Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə66/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   62   63   64   65   66   67   68   69   ...   197

 

 

 



219 

 

psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür. 



Ümumiyyətlə  qrup  və  kollektivlərdə  psixoloji  iqlim  müsbət 

(pozitiv) və mənfi (neqativ) xarakter daĢıya bilir.  Bunların hər 

biri isə özünəməxsus qarĢılıqlı münasibətlərdə təzahür edir.  

Qrupda  müsbət  psixoloji  iqlimin  yaradılması  üçün 

fəaliyyət növündən asılı  olan davranıĢ etalonu yaradılmasının 

və  onun  qrup  daxilində  etalona  çevrilməsinin  əhəmiyyəti  ol-

duqca böyükdür.  

Səmərəli  sosial-psixoloji  iqlimin  yaradılması  üçün  qrup 

və kollektiv iĢtirakçıları arasında uyğunluq, uyuĢmanın olması 

da  zəruridir.  Bu  barədə  əvvəlki  bölmədə  qeyd  etdiklərimiz 

həmin fikri bir daha təsdiq edir.  

Sosial-psixoloji  iqlimin  xarakteri  bütövlükdə  qrupun 

inkiĢaf  səviyyəsindən,  yetkinliyindən  də  asılıdır.  Adətən, 

qrupdakı  sosial-psixoloji  iqlimlə  qrup  üzvlərinin  birgə 

fəaliyyətinin  səmərəliliyi  arasında  birbaĢa  müsbət  əlaqə 

mövcud  olur.  Əvvəlki  bölmədə  qeyd  olunanlardan  aydın 

olduğu  kimi,  qruplarda  psixoloji  iqlim  qrupa  rəhbərlik  üslu-

bundan  da  asılı  olur.  Adətən,  demokratik  rəhbərlik  üslubu 

üstünlük  təĢkil  edən  qruplarda  daima  müsbət  psixoloji  iqlim 

hökm sürür.  

Ümumiyyətlə,  Ģəxsiyyətlərarası münasibətlər   rənga- 

rəng müsbət hisslərlə bağlıdırsa, sosial qrupda yaranan psixolo-

ji  iqlim  iĢgüzarlığın,  təĢəbbüskarlığın  inkiĢaf  etməsinə  səbəb 

olur.  


ġəxsiyyətlərarası  münasibətlərin  növləri.  Sosial  psix-

ologiyada  Ģəxsiyyətlərarası  münasibətlərin  müxtəlif  növlərini 

qeyd edirlər: rəsmi, qeyri rəsmi, şəxsi, işgüzar və s.  

Rəsmi  münasibətlər  rəsmi  sənədlərə,  normalara  uyğun 

həyata  keçirilən  Ģəxsiyyətlərarası  münasibətdir.  Bu  cür  mü-

nasibətlər  rəhbərlə  tabe  olanlar  arasında  baĢ  verir.  Bu  cür 



 

 

 



220 

 

qarĢılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini 



tapır. Burada qarĢılıqlı münasibətin gediĢi rəsmi Ģəkildə həyata 

keçirilir.  Nə  rəhbər,  nə  də  tabe  olan  adam  qarĢılıqlı 

münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti 

çərçivəsində hərəkət edir.  



Qeyri-rəsmi  münasibətlər  isə    insanların  bir-birinə  olan 

Ģəxsi  münasibətlərinə  əsaslanır.  Ona  görə  də  bu  cür 

münasibətlər  subyektiv  xarakter  daĢımaqla  insanların  bir-

birlərinə  olan  simpatiyası,  antipatiyasında  və  s.  ifadə  olunur. 

Ona  görə  də  çox  zaman  bu  cür  qarĢılıqlı  münasibətləri    Ģəxsi 

münasibətlər adlandırırlar. Bu cür qarĢılıqlı münasibətlər «sim-

patiya» zəminində əmələ gəlir və qarĢılıqlı Ģəkildə inkiĢaf edir. 

ġəxsi  qarĢılıqlı  münasibətlərin  sosial  psixologiyada 

aĢağıdakı  tiplərini  fərqləndirirlər:  tanıĢlıq,  yoldaĢlıq,  dostluq, 

ər-arvad  (N.N.Obozov,  Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə).  Mü-

təxəssislərin  fikrincə  Ģəxsi  qarĢılıqlı  münasibətlərin  kökü 

insanların  hisslər  aləmi  ilə  baglıdır  və  emosional  amillər 

zəminində formalaĢır.  

Ən  geniĢ  Ģəxsi  qarĢılıqlı  münasibət  forması  tanışlıqdır

Bu  cür  qarĢılıqlı  münasibət  özünün  üç  əsas  səciyyəsi  ilə 

fərqlənir: «üzdən tanıyırsan»; «salamlaĢırsan» (yalnız qarĢılıqlı 

tanıma  zamanı);  «salamlaĢır  və  ümumi  mövzularda  söhbət 

edirsən». Bu cür tanıĢlıq zamanı Ģəxsiyyətlərarası hisslər əsaslı 

rol oynamır.    



Yoldaşlıq  qarĢılıqlı  münasibətləri  iĢgüzar  təmasa  

əsaslanır.  Bu  zaman  birgə  fəaliyyətin  məqsədi,  vasitə  və 

nəticələri  əlaqələrin  saxlanması,  vəzifə  bölgüsü  ilə 

müəyyənləĢir.  



Dostluq  qarĢılıqlı  münasibətlərinə  gəldikdə  insanlar 

arasındakı  bu  cür  münasibət  qarĢılıqlı  bağlılığa,  mənəvi 

yaxınlığa, maraqların eyniliyinə və s. əsaslanır. Ə.S.Bayramov 



 

 

 



221 

 

və  Ə.Ə.Əlizadənin  qeyd  etdikləri  kimi,  Ģəxsi  qarĢılıqlı 



münasibətlərin hər bir tipi psixoloji məsafə ilə xarakterizə olu-

nur.  Ər-arvad  münasibətləri  onların  arasındakı  psixoloji 

məsafənin xarakterinə görə intim, dostluq münasibətləri,  Ģəxsi, 

yoldaĢlıq və tanıĢlıq münasibətləri isə sosial münasibətlər kimi 

formalaĢırlar.  

ġəxsiyyətlərarası  münasibətlərin  növlərindən  birinin  də 



işgüzar  münasibət  olduğunu  qeyd  etdik.  Bu  cür  qarĢılıqlı 

münasibətlər  iĢgüzar  əlaqələrin  həyata  keçirilməsi  prosesində 

baĢ  verir  və  insanların  birgə  fəaliyyətinin  səmərəliliyinə  öz 

təsirini göstərir.  

Sosial  psixoloqlar  (A.V.Petrovski)  qrupların  inkiĢaf 

səviyyəsindən  asılı  olaraq  dörd  növünü:  diffuz,  assosiasiya, 

korporasiya,  kollektiv  qruplar  və  onlarda    qarĢılıqlı 

mynasibətlərin  xarakterini  vermiĢ  və  bunu  aĢağıdakı  Ģəkildə 

səciyyələndirmiĢlər:  

1. Diffuz qrupda Ģəxsiyyətlərarası münasibətlər mövcud-

dur.  lakin  onlar  qrup  fəaliyyətinin  məzmunu  vasitəsilə  ifadə 

olunmur.  

2.  Assosiasiyada  Ģəxsiyyətlərarası  münasibətlər  qrup 

fəaliyyətinin  hər  kəs  üçün  Ģəxsiyyət  baxımından  əhəmiyyətli 

olan məzmunu vasitəsi ilə ifadə olunur. 

3.  Korporasiyada  Ģəxsiyyətlərarası  münasibətlər  qrup 

fəaliyyətinin  Ģəxsiyyət  baxımından  əhəmiyyətli,  lakin 

ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə 

olunur.  

4.  Kollektivdə  Ģəxsiyyətlərarası  münasibətlər  qrup 

fəaliyyətinin  Ģəxsiyyət  baxımından  əhəmiyyətli  və  ictimai 

cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur.  



                             

III.   6. 5.   Qruplarda Ģəxsiyyətlərarası  seçmə 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə