Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə54/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   50   51   52   53   54   55   56   57   ...   197

 

 

 



182 

 

maraqlarında ifadə olunur.  



Maraqların  insanın  həyat  və  fəaliyyətində  rolu  olduqca 

böyükdür.  ġagird  nə  iləsə  dərindən  maraqlandıqda,  yerinə  ye-

tirdiyi  iĢ,  dinlədiyi  dərs  onun  üçün  maraqlı  olduqda  həmin 

sahələrdə  yüksək  müvəffəqiyyət  qazanır.  Əksinə  onlara  qarĢı 

maraq olmadıqda həmin iĢlər cansıxıcı olur, Ģagirdi cəlb etmir. 

Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə 

daha artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər 

hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən 

doğur.  Maraqların  fizioloji  əsasını  bələdləĢmə-  tədqiqat 

refleksləri  təĢkil  edir.  Gerçək  aləmdə  baĢ  verən  hər  bir  yeni, 

gözlənilməz dəyiĢiklik zamanı bələdləĢmə refleksi baĢ verir və 

qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf 

mühitdə  ən  kiçik  bir  dəyiĢiklik,  yenilik  baĢ  verdiyi  zaman  in-

sanda  müvafiq  reseptor  aparatı  bu  dəyiĢikliyi  törədən  qıcığa 

doğru yönəlir.  

BələdləĢmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də 

«bu nədir?» refleksi adlandırırlar.  

Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi mey-

dana çıxır.  

Maraqları  məzmununa,  məqsədinə,  genişliyinə  və 



davamlılığına görə təsnif etmək olar.  

Məzmununa  görə  maraqları  təsnif  edərkən  insanın  idrak 

tələbatlarının  obyektləri  əsas  götürülür.  Ġdrak  tələbatları 

obyektlərindən  hansının  insanı  cəlb  etməsi  bu  sahədə  onun 

marağının  məzmununu  müəyyənləĢdirir.  Bu  baxımdan 

maraqların  əhəmiyyətlilik  dərəcəsi  onun  məzmununun  nə 

dərəcədə düzgün seçilməsindən asılı olur.  

Məqsədinə  görə  maraqlar  vasitəsiz  və  vasitəli  ola  bilir. 

Ġnsan  üçün  əhəmiyyətli  olan  obyektin  emosional  cazibədarlığı 

vasitəsiz  marağın  meydana  gəlməsinə  səbəb  olur.  Bu  zaman 

həmin  obyektin  özü  bilavasitə  bizi  özünə  cəlb  edir.  Onunla 

maraqlanmağa  baĢlayırıq.  Vasitəli  maraqlara  gəldikdə  bunlar 

qarĢıya qoyulmuĢ məqsədə çatmaq üçün zəruri olan vasitələrlə 



 

 

 



183 

 

əlaqədar  meydana  gəlir.  Vasitəli  maraqların  insanın  əmək  və 



tədris fəaliyyətinin təĢkilində əhəmiyyəti olduqca böyükdür.  

Maraqları  özlərinin  genişliyinə  görə  də  təsnif  edirlər. 

Həyat  təcrübələri  göstərir  ki,  bəzi  adamlarda  maraqlar  yalnız 

bir  sahə  üzrə  mərkəzləĢdiyi  halda,  bəziləri  isə  bir  çox  ob-

yektlərlə  maraqlanırlar,  baĢqa  sözlə  onlarda  maraqların  əhatə 

dairəsi  geniĢ  olur.  Əgər  bu  maraqların  geniĢliyi  onların 

dərinliyi  ilə  uzlaĢarsa  daha  səmərəli  xarakter  daĢımıĢ  olar. 

Maraqların  dərinlik  səviyyəsi  Ģəxsiyyətin  mühüm  keyfiyyəti 

kimi qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu 

və 


ya 

digər 


fəaliyyət 

sahəsində 

həmiĢə 

yüksək 


müvəffəqiyyətləri ilə fərqlənirlər.  

Özlərinin  davamlılığına  görə  maraqlar  davamlı  və 



davamsız  ola  bilir.  Bəzi  adamlarda  maraqlar  davamlı  olduğu 

halda, baĢqalarında davamsız, keçici xarakter daĢıyır. Davamlı 

maraqları  insanın  formalaĢmağa  baĢlayan  qabiliyyətlərinin 

göstəricilərindən biri kimi qeyd edirlər. 

Maraqları  passiv  və  fəal  olmaqla  da  təsnif  edirlər.  Heç 

bir  iĢ  görmədən,  nəiləsə  sadəcə  olaraq  maraqlanmaq  insanın 

həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraq-

lar  mənfi  hal  olmaqla  Ģəxsiyyətin  ümumi  inkiĢafına  heç  bir 

dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cür 

maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, 

iĢi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə et-

diyimiz  nəticələrin  yüksək  keyfiyyətdə  olmasına  müsbət  təsir 

göstərir.  

DünyagörüĢü,  əqidə  və  ideallar.  ġəxsiyyətin  dərk  olu-

nan  davranıĢ  motivləri  içərisində  dünyagörüĢü,  əqidə  və 

idealların da özünəməxsus yeri və rolları vardır. 

Dünya  və  onun  qanunauyğunluqları,  təbiət  və  cəmiyyət 

hadisələri  haqqında  müəyyən  baxıĢlar  sistemi  insanın 

dünyagörüĢünü  təĢkil  edir.  DünyagörüĢünün  formalaĢması 

insanın ona müvafiq davranıĢ tərzini həyata keçirməsinə təkan 

verir. DünyagörüĢü tarixi xarakter daĢıyır. Cəmiyyətin inkiĢafı 




 

 

 



184 

 

ilə əlaqədar olaraq insanların dünyagörüĢü də dəyiĢilir. Ġnsanlar 



elmi,  dini,  mütərəqqi,  mürtəce,  materialist,  idealist  və  s. 

dünyagörüĢünə malik ola bilirlər.  

Ġnsanın  dünyagörüĢü  onun  əqidəsinə  çevrilə  bilir  və  bu 

zaman  Ģəxsiyyətin  tamlığını  təmin  edir.  Əqidə  –  Ģəxsiyyətin 

onu  öz  baxıĢlarına,  prinsiplərinə,  dünyagörüĢünə  müvafiq  ola-

raq  hərəkət  etməyə  yönəldən  dərk  olunmuĢ  tələbatlar  sistemi-

dir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyən və 

təsəvvür etmək imkanı verir, onu Ģərtləndirir.  



İdeallar  da  Ģəxsiyyətin  dərk  olunan  davranıĢ  motivləri 

hesab  olunur.  Ġdeal  insanın  nail  olmağa  can  atdığı  ən  yaxın 

məqsəddir. BaĢqa sözlə, ideallar insanın həyat və fəaliyyətində 

nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. Ġdeallar 

müsbət hissi boyalarla zəngin olur və Ģəxsiyyətin istiqamət və 

fəaliyyətinə aydınlıq, müəyyənlik verir. Ġdeallar fəal və passiv 

ola  bilir.  Əgər  ideallar  fəal  və  həyatidirsə,  insanı  mübarizədə 

qorxmaz  edir,  onun  iradəsinə  möhkəmlik,  xarakterinə  qüvvət 

bəxĢ edir. 

Sadəcə olaraq bu və  ya digər ideala malik olmaq, bu və 

ya  digər  bir  Ģəxsiyyəti  özünə  ideal  qəbul  etmək  və  bununla 

kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkiĢafına heç bir 

müsbət  təsir  göstərə  bilməz.  Əsl  və  həlledici  cəhət  seçilən 

idealın  fəal  olması,  mütərəqqi  və  müsbət  ideal  uğrunda,  ona 

çatmaq  uğrunda  yorulmadan  mübarizə  etmək  əzminə  malik 

olmaqdır.  

 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə