Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə52/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   48   49   50   51   52   53   54   55   ...   197

 

 

 



175 

 

diqqət  doğurur.  Həmin  nəzəriyyə  tərəfdarları  Ģəxsiyyətə 



cəmiyyətdəki  həyat  və  fəaliyyət  prosesində  yaranan  hər  hansı 

bir  psixoloji  törəmə  kimi,  insan  təcrübəsinin  inkiĢafı,  ictimai 

davranıĢ formalarının mənimsənilməsi məhsulu kimi baxırlar.  

Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez- tez 

belə bir fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniod, al-

truistik tələbatlar mövcud olur və məhz həmin tələbatlar insan 

davranıĢının mənbəyini təĢkil edir.  

Humanist  psixologiya  məktəbinə  mənsub  olan  amerika 

psixoloqu  Karl  Rocers  (1902-  1987)  Ģəxsiyyətin  strukturunun 

fundamental  komponenti  kimi  mən  konsepsiyasını  qəbul 

etmiĢdir.  Onun  nəzəriyyəsi  özünüaktuallaşdırma  adı  ilə 

məĢhurdur.  Onun  fikrincə  mən  konsepsiya  subyektdə  ətraf 

mühit (birinci  növbədə sosial mühit) arasındakı  qarĢılıqlı təsir 

prosesində  formalaĢır  və  onun  davranıĢının  özünütənziminin 

inteqral mexanizmini təĢkil edir. Mən konsepsiya və ideal mən 

haqqındakı  təsəvvürləri  arasındakı  uyğunlaĢma,  eləcə  də 

bilavasitə  real  təcrübə  və  real  «mən»  arasındakı  uyğunluğun 

pozulması özünüaktuallaĢdırma cəhdi yaradır.  

Karl Rocersə görə hətta ən ilkin tələbat və cəhd insana o 

Ģəraitdə  təsir  göstərə  bilər  ki,  onlar  müvafiq  normalara  uyğun 

olsun.  Onun  fikrincə  tələbat  müsbət  qiymətləndirildikdə 

Ģəxsiyyətin  inkiĢafı  ilə  yanaĢı  həmin  tələbatlar  daha  da  əsaslı 

olmağa  baĢlayır  və  son  nəticədə  insan  öz      orqanizminin 

tələbatlarının  ödənilməsindən  çox,  baĢqa  adamların  onu 

bəyənməsinə  və  ona  hörmət  etməsinə  ehtiyac  duymağa 

baĢlayır.  Hörmət  əsasında  özünəhörmət  baĢ  verir  ki,  bu  da 

fərdin mühüm tələbatlarından birinə çevrilir.  

Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri 

amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuĢdur. 

O,  Ģəxsiyyət  tələbatlarının  ierarxik  quruluĢunu  vermiĢdir.  Bu-

nunla  əlaqədar  olaraq  o,  insan  tələbatlarının  yeddi  səviyyəsini 

qeyd  etmiĢdir  (bax,  Ģəkil  8).   Bunu həmin  tələbatların  ierarxik 

piramidası kimi təsəvvür etmək olar.  




 

 

 



176 

 

ġəkildən göründüyü kimi burada ən aĢağı  səviyyədə olan 



fizioloji  tələbatlardan  baĢlayaraq  ən  ali  tələbat  olan  özü-

nüaktuallaĢdırmaya qədər ierarxik yüksəliĢ baĢ verir:   

 

Fizioloji (üzvü) tələbatlar 



 

Təhlükəsizliyə tələbat 

 

Mənsubiyyətə və məhəbbətə tələbat 



 

Hörmətə olan tələbat 

 

Ġdrak tələbatları 



 

Estetik tələbatlar. 

 

ÖzünüaktuallaĢdırmaya tələbat 



Nəhayət, 

Ģəxsiyyətin 

humanistik 

nəzəriyyələrinə 



R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzəriyyəsi 

də  daxildir.  Bu  nəzəriyyə  humanistik  psixologiyanın 

istiqamətlərindən  birini  təĢkil  edir.  Ekzistensional  psixo-

logiyanın  öyrəndiyi  sahələr  aĢağıdakılardan  ibarətdir:    1)  za-

man,  həyat  və  onun  problemləri;  2)  azadlıq,  məsuliyyət  və 

seçmə  problemləri;  3)  ünsiyyət,  məhəbbət  və  tənhalıq  prob-

lemləri;  4)  yaĢamağın,  mövcud  olmağın  mənasını  axtarmaq 

problemləri.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Ю з ü н ü а к т у а л л а ш д ы р м а й а   т я л я б а т  

Юзüнüн 

мягсяд вя 



габилиййят-

лярини щяйа-  

та кечирмяк, шях-

сиййятинин инкишафы

 

Е с т е т и к   т я л я б а т л а р  

Щармонийа, симметрийа 

(гайда), интизам, эюзяллик

 

И д р а к   т я л я б а т л а р ы  

Билмяк, баъармаг, анламаг, тядгиг 

етмяк (юйрянмяк)

 



 

 

 



177 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ġəkil 8. A.Maslauya görə insan tələbatlarının piramidası 

(ierarxiyası) 

Щ ю р м я т   ( е щ т и р а м )   т я л я б а т ы  

Сялащиййят, мüвяффягиййят ялдя етмяк, бяйянил-

мяк, танынмаг, нüфуз

 

М я н с у б л у ь а   в я   м я щ я б б я т я  



о л а н   т я л я б а т  

Ъямиййятя мянсуб олмаг, инсанларла йанашы олмаг, онлар тяря-

финдян гябул олунмаг, танынмаг

 

Т я щ л ü к я с и з л и й я   т я л я б а т  

Юзüнü мüдафия олунмуш щисс етмяк, горхудан вяуьурсузлугдан, 

тяъавüзкарлыгдан йаха гуртармаг

 

Ф и з и о л о ж и   ( ü з в ü )   т я л я б а т л а р  

Аълыг, сусузлуг, истидян, сойугдан горунмаг вя с.

 



 

 

 



178 

 

Ekzistensional 



psixologiya 

konkret 


insanın  Ģəxsi 

təcrübəsinin  ümumi  sxemə  uyğun  gəlməməsinin  unikallığını 

qeyd  edir.  Ekzistensional  psixologiyanın  əsas  məqsədlərindən 

biri  Ģəxsiyyətin  autentiklik  –  onun  həyatdakı  varlığının  onun 

daxili  təbiətinə  uyğunluğu  probleminin  həllindən  ibarət 

olmuĢdur.  Müasir  ekzistensional  psixologiyanın  təcrübəsində 

psixoanalizin bir çox nailiyyətlərindən istifadə olunmuĢdur.  

 

                          



III. 5. 5.   ġəxsiyyətin fəallığı və istiqaməti 

 

ġəxsiyyətin  fəallığı  və  onu  təmin  edən  amillər.  Əvvəl 

qeyd edildiyi kimi, Ģəxsiyyət gerçəkliyi dərk edib dəyiĢdirməyi 

bacaran,  fəaliyyət  göstərən  konkret  canlı  insandır.  Deməli, 

Ģəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər 

qovuĢuğunda formalaĢan subyekt, daha doğrusu fəal varlıqdır. 

Məhz  onun  fəallığı  onun  üçün  fərqləndirici  əlamət  rolunu 

oynayır.  ġəxsiyyət  fəaliyyətin  köməyi  ilə  gerçək  aləmlə  fəal 

qarĢılıqlı təsir prosesində təĢəkkül tapır.  

Bəs insan Ģəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin 

edən amillər nədən ibarətdir? Bu sual uzun illər ərzində kəskin 

mübahisələrin  meydana  gəlməsinə  səbəb  olmuĢdur.  Yuxarıda 

Ģəxsiyyət haqqında nəzəriyyələrdən danıĢarkən qeyd olunduğu 

kimi,  Ģəxsiyyətin  davranıĢını,  onun  fəallığını  təmin  edən 

amillər  müxtəlif  istiqamətdə  öz  əksini  tapmıĢdır.  Bunu  aydın 

görmək üçün görkəmli psixoloq K.Levinin təklif etmiĢ olduğu 

formulaya nəzər salaq

1

.    



K.Levin Ģəxsiyyətin davranıĢını təmin edən amilləri təhlil 

etmək üçün  B=F (P, E) formulunu təklif etmiĢdir. Burada B-

davranıĢ; F-funksional asılılıq iĢarəsi; P- Ģəxsiyətin daxili sub-

yektiv xassələri; E- sosial mühiti bildirir.  

K.Levinə görə Ģəxsiyyətin davrvnıĢını, fəallığını psixodi-

                                                 

1

 Бах,Немов Р.С. Психология. В 3-х кн., кн. 1 – М., 1998, с. 342-343. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə