Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə65/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   61   62   63   64   65   66   67   68   ...   197

 

 

 



216 

 

razılaĢır.  Qərar  qəbul  edərkən  qrup  üzvlərinin  təkliflərini 



nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz 

fəaliyyətini  təkcə  qrup  fəaliyyətinə  nəzarət  və  onu  tənzim 

etməklə məhdudlaĢdırmır, onların tərbiyəsi və təliminə də ciddi 

diqqət  yetirir.  Demokratik  rəhbərlik  hslubuna  malik  olan 

liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır.  

AparılmıĢ  müĢahidə  və  tədqiqatlar  göstərmiĢdir  ki,  la-



qeyd  rəhbərlik  üslubuna  malik  olan  liderlərin  qrup  üzvləri  ilə 

ynsiyyəti  kortəbii  xarakter  daĢıyır.  Çox  vaxt  onların  arasında 

yaranan  ünsiyyət  qrup  üzvləri  tərəfindən  diktə  olunur.  Bu  cür 

liderlər qrupa müəyyən tapĢırıqlar verməklə məhdudlaĢır, onun 

necə  yerinə  yetirilməsinə  əhəmiyyət  vermirlər.  Laqeyd 

rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin iĢinə qarıĢmamağa çalıĢır, 

bir növ qrupdan təcrid olunur, neytrallığa can atırlar.  

Qeyri-sabit  rəhbərlik  üslubuna  malik  olan  liderlərə 

gəldikdə  onlar  dəyiĢgən  olurlar.  Onların  necə  hərəkət 

edəcəklərini  qabaqcadan  müəyyənləĢdirmək  mümkün  olmur. 

Bir  dəfə  avtoritarlıq  göstərən  bu  cür  liderlər,  baĢqa  vaxt  yerli-

yersiz  ya  demokratik,  ya  da  laqeyd  rəhbərlik  üslubuna  yer 

verirlər.  Bütün  bunlar  isə  onunla  qrup  üzvləri  arasında 

anlaĢıqsızlıq  yaradır.  Nəticədə  qrup  fəaliyyətinin  səmərəliliyi 

üçün zəruri olan Ģərait yaranmır.  

 

 III. 6.4.     ġəxsiyyətlərarası münasibətlər 



 

Qruplarda  Ģəxsiyyətlərarası  münasibətlər  haqqında

Qruplarda  insanlar  birgə  yaĢayıb  və  fəaliyyət  göstərmələrinə 

görə  onların  arasında  istər-istəməz  qarĢılıqlı  münasibətlər 

özünü  göstərir.  Bu  cür  mənasibətlər  sosial  psixologiyada 



şəxsiyyətlərarası  münasibətlər  adlandırılır.  ġəxsiyyətlərarası 

münasibətlər  birgə  fəaliyyət  və  ünsiyyət  prosesində  insanlar 

arasında  təzahür  edən  subyektiv  qarĢılıqlı  təəssüratdan 

ibarətdir.  ġəxsiyyətlərarası  münasibətlər  fərdlərin  bir-birini 

qavraması  Ģəraitində  mümkün  olur.  ġəxsiyyətlararası 



 

 

 



217 

 

münasibətlər 



insanların 

bir-birində 

qavradığı 

və 


qiymətləndirdiyi  ustanovka,  meyl,  gözləmə,  stereotiplər  və  s. 

sistemindən  ibarətdir.  QavrayıĢ  zamanı  hər  Ģeydən  əvvəl 

qavranılan 

adamın 


anatomik, 

funksional 

və 

sosial 


keyfiyyətlərinin  müəyyən  məcmuu  əks  etdirilir.  Bu 

keyfiyyətlər vəhdətdə olsalar da inikas prosesində birinci  yerə 

sosial cəhətlər keçir. BaĢqasına rast gəldikdə birinci növbədə « 

O  kimdir?»  sualı  meydana  gəlir.  Bu  sual  hər  Ģeydən  əvvəl 

fərdin sosial mövqeyini müəyyənləĢdirir.  

Bununla  yanaĢı  olaraq  qeyd  etmək  lazımdır  ki, 

Ģəxsiyyətlərarası  münasibətlərdə  subyektiv,  psixoloji  amillər 

həll  edildiyindən  həmin  amillər  münasibətlər  sistemində 

özünəməxsus  iz  buraxır.  Məhz  buna  görə  də  hər  bir  Ģəxs 

qarĢılıqlı  münasibətdə  olduğu  adamın  subyektiv  mövqeyini 

öyrənməyə çalıĢır.  Bu proses müxtəlif rabitə, yol və vasitələrin 

köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət 

saxlanılan  Ģəxsin  kim  olduğu,  onun  rəğbət  və  yaxud  əks 

hisslərlə  ətrafdakılara  münasibəti,  ictimai  imkanları  və  s. 

aĢkara çıxarılır.  

KeçmiĢ  nəsillər  insan  münasibətləri  haqqında  tədricən 

zəngin məlumat toplamıĢ və «sosial sxem» yaratmıĢlar. 

«Sosial  sxem»  müəyyən  vəzifəni  həyata  keçirmək  üçün 

Ģablondan  ibarətdir.  Hər  bir  insanın  ancaq  ona  məxsus  həyat 

yolu  olsa  da,  davranıĢ  normalarına  xas  olan  üslubda  hərəkət 

etsə  də  «sosial  sxemlərin»  insan  həyatında  və  xüsusilə 

Ģəxsiyyətlərarası  münasibətlərdə  rolu  böyükdür.  Ġnsan  nəinki 

«sosial  sxem»  əsasında  öz  davranıĢını  təĢkil  edir,  o,  eyni  za-

manda baĢqalarını bu etalonlar əsasında qavrayır. Etalonlar ic-

timai  həyatda  tarixilik  səciyyəsi  daĢıdığından  tarixən  dəyiĢir. 

Ġnsanın  davranıĢ  üslubu,  onun  nitqi,  geyimi  və  s.  bu  sxemə 

uyğun olaraq «zamanın tələbləri» səviyyəsinə uyğunlaĢdırılır.  

Məlum olduğu kimi, davranıĢ etalonu tədricən yaranmaq-

la  tez-  tez  dəyiĢir.  Bu  dəyiĢmələr  fərdin  daxil  olmaq  istədiyi 

qrupların  təsiri  ilə  baĢ  verir.  Müxtəlif  qruplarda  müxtəlif 




 

 

 



218 

 

hadisələrlə  əlaqədar  olan  etalon  çoxluğu  mövcuddur.  Etalon 



seçilməsinə 

qrupun 


təsirindən 

əlavə 


fərdin 

yaĢ 


xüsusiyyətlərinin və onun mənsubiyyətinin də təsiri vardır.  

Qruplarda 

Ģəxsiyyətlərarası 

münasibətlərin 

səviyyələri.    Qrup  daxilində  mövcud  olan  Ģəxsiyyətlərarası 

münasibətləri  bilmədən  onu  idarə  etmək  mümkün  deyildir. 

Məlum olduğu kimi, Ģəxsiyyətlərarası münasibətlər sosial qru-

pun  ümumi  fəaliyyəti  əsasında  yaranan  çoxcəhətli  rabitə  və 

münasibətlər 

sistemindən 

ibarətdir. 

ġəxsiyyətlərarası 

münasibətlər  mürəkkəb  və  çoxsəviyyəli  quruluĢa  malikdir. 

Bunlardan  birincisi,  ilk  növbədə  «gözə  çarpanı»  vasitəsiz 

asılılıq 

səviyyəsidir. 

Buraya 

fərdlərin 



emosional 

xoĢagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həmrəylik və 

s. vasitəli asılılıq səviyyəsi daxildir.  

İkinci, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub 

Ģəxsiyyətlərarası  münasibətlərin  məcmuunu  təĢkil  edir.  Bu 

səviyyəyə  fərdin  kollektivçilik  psixologiyasının  dərəcəsi,  qrup 

həmrəyliyi,  iĢtirakçıların  öz  davranıĢ  etalonlarını  kollektivin 

etalonlarına  uyğunlaĢdırmaq  meylləri,  kollektivdə  sosial 

sxemlər    və  onların  iĢtirakçılar  tərəfindən  qavranılması  və  s. 

daxildir.  

Üçüncü səviyyəni qrupun istehsalat, təlim və yaxud icti-

mai vəzifələri səviyyəsinin məcmuu təĢkil edir. Buraya qrupun 

yerinə  yetirdiyi  vəzifəyə  hazırlığı,  iĢgüzarlığı,  baĢqa  qruplarla 

rabitə münasibətləri və s. daxildir.  



Psixoloji 

iqlim 

qruplarda 

Ģəxsiyyətlərarası 

münasibətlərin  mühüm  göstəricisi  kimi.  Qruplarda 

Ģəxsiyyətlərarası  münasibətlərin  necə  olduğunu  burada  sosial-

psixoloji  iqlimin  necə  olmasından  görmək  mümkündür.  Psix-

oloji  iqlim  sosial  qrupun  əsas  əhvalını  müəyyənləĢdirən 

Ģəxsiyyətlərarası  münasibətlər  sistemindən  ibarətdir.  BaĢqa 

sözlə  sosial-psixoloji  iqlim  qrupda,  kollektivdə  mövcud  olan 

psixoloji  vəziyyətdir.  Qrupun  qarĢısına  qoyulmuĢ  vəzifənin 

səmərəli  Ģəkildə  həyata  keçirilməsi  üçün  normal  sosial-




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə