Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə63/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   59   60   61   62   63   64   65   66   ...   197

 

 

 



210 

 

sərvət meylləri və normaları qrup normalarına uyğun gəlmədiyi 



Ģəraitdə  ziddiyyətli  xarakter  daĢıması  problemi  diqqət 

mərkəzində  olmuĢdur.  Bu  cür  psixoloji  konfliktlər  qrupun 

Ģəxsiyyətə  təsiri  Ģəraitində  təzahür  edə  bilirdi  ki,  bu  qrup 

təzyiqi  hadisəsi  kimi  qeyd  olunurdu.  Fərd  və  qrup  arasındakı 

konflikti həll etməyin yollarından biri kimi konformizm özünü 

göstərməyə baĢlamıĢdır.  

Konformizm  (və  ya  konformluq)  fərdin  qrupla  zahirən 

razılaĢması,  ixtilafı  daxilən  dərk  etdiyi  halda  onun  hər  bir 

təsirinə tabe olması, hər bir Ģəraitdə uyğunlaĢmasından ibarətdir. 

Bu  baxımdan  sosial  psixologiyada  konformluq  dedikdə  fərdin 

qrupla zahirən razılaĢması, ixtilafı daxilən dərk etdiyi halda onun 

hər bir təsirinə tabe olması, hər bir Ģəraitə Ģüurlu uyğunlaĢması, 

insanların  öz  davranıĢlarını  dəyiĢmək  meyli  baĢa  düĢülür.  Bu 

zaman  istər-istəməz  psixoloji  cəhətdən  fərdin  mövqeyinin  qru-

pun təzyiqinə məruz qalması baĢ verir.  

Konformizm  fenomeni  empirik  Ģəkildə  insanlara  çoxdan 

məlumdur. Prof. Ə.Əlizadə hələ qədim zamanlarda Azərbaycan 

güzəran  psixologiyasında  konformizmin  müxtəlif  bədii 

modellərinin təsvir olunduğunu aĢkara çıxarmıĢdır.

1

  



Konformluq və nonkonformluq probleminin eksperimen-

tal  tədqiqi  baĢlıca  olaraq  M.ġerif,  S.AĢ,  R.Kraçfild,  D.Kreçin 

əsərləri  meydana  gəldikdən  sonra  diqqəti  cəlb  etməyə 

baĢlamıĢdır. Burada məĢhur Amerika psixoloqu S.AĢın xidməti 

xüsusilə 

böyuk 


olmuĢdur. 

Onun 


1956- 

cı 


ildəki 

eksperimentlərinin  nəticələri  sosial  psixologiyanın  «ən 

heyrətamiz  kəĢflərindən  biri  kimi»    (V.E.Çudnovski) 

səciyyələndirilməyə baĢladı.  

S.AĢın        eksperimenti  çox  sadə  olmaqla  hər  hansı  bir 

mürəkkəb texniki ölçü tələb etmirdi. Eksperiment 7- 8 nəfərdən 

ibarət  qrupda  aparılmıĢdır.  Yoxlananları  yazı  taxtasından  3-5 

metr aralı bir sırada oturmağa dəvət etmiĢlər. Onlara təxminən 

                                                 

1

 Байрамов Я.С., Ялизадя Я.Я. Сосиал психолоэийа. – Бакы, 2003, с.176 




 

 

 



211 

 

belə  bir  təlimat  verilmiĢdir:  Siz  taxtada  çəkilmiĢ  xətlərin 



uzunluğunu fərqləndirməli olacaqsınız. «Sizin qarĢınızda iki ağ 

vərəqdə  xətlər  çəkilmiĢdir.  Birinci  vərəqdə  bir  xətt  vardır. 

Həmin xətt etalon xətdir. Ġkinci vərəqdə 3 xətt çəkilmiĢdir (1,2 

və  3).  Həmin  xətlərdən  biri  birinci  vərəqdəki  xətlə  eyni 

uzunluqdadır. Siz həmin xətti qeyd etməlisiniz. XahiĢ edəcəm 

hər  biriniz  öz  cavabınızı  verəsiniz.  Mən  cavabları  qeyd 

edəcəm. Diqqətli olmağa çalıĢın – gəlin sağdan sola baĢlayaq».  

Qabaqcadan  birinci  6  nəfərə  belə  bir  tapĢırıq  verilmiĢdir 

ki,  qəsdən  etalona  uyğun  olmayan  xəttin  nömrəsini  qeyd 

etsinlər.  Bu  bir  növ  xüsusi  qrup  kimi  «düzəltmə  qrup» 

adlandırılmıĢdır.  7-ci  və  sonrakı  yoxlananı  eksperiment 

aparanın əvvəlkilərlə qabaqcadan sözləĢdiyini bilmir. S.AĢ bu-

nu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə baĢlananda 

birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir. Onlardan so-

nra  cavab  verən  «sadəlövh  subyektlərin»  bir  çoxu  da  xətləri 

onların təsiri altında qiymətləndirməyə baĢlayırlar.  

S.AĢın  tədqiqatları  komformizmin  baĢqa  bir  maraqlı 

cəhətini də aĢkara çıxarmıĢdır. Məlum olmuĢdur ki, «sadəlövh 

subyektin»  qrup  təzyiqi  effekti  düzəltmə  qrup  üzvlərinin 

miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuĢdur ki, əgər 

təcrübədə sınanan Ģəxsdən baĢqa «düzəltmə qrup» kimi yalnız 

bir  nəfər  iĢtirak  edirsə,  qrup  «təzyiqi»  effekti,  demək  olar  ki, 

təzahür etmir; əgər sınanan Ģəxs iki nəfərdən ibarət qrupun rəyi 

ilə  rastlaĢırsa,  qrup  «təzyiqi»  effekti  çox  cüzi  olur.  Düzəltmə 

qrup  3  nəfərdən  ibarət  olduqda,  müvafiq  effekt  tam  aydınlığı 

ilə  təzahür  edir.  Düzəltmə  qrup  üzvlərinin  sayının  daha  da 

artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır.  

ġəxsiyyətin  qrup  «təzyiqinə»,  fikrinə  tabe  olması  daxili 

və  ya  xarici  xarakter  daĢıya  bilir.  Xarici  konformluq  zamanı 

qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə 

qayıdır.  Daxili  konformluq  zamanı  isə  qrup  təzyiqi  aradan 

çıxdıqdan  sonra  da  fərd  qrupun  mövqeyini  saxlayır.  BaĢqa 

sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xari-



 

 

 



212 

 

ci  təzyiq  arasında  ixtilaf  olmur.  Ona  görə  də  bu  cür 



konformluğu  bir  növ  qrupdaxili  təlqin  adlandırmaq  müm-

kündür.  

Təcrübə  göstərir ki, qrup  üzvləri arasında  konformizmin 

əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd 

qrupun  təzyiqinə  müxtəlif  formalarda  müqavimət  göstərir,  bir 

növ  neqativ  mövqe  tutur.  Fərdin  nə  olursa  olsun  əksəriyyətin 

fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks 

çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «ne-

qativizm»  anlayıĢına  sinonim,  «konformluq»  anlayıĢına  anto-

nimdir.  



Qrup  qütbləĢməsi.  Kiçik  qruplarda  özünü  göstərən 

hadisələrdən  biri  də  qrup  qütbləĢməsi  hadisəsidir.  «Qrup 

qütbləĢməsi  fenomeni»  anlayıĢı  ilk  dəfə  olaraq  1969-  cu  ildə 

S.Moskoviçi  və  M.Zavolloni  tərəfindən  irəli  sürülmüĢdür. 

D.Mayersə  görə  qrup  qütbləĢməsi  qrupun  təsiri  altında  onun 

üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun 

rəyinin  parçalanması  əvəzinə  orta  ənənənin  öz  qütbünə 

köçürülməsindən  ibarətdir.

1

 

D.Mayersin 



fikrincə, 

qrup 


qütbləĢməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki, 

qrupda  aparılan  müzakirə  hər  bir  yarımqrup  üzvləri  üçün 

ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər 

adamlar  əvvəlcədən  nəyinsə  «lehinə»  fikir  söyləməyə 

meyllidirlərsə, 

müzakirə 

onların 

mövqelərini 

yalnız 

möhkəmləndirir.  Əgər  onlar  nəyinsə  «əleyhinə»  gedirlərsə, 



müzakirədən  sonra  öz  etirazlarını  daha  güclü  Ģəkildə 

göstərəcəklər.  



Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların 

strukturunu 

nəzərdən 

keçirdikdə 

onların 

daxilində 

Ģəxsiyyətlərarası  münasibətlərin  bərabərlik  (paritet)  əsasında 

qurulmadığı  aydın  olur.  Hər  bir  qrupda  Ģəxsiyyətlərarası 

münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu 

                                                 

1

 Майерс Д. Соüиальная психология. – Питер, 1997, с. 377 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə