Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə50/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   46   47   48   49   50   51   52   53   ...   197

 

 

 



169 

 

qəbul  olunmuĢ  əxlaq  və  davranıĢ  normalarını  əsas  götürərək 



həmin maskanı geyirik.  

K.Yunqa  görə  şəxsi  şüursuzluq  öz  baĢlanğıcını  uĢağın 

anadan  olduğu  gundən  əldə  edir  və  bütün  həyatı  boyu 

formalaĢır. ġəxsi Ģüursuzluq insanın artıq keçirmiĢ olduğu, la-

kin  ya  unutduğu,  ya  sıxıĢdırılmıĢ  müxtəlif  hissləri,  duyğuları, 

xatirələrini  özünə  daxil  edir.  Bununla  belə  Ģəxsi  Ģüursuzluq 

zərurət olduqda dərk oluna bilər. Bu zaman o Ģüurda müəyyən 

tənzim  funksiyasını  yerinə  yetirir  və  insanı  öz  gücünə  və  ya 

zəifliyinə inanmasına məcbur edir.  

ġüursuzluğu  K.Yunq  «kölgə»  adlandırır.  Onun  fikrincə 

«kölgə» insan Ģəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini 

özünə  daxil  edir  və  öz  baĢlanğıcını  heyvan  əcdadlarımızın  

amoral həzzlərindən alır ki, bu da cəmiyyətin normal həyat və 

fəaliyyəti  üçün  tamamilə  qəbuledilməzdir.  Lakin  özünün  

amorallığına  baxmayaraq  «Kölgə»  bizim  bir  çox  yaradıcı 

ehtiraslarımızın  və  dərin  emosional  təəssüratlarımızın 

mənbəyini təĢkil edir.  

Kollektiv  şüursuzluğu  həqiqi  mənada  K.Yunqun  ən 

böyük  kəĢfi  hesab  etmək  olar.  Bu  kəĢf  onun  adını  ölməz 

etmiĢdir.  K.Yunqun  fikrincə  yeni  doğulmuĢ  uĢaq  heç  də  ağ 

lövhə  deyildir.  Belə  ki,  yeni  doğulmuĢ  uĢaqda  yaĢlılıq  döv-

ründə onun davranıĢını Ģərtləndirən anadangəlmə tendensiya öz 

əksini  tapır.  Bu  tendensiyalar  K.Yunq  tərəfindən  arxetiplər 

adlandırılmıĢdır.  Arxetip    nəsildən-  nəslə  keçirilən,  insan 

Ģüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnıĢ 

formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir.  

Yunq 


ekstroversiya 

və  introversiya  anlayıĢlarını 

Ģəxsiyyətin  tipologiyasının  əsası  kimi  psixologiyaya  daxil 

etmiĢ,  ekstrovertiv  və  introvertiv  tipləri  xarakterizə  etmiĢdir. 

Ekstrovertiv  Ģəxsiyyət  özünün  bütün  maraqlarını  xarici  aləmə 

yönəltdiyi  halda,  introvertiv  Ģəxsiyyətdə  bu  maraqlar,  bütün 

həyat  energiyası  özünə,  özünün  daxili  aləminə  yönəldilmiĢ 

olur. 



 

 

 



170 

 

Nəhayət,  Ģəxsiyyət  haqında  klasik  nəzəriyyələrdən  biri 



də, əvvəl qeyd  etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Ad-

lerin  (1870-  1937)  fərdi  psixologiya  nəzəriyyəsidir.  Onun 

fikrincə  insanda  ən  əsas  onun  təbii  instinktləri  deyil,  «birlik 

hissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkiĢaf 

etdirilməlidir.  

A.Adler  Ģəxsiyyətin  formalaĢmasına  təsir  edən  üç 

mühüm  münasibəti  qeyd  edir:  baĢqa  adamlara  münasibət, 

əməyə  münasibət,  baĢqa  cinsə  münasibət.  Adlerə  görə 

Ģəxsiyyətin strukturunu  müəyyən edən  əsas motiv  və tenden-

siyalar aĢağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2) 

təkmilləĢməyə və üstünlük əldə etməyə  cəhd; 3) birlik hissi və 

ya  sosial  hiss.  Onun  fikrincə  bu  tendensiyalar  anadangəlmə 

deyildir. Daha  doğrusu,  uĢaq doğularkən  ona hazır  Ģəkildə  ve-

rilmir;  o,  dünyaya  gələrkən  insan  nitqinə  qabillik  onun 

anatomiyasında  olduğu  kimi,  bu  tendensiyalar  üçün  də  poten-

sial imkan olur.  

ġəxsiyyət  haqqında  klinik  nəzəriyyə.  ġəxsiyyət 

haqqında  psixoloji  nəzəriyyələr  içərisində  klinik  nəzəriyyə  də 

özünəməxsus  yer  tutur.  Bunlara  K.Xorninin  nevroz 

nəzəriyyəsini,  E.Frommun  konsepsiyasını,  Q.S.Sallivenın  in-

terpersonal  nəzəriyyəsini,  E.Eriksonun  eqo-psixologiyasını  aid 

etmək olar.  

Amerika  psixoloqu  Kartin  Xorni  (1885-  1952)  insan 

Ģəxsiyyətinin  əsasında  anadangəlmə  narahatlaq  hissini 

qoymuĢdur.  Onun  fikrincə  uĢaq  həmin  hisslə  doğulur. 

Doğulduğu  gündən  uĢaq  üzvü  səviyyədə  narahatlaq  hissi 

keçirməyə  baĢlayır  və  həmin  hisslər  onun  bütün  sonrakı 

həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili xassəsi 

kimi özünü göstərməyə baĢlayır. Mövcud olduğu ilk saniyədən 

baĢlayaraq  insan  dünyaya  qarĢı  düĢmənçilik  hissi  keçirməyə 

baĢlayır.  Məhz  buna  əsaslanaraq  K.Xorni  narahatlıq  hissini 

insanın  davranıĢının  əsas  motivasiyası  hesab  edir  və  onu 

«köklü  həyəcan»  adlandırır.  Onun  fikrincə  «köklü  həyəcan» 



 

 

 



171 

 

insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir. 



ġəxsiyyətin  klinik  nəzəriyyəsi  konsepsiyasında  Erik 

Frommun  (1900  –  1980) da  xidmətləri  az  olmamıĢdır. O, Al-

maniyada anadan olmuĢ, fəaliyyətə baĢlamıĢ, sonra Amerikaya, 

oradan  da  Meksikaya  getmiĢdir.  Froma  görə  ictimai  inkiĢaf 

Ģəxsiyyətin daha çox fərdiləĢməsi ilə azadlığına gətirib çıxarır. 

Onun  fikrincə  yeni  azadlıq  inamsızlıq,  öz  gücünü  duymamaq, 

Ģübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Bu-

radan  da  Ģəxsiyyətin  «azadlıqdan  qaçması»  meydana  gəlir.  O, 

özünün  «Azadlıqdan  qaçıĢ»  kitabında  Amerikanı  xəstə  ölkə 

adlandırmıĢdır.  Onun  fikrincə  kapitalizm  cəmiyyətindəki 

rəqabət  nevrotik  Ģəxsiyyətlər,  funksional  nevroz  yaradır. 

E.Fromm adamları bir Ģəxsiyyət kimi dörd yerə ayırır: mazox-

ist, sadist, konformist və tənha (tərk dünya).  



Mazaxist  tipə  malik  olan  adam,  Frommun  fikrincə, 

cəmiyyətdə  daim  uğursuzluqlarla  qarĢılaĢan  adamdır.  Bu 

uğursuzluqda o yalnız özünü günahkar sayır.  

Sadist  tip  öz  uğursuzluqlarının  günahını  özündə  deyil, 

baĢqa  adamlarda,  cəmiyyətdə  görür.  O,  adamları  və  dünyanı 

düĢmən  kimi  qavrayır  və  onları  məhv  etməyə  cəhd  göstərir. 

Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.  



Konformist  tip  ümumi  kütləyə  qarıĢır,  baĢqaları 

necədirsə  onlar  kimi  olmağa,  onlardan  fərqlənməməyə  cəhd 

edir. O, həmiĢə mövcud Ģəraitə uyğunlaĢır. 

Tənha  tip  (otĢelnik)  həmiĢə  mübarizədən,  cəmiyyətdən 

uzaqlaĢır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalıĢır.  

ġəxsiyyətin  klinik  nəzəriyyəsinin  digər  nümayəndəsi 

Amerika  psixoloqu    Q.S.Salliven  (1892-  1949)  olmuĢdur.  O, 

əsasən  K.Xorninin  istiqamətini  qəbul  etmiĢdir.  Onun  fikrincə 

psixoloji  tədqiqatların  obyekti  ayrı-ayrı  subyektlər  deyil, 

subyektlərin  birgə  fəaliyyətinin  məhsulu  olan  Ģəxsiyyət 

olmalıdır.  Salliven  Ģəxsiyyətin  inkiĢafının  mexanizmini  AĢa-

ğıdakı  Ģəkildə  nəzərdə  tutur:  1)  incəliyə,  əzizlənməyə  tələbat, 

2) həyəcandan qaçmaq cəhdi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə