Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə5/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   2   3   4   5   6   7   8   9   ...   197

 

 

 



14 

 

Psixologiyanın  maraqlandığı  əsas  obyekt  insan  olduğuna  görə 



ümumi  psixologiya  birinci  növbədə  onun  (insanın)  Ģəxsiyyəti, 

fəaliyyəti,  ünsiyyəti  idrak  prosesləri  ilə,  münasibətlər  sistemi 

(hissləri) və  iradi fəaliyyəti,  iradi  tənzimi  ilə  baglı  məsələlərin 

araĢdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də ekspe-

rimental  planda  öyrənir.  Deyilənlərdən  aydın  olur  ki,  ümumi 

psixologiya  psixi  hadisələr  haqqında hamı üçün  eyni  dərəcədə 

maraq  doguran  ümumiləĢmiĢ  bilikləri  özündə  əks  etdirir. 

Həmin  biliklərlə  tanıĢ  olmaqla    hər  bir  insan  psixologiyanın 

ümumi sirlərinə yiyələnə bilər. 

Psixologiyanın  təhsil,  təlim  və  tərbiyə  ilə  sıx  baglı  olan 

xüsusi sahələrindən bəzilərinə nəzər yetirək. 

Psixologiyanın  konkret  fəaliyyətlə  baglı  olan  və  yüksək 

praktik əhəmiyyət daĢıyan mühüm xüsusi sahələrindən biri pe-

doqoji  psixologiyadır.  Pedaqoji  psixologiya  təlim,    tərbiyə  və 

pedaqoji fəaliyyətin psixoloji  problemlərini araĢdırır. 

Pedaqoji  psixologiyanın  həll  etməli  olduğu  ən  mühüm 

problemlər uĢaqların həyatının hər bir senzitiv dövrünü aĢkara 

çıxarmaq  və  həmin  dövrdə  onların  inkiĢafı  üçün  lazım  olan 

bütün  imkanları  müəyyənləĢdirməkdən,  təlim  və  inkiĢafın 

qarĢılıqlı  əlaqəsini  aĢkara  çıxarmaqdan,  təlim  və  tərbiyənin 

ümumi  və  yaĢla  bağlı  olan  cəhətlərini,  əlaqəsini  aĢkara 

çıxarmaqdan,  təlim  və  tərbiyənin  səmərəliliyini  təmin  edən 

psixoloji qanunauyğunluqları araĢdırmaqdan və s. ibarətdir. 

Psixologiya  elminin  pedaqoji  psixologiya  ilə  sıx  baglı 

olan  digər  mühüm  bir  sahəsi  yaş  psixologiyasıdır.  YaĢ 

psixologiyası  insanda  anadan  olandan  ömrünün  axırına  qədər 

psixi inkiĢafın dinamikasını, qanunauyğunluqlarını, Ģəxsiyyətin 

psixi 

prosesləri  və  xassələrinin  ontogenezdə  inkiĢaf 



xüsusiyyətlərini 

öyrənir. 

YaĢ 

psixologiyasının 



uĢaq 

psixologiyası,  yeniyetmələrin    psixologiyası,  gənclərin 

psixologiyası,  yet-  gin  yaĢın    psixologiyası,  qocalıq  yaĢının 

psixologiyası,  uzun-  ömürlülük  psixologiyası  (herontopsixolo-

giya) kimi bölmələri vardır. 



 

 

 



15 

 

Psixologiyanın  xüsusi sahələrindən birini də differensial 



psixologiya  təĢkil  edir.  Diferensial  psixologiya  –  psixologiya 

elminin    insanların  fərdi  –  psixoloji  və  davranıĢ  fərqlərini 

öyrənən, Ģərh və izah edən sahəsidir. «Diferensial psixologiya» 

termini  ilk  dəfə  1900-cü  ildə  V.ġtern  tərəfindən  irəli 

sürülmüĢdür.  Diferensial  psixologiyanın  əsas  metodu  testlər 

olmuĢdur. Ġlk dövrlər bu testlər fərdi testlər olmuĢ, sonra qrup 

testləri  meydana  gəlmiĢ    daha  sonra  isə  proyektiv  testlər 

yaranmıĢ və onlardan istifadə olunmuĢdur. 

Psixologiyanın  xüsusi  sahələrinə  genetik  psixologiyanı 

da  aid  etmək  olar.  Genetik  psixologiya  psixika  və  davranıĢın 

irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. 

YaĢ psixologiyası, differensial  və  genetik psixologiya birlikdə 

uĢağın  psixi  inkiĢafının  qanunlarını  baĢa  düĢmək  üçün  elmi 

əsas  təĢkil edir.  

Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən 

sahələrindən  biri  sosial  psixologiyadır.  Sosial  psixologiya 

birgə  fəaliyyət  və  ünsiyyət  prosesində  müəyyən  sosial  qrupda 

Ģəxsiyyətlərarası  münasibətlər  sistemini,  həmin  münasibətlər 

sisteminin  bütünlüklə  qrupun,  eləcə  də  ayrı-ayrı  fərdin 

psixologiyasındakı  inikasını  öyrənən  elm  sahəsidir.  Bu  cür 

biliklər  tərbiyənin  psixoloji  cəhətdən  düzgün  təĢkili  üçün 

zəruridir. 

Pixologiyanın  mühüm  sahələrindən  biri  olan  hüquq 

psixologiyası  insan  tərəfindən  hüquq  normaları  və  davranıĢ 

qaydalarının  öyrənilməsini  nəzərdən  keçirir,  hüquq  sisteminin 

reallaĢması  ilə  bağlı  olan  psixoloji  məsələləri  aydınlaĢdırır. 

Onun  məhkəmə  psixologiyası,  kriminal  psixologiya,  islah-

əmək psixologiyası və s. bölmələri vardır. 

Müasir  psixologiyanın  özünə  xüsusi  yer  tutmuĢ 

sahələrindən biri kimi  tibb psixologiyasını qeyd etmək olar. 

Tibb  psixologiyası  həkimin  fəaliyyətinin  və  xəstənin 

davranıĢının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, 

ekspertiza  və  reablitasiyasının  psixoloji  aspektlərini  öyrənir. 




 

 

 



16 

 

Tibb  psixologiyası  özünə  klinik  psixologiya,  patopsixologiya, 



neyropsixologiya, 

somatopsixologiya, 

ümumi 

tibb 


psixologiyası,  psixiatriya,  psixoprofilaktika  və  psixogigiyena, 

psixokorreksiya və s. bölmələrini daxil edir. 

Patopsixologiya,  eləcə  də  psixoterapiya,  psixikasında  və 

davranıĢında qüsurlar olan adamlarla iĢin aparılmasına xidmət 

edir.  Psixologiyanın  bu  sahələrinin  baĢlıca  vəzifəsi  mövcud 

psixi  pozğunluğun  səbəblərini  və  onu  aradan  qaldırmaq 

yollarını öyrənir. 

Müasir  psixologiya  elminin  yeni  sahələrindən  biri  olan 

psixodiaqnostikaya gəldikdə, o, insanların psixi xassə , prosesi 

və  hələtlərinin  inkiĢaf  xüsusiyyətləri  haqqında  elmi  cəhətdən 

yoxlanmıĢ  və  onlar  haqqında  əsaslı  məlumat  əldə  etməyə  im-

kan  verən  metodların  köməyi  ilə  qiymətləndirilməsinin 

nəzəriyyəsi və praktikası ilə məĢğul olur. 

Yekunda  qeyd  etmək  lazımdır  ki,  biz  burada  müasir 

psixologiya  elminin  yalnız  bir  qismi  ilə  qısaca  tanıĢ  olduq. 

Psixologiya elminin idman psixologiyası, əmək  psixologiyası, 

incəsənət  psixologiyası,  kosmik  psixologiya,  menecment 

psixologiyası,  eksperimental psixologiya, etnik psixologiya və  

s.  sahələrinin    də  özünəməxsus  predmeti  və  vəzifələri  vardır. 

ġübhəsiz onların hamısı  barədə burada geniĢ məlumat  vermək 

vəsaitin imkanlarından  kənardır. 

 

I.1.3.  Psixologiya  elminin inkiĢaf  mərhələləri 

 

Psixologiya elmi öz inkiĢafında müxtəlif mərhələlərdən 



keçmiĢdir. Bunlar aĢağıdakılardan ibarətdir: 

Elməqədərki  I  mərhələ.  Qədim  dövrdən  baĢlayaraq 

bizim  eradan  əvvəlki  VII-VI  əsrlərə  qədərki  dövrü  əhatə  edir. 

Bu  dövrdə  ruh  (psixika)  haqqında  təsəvvürlər  çoxsaylı  mif  və 

əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini 

tapmıĢdır. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə