĢılıqlı 

münasibətlərini  tənzim  etmək  üçün  cəmiyyət  tərəfindən  qəbul 

edilmiĢ normalardır.  

Cəmiyyət  spesifik  sosial  davranıĢ  normaları  sistemi 

nümunələrini  hazırlayır  və  müvafiq  Ģəraitdə  həmin  normalara 

əməl etməyi özünün bütün  üzvlərindən tələb edir. Bu normalar 

pozulduqda sosial nəzarət mexanizmi iĢə düĢür (bəyənməmək, 

danlamaq,    cəzalandırmaq  Ģəklində)    və  davranıĢın 

korrersiyasına  gətirib  çıxarır.  Burada  həmin  normların 

cəmiyyətin  bütün  üzvləri  tərəfindən  qəbul  olunması,  həmin 

normaları etalon kimi  qəbul etmələri və öz  davranıĢlarını eta-

lona  uyğun  qurmağa  çalıĢmaları  əsas  Ģərtdir.  Lakin  bu  hələ 

kifayət  deyildir.  Həmin  normalara  əməl  olunmasına  sosial 

nəzarət  edilmədən  bu  normaların  iĢləyəcəyi  Ģübhə  doğurur. 

Bunu  gündəlik  həyati  faktlar  da  sübut  edir.  Adətən,  sosial 

nəzarət zəif olduqda və ya ikili münasibət xarakteri  daĢıdıqda 

sosial normaların pozulması halları tez – tez özünü göstərir.  

Ünsiyyət  prosesində  rol  və  rol  gözləmələri.  QarĢılıqlı 

təsir  prosesində  sosial  nəzarət  ünsiyyətdə  olan  adamların 

rollarına  uyğun  Ģəkildə  həyata  keçirilir.  Psixologiyada  rol 

altında  kimin  bu  və  ya  digər  mövqedən  asılı  olaraq  hansı 

davranıĢ  modelini  yerinə  yetirməsi  nəzərdə  tutulur.  Subyekt 

müəllim  və  ya  Ģagird,  bacı  və  ya  qardaĢ,  həkim  və  ya  xəstə, 

müdir  və  ya  iĢçi,  ev  yiyəsi  və  ya  qonaq    və  s.  rolunu  yerinə  

yetirə  bilər.  Hər  bir  rol    tamamilə  müvafiq  tələbə  və 

ətrafdakılarının    müvafiq  gözləmələrinə  cavab  verməlidir. 

Adətən  ünsiyyətdə  olan  adamlar  bir-  birindən  öz  rolunu  onun 

gözlədiyi  kimi  yerinə  yetirməsini  istəyirlər.  Məsələn,  Ģairdlər 



 

 

 



124 

 

gözləyirlər ki, müəllim onlara  yaxĢı dərs desin, yüksək qiymət 



versin,  onların  istəyini  yerinə  yetirsin  və  s.    Müəllim  isə 

gözləyir  ki,  Ģagirdlər  dərsə  yaxĢı  hazırlaĢsın,  intizamı 

pozmasın,  müəllimin  tapĢırıqlarını  yerinə  yetirsin.  Məhz  buna 

görə də müxtəlif rolları yerinə yetirən adamların qarĢılıqlı təsiri 

onların  rol  gözləmələri  ilə  tənzim  olunur.  Ġnsanın    istəyib  – 

istəməməsindən  asılı  olmayaraq  onu  əhatə  edənlər  ondan 

müvafiq  nümunəyə  uyğun  davranıĢ  gözləyirlər.    Rolun  bu  və 

ya  digər  Ģəkildə  yerinə  yetirilməsi  mütləq  sosial  qiymət  alır, 

roldan hər hansı bir kənara çıxma halı bəyənilmir.  

Ġnsanın  baĢqalarının  ondan  eĢitmək  istədiklərini  və  onda 

görmək  istədiklərini  səhvsiz,  dəqiq  çatdırmaq  qabiliyyət  və  

bacarığı mərifət adlanır.  

Lakin əgər subyektin prinsip və inamı  ondan gözlənilənə  

ziddirsə  onun  baĢqa    cür  hərəkət  etməsini  mərifətsizlik  

adlandırmaq olmaz.  

Dostlar  arasında  ünsiyyətitn  xarakteri.  Ġnsanlar 

arasında  ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dos-

tluq  davamlı  fərdi  –  seçici  qarĢılıqlı  münasibət  və  qarĢılıqlı 

təsir  sistemindən  ibarətdir.  Dostlar  arasında  olan  ünsiyyət 

adamların bir – birilə qarĢılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri 

ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarĢılıqlı hiss və 

arzuları  gözləmələri  ilə  səciyyələnir.  Dostluğun  inkiĢafı 

qarĢılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarĢılıqlı kömək, 

bir – birinin iĢlərinə qarĢılıqlı maraq, səmimilik  və təmənnasız 

hisslərin  olması  kimi  yazılmamıĢ  kodeksə  əməl  etməyi  tələb 

edir.  Dostluq kodeksinin ciddi Ģəkildə pozulması ya dostluğun 

dayandırılmasına, ya üzdən həyata keçən yoldaĢlığa keçməsinə, 

ya da düĢmənçiliyə səbəb ola bilər.        

       Ünsiyyətdə maneələr və onların qarĢısını almaq yolları. 

Ġnsanların  birgə  yaĢayıĢı,  birgə  fəaliyyəti  prosesi  daima 

ünsiyyətlə  müĢayət  olunur.  BaĢqa  sözlə  ünsiyyət  insanlar 

arasında təmasın yaranması və  inkiĢafı prosesi kimi meydana 

çıxır.  Bu  prosesdə  insanlar  öz  fikir  və  arzularını  bir-  birlərinə 



 

 

 



125 

 

çatdırır,  bir-  birlərinə  qarĢılıqlı  təsir  göstərir,  bir-  birlərini 



qavrayır və anlayırlar. Ünsiyyət prosesinin xarakteri insanların 

birgə  fəaliyyətinə,  qarĢılıqlı    münasibətlərinə  özünəməxsus 

təsir göstərir. Bir çox hallarda  ünsiyyət prosesi münaqiĢələrlə 

müĢayət olunur və qarĢılıqlı münasibətə neqativ təsir  göstərir. 

Hamımız olmasaq da bəzilərimiz bu cür  münaqiĢəli Ģəraitdən 

çıxmaq  üçün  müvafiq  yol  tapa  bilmirik.  Ünsiyyət  zamanı  baĢ 

verən bu cür maneələri  aradan qaldırmaq yollarını nə orta, nə 

də  ali  məktəblərdə  öyrətmirlər.  Lakin    sosial  psixologiya    və 

pedaqogikada  bununla bağlı  olduqca  zəngin  empirik və  nəzəri 

məlumatlar  toplanmıĢdır  ki,  onlardan  istifadənin    ünsiyyət 

maneələrinin qarĢısını almaqda rolu inkarolunmazdır.  

Ünsiyyət  prosesinə  mənfi  təsir  göstərən  bu  cür 

maneələrin  bəziləri  və  onların  qarĢısını  almaq  yollarını  qısaca 

nəzərdən keçirək.  

Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  müxtəlif 

fəaliyyət  növlərində  bu  cür  maneələr  müxtəlif  Ģəkildə  özünü 

təzahür  etdirir.  Məsələn,  görkəmli  psixoloq  V.A.  Kan-Kalik 

gənc  müəllimlərin  pedaqoji  ünsiyyətində  özünü  göstərən 

çətinlikləri «psixoloji maneələr» adlandırmıĢ və bunları  peda-

qoji    fəaliyyətin  spesifik  xüsusiyyətləri  ilə  əlaqələndirmiĢdir.

1

 

ġübhəsiz  həmin  materialdan  istifadə  olunması    gənc  müəl-



limlərin 

pedaqoji 

ünsiyyətindəki 

çətinlikləri 

aradan 

qaldırmalarında  onlara  köməklik  göstərə  bilər.  Ona  görə  də  



burada  həmin  fikirləri  təkrar  etməyi  lazım    bilmədik.  Burada 

ümumiyyətlə    insanların  ünsiyyətində  özünü  göstərən  bəzi 

çətinlikləri, onları doğuran səbəbləri psixoloji maneə kimi Ģərh 

etməyə çalıĢmıĢıq.  

Ünsiyyət  zamanı    diqqəti  cəlb  edən  çətinliklərdən, 

maneələrdən biri qavrayıĢla  Ģərtlənən səhvlərdir. Bir çox hal-

larda  ünsiyyətdə  olan  adamlar  bir-birlərini  düzgün  qavraya 

bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət 

                                                 

1

 Бах, дярслийин  ВЫ.2



–ъü бюлмясиня


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə