Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə42/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   38   39   40   41   42   43   44   45   ...   197

 

 

 



126 

 

zamanı  hər  bir  adam  qeyri-ixtiyari  olaraq  onun  üçün 



əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bil-

dirir.  Nəticədə  ünvanlanmıĢ  məlumat  təhrif  olunur  və 

anlaĢıqsızlığa  gətirib  çıxarır.  Ona  görə  də  ünsiyyətin  əsas 

məqsədi  olan  məlumat  bir  növ  düzgün  dərk  edilmir.  Bu  isə 

münaqiĢə ilə  nəticələnir.  

QavrayıĢla  yanaĢı    olaraq  ünsiyyətdə  olan  adamların 



təfəkküründə  olan  fərdi  fərqlər  də  onların  ünsiyyətini 

çətinləĢdirir. Bu cür çətinliyi məntiqi səhvlərdən doğan çətinlik  

adlandırmaq  olar.  Ünsiyyətdə  olanların  əqli  keyfiyyətlərinin 

inkiĢaf  xüsusiyyətlərinə  görə  fərqli  olmaları  onların  bir  – 

birlərini    baĢa  düĢmələrini  çətinləĢdirir.  Məhz  buna  görə  də 

bəzən ünsiyyət alınmır.  

Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri  də bir 

maneə  kimi  ünsiyyət  prosesini  çətinləĢdirir.  Belə  ki,  bəzən 

adamların  nitqində  məlumatların  çatdırılması  forması  onun 

məzmununa  uyğun  olmur  və  bu  da  ünsiyyət  prosesini 

çətinləĢdirir.  

Bu  cür  çətinliyin  qarĢısını  almaq  üçün  mütəxəssislər 

ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyi-

ni irəli sürürlər. Bunlara aĢağıdakıları aid etmək olar:  



«HaĢiyə»    qaydası.  Bu  qaydanın  mahiyyəti  ondan 

ibarətdir  ki,  hər  cür    iĢgüzar  ünsiyyətin  əvvəli  və  sonu  dəqiq 

müəyyənləĢdirilməlidir.  

«Məqsəd»  qaydası.  Bu  qaydaya  görə  çatdırılan  fikirlər 

tör – töküntü Ģəklində deyil çox dəqiq Ģəkildə sıralanmalıdır.  

Bunlarla  yanaĢı  olaraq  ünsiyyətə  girərkən  nitqin 

əvvəlində  həmsöhbəti  maraqlandırmağa  cəhd  göstərilməli, 

maraqlı  faktlarla,  aforizm  və  nümunələrlə    onun  diqqəti  cəlb 

edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı 

olur.  Əsas  fikir  çatdırıldıqdan  sonra  dinləyicinin  etiraz  və 

suallarıni dinləmək və öz nitqini nəticələr və ya xülasə ilə baĢa 

çatdırmaq lazım gəlir.  

Kommunikator öz nitqini qısa cümlələrlə (5–9 söz) ifadə 




 

 

 



127 

 

etməlidir. Bu cür məlumat dinləyicilərin yadında yaxĢı qalır.  



Semantik  (məna)  səhvlər  də  ünsiyyətə  mənfi  təsir  edən 

maneə  kimi  özünü  göstərə  bilər.  Adətən  bu  cür  səhvlər  eyni 

sözün  müxtəlif  məna  daĢıdığı  zaman  özünü  göstərə  bilir. 

Nəticədə dinləyici sözü eĢitdikdə onu təhqir mənasında anlaya 

bilər ki, bu da ciddi münaqiĢəyə səbəb olar.  

Ünsiyyətin səmərəli keçməməsinə səbəb olan maneə kimi 

resipientin xətrinə dəyən söz  və ifadələrdən istifadə edilməsini 

də  qeyd  etmək  olar.  ġübhəsiz  dinləyiciyə  «Sən  qorxaqsan, 

tənbəlsən,  satqınsan»  və  s.  Ģəklində  deyilən  söz  ciddi  

narazılığa səbəb ola bilər. 

Nitqdə  tez-  tez  «həmişə»,  «heç  vaxt»  kimi  ifadələrin 

iĢlədilməsi də ünsiyyətə ciddi zərər gətirir. AĢağıdakı iki ifadə 

bir – birindən nə qədər fərqli səslənir: «Siz məĢğələyə gecikmi-

siniz»  və  «Siz  həmiĢə  məĢğələyə  gecikirsiniz!»  Burada 

«həmiĢə»  sözündən  istifadə  olunması,  ona  istinad  edilməsi 

ünsiyyət  məntiqinin  pozulmasına  səbəb  olur.  Bu  sözdəki  hər 

cür  vəd  və  ya  qadağan  təmasın  yaranmasına  mane  ola  bilər. 

Bunun  üçün  «Sən  mənə  heç vaxt  bu  cür  hərəkət  etməyəcəyini 

vəd  etmiĢdin»,  «Sən  həmiĢə  bunu  yadda  saxlaya    bilmirsən!»  

kimi  ifadələrin  iĢlənməsi    ünsiyyətin  alınmaması    üçün 

kifayətdir.  

Həmsöhbətlərin  hər  hansı  bir  fikri  başqa  cür  başa 



düşməsi də ünsiyyət üçün maneə rolunu oynaya bilər. Məsələn, 

«Sən sadəcə olaraq düĢünürsən ki, mən…» və ya da «Siz bilə – 

bilə  gecikirsiniz  görəsiniz  ki,  mən  buna  necə  reaksiya 

verəcəm»  və  s.  ifadələri  qavramada  olduğu  kimi.  Hətta  əgər 

baĢqasının  fikri  düzgün  «baĢa  düĢülməzsə»  də  bunun 

hündürdən ifadə olunması adətən həmsöhbət tərəfindən özünün 

təhqir  olunması  və  ya  ona  təzyiq  göstərilməsi    kimi  baĢa 

düĢüləcəkdir.  Bu  isə  Ģübhəsiz  təmasın  inkiĢafına  Ģərait 

yaratmayacaqdır.  

Ünsiyyətin  səmərəliliyi  və  onun  iĢtirakçılarının  bu 

prosesdə qarĢılıqlı təsirində maneə rolunu oynayan səbəblərdən 



 

 

 



128 

 

biri  də  insanların  həmin  prosesdə  ehtiyatlı  hərəkət  etməməsi, 



danıĢığında  əmr  üslubundan  istifadə  etmələri,  baĢqa  sözlə  av-

tokratik mövqe tutmalarıdır. XahiĢ, məsləhət Ģəklində müraciət 

tərzi  –  kimə  müraciət  etmələrindən  asılı    olmayaraq,  əmr 

etməyə  nisbətən  olduqca  az  daxili  etiraz,  qarĢıdurma  yaradır. 

«Gətir!»,  «Yadında  saxla!»,  «Dərhal  yerinə  yetir!»  tipli 

müraciət    formaları  insanın  mənliyinə  ağır  təsir  göstərir, 

nəticədə ünsiyyət prosesi üçün maneə  rolunu oynayır.  

Ünsiyyət  zamanı  nitqdə  olan  fonetik  səhvlər,  səslərin 

təkrarı,  tüfeyli  sözlərdən    (qısası,  deməli,  zad  və  s.),  eləcə  də 

parafonezlərdən  istifadə  edilməsi    ünsiyyət  prosesinə  mənfi 

təsir  göstərir.  Bu  cür  hallar  həmsöhbətin  diqqətinin  

yayınmasına,  həyəcanlanmasına,  nitqi  yanlıĢ  Ģəkildə  qavrama 

və anlamasına  səbəb olur.  

Ünsiyyət zamanı mövcud ola biləcək maneələri azaltmaq 

və  baĢ  verə  biləcək  münaqiĢənin  qarĢısını  almaq  üçün 

«səmərəli ünsiyyət qaydaları»ndan istifadə  olunması zəruridir. 

Mütəxəssislər bu cür qaydalara aĢağıdakıları aid edirlər:  

1.

 



Öz  çıxıĢına  baĢlamazdan  əvvəl  dinləyicilərə  nələri 

çatdırmaq  istədiyini  bildirmək,  baĢqa  sözlə  öz  ideyalarını 

aydınlaĢdırmaq zəruridir. 

2.

 



Qısa  cümlələrlə  (5  –  9    sözdən  ibarət  )  danıĢmağa 

çalıĢın.  Bu  cür  cümlələr  qavrama  və  anlama  üçün  daha  çox 

səmərəlidir.  

3.

 



Səsinizin daha çox ifadəli olmasına çalıĢın. 

4.

 



Öz nitqinizdə fasilələrdən istifadə edin. 

5.

 



Öz  nitqinizdə  aydın  olmayan,  ikimənalı  ifadələrdən 

eləcə də professionallıqdan qaçmağa çalıĢın.  

6.

 

Həmsöhbətinizin  qeyri  –  verbal  siqnallarına  (mimika 



və jestlər və s.) nəzər salın. 

7.

 



Kateqoriyallıqdan qaçmağa çalıĢın. Nəzərə alın ki, si-

zin fikriniz yanlıĢ ola bilər. 

8.

 

Ünsiyyət yeri və vaxtını düzgün seçin.  



9.

 

Daima öz nöqteyi nəzərinizi dəyiĢdirməyə hazır olun. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə