Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə46/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   42   43   44   45   46   47   48   49   ...   197

 

 

 



138 

 

anlaĢılmasının  çətinliyi  bir  sıra  amillərlə  bağlıdır.  Həmin 



mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.  

1.  Ġnsan  Ģəxsiyyəti  maddi  və  toxunula  bilən,  hiss  edilən 

deyildir.  O,  bir  sıra  amillərin,  Ģəraitin,  imkanların  və 

determinantların təsiri altında formalaĢan psixoloji törəmədir. 



2. Ġnsan Ģəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa 

da  yalnız  onlardan  asılı  bir  törəmə  kimi  Ģərh  oluna  bilməz, 

çünki o formalaĢdığı həmin əsası dialektik olaraq rədd edir. 

3.  Ġnsan  davranıĢının  determinasiyasında  Ģəxsiyyətin 

mühüm  əhəmiyyət  kəsb  etməsi  barədə  çoxlu    nəzəriyyə  və 

konsepsiya  mövcuddur  ki,  bunların  bir  çoxunun  «Ģəxsiyyət» 

anlayıĢını Ģərh etməsi ziddiyyətlidir.                      

4.  Nəhayət,  Ģəxsiyyəti  anlamaq  insan  fenomenini  anla-

maqla  birbaĢa  əlaqədardır.  ġəxsiyyət  yalnız  o  zaman  insanın 

əsası,  özəyi  kimi,  onun  baĢlıca  parametri,  onun  eyniləĢdirmə 

vasitəsi  kimi  Ģərh  oluna  bilər  ki,  antropologiya  və  insan 

haqqında  biliklər  insanın  öz  təbiətini  anlamaq  səviyyəsinə 

yüksəlmiĢ olsun. 

Lakin bütün bu qeyd olunanlar heç də Ģəxsiyyətin tədqiqi 

imkanlarının  mümkün  olduğunu  rədd  etməyə  imkan  vermir. 

Əksinə, Ģəxsiyyət problemi barədə son nəzəri və eksperimental 

tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.  

  «ġəxsiyyət»  sözü  Azərbaycan,  rus  və  ingilis  dillərində 

maraqlı  və  faktiki  olaraq  eyni  etimologiyaya  malikdir. 

Azərbaycan dilində «Ģəxsiyyət» sözü öz əsasını ərəb sözü olan 

«Ģəxs»  sözündən  götürmüĢ  və  hər  hansı  bir  konkret  Ģəxsi, 

simanı  bildirir.  Rus  dilində  «Ģəxsiyyət»  (liçnostğ)  sözü  də 

«liüo»,  «liçina»  (üz,  sifət)  sözləri  ilə  bağlıdır.  Ġngilis  dilində 

«Ģəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını 

iki latın sözündən – «per» və  «sona» sözlərindən götürmüĢdür 

ki,  bu  da  bir  növ  «vasitəsilə  danıĢır»  mənasını  ifadə  edir.  So-

nralar qədim Yunanıstanda  və Rim imperiyasında bu söz teatr 

tamaĢasında  aktyorun  «maskası»  Ģəklində  özünü  büruzə 

vermiĢdir.  Adətən,  səhnə  hərəkətindən  asılı  olaraq  «masqa» 




 

 

 



139 

 

dəyiĢilir,  aktyor  rola  daxil  olur.  Lakin,  yalnız  xeyli  vaxt 



keçdikdən sonra «persona» sözü hazırki dövrdə daĢıdığı məna 

yükünü  daĢımağa  baĢlamıĢ,  «personality»  –  «Ģəxsiyyət» 

mənasında iĢlənməyə baĢlanmıĢdır.  

  Qeyd  edilənlərdən  göründüyü  kimi,  insanın  şəxsiyyəti 



birbaşa  və  dolayı  mənada  onun  siması,  sifətidir.  BirbaĢa 

mənada  insanın  siması,  sifəti  onun  baĢlıca  identifikatorudur. 

Məhz  onun  xətləri,  formaları,  çevrəsi  və  digər  xüsusiyyətləri 

əsasında  bir  adamı  baĢqasından  fərqləndirir,  onun  hansı  yaĢ 

kateqoriyasına  mənsub  olduğunu  müəyyənləĢdirə  bilirik. 

Təsadüfi  deyildir  ki,  Ģəxsiyyəti  eyniləĢdirməklə  bağlı  bütün 

sənədlərdə  onun  sifətinin  (üzünün)  Ģəkli  olması  tələb  edilir. 

Bununla  yanaĢı  olaraq  bizim  sifətimiz  emosiyalarımızın, 

hisslərimizin,  əhvalımızın,  vəziyyətimizin,  istəklərimizin 

ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- ver-

bal  yolla  da,  zəngin  mimiki  imkanlarımızın  köməyilə  də 

ünsiyyətə  girmək  imkanı  verir.  Dolayı  mənada,  insan 

Ģəxsiyyəti  onun  «ruhunun»,  baĢqa  sözlə,  onun  bütün  psixi 

təzahürünün  «sifətidir».  Ġnsana  məxsus  olan  fərdi-psixoloji 

xassələrin  təzahür  xüsusiyyətlərinə,  onun  ünsiyyət  üslubuna, 

davranıĢına,  fikir  və  ideyalarına  görə  onu  aydın 

eyniləĢdirməyimiz  və  onun  gələcək  davranıĢının    istiqamətini 

proqnozlaĢdırmağımız heç kimdə Ģübhə doğura bilməz.  

  Bütün  yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  deyə 

bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə 



imkan  verən  davamlı  fiziki  və  psixi  xarakteristikasının 

məcmuundan ibarətdir. 

  ġəxsiyyət  insanın  psixoloji  siması  olub,  Ģüura,  mənliyə 

malik  olan,  öz  hərəkətlərinə  cavabdeh,  ictimai  münasibətlərin 

fəal  iĢtirakçısı  olan  adamdır.  Şəxsiyyət  müəyyən  ictimai-tarixi 



dövrdə  yaşayıb  fəaliyyət  göstərən,  gerçəkliyi  dərk  edib 

müəyyən  istiqamətdə  dəyişdirən,  ünsiyyətə  girməyi  bacaran 

konkret canlı insandır. 

 


 

 

 



140 

 

 



III.5.2. Ġnsan, fərd, Ģəxsiyyət və fərdiyyət 

 

 

İnsan, fərd, şəxsiyət və fərdiyyət  anlayıĢları bir- biri ilə 

müəyyən  əlaqəyə  malik  olsa  da  onları  eyniləĢdirmək  olmaz. 

Onların  içərisində  ən  geniĢ  anlayıĢ  «insan»  anlayıĢıdır.  Həm 

fərd,  həm  Ģəxsiyyət,  həm  də  fərdiyyət  eyni  zamanda  insandır 

(bax  Ģəkil  3).  Ġnsan  həyata  insan  kimi  gəlir.  Ġnsan  dölünün 

genlərində  insan  üçün  zəruri  olan  əlamət  və  keyfiyyətlərin 

inkiĢafı  üçün  anadangəlmə  zəmini  qoyulmuĢ  olur.  Yeni 

doğulmuĢ  uĢağın  bədəninin  konfiqurasiyası  düz  yerimək 

imkanı  yaradır,  beyinin  strukturu  intellektin  inkiĢaf  imkanını 

təmin  edir,  əlin  quruluĢu  gələcəkdə  əmək  alətlərindən  istifadə 

prespektivləri  yaradır.  Bütün  bunlar  körpəni  özünün 

imkanlarına  görə  bir  insan  kimi  heyvan  balalarından 

fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olu-

nur və fərd anlayıĢının aĢkara çıxmasına gətirib çıxarır. «Fərd» 

anlayıĢında  insanın  növə  mənsubluğu  öz  əksini  tapır.  Belə  ki, 

hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda  

insandır.  Ona  görə  də  yeni  doğulmuĢ  uĢaq  da,  ağlını  itirmiĢ 

səfeh  də,  yaĢlı  vəhĢi  insan  da,  mədəni  ölkələrin  yüksək 

intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir 

konkret  adamı  fərd  adlandırmaqla  onun  potensial  insan 

olduğunu təsdiq edirik.   

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə