129
10.
Səmərəli dinləmə qaydasına əməl edin. Bu qaydalar
aĢağıdakılardan ibarətdir:
-
Həmsöhbətinizin sözünü kəsməyin.
-
Həmsöhbətinizə qarĢı diqqətli olun.
-
Tələsik nəticə çıxarmayın.
-
Həmsöhbətinizin ifadəsinə sakit reaksiya verin.
-
Diqqətinizi yayındırmayın.
-
Təfəkkür tempinizi nitqə uyğunlaĢdırın.
-
Həmsöhbətinizlə əks əlaqə yaratmağa çalıĢın.
Ünsiyyətdə məna maneələri və onları doğuran səbəblər.
Psixoloji ədəbiyyatda ünsiyyətdə olan adamlar arasında
münaqiĢənin səbəblərindən biri kimi məna maneəsinin
yaranmasını qeyd edirlər. Belə ki, bəzən ünsiyyətdə olan
tərəflərin baĢ verən hadisəyə verdikləri məna uyğun gəlmir və
bu məna maneəsi kimi münaqiĢənin yaranmasına gətirib
çıxarır.
Psixoloqlar müəyyən etmiĢlər ki, məna maneəsi həm
ünsiyyətdə olan adamın qarĢısında hansı tələbin qoyulmasından
asılı olmayaraq, konkret adama münasibətdə, həm də kimin
irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə
özünü göstərə bilir. Məsələn, müəllim Ģagirdi onun davranıĢına
uyğun olmayaraq, qeyri obyektiv cəzalandırdıqda Ģagirddə
həmin müəllimə qarĢı məna maneəsi yaranır. Bundan sonra
müəllim nə qədər obyektiv hərəkət etsə də Ģagird onu qəbul edə
bilmir. Konkret adama qarĢı bu cür məna maneəsi müəllim
tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda, Ģagirdin öz
davranıĢ motivini dərk edə bilməməsindən asılı olaraq da ya-
rana bilir.
Konkret tələbə münasibətdə özünü göstərən məna
maneəsi isə tamamilə baĢqa səbəblərdən irəli gələ bilir.
Məsələn, müsbət nəticə vermədiyi halda tərbiyəçi eyni tələbi
dəfələrlə irəli sürür. Nəticədə uĢaq bu cür tələblərə o qədər
alıĢır ki, onu bir növ qavramamağa baĢlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması
130
Ģagirdlərlə aparılan iĢin çətinləĢməsinə, bir növ nəticəsiz
qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu
cür məna maneələrinin yaranmasının qarĢısını almağa
çalıĢmalıdır. Bu cəhətdən müəllim və tərbiyəçi üçün əsas prob-
lem zəruri təsir vasitəsini seçmək deyil, həm də rəftar və
davranıĢını motivlərini, onun baxıĢlarını, münasibətlərini
bilməkdir. Belə olduqda məna maneələrinin yaranmasının
qarĢısı alına bilir.
II. 4. 4. Ünsiyyət insanların bir-birini qavraması
və anlaması kimi
Ünsiyyət prosesində insanlar təkcə informasiya
mübadiləsi aparmaqla, bir-birinə qarĢılıqlı təsir göstərməklə
kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar.
Bu ünsiyyətin perseptiv cəhətini təĢkil edir. Ünsiyyətin persep-
tiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik
deyildir.
Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarĢılıqlı təsir
prosesinə daxil olan insanlar özlərinin qarĢılıqlı anlama
səviyyələrini qiymətləndirə, tərəf müqabillərinin hansı
keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə
bilsinlər. Ona görə də ünsiyyətin iĢtirakçıları Ģüurlarında bir-
birinin daxili aləmini yaratmağa, hisslərini, davranıĢ
motivlərini, əhəmiyyətli obyektlərə münasibətini anlamağa
cəhd göstərirlər. BaĢqa sözlə, bir-birini dəqiq qavramağa və
anlamağa çalıĢırlar. Qavrama və anlama nə qədər dəqiq və
ətraflı olarsa onların qarĢılıqlı münasibətləri də bir o qədər
səmərəli xarakter daĢıya bilir. Fərd baĢqa adamları dərk
etməklə onlarla birgə fəaliyyətin perspektivlərini daha yaxĢı
müəyyənləĢdirmək imkanı əldə edir. Məhz onların daxili
aləmlərinin dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin müvəf-
fəqiyyətlə həyata keçməsi üçün mühüm Ģərtdir.
131
Ġnsanların bir-birlərini qavramalarının mexanizmləri.
Məlum olduğu kimi, ünsiyyət prosesində ən azı iki adam
iĢtirak edir. Onlar bir-birilə informasiya mübadiləsi aparır, bir-
birinə qarĢılıqlı təsir göstərir və bir-birlərini qavramağa,
anlamağa çalıĢırlar. Bəs onlardan hər biri digərinin zahiri
davranıĢ tərzinə görə özündə onun daxili aləmi barədə
təsəvvürü necə yaradır? Bu sual daima mütəxəssislərin
diqqətini cəlb etmiĢ və ciddi tədqiqatlar nəticəsində onlar bu-
rada qarĢılıqlı qavrama və anlamanın üç mühüm mexanizm
əsasında baĢ verdiyini aĢkara çıxarmıĢlar: eyniləşdirmə, ref-
leksiya və stereotipləşdirmə.
EyniləĢdirmə – baĢqa adamın davranıĢını Ģüurlu və
Ģüursuz olaraq subyektin özünün davranıĢ tərzlərinə
oxĢatmaq, bənzətməklə qavraması və anlamasından ibarətdir.
BaĢqa sözlə, çox vaxt insanlar qarĢılıqlı əlaqə Ģəraitində
özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə
onun daxili vəziyyəti, keçirdiyi hisslər, fikirlər, davranıĢ
motivləri və s. haqqında mülahizə yürütməyə çalıĢırlar. Bu za-
man həmin adamın (və ya adamların) davranıĢ tərzini bir növ
həmin Ģəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla
eyniləĢdirirlər. Özlərinin bu kimi Ģəraitdə keçirmiĢ olduqları və
keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas
olur.
Ġnsanın baĢqalarını qavraması zamanı təkcə subyektin
baĢqalarını anlaması deyil, onunla ünsiyyətə girən, təmasda
olan fərdin onu necə qavraması və anlamasına diqqət
yetirilməsi də vacibdir. Subyektin ünsiyyətdə olduğu adamlar
tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya
formasında baş verir. Psixoloqlar refleksiyanı baĢqa adamları
qavramanın tərkibinə daxil edirlər. A.B.Petrovskinin fikrincə,
baĢqa adamı anlamaq qismən həmin adamın qavrayıĢ subyekti
kimi sənə münasibətini dərk etmək deməkdir.
1
Deməli, insan-
1
Петровский А.В., Ярошевский М.Г. Психология. – М., 2002, с.256