Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə51/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   47   48   49   50   51   52   53   54   ...   197

 

 

 



172 

 

Sallivenin 



fikrincə 

təhlükəsizliyə 

olan 

tələbat, 



həyəcandan  qaçmaq  cəhdi  sosial  xarakter  daĢıyır,  lakin  bu 

sosiallıq uĢaq doğularkən onun üzvü tələbatına daxil olur.  

Salliven belə hesab edir ki, uĢaq doğularkən hər iki mex-

anizm  mövcud  olur  və  onlar  Ģəxsiyyətin  inkiĢaf  mexanizmini 

təĢkil  edirlər.  Lakin  insan  yaĢadığı  xarici  aləmdə  daima  onu 

təmin etməyən və həyəcan doğuran hallarla rastlaĢır. Məhz xa-

rici  aləmlə  həmin  mübarizədə,  baĢqa  sözlə,  narahatlıqla 

mübarizədə  insan  Ģəxsiyyəti  formalaĢır.  Salliven  bunu  «mən-

sistem» adlandırır. O göstərir ki, «mən-sistem», daha doğrusu, 

Ģəxsiyyət,  birincisi,  Ģüursuzluq  səviyyəsində  narahatlıqla 

mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün 

müxtəlif  vasitələri  tapma  prosesində  inkiĢaf  edir.  «Mən-

sistem»  uĢağı,  yeniyetməni,  sonradan  isə  yaĢlı  adamları 

əvvəlcə  ananın,  sonra  isə  baĢqa  adamların,  məsələn,  iĢ 

yerindəki  həmkarlarının  köməyinə  qaçmağa  məcbur  edir. 

Beləliklə  də  Sallivenə  görə  Ģəxsiyyətlərarası  münasibətlər 

formalaĢan  Ģəxsiyyətin  mexanizmi  kimi  özünü  göstərməyə 

baĢlayır.  

Nəhayət, Ģəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus 

yer  tutan  psixoloqlardan  biri  də  Erik  Erikson  (1902-  1994) 

olmuĢdur.  E.Erikson  Almaniyada  doğulmuĢ,  1927-  33-  cü 

illərdə Venada Freydlə  birlikdə iĢləmiĢ, 1933- cü ildən ABġ-a 

köçmüĢdür.  O,  eqo-psixologiya  konsepsiyası  yaradıcılarından 

biri  olmuĢdur.  Onun  nəzəriyyəsi  epigenetik  nəzəriyyə  adı  ilə  

məĢhurdur.  Onun  fikrincə  Ģəxsiyyətin  inkiĢafı  sosial  aləmlə 

müəyyən  edilir.  O,  «Ģəxsiyyətin  identikliyi»  anlayıĢını  irəli 

sürmüĢ və həmin anlayıĢ altında insanın əhatə olunduğu sosial 

aləmlə  qırılmaz  əlaqəsi  barədə  ona  məlumat  verən  mərkəzi 

keyfiyyəti  nəzərdə  tutmuĢdur.  Həmin  keyfiyyətlər  aĢağıdakı 

parametrlərdə 

ifadə 

olunur: 


insanın 

özünə 


doğru 

mərkəzləĢməsində,  sosial  qrupla,  onu  əhatə  edənlərlə 

eyniləĢdirmədə,  insanın  öz  qiymətini,  sosial  rolunu  müəyyən-

ləĢdirməsində. 




 

 

 



173 

 

ġəxsiyyətin  eksperimental  nəzəriyyəsi  də  psixologiya 



tarixində özünəməxsus yer tutmuĢdur. Burada birinci növbədə 

diqqəti  cəlb  edən  Q.Olport  və  Q.Merreyin  persionoloji 



nəzəriyyəsidir.  Amerika  psixoloqu  Qordon  Olport  (1897- 

1967)  Ģəxsiyyətin  öyrənilməsinə  sistemli  yanaĢmanın  ilk 

təĢəbbüskarlarından  biri  olmuĢdur.  Onun  fikrincə  insan  «açıq 

sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkiĢafı daima 

baĢqa  adamlarla  qarĢılıqlı  əlaqədə,  qarĢılıqlı  münasibətdə  baĢ 

verir. Ġnsan təkcə onu əhatə edənlərə nə isə bəxĢ etmir, özü də 

onlardan  nə  isə  alır.  Olport  Ģəxsiyyətə    insanlar  arasındakı 

geniĢ əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta 

görə  Ģəxsiyyət  münasibətlərin  qəti  modelidir.  Olporta  görə 

Ģəxsiyyətin  inkiĢafı  bioloji  tələbatların  məcburiyyətindən 

azadlığı,  onun  motivlərinin  avtonomluq  dərəcəsi  ilə  müəyyən 

edilir.  

ġəxsiyyətin  eksperimental  nəzəriyyələri  içərisində  Ame-

rika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruk-



torlar»  konsepsiyası  da  xüsusi  yer  tutur.  Onun  fikrincə 

Ģəxsiyyətin psixi proseslərinin təĢkili  onun gələcək hadisələri 

qabaqcadan  necə  sezməsindən,  düĢünməsindən  asılıdır.  Bu 

fərziyyələrin  təsdiq  olunmaması  sisteminin  çox  və  ya  az 

dərəcədə  yenidən  təĢkil  edilməsinə  gətirib  çıxarır  ki,  bu  da 

gələcək  haqqında  sonrakı  xəbərvermənin  adekvatlığını 

yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji meto-

dikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsi-

pini  iĢləyib  hazırlamıĢdır.  Hal-hazırda  bundan  klinik  və  təlim 

psixologiyasında müvəffəqiyyətlə istifadə olunur.  

ġəxsiyyətin  əsas  nəzəriyyələri  içərisində  koqnitiv 

nəzəriyyə  də  mühüm  yerlərdən  birini  tutur.  Bunlardan  ən  çox 

diqqəti cəlb edəni Amerika psixoloqu  L.Festinqerin koqnitiv 

dissonans  nəzəriyyəsidir.  Bu  nəzəriyyəyə  görə  əgər  fərdin 

Ģüurunda  eyni  bir  obyektə  və  hadisəyə  dair  məntiqi  cəhətdən 

bir-birinə zidd olan bilik qarĢılaĢırsa, onda fərd bir növ diskom-

fortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalıĢır. 




 

 

 



174 

 

Bəzən  obyektiv  Ģəraitdən  asılı  olaraq  bu  və  ya  digər  Ģəkildə 



hərəkət  etməli  olur.  Bu  zaman  insanın  bilikləri  ilə  real 

davranıĢı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iĢ 

cansıxıcı  olur.  Ona  görə  də  fərd  bu  vəzifəni  yerinə  yetirmək, 

həmin  vəziyyətdən  çıxmaq  üçün  müvafiq  obyektlər  və  ya 

hadisələr  haqqında  öz  biliyini  və  ya  sosial  ustanovkasını 

yenidən  qurmağa,  təĢkil  etməyə  çalıĢır  ki,  onların  arasındakı 

həmin ziddiyyəti aradan götürmüĢ olsun. L.Festinqerə  görə öz 

hərəkətinə,  davranıĢına  bəraət  qazandırmağı  gücləndirməyə 

çalıĢan insan  ya öz davrvnıĢını  dəyiĢir,  ya özünün hərəkətinin 

bağlı  olduğu  obyektə  münasibətini  dəyiĢir,  ya  da  həmin 

davranıĢın özünə və baĢqalarına əhəmiyyətini qiymətdən salır.  

Şəxsiyyətin  biheviorist  nəzəriyyəsi  də  psixologiya 

tarixində  özünə  müvafiq  yer  tutmuĢdur.  Bu  sahədə  B.F.Skin-



nerin  (1904-1990)  nəzəriyyəsi  xüsusilə  diqqəti  cəlb  edir. 

B.Skinner  müasir  Amerika  biheviorist  psixologiya  məktəbinin 

nümayəndəsi  olmuĢdur.  O,  neobiheviorizmin  əleyhinə  çıxmıĢ,  

psixologiya  yalnız  stimul,  reaksiya  və  həmin  reaksiyanın 

möhkəmləndirilməsinin 

zahiri 


müĢahidə 

olunan 


qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmiĢdir. B.Skiner 

«Operant»  (operasiya,  əməliyyat  sözündən)  öyrənmə 

konsepsiyasını  irəli  sürmüĢdür.  Bu  konsepsiyaya  görə  orqa-

nizm  məhz  ona  görə  yeni  reaksiya  verir  ki,  özü  onu 

möükəmləndirir və yalnız bundan sonra xarici  stimul reaksiya 

yaradır. Ġlk növbədə Skinner operant davranıĢı bir sıra orijinal 

metodika  və  cihazları    tətbiq  etməklə  öyrənmiĢdir.  O, 

proqramlaĢdırılmıĢ təlimin əsasını qoymuĢdur.      



A.Bandur  və  D.Dollardın  sosial  təlim  nəzəriyyələri  də 

Ģəxsiyyətin  biheviorist  nəzəriyyələri  içərisində  özünəməxsus 

yer tutmuĢdur.  

Nəhayət,  humanist  nəzəriyyə  də  Ģəxsiyyət  haqqında 

psixoloji  nəzəriyyələr  içərisində  özünə  sanballı  yer  tutmuĢdur. 

Bunlardan  K.Rocersin  və  A.Maslounun  özünüaktuallaĢdırma 

nəzəriyyəsi  və  R.Meyyin  ekzistensional  psixologiyası  xüsusi 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə