Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə44/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   40   41   42   43   44   45   46   47   ...   197

 

 

 



132 

 

ların  bir-birini  qavramasını  güzgünün  ikiqat  əks  etdirməsinə 



bənzətmək mümkündür. Ġnsan baĢqasını əks etdirməklə, həmin 

baĢqasını  əks  etdirmə  güzgüsündə    özünü  də  əks  etdirir. 

Ünsiyyət  prosesində  eyniləĢdirmə  və  refleksiya  vəhdətdə  baĢ 

verir.  


Ġnsanların bir-birini qavraması və anlamasının  mexaniz-

mi  kimi stereotipləşdirmə də xüsusi əhəmiyyət kəsb edir.  



Stereotipləşdirmə  –  davranış  forması  və  onun  şərhinin 

artıq  bizim  üçün  məlum  olan  və  ya  məlum  hesab  edilən 

hadisələrə,  başqa sözlə sosial stereotiplərə uyğun təsnifindən 

ibarətdir.  Burada  stereotip  bir    Ģtamp  kimi    istifadə  olunan 

formalaĢmıĢ  insan    surəti  götürülür.  StereotipləĢdirmə    sub-

yektin  öz Ģəxsi təcrübəsini  ümumiləĢdirməsi və bu zaman ki-

tablardan,  kinofilmlərdən  aldığı  məlumatların    ona  əlavə 

edilməsi  nəticəsində  də  yarana  bilər.  Bu  zaman  həmin  bilik 

nəinki Ģübhəli, hətta yanlıĢ xarakter daĢıya, düzgün nəticələrlə 

yanaĢı,  tamamilə  yanlıĢ  nəticələrə  də  gətirib  çıxara  bilər.  Bu 

baxımdan stereotipləĢdirmə kauzal atribusiyanın bir növ mex-

anizmini  təĢkil  edir.  Kauzal  atribusiya  latınca    causa  –  səbəb 

və attribuo – vermək  sözlərindən əmələ gəlib Ģəxsiyyətlərarası 

anlama  zamanı  digər  adamın  davranıĢının  səbəb  və 

motivlərinin Ģərhindən  ibarətdir. Burada isə bəzən qabaqcadan 

yaranmıĢ yanlıĢ fikir  stereotipləĢməyə əsaslı təsir göstərir.  

Kauzal atribusiyanın  xarakteri müxtəlif Ģəraitdən asılı ola 

bilir. Belə ki,  məsələn, tanıĢ olmayan adamı qavrayarkən sub-

yektin aldığı ilkin məlumat böyük rol oynaya bilər.  

Psixoloqlar  belə  bir  eksperiment  aparmıĢlar.  Ġki  qrupda 

tələbələrə  eyni  bir  adamın  fotoĢəklini    göstərmiĢlər.  Birinci 

qrupda eksperimentator onu görkəmli alim kimi, ikinci qrupda 

isə cinayətkar kimi təqdim etmiĢdir. Hər iki qrupda  tələbələrə 

xarici  görkəminə  görə  həmin  adamı  səciyyələndirmək 

tapĢırılmıĢdır.  Birinci  qrupda  yoxlanan  tələbələr  Ģəkildəki 

adamı səciyyələndirərkən göstərmiĢlər ki, bu adam çox gərgin 

iĢləyən, rəhimli, xoĢxasiyyət, qayğıkeĢ, həssas, ağıllı adamdır. 




 

 

 



133 

 

Ġkinci  qrupdakı    tələbələr    əsaslandırmağa  çalıĢmıĢlar  ki, 



Ģəkildəki  adam  çox  qəddar,  inadkar,  hiyləgər,  xain  adamdır. 

ġəkildəki  eyni    detal,  məsələn,  göz  bir  halda    mehribanlıq  və 

ağıllılıq,  digər    halda  kinlilik  və  qəddarlıq  əlaməti  kimi  Ģərh 

olunmuĢdur.  

Buradan  aydın  olur  ki,  qavrama  zamanı  əldə  edilən 

məlumat    ciddi  Ģəkildə    insan  sifətini  –  alim  və  cinayətkar  

obrazları haqqında stereotipə  uyğunlaĢdırmağa əsaslanmıĢdır.  

Gündəlik müĢahidələr və  aparılmıĢ tədqiqatlar insanların 

bir  –  birini  qavraması  və  anlamasında  onlar  haqqında    ilkin 

təsəvvürün    yaranması  da  xüsusi  rol  oynadığını  göstərmiĢdir. 

Bu cür asılılıq psixologiyada  «oreol  effekti» («himayə  effek-

ti»)  adlanır.  Əldə  edilmiĢ  ilkin  məlumatlar  qavradığımız   

adamlar    haqqında    bizdə  müsbət  və  ya    mənfi    oreol    effekti 

yarada  bilər.  Birinci  halda  biz  qavradığımız  adamın  bütün 

davranıĢına  pozitiv,  ikincininkinə  isə  neqativ  münasibət 

bəsləməyə meylli  oluruq.  

Məsələn,  ilkin  müĢahidə  və  ya  baĢqa  müəllimin  uyğun 

olmayan məlumatı  bizdə çalıĢqan  Ģagird haqqında  mənfi fikir 

yaradır.  Nəticədə  bu  ilkin  təəssüratın  təsiri  altında  həmin 

Ģagirdin  həqiqi  keyfiyyətini  qavraya  bilmirik.  Sanki  onun  ən 

yaxĢı  davranıĢını  da  görmək  istəmirik.  Bizdə  həmin  Ģagird 

haqqında mənfi  oreolun yaranması buna səbəb olur. 

Əksinə,  tənbəl,  zəif  Ģagirdlə  ilk  dəfə  rastlaĢarkən  onun 

təsadüfi cavabı, baĢqa müəllimin onun haqqında yersiz tərifləri 

bizdə  həmin  Ģagirdə  qarĢı  müsbət  oreolun  yaranmasına  səbəb 

olur. Nəticədə Ģagirdin  cavablarındakı qüsurları hiss etməməyə  

baĢlayırıq.  

Uyğun  olmayan  həm  müsbət,  həm  də  mənfi    oreol  eyni 

dərəcədə  ziyanlıdır.  Ona  görə  də    «oreol  effektinin»  qarĢısını 

almaq üçün  adamları müxtəlif  Ģəraitdə  və vəziyyətdə  qavra-

maq  tələb  olunur.  Bu  zaman  müsbət  kauzal    atributun  

yaranması, oreol effektinin  mənfi təsirinin aradan qaldırılması  

mümkün olur.  



 

 

 



134 

 

 



       Özünü yoxlamaq üçün sual  və  tapĢırıqlar 

 

1.



 

Ünsiyyət nəyə deyilir? Onun əsas cəhətləri  hansı-

lardır?  

2.

 



Ünsiyyətin məzmunu, məqsədi və vəzifələrini Ģərh 

edin. 


3.

 

Ünsiyyətin növləri hansılardır? Onları Ģərh edin. 



4.

 

Ünsiyyət hansı funksiyaları yerinə yetirir?  



5.

 

Ünsiyyət və fəaliyyətin vəhdətini izah edin. 



6.

 

Ünsiyyətdə informasiya mübadiləsi dedikdə nəyi baĢa 



düĢürsünüz? 

7.

 



Ġnformasiya mübadiləsi tərəfləri  hansılardır? 

8.

 



Verbal ünsiyyət nədir? 

9.

 



Nitq və onun növləri haqqında danıĢın. 

10.


 

Nitqin funksiyaları və xüsusiyyətləri  hansılardır? 

11.

 

 Nitqin mexanizmlərini Ģərh edin. 



12.

 

 Qeyri – verbal ünsiyyət nədir? 



13.

 

 Ünsiyyətdə qarĢılıqlı təsir dedikdə nəyi baĢa 



düĢürsünüz? 

14.


 

 Ünsiyyətdə nə kimi  maneələr özünü  göstərir və 

onları necə aradan qaldırmaq olar?  

15.


 

 Ünsiyyət prosesində  insanların bir – birini 

qavramalarının  mexanizmləri  hansılardır? Onları Ģərh edin. 

 

 



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular                          

1. Ünsiyyətin psixoloji əsasları.   

2. Ünsiyyət üslubu. 

         3. Ünsiyyətdə  konfliktlər və ünsiyyət çətinlikləri. 

         4. Nitq verbal ünsiyyət kimi. 

5. Qeyri verbal kommunikasiya. 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə