Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə61/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   57   58   59   60   61   62   63   64   ...   197

 

 

 



204 

 

həmin rola uyğun davravnıĢ tərzini gözləməyə baĢlayırlar.  



Kiçik qrupların həcmi və strukturu. Əvvəlki bölmədə 

kiçik  qrupların  həcmindən  danıĢdıq  və  qeyd  etdik  ki,  kiçik 

qruplar  2-  dən  30-  40-  a  qədər  insanların  birliyidir  (III.6.2.). 

Onun  strukturuna  gəldikdə  bunu  bir  neçə  istiqamətdə 

xarakterizə etmək mümkündür.  

R.S.Nemov qarĢılıqlı təsir və informasiyaların qrupun bir 

üzvündən  digərinə  ötürülmə  imkanlarını  və  Ģəxsiyyətlərarası 

əlaqə sistemini təmin edən kommunikasiya kanallarından asılı 

olaraq  kiçik  qrupların  özünəməxsus  strukturunu  qeyd  edir. 

Qrupdaxili kommunikasiyanın struktur kanalının iki əsas növü 

qeyd  olunur:  mərkəzləĢdirilmiĢ  (A)  və  mərkəzləĢdirilməmiĢ 

(B),  eyni  zamanda  onların  həyatda  özünü  göstərən  bəzi 

variantları.

1

  



MərkəzləĢdirilmiĢ  kommunikasiya  kanalının  strukturu 

onunla  səciyyələnir  ki,  burada  qrupun  üzvlərindən  biri  daima 

bütün  ünsiyyət  istiqamətlərində  fəaliyyət  göstərir,  diqqət 

mərkəzində  olur  və  qrup  fəaliyyətinin  təĢkilində  əsas  rol 

oynayır.  Həmin  adamın  vasitəsilə  qrupda  həmin  qrupun  digər 

üzvləri arasında informasiya mübadiləsi həyata keçirilir.  

 



 



 

 

 



 

1) frontal                 2) radial                   3) ierarxik 

 

 

 



 

                                                 



1

 Немов Р.С. Психология, в 3-х кн., кн. 1 – М., 1998, с. 539-541 


 

 

 



205 

 



 

 

4) zəncirvari            5) dairəvi              6) tam 



                

  ġəkil  9.  Qrupdaxili  kommunikasiyanın  struktur  tipləri 

və variantları  (R.S.Nemova görə) 

 

A  Ģəklində  mərkəzləĢdirilmiĢ  strukturun  üç  variantı 



verilmiĢdir:  frontal,  radial  və  iyerarxik  struktur.  ġəkildən 

göründüyü  kimi  frontal  kommunikasiya  kanalı  strukturunda 

qrupun iĢtirakçıları birbaĢa təmasa girmədən bir sırada dayanır 

və bir- birlərini görə bilirlər. Bu cür struktur qrup iĢtirakçıları 

birgə  fəaliyyət  zamanı  müəyyən  dərəcədə  bir-  birlərinin 

davranıĢ  və  reaksiyalarını  nəzərə  ala  bilirlər.  Frontal  struktur 

müəllimlərə  sinifdə  dərs  zamanı,  frontal  iĢ  zamanı  yaranan 

strukturdan tanıĢdır.  

Ġkinci,  mərkəzləĢdirilmiĢ  kommunikasiya  strukturu  olan 

radial  variant  frontal  variantdan  onunla  fərqlənir  ki,  burada 

fəaliyyətin iĢtirakçıları bir-birlərini bilavasitə qavraya, görə və 

ya  eĢidə  bilmirlər.  Onlar  informasiya  mübadiləsini  yalnız 

mərkəzi Ģəxsin vasitəsilə həyata keçirirlər. Bu hal qrupun ayrı-

ayrı üzvlərindən birinin digərlərinin davranıĢ və  reaksiyalarını 

nəzərə almalarına imkan vermir. Bu zaman sadəcə olaraq qru-

pun hər bir üzvü tam sərbəst və müstəqil iĢləməklə, axıra qədər 

fərdi, özünəməxsus mövqeyini təzahür etdirir. 

MərkəzləĢdirilmiĢ  iyerarxik  kommunikasiya  strukturun-

da  tamamilə  baĢqa  cür  vəziyyət  yaranır.  Burada  iĢtirakçıların 

bir neçə, ən azı iki tabeçilik səviyyəsi mövcud olur. Bunlardan 

bir  qismi  birgə  fəaliyyət  zamanı  bir-  birini  görə  bildiyi  halda, 

digərləri  görə  bilmir.  Onların  arasındakı  Ģəxsiyyətlərarası 

ünsiyyət  məhdudlaĢmıĢ  olur.  Yalnız  tabeçilik  səviyyəsində 

olan  iki  nəfərin  arasında  əlaqə  (kommunikasiya)  həyata  keçə 

bilir.  



 

 

 



206 

 

ġəkil  A  –  dan  göründüyü  kimi,  bu  cür  kommunikasiya 



strukturunda  iyerarxik  tabeçiliyin  yuxarı  səviyyəsində  1-ci 

fərdin  bilavasitə  2-  ci  köməkçisi  vardır.  2-  ci  fərd  də  öz 

növbəsində  qalan  üç  iĢtirakçıya  tabedir.  1-  ci  fərd  yalnız  3- 

mərhələdə  dayanan  fərdlərlə  ünsiyyət  imkanına  malik  olan  2- 

ci fərdlə qarĢılıqlı təsir imkanına malikdir.  

MərkəzləĢdirilməmiĢ  ünsiyyət  strukturuna  malik  olan  ti-

pik  variantlar  əvvəlki  strukturdan  fərqli  xüsusiyyətlərə 

malikdirlər.  Burada  bütün  variantlarda  qrupun  hər  bir  üzvü 

həmin  struktur  daxilində  öz  qrup  yoldaĢları  ilə  eyni  məlumat 

əldə etmək, iĢləmək və məlumatları ötürmək imkanlarına malik 

olmaqla, onlarla açıq, bilavasitə ünsiyyətə girə bilirlər.  

Kommunikasiyanın  bu  cür  strukturunun  zəncirvari 

variantında ünsiyyət sistemində Ģəxsiyyətlərarası qarĢılıqlı təsir 

bir  növ  zəncirvari  Ģəkildə  həyata  keçir.  Ġki  kənar  iĢtirakçıdan 

baĢqa  qalan  iĢtirakçılar  iki  qonĢusu  ilə,  kənar  mövqe  tutan 

fərdlər isə yalnız bir qonĢusu ilə qarĢılıqlı təsirə malik olur. Bu 

cür ünsiyyət strukturu konveyer xarakterli iĢlərdə özünü aydın 

göstərir.  



Dairəvi kommunikasiya strukturası zəncirvaridən onunla 

fərqlənir ki, burada birinci növbədə qrup üzvlirinin hamısı eyni 

imkana malik olur. Ġkincisi, onların öhdəsində olan məlumatlar 

qrup  üzvləri  arasında  dövr  etmək,  tamamlanmaq  və 

dəqiqləĢmək  imkanına  malik  olur.  Üçüncüsü,  bu  cür  kommu-

nikasiya  strukturunda  iĢtirakçılar  üzbəüz  dayanmaqla  bir-

birinin  reaksiyalarını  bilavasitə  müĢahidə  etmək,  onları  öz 

iĢlərində nəzərə almaq imkanına malik olurlar. 

AparılmıĢ  tədqiqatlar  belə  bir  qənaətə  gəlməyə  imkan 

vermiĢdir  ki,  qruplarda  kommunikasiya  strukturunun  yuxarıda 

qeyd  etdiyimiz  bütün  variantlar  bu  və  ya  digər  dərəcədə 

məhdudiyyətə  malikdir.  Bunlarda  iĢtirakçıların  hər  biri  ya 

baĢqaları ilə bilavasitə ünsiyyətdə qeyri bərabər imkana, ya da 

bərabər, lakin məüdud imkana malik olur. Ona görə də həmin 

sahənin  mütəxəssisləri  ünsiyyət  strukturuna  görə  qrupun  daha 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə