Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə68/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   64   65   66   67   68   69   70   71   ...   197

 

 

 



232 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ġəkil 11 

Sosiometrik seçməni göstərən sosioqram 

 

Qruplarda Ģəxsiyyətlərarası münasibətlərdə seçmənin 

motivləĢməsi.  Qruplarda  Ģəxsiyyətlərarası  münasibətlərin 

sosiometrik  yolla  öyrənilməsi  zamanı  əldə  edilmiĢ  nəticələr 

istər-istəməz  bizi  bunun  hansı  səbəblə  bağlı  olduğunu  

öyrənməklə  maraqlandırır.  BaĢqa  sözlə  qrup  üzvlərindən 

birinin  digər  üzvlərindən  biri  ilə  emosional  (eləcə  də  iĢgüzar) 

təması,  münasibəti    həyata  keçirməyə  hazır  olmasına, 

digərlərini rədd etməsinə təsir edən motivlər nədən ibarətdir.  

Psixologi  tədqiqatlar  göstərmiĢdir  ki,  birbaĢa  verilən 

suallara  heç  də  həmiĢə  həqiqi,  səmimi  cavab  almaq  mümkün 

deyildir.  Ona  görə  də  psixoloqlar  dolayı  faktlar  əsasında  Ģəx-

siyyətlərarası  seçmənin  motivləĢməsini  eksperimental  yolla 

öyrənilməsinin vacibliyini qeyd etmiĢlər.  

Bu cəhəti nəzərə  alan  A.V.Petrovski  və  M.Q.YaroĢevski 

xüsusi  eksperimental  metodika  hazırlamıĢ  və  burada 

motivləĢməni    aĢkara  çıxarmaq  üçün  aĢağıdakı  cəhəti  nəzərə 

almıĢlar.  ġagird  L-ə  özünə  parta  yoldaĢı  seçmək  ixtiyarı 




 

 

 



233 

 

verilmiĢdir?  O,  məsələn,  N-i  və  ya  S-i  deyil  K-nı  seçərkən 



hansı  motivlərə  əsaslanmıĢdır?  Bu  zaman  L-in  mümkün  olan 

fikir  gediĢinə  nəzər  salaq:  «K  –  Ģən  və  diribaĢdır…  onunla 

darıxmırsan, o hətta ən cansıxıcı dərs zamanı əyləncəli, gülməli 

bir  Ģey  tapır,  onunla  vaxt  hiss  edilmədən  gəlib  keçir.  Lakin 

doğrusu  o,  bilmədiyimi  xəlvətcə  mənə  deməyi  bacarmır. 

Ondan  köçürməyə  də  dəyməz,  onun  səhvləri  mənimkindən 

daha çox olur. N- ? O həmiĢə hər Ģeyi bilir, onun dəftəri mənim 

ixtiyarımda  olacaq,  hər  Ģeyi  köçürə  və  hər  Ģey  barədə  ondan 

soruĢa biləcəm. Lakin dərsdə onunla gülmək mümkün deyil…  

kimi  seçim?»  ġübhəsiz,  əgər  seçim  K-  ın  üzərinə  düĢürsə 

burada  üstün  motiv  vaxtı  Ģən  keəçirməkdən  ibarət  olacaqdır. 

Lakin  N-  in  yzərinə  düĢərsə  burada  ondan  köçürmək  marağı 

əsas motiv kimi özünü göstərəcəkdir.       

Bütün 


bunlar 

eksperimentin 

proqramını 

müəyyənləĢdirməyə  imkan  verir.  ġagirdlərə  müxtəlif  sıraları 

tərtib  etmək  tapĢırılır.  Birinci  növbədə  sosiometrik  cəhətdən 

səhmana  salınmıĢ  sıranı  tərtib  etmək  tapĢırığı  verilə  bilər 

(təlimat : «birinci növbədə, ikinci növbədə və üçüncü növbədə 

və  s.      kiminlə  bir  partada  oturmaq  istərdin?»),  sonra  təlim 

fəaliyyəti və ünsiyyət üçün zəruri olan keyfiyyətlə bağlı sıranı 

tərtib  etmək  tapĢırılır  (təlimat:  «göstər,  sinifdə  sənə  kiminlə 

həmiĢə  Ģən  keçir  –  birinci  növbədə,  ikinci  növbədə,  üçüncü 

növbədə  və  s.)  Bu  sıra  tərtib  edildikdən  sonra  yeni  təlimat 

verilir: sinifdə birinci növbədə, ikinci növbədə və s. çətin təlim 

Ģəraitində  kimin  sənə  kömək  göstərə  biləcəyini  göstər.  Əgər 

sosiometrik  sıra  keyfiyyətlə  bağlı  sıranın  birinci  sırası  ilə 

uyğun  gələrsə  (yaxud  yaxın  olarsa)  seçmənin  motiviasiya 

özəyinə  ünsiyyətdə  komforluluq,  rahatlıq,  əgər  sosiometrik 

seçmə  ikinci  sıraya  yaxın  olarsa  tədrisdə  kömək  gözləmək 

motivi daxil olur. 

Ranqların  korrelyasiya  kooffisentindən  istifadə  etməklə 

bu  sıralardan  hansının  Ģəxsiyyətlərarası  seçmənin  motivasiya 

özəyini  təĢkil  etdiyini  müəyyənləĢdirmək  mümkündür. 




 

 

 



234 

 

Motivasiya özəyi üstünlüyünün müəyyənləĢdirilməsi daima bu 



qrupda sosiometrik göstəricisinin nə üçün məhz bu cür olması, 

nə üçün qrupun bu və  ya digər cəhətə üstünlük  verməsi, qrup 

üzvlərinin bir qisminin «ulduzlar» kateqoriyasına, baĢqalarının 

isə  «səfillər»  kateqoriyasına  aid  edilməsi  sualları  meydana 

çıxdıqda  onlara  cavab  vermək,  qarĢılıqlı  münasibətləri 

anlamağa imkan verir. 

Psixoloji  tədqiqatlar  zamanı  müəyyən  olunmuĢdur  ki, 

Ģəxsiyyətlərarası 

münasibətlər 

strukturunda 

partnyorun 

seçilməsinin motivasiya özəyinin məzmunu həmin qrupun nail 

olduğu  inkiĢaf  səviyyəsinin  göstəricisi  rolunu  oynaya  bilər. 

Qrupun  formalaĢmasının  ilk  mərhələsində  seçmə  bilavasitə 

emosional  boyalıqla  xarakterizə  olunur,  partnyorun  seçilməsi 

üçün  orientasiya  daha  çox  zahiri  üstünlükləri  ilə  bağlı  olur 

(ünsiyyətlilik,  zahiri  cəlbedicilik,  geyim  üslubu  və  s.).    Daha 

yüksək inkiĢaf səviyyəsinə malik olan qrupda isə seçmə təkcə 

ilk  təəssüratdan  doğan  hisslər  əsasında  deyil,  birgə  fəaliyyət 

zamanı  aĢkara  çıxan  daha  dərin  Ģəxsi  keyfiyyətlərin 

qiymətləndirilməsi əsasında baĢ verir.  

Qrupun  inkiĢaf  səviyyəsindən  asılı  olaraq  Ģəxsiyyətin 

dünyagörüĢünü,  əməyə  münasibətini  xarakterizə  edən 

keyfiyyətlərin  «qiyməti» artır.  



ġəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə 

öyrənilməsi. Məlum olduğu kimi, qrupa sosiometrik  yanaĢma 

zamanı  Ģəxsiyyətlərarası  münasibətlər  sistemində  seçmə  üçün 

əsas  amil  simpatiya  və  antipatiyadan  ibarət  olur.  Bu  zaman 

adamlar  bir-birlərini  ona  görə  seçirlər  ki,  məhz  onlarla 

ünsiyyətdə  olmaq,  birlikdə  iĢləmək,  oxumaq,  istirahət  etmək 

istəyirlər. Lakin psixoloqlar belə bir qənaətə gəlirlər ki, yalnız 

simpatiyanı  seçim  üçün  yeganə  əsas  hesab  etmək  düzgün 

olmazdı.  Burada  baĢqa  amillər  də  seçim  üçün  əsas  götürülə 

bilər.  

Ġnsanın  qrupdakı  ən  mühüm  xarakteristikası  ondan 

ibarətdir ki, o öz qrupuna ətraf aləmə bələdləĢmə mənbəyi kimi 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə