Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə62/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   58   59   60   61   62   63   64   65   ...   197

 

 

 



207 

 

səmərəli variantı kimi tam və ya qeyri məhdud variantını qeyd 



edirlər.  Bu  variantda  qrup  iĢtirakçıları  arasında  sərbəst 

Ģəxsiyyətlərarası  ünsiyyət  sahəsində  heç  bir  məhdudiyyət  ol-

mur. Burada qrupun hər bir üzvü digərləri ilə tamamilə sərbəst 

qarĢılıqlı  təsiri  həyata  keçirə  bilir.  Təcrübədə  kommunikasiya 

strukturunun hansından istifadə olunması qrupun qarĢısında du-

ran məqsəd və vəzifədən asılı olur.  



Kiçik  qruplarda  psixoloji  uyuĢma.  Kiçik  qruplarda 

birgə  fəaliyyətin  müvəffəqiyyətlə  getməsi,  səmərəliliyi  qrup 

uyuĢmasından, baĢqa sözlə qrup üzvlərinin həmrəyliyindən çox 

asılıdır.  Bunu  həyatı  faktlar  da  təsdiq  edir.  Tez-  tez  hər  hansı 

bir  qrupun  dağılmasının,  onun  fəaliyyətinin  səmərəsizliyinin 

qrup uyuĢmasının olmaması ilə bağlı olması barədə söhbətlərin 

Ģahidi  oluruq.  Hər  hansı  bir  qrupda,  məsələn,  ailədə,  istirahət 

qruplarında,  biznesdə,  idman  və  s.  qruplarında  adamların  bir- 

birinə uyuĢa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə he-

sab edirlər. BaĢqa sözlə, çox vaxt bu cür kiçik qruplarda heç də 

bütün  adamların  hamısının  həmin  qrupda  mürəkkəb  və 

məsuliyyətli  birgə  iĢi  həyata  keçirməyə  hazır  olmadıqları 

özünü  göstərir.  Kiçik  qrupların  fəaliyyətinin  səmərəliliyinə 

müsbət  və  ya  mənfi  təsir  göstərən  amillərdən  biri  məhz  qrup 



uyuşması fenomeni ilə əlaqədardır.  

Mövcud  ədəbiyyatda  qrup  uyuĢmasını  ilk  növbədə  fizi-

oloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuĢmanı çox 

vaxt  təmiz  fiziki  imkanlar,  xüsusiyyətlərlə  bağlayırlar. 

Məsələn, hər hansı bir fiziki iĢi birgə yerinə yetirən adamlarda 

fiziki  uyuĢmanın  olması  zəruridir.  Psixoloji  uyuĢmaya 

gəldikdə,  bu,  qrup  üzvlərinin  psixoloji  cəhətdən  uyuĢması  ilə 

bağlıdır.  Bu  heç  də  fizioloji  uyuĢmadan  az  əhəmiyyətə  malik 

deyildir.  

Müasir psixologiyada psixoloji uyuĢmanın üç istiqamətdə 

–  struktur,  funksional  və  adaptiv  istiqamətlərdə  öyrənildiyi 



 

 

 



208 

 

göstərilir.



1

 

Psixoloqlar  struktur  uyuĢmanı    «qrup  üzvlərinin 



xarakteristikalarının  optimal  uyuĢmasının»  araĢdırılması  ilə 

baglayırlar.  Buraya  qrup  üzvlərinin  dünyagörüĢü,  tələbatları, 

motivləri, maraqları və s.- nin oxĢarlığı və yaxınlığını aid edir 

və  bu  cür  oxĢarlıq  və  yaxınlığın  qrup  üzvlərinin  bir-birinə 

psixoloji  cəhətdən  uyuĢmasına  kömək  etdiyini  göstərirlər 

(Ə.Bayramov, Ə.Əlizadə).  



Funksional  psixoloji  uyuĢmaya  gəldikdə  burada  idraki, 

emosional-iradi  cəhətdən  yaxınlıq,  xüsusilə  temperament  və 

xarakter  səviyyəsində  uyuĢma  əsas  götürülür.  Həyati  faktlar 

göstərir  ki,  qrup  üzvləri  arasında  xarakterlərinə  görə 

uyğunsuzluğun  olması  çox  vaxt  qrupda  ciddi  mənfi  psixoloji 

hadisələrin  baĢ  verməsinə,  xüsusilə  qrupda  psixoloji  iqlimin 

pozulmasına  gətirib  çıxarır.  Hətta  qrup  üzvlərinin  tək  birində 

xarakterin  ciddi  uyğunsuzluğu  qrup  fəaliyyətinin  pozulmasına 

əsaslı  təsir  göstərə  bilir.  Fikrimizi  aydınlaĢdırmaq  üçün  rast 

gəldiyimiz bir fakta nəzər salaq. YaxĢı tanıdığımız, yüksək el-

mi  dərəcəyə  malik  olan  C.  Bir  elmi  idarəyə  Ģöbə  müdiri  təyin 

olunmuĢdu.  Ġlk  dövrlər  C.  Özünü  bacarıqlı  təĢkilatçı  kimi 

göstərməyə  çalıĢsa  da  bir  neçə  ay  keçdikdən  sonra  həqiqi 

xasiyyətini biruzə verməyə baĢladı. O, tabeliyində olan iĢçiləri 

incidir,  hamının  yerli-yersiz    onun  istədiyi  kimi  hərəkət 

etməsini  tələb  edirdi.  Qulaq  asmayanları  müxtəlif  bahanələrlə 

iĢdən  uzaqlaĢdırmağa  çalıĢır,  rəhbərliyin  düzgün  tələblərini 

qəbul  etmirdi.  HəmiĢə  öz  fəaliyyəti  ilə  müəssisədə  yüksək 

qiymətləndirilən  Ģöbədə  psixoloji  iqlim  pozulmaqla  yanaĢı 

Ģöbənin  fəaliyyəti  iflic  vəziyyətinə  düĢmüĢdü.  Bütün  bunlar 

rəhbərliyin  nəzərindən  qaçmadığına  görə  C-nı  1  illik  elmi 

məzuniyyətə göndərməyə,  Ģöbəni birləĢdirməyə məcbur oldu-

lar.  C.  Ġlk  dövrlər  bunula  razılaĢmıĢ,  elmi  iĢini  baĢa  çatdırmıĢ 

                                                 

1

 Байрамов Я.С., Ялизадя Я.Я. Сосиад психолоэийа – Бакы, 2003, с. 168 




 

 

 



209 

 

və  rəhbərliyin  yaxından  köməyi  sayəsində  doktorluq 



dissertasiyasını müdafiə etmiĢdir. Az vaxt keçdikdən sonra C-

in  xarakter  əlaməti  yenə  də  özünü  göstərməyə  baĢlayır,  ona 

yaxından  köməklik  göstərmiĢ  müəssisə  rəhbərinə  qarĢı 

çıxmağa,  ona  qarĢı  iftiralar  uydurmağa  baĢlayır.  Nəticədə 

yenidən  müəssisədə  psixoloji  iqlim  pozulur,  iĢdə  ciddi 

narahatlıq özünü göstərməyə baĢlayır.  

Bu  cür  faktlar  göstərir  ki,  qrupda  Ģəxsiyyətlərarası 

rolların  bir-biri  ilə  uyuĢması  psixoloji  uyuĢmanın  zəruri 

Ģərtlərindən  birinə  çevrilir.  Əksinə,  rollararası  münaqiĢələrin  

yaranması  isə  qrup  uyuĢmasını  çətinləĢdirməklə  onun 

fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.  

Psixoloji  ədəbiyyatda  qeyd  olundugu  kimi,  qrup 

uyuĢmasının  adaptiv  planda  təhlili  pozitiv  Ģəxsiyyətlərarası 

münasibətlərin  formalaĢdırılmasını  nəzərdə  tutur.  Psixoloqlar 

qrup  uyuĢmasının  adaptiv  planda  həyata  keçirilməsini  təmin 

etmək  üçün  iĢgüzar  oyunlar  metodundan  geniĢ  istifadə 

olunmasını məsləhət görürlər.  

Psixoloqların  apardıqları  tədqiqatlar  göstərmiĢdir  ki,  iĢi 

birlikdə  icra  edən  və  ya  yanaĢı  yaĢayan  adamların  uyuĢan  və 

uyuĢmaz  olması  qrupların  sosial-psixoloji  tədqiqi  üçün  ən  ak-

tual vəzifələrdən biridir.  

Qrup uyuĢmasının eksperimental tədqiqi qomeostat adla-

nan xüsusi qurğunun köməyi ilə həyata keçirilir. Qomeostat elə 

bir  cihazdır  ki,  burada  eyni  vaxtda  bir  neçə  adam  iĢləyə  bilir. 

Bu  zaman  birgə  fəaliyyətin  müvəffəqiyyəti  bütün  qrupun 

fəaliyyətinin uzlaĢdırılmasından və uygunlaĢdırılmasından asılı 

olur. Bu cihazın köməyi ilə qrupun birgə fəaliyyətə nə dərəcədə 

hazır  olduğunu  aĢkara  çıxarmaq  mümkün  olur.  Bu  baxımdan 

qomeostatdan müəyyən qrupları yaratmaq məqsədi ilə müvafiq 

qrup  üzvlərini  müəyyənləĢdirmək  üçün  onun  imkanlarını 

ĢiĢirtməyə imkan vermədən istifadə etmək mümkündür.  

Qrup təzyiqi fenomeni.  XX əsrin 50 və 60- cı illərində 

sosial  psixologiyada  Ģəxsiyyətin  davranıĢının      onun  fərqli 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə