Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə69/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   65   66   67   68   69   70   71   72   ...   197

 

 

 



235 

 

müraciət  edir.  Buradan  isə  belə  bir  vacib  sual  ortaya  çıxır: 



görəsən  sosiometrik  araĢdırma  zamanı  insanların  referent 

qrupunu  (Ģagirdlərlə  aparılan  iĢ  zamanı  onların  referent 

qrupunu)    müəyyənləĢdirmək  mümkündürmü?  Mütüxəssislər 

bu  suala  müsbət  cavab  verirlər.  ġagirdlərin  referent  qrupunun 

müəyyənləĢdirilməsinin  pedaqoji  effektinin  önəmli  olması 

nöqteyi  nəzərdən  buna  xüsusi  yer  verir  və  bu  həqiqəti  dərk 

etmək  nəticəsində  referentometriya  üsulunun  meydana 

gəldiyini göstərirlər (Ə.Əlizadə). 

Referentometriya  tədqiqat  üsulu  kimi  E.V.ġedrina 

tərəfindən 

iĢlənmiĢdir. 

Referentometriya 

üsulunu 

müəyyənləĢdirərkən 

referent 

qrup 


anlayıĢına 

istinad 


olunmuĢdur.  Əvvəlki  bölmədə  qeyd  etdiyimiz  kimi,  referent 

qrup  özünün  normaları,  fikirləri,  sərvətləri,  qiymətləri  fərdin 

davranıĢ  və  motivlərinə  çevrilən  qrupdur.  Referentometriya 

üsulu  məhz  qrup  üzvləri  üçün  «əhəmiyyətli  Ģəxsiyyətlər» 

dairəsini,  baĢqa  sözlə  onlar  üçün  etalon  olan  qrupu  müəyyən-

ləĢdirməyə imkan verir.  

Referentometrik üsulun köməyi ilə referentlik hadisəsinin 

tədqiqi  olduqca  maraqlı  nəticəyə  gətirib  çıxarmıĢdır.  Hər 

Ģeydən  əvvəl  bu  yolla  aparılan  tədqiqatlar  hər  bir  qrupda 

əsasını referentlik təĢkil edən mühüm sistem və seçimin olması 

fərziyyəsini  aĢkar  etmiĢdir.  Bu  cür  əlaqə  sistemi 

sosiometriyada olan formal xarakteristikanı özündə əks etdirir. 

Referentometrik  yolla  aparılan  iĢ  olduqca  operativ  və  yığcam 

xarakter  daĢımaqla,  qrupun  status  strukturu  barədə  təsəvvür 

yarada  bilir.  Bununla  yanaĢı  əldə  edilmiĢ  faktların  riyazi  yolla 

iĢlənməsinə,  qrafik  ifadəsinə,  seçimlərin  xəritəsi  və 

matrisalarını tərtib etməyə imkan verir. Lakin sosiometriyadan 

fərqli  olaraq  seçim  simpatiya  və  antipatiya  əsasında  deyil, 

qiymət  amilləri  əsasında    aparılır.  Sosiometrik  üsuldan  fərqli 

olaraq  referentometrik  üsul  qrupda  emosional  münasibətlərin 

strukturunu 

deyil, 


Ģagirdlərin 

referent 

qrupunu 

müəyyənləĢdirməyə imkan verir.  




 

 

 



236 

 

Referentometriya  üsulunun  müxtəlif  metodik  formaları 



mövcuddur.  Onlardan  nisbətən  geniĢ  yayılmıĢ  bir  variantı 

nəzərdən keçirək:  «Ģagirdə belə bir təlimat verilir: tutaq ki, si-

nif  yoldaĢların  müəyyən  əlamətlərə  (məsələn,  intizamlı  və  ya  

intizamsız  və  s.)  görə  sənə  qiymət  veriblər.  Əgər  sənə  təklif 

etsələr ki, onlardan 3 (və ya beĢ) nəfərinin cavabları ilə tanıĢ ol, 

onda  sən  kimin  cavabları  ilə  tanıĢ  olmaq  istərdin?  Onların 

adının  sənin  üçün  əhəmiyyətinə  görə  qeyd  et.  Hansı  Ģagirdin 

cavabı ilə daha çox tanıĢ olmaq istəyirsənsə, onun adını birinci 

qeyd et». 

Referentometrik seçmə  yolu ilə əldə edilmiĢ faktlar sosi-

ometriyada olduğu kimi təhlil olunur.  

 

          Özünü yoxlamaq üçün sual və tapĢırıqlar       



    

1.

 



Qrup nəyə deyilir? 

2.

 



Sosial qruplar və onların adi insan birliyindən fərqini 

izah edin. 

3.

 

Sosial qruplar hansı funksiyaları həyata keçirir? 



4.

 

Qrupların təsnifatını verin. 



5.

 

Kiçik qrupların növləri hansılardır? 



6.

 

Kiçik qrupların fenomenologiyasını Ģərh edin. 



7.

 

Kommunikasiya  kanallarından  asılı  olaraq  kiçik 



qrupların hansı növləri vardır? 

8.

 



MərkəzləĢdirilmiĢ  kommunikasiya  kanalının  hansı 

variantları vardır?Onları səciyyələndirin. 

9.Kiçik qruplarda psixoloji uyuĢma nədir? Onun 

istiqamətləri  hansılardır? 

10. « Qrup təzyiqi» fenomeni nədir? 

11.Qrup qütbləĢməsi dedikdə nəyi baĢa düĢürsünüz? 

12.Qruplarda rəhbərlik və liderlik anlayıĢlarını 

səciyyələndirin. 

13.Qruplarda rəhbərlik üslubunun hansı tipləri vardır? 

Onları səciyyələndirin. 




 

 

 



237 

 

14.ġəxsiyyətlərarası  seçmə  nədir  və  onun  hansı 



sistemlərindən istifadə olunur? 

15.ġəxsiyyətlərarası seçməni sosiometrik üsulunu Ģərh 

edin. 

16.Qruplarda  Ģəxsiyyətlərarası  münasibətdərdə  seçmənin 



motivləĢməsi  nə  ilə  bağlıdır  və  bunu  necə  aĢkara  çıxarmaq 

olar? 


17.ġəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə 

öyrənilməsini xarakterizə edin. Onun sosiometriya üsulundan 

fərqli cəhətlərini göstərin.    

 

Referat, məruzə və müstəqil  tədqiqat üçün mövzular 



 

1.

 



Qruplar və onların təsnifatı. 

2.

 



Qruplarda Ģəxsiyyətlərarası münasibətlər və onun 

öyrənilməsi. 

3.

 

Kiçik qruplar haqqında anlayıĢ. 



4.

 

Qrup fəaliyyəti səmərəliliyinə təsir edən sosial-



psixoloji amillər. 

5.

 



Qrup rəhbərliyi və liderliyinin fenomenologiyası. 

 

Ə d ə b i y y a t 



 

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəĢri –          

Bakı, 2002, s. 515-540 



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. –     

                        Bakı, 2003, s. 115-183. 

Andreeva Q.M. Soüialğnaə psixoloqiə. - M., 1988, s. 

170-284 


Kriçovskiy R.L., Dubrovskaə E.M. Psixoloqiə maloy 

qruppı. – M., 1991, s.5-60 



Kolominskiy Ə.L. Psixoloqiə vzaimootnoĢeniy v malıx 

qruppax: obhie i vozrastnıe osobennosti 

        - Minsk, 1976, s. 18-34 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə