Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə56/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   52   53   54   55   56   57   58   59   ...   197

 

 

 



188 

 

tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi 



olmur,  nəticədə  onlar  mövcud  imkanlarını  təzahür  etdirə 

bilmirlər. Ona  görə də ən cüzi nailiyyətlə kifayətlənməli olur-

lar.  

Özünüqiymətləndirmədə  Ģəxsiyyətin  iddia  səviyyəsi  ilə 



də sıx bağlıdır. Ġddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət 

zamanı  Ģəxsiyyətin  seçdiyi  və  qarĢısına  qoyduğu  məqsəd  və 

vəzifələrin 

çətinlik 

dərəcəsi 

ilə 


müəyyən 

olunan 


xarakteristikası  nəzərdə  tutulur.  BaĢqa  sözlə  iddia  səviyyəsi 

fərdin  qarĢısına  qoyduğu  məqsədin  çətinlik  dərəcəsi  ilə 

müəyyən olunan Ģəxsiyyətin arzuolunan özünüqiymətləndirmə 

(mən obrazı) səviyyəsindən ibarətdir.  

Ġnsan  sonra  yerinə  yetirəcəyi  iĢin  çətinlik  dərəcəsini 

sərbəst  Ģəkildə  seçərkən  özünüqiymətləndirməyə  cəhd 

göstərməsi  iki  cür  konfliktin  yaranmasına  səbəb  olur:  bir 

tərəfdən  maksimum  müvəffəqiyyət  əldə  etmək  üçün  iddianı 

artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan   yaxa qurtarmaq 

üçün  iddia  səviyyəsini  aĢağı  salmaq.  Müvəffəqiyyət  əldə 

edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni  

həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı 

isə iddia səviyyəsini  müvafiq Ģəkildə aĢağı salır.  

ġəxsiyyətin  iddia  səviyyəsi  konkret  fəaliyyət  növündə 

özünü aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq.  

Ġmtahana  zəif  hazırlaĢmıĢ  tələbə  5  qiymət  almağa  cəhd 

göstərir və verilmiĢ 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə 

görə  həmin  qiyməti  ala  bilmədikdə  ruhdan  düĢməyəcəkdir.  O 

eyni  zamanda  3  qiymətə  layiq  görüldükdə  də  o  qədər 

sevinməyəcəkdir.  Çünki  bu  məqsədə  nail  olmaq  o  qədər  də 

çətin  deyildir.  Lakin  tədricən  misalların  sayını  4-dən  yuxarı 

artırmaqla yaxĢı qiymət almaq üçün ona neçə misal verilməsini 

istədiyini  təklif  etməklə  onun  iddia  səviyyəsini  müəy-

yənləĢdirmək mümkündür.  

Bu  sadə  model  göstərir  ki,  Ģəxsiyyət  öz  iddialarının 

səviyyəsini  müəyyən  edərkən  özü  üçün  müəyyən  perspekti 




 

 

 



189 

 

saxlamağa  çalıĢır.  Buna  görə  də  o,  elə  tapĢırıq  və  məqsədlər 



seçir ki, onlar nə həddindən artıq çətin, nə də həddindən artıq 

asan olsun.  

AparılmıĢ  tədqiqatlar  göstərmiĢdir  ki,  iddia  səviyyəsinin 

formalaĢması  nəinki  müvəffəqiyyət  və  uğursuzluğu  qabaqca-

dan görməklə, həm də hər Ģeydən əvvəl, keçmiĢ müvəffəqiyyət 

və  uğursuzluqların  ağıllı  surətdə,  bəzən  isə  dumanlı  dərk  olu-

nan Ģəkildə nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən 

edilir. Məktəblinin tədris iĢində, dərnəkdə məruzə üçün mövzu, 

ictimai 

tapĢırıq  və  s.  seçərkən  iddia  səviyyəsinin 

formalaĢmasını izləmək olar.  

 

III.5.7.Hisslər, iradə, fəaliyyət 



 Bu  bölməni  təsadüfi  olaraq  «hisslər,  iradə,  fəaliyyət» 

adlandırmamıĢıq.  Burada  iĢlədilən  sözlərin  Ģəxsiyyətin 

fəallığında rolu inkaredilməzdir. Belə ki, insan fəallığı müvafiq 

hissləri  doğuran  emosional  təəssüratdan  baĢlayır.  Bu  zaman 

Ģəxsiyyət  üçün  əhəmiyyətli  obyektə    baxdıqda  (proyeksiya 

olunduqda) həmin obyekt insanın sərvət meylləri ilə emosional 

təəssüratları arasında əlaqənin yaranmasına səbəb olur ki, bu da 

öz  növbəsində  konkret  iĢin  baĢa  çatdırılmasına  iradi  cəhdi 

aktuallaĢdırır.  

 Emosional  təəssüratın  özünün  yaranması  stereotiplərin, 

ustanovkanın  dəyiĢməsi  və  ya  pozulması,  baĢqa  sözlə 

gerçəkliyin əks olunma forması müvafiq hisslərin keçirilməsinə 

gətirib  çıxarır.  Məsələn,  milli  futbol  komandamızın  oyunu 

qələbə ilə nəticələndikdə  yaranan emosional təəssürat bizdə if-

tixar hissi, uduzduqda isə narazılıq ilə bağlı hissi yaradır. Yax-

ud,  iĢgüzar  partnyorumuzla  bağlı  yeni  əlaqənin  yaranması  ilə 

bağlı  emosional  təəssürat  razılıq  hissi  keçirməyimizə,  tamas 

alınmadıqda  isə  narazılıq  hissinin  yaranmasına  səbəb  olur. 

Beləliklə,  hər  cür  emosional  təəssürat  öz  modallığı  və 

yönəliĢliyinə  görə  bir-birindən  fərqlənən  hisslər  doğurur. 




 

 

 



190 

 

Ġnsanın  keçirdiyi  bu  cür  fərqli  hisslər  onun  iĢ  və  fəaliyyətinin 



«mexanizmi» ilə bilavasitə əlaqəyə malik olur. 

Adətən,  neytral  hisslər  olmur  və  ya  belə  demək 

mümkündürsə, emosional neytrallıq uzun ömürlü olmur. Ġnsan 

gah bir, gah da digər tərəfə meyilli olur və nəticədə ya müsbət, 

ya  da  mənfi  hisslər  keçirir.  Modallığından  asılı  olmayaraq 

onların  təzahürü  həmiĢə  müəyyən  obyektə  yönəlmiĢ  olur.  Bu 

zaman həmin obyektin harada olması əsas deyildir. Biz heç bir 

səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin neqativizmi 

və ya pozitivizmi subyektiv və ya obyektiv səbəblərlə Ģərtlənir. 

Bu  cür  hissi  yönəliĢlik  və  yaxud  hissi  proyeksiya  olduqca  va-

cibdir.  Məhz  bunun  sayəsində  proyeksiya  olunmuĢ  hissləri 

Ģəxsi sərvət meyilləri ilə əlaqələndirmək olar.  

Bunu  müvafiq  misallar  əsasında  aydınlaĢdıraq.  Yerinə 

yetirdiyimiz  iĢin  keyfiyyəti  ilə  bağlı  tənqidi  fikirlər  çox  vaxt 

bizdə  narazılıq,  inciklik  və  ya  pərtlik  hissi  yaradır.  Öz 

ünvanımıza  yönələn  tənqidi  dinləməklə  biz  həmin  hissləri 

keçirməyə  baĢlayırıq  və  onlar  bizdə  qalmır,  Ģəxsi  əhəmiyyət 

daĢıyan obyektlərin üzərinə keçir. Bu cür obyekt tənqidin irəli 

sürüldüyü  Ģərait,  ola  bilsin  ki,  tənqid  edilən  adam  və  yaxud 

tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik 

hissi  tənqidin  məzmunundan  deyil,  yaranma  mənbəindən  irəli 

gələ bilər.  

Bu zaman biz ya özümüzü pis iĢlədiyimizə görə danlayır, 

ya rəisin günahkar olduğunu düĢünür, ya yerinə yetirdiyimiz iĢi 

pisləyirik,  lakin  tənqidin  məzmunu  haqqında  fikirləĢmirik. 

Ġnsan  hissinin  bu  fenomeni  məiĢət  psixologiyası  səviyəsində 

hamıya yaxĢı məlumdur. 

Təsadüfi deyildir ki, biz kimi isə tənqid etməyə baĢlarkən 

«inciməyin,  lakin…»  ifadəsini  iĢlədir  və  tənqid  etdiyimiz 

adamın  tənqidin  məzmununa  diqqət  verməli  olduğunu  və  onu 

Ģəxsi səviyyəyə keçirməməyi qeyd edirik. Lakin bu ya faydalı 

arzu olaraq qalır, belə ki, simasız tənqid mümkün deyildir. Bu 

cür  tənqid  özünü  göstərirsə  bu  artıq  tənqid  deyil,  boĢ 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə