Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə47/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   43   44   45   46   47   48   49   50   ...   197

 

 

 



141 

 

 



   

 

ġəkil 5. «Ġnsan», «Ģəxsiyyət», «fərd» və «fərdiyyət» 

anlayıĢlarının həcmlərinə görə qarĢılıqlı əlaqəsi  

(R.S. Nemova görə). 

 

 

Lakin  bütün  fərdləri  Ģəxsiyyət  adlandırmaq  olmaz.  Yeni 



doğulmuĢ uĢaq, ağlını itirən səfeh Ģəxsiyyət hesab olunmur. Bir 

fərd  kimi  doğulmuĢ  insan  tədricən  ictimai  münasibətlər 

qovuĢuğunda,  sosiallaĢma  nəticəsində  Ģəxsiyyətə  çevrilir. 

Nəticədə o təkcə baĢqalarından fərqlənmir, eyni zamanda tarixi 

prosesin  iĢtirakçısına  çevrilir.  Hər  bir  Ģəxsiyyət  cəmiyyətdə 

yaĢayan  konkret  canlı  insan  olmaqla,  gerçəkliyi  dərk  edib 

dəyiĢdirmək, fəallıq göstərmək, baĢqaları ilə ünsiyyətə girmək 

imkanına malik olur.  

  «Fərdiyyət»  anlayıĢına  gəldikdə,  hər  bir  adamın 

Ģəxsiyyəti  yalnız  ona  məxsus  əlamət  və  xüsusiyyətlərin  məc-

muuna  malik  olur  və  onun  fəaliyyətini  təĢkil  etməklə  həmin 

adamı  baĢqalarından  fərqləndirir.  Fərdiyyət  insanın  tempera-

mentinin,  xarakterinin  əlamətlərində,  adətlərində,  üstünlük 

təĢkil  edən  maraqlarında,  idrak  proseslərinin  keyfiyyətlərində, 

qabiliyyətlərində,  fərdi  fəaliyyət  üslubunda    və  s.-  də  təzahür 

edir.  Ġki  elə  adam  tapmaq  mümkün  deyildir  ki,  onlarda  qeyd 

etdiyimiz  psixoloji    xüsusiyyətlər  eyni  olsun.  Ġnsan  Ģəxsiyyəti 

özünün  fərdiyyətliliyinə  görə  təkrarolunmazdır.  «Fərd»  və 

«ġəxsiyyət»  anlayıĢlarında  olduğu  kimi,  «fərdiyyət»  və 

«Ģəxsiyyət»  anlayıĢlarını  da  eyniləĢdirmək  mümkün  deyildir. 

Onlar yalnız vəhdət təĢkil edirlər.  

 

III.5.3. ġəxsiyyətin psixoloji strukturu 

 



 

 

 



142 

 

ġəxsiyyətin  özünəməxsus  psixoloji  strukturu  vardır. 



Psixoloji  ədəbiyyatda  qeyd  olunduğu  kimi,  insanın  Ģəxsiyyətə 

çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas 



–  ünsiyyət  –  fəaliyyətdir.  Bu  baxımdan  Ģəxsiyyətin  psixoloji 

strukturunun  əsasında  birinci  növbədə  onun  idrak  prosesləri 

durur.  Ġnsan  həyata  gəldikdən  sonra  duyğu  olqanları  vasitəsilə 

ətraf  mühit  cisim  və  hadisələrini  əks  etdirərək  psixi  inkiĢafa 

nail  olur.  Bu  prosesdə  onu  əhatə  edənlərlə  ünsiyyət  xüsusi 

əhəmiyyətə  malikdir.  ġəxsiyyətin  strukturunda  onun  idrak 

prosesləri  əsasında  və  onunla  yanaĢı  aĢağıdakı  baĢlıca 

yarımstrukturları, komponentləri qeyd olunur:  

-

 

Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüĢü, ic-



timai  mövqeyi,  tələbatları,  maraq  və  meylləri,  əqidə  və 

idealları, adət və ənənələri, ideya və praktik yönəliĢlik sistemi 

və  s.  daxildir.  Bu  zaman  yönəliĢliyin  komponentlərindən  biri 

dominantlıq təĢkil edir və aparıcı olur. BaĢqaları isə istinad ro-

lunu  oynayır.  Dominantlıq  təĢkil  edən  istiqamət  Ģəxsiyyətin 

bütün psixi fəaliyyətini müəyyənləĢdirir.  

-

 

ġəxsiyyətin 



strukturunda 

sonrakı 


mühüm 

yarımstrukturunu  onun  hazırlıq  səviyyəsi  təĢkil  edir.  Buraya 

Ģəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdiĢlər sistemi daxil-

dir.     

ġəxsiyyətin 

strukturunda 

mühüm 

yer 


tutan 

yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını 

müəyyənləĢdirən  və  fəaliyyətin  müvəffəqiyyətini  təmin  edən 

qabiliyyətlər sistemindən ibarətdir.  

  ġəxsiyyətin  strukturunda  mühüm  yer  tutan  digər  kom-

ponenti  insanın  həyatda  qazandığı  davranıĢ  forması,  baĢqa 

sözlə onun xarakteridir.  

  Nəhayət,  bu  komponentlərin  hamısının  üzərində 

Ģəxsiyyətin  mənliyi,  yəni  özünü  dərk  edib  anlaması,  öz 

davranıĢını nizama salıb idarə etməsi «hökmranlıq» edir.  

  ġəxsiyyətin  strukturunun  daha  çox  yayılmıĢ  bu  cür 

ənənəvi təhlili ilə yanaĢı onu digər aspektlərdən də xarakterizə 



 

 

 



143 

 

etmək  mümkündür.  Bunun  üçün  birinci  növbədə  Ģəxsiyyətin   



strukturunun   aĢağıdakı  qrafikinə   nəzər  yetirək 


 

 

 



 

 



 

ġəxsiyyət 

ġüursuzluq 

ġüur 

Ümumi  növ 

tendensiyalar

ı 

Arxetip  

«Kölgə» 

Növün,  etno-

sun 

tendensiyalar

ı 

Arxetip 

«BaĢqaları» 

SıxıĢdırılmıĢ, 

unudulmuĢ, 

rədd 

edilmiĢ,  arzu  olunmaz, 

qeyri-aktual 

Özü,  ətrafdakılar  və 

aləm  haqqında  informa-

siya 

Mühitin, 

etnosun, 

xalqın 

dəyərləri 

ÜmumbəĢəri 

dəyərlər 

Ġblis                 Yoldançıxaran                 Qeyri Mən 

Mən 

Peyğəmbər               Allah 

 

Kollektiv Ģüursuzluq 

 

ġəxsi Ģüursuzluq 

 

ġəxsi Ģüurluluq 

 

Kollektiv Ģüurluluq 

KeçmiĢ 

Gələcək 

 

Ġndii 

 

 

ġəkil 6. ġəxsiyyətin strukturu (prof. S.Ġ.Seyidova görə) 



163

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə