Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə7/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   197

 

 

 



20 

 

maq  cəhdi  psixikanın  tədqiqində  yeni  metodların  axtarıĢına 



səbəb olmadı. XIX əsrin 80-cı illərinə qədər introspeksiya hələ 

də aparıcı metod olaraq qalırdı. 

Psixologiya  elminin  inkiĢafının  III  mərhələsi  Alma-

niyanın  Leypsiq  Ģəhərində  V.Vundtun  ilk  eksperimental  psix-

ologiya laboratoriyasının yaratması ilə baĢlayır.  

Eksperimental  psixologiya  laboratoriyasının  yaranması 

ilə  psixologiya  müstəqil,  obyektiv  və  eksperimental  elm 

sahəsinə  çevrildi.  Lakin  V.Vundt-un  assosianist  yanaĢmanın 

əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosian-

al  haləti,  Ģəxsiyyətin  strukturu,  yaradıcı  fəallığı  ilə  bağlı  yeni 

faktlar verə bilmədi. 

Belə  vəziyyət  alimləri  psixikanın  tədqiqi  ilə  bağlı  yeni 

metodlar axtarmağa sövq etdi. Həmin dövrdə yaranan ilk psix-

ologiya  məktəbləri  (strukturalizm,  funksionalizm,  Vyursburq 

məktəbi)  uzun  müddət  fəaliyyət  göstərə  bilmədi.  Lakin  onlar 

sübut  etdilər  ki,  psixologiyanın  predmeti,  metodları  ilə  bağlı 

fərqli  mövqelər,  yanaĢmalar  mövcuddur.  Beləliklə,  zamanın 

tələblərinə uyğun yeni axtarıĢlar baĢladı. Bu dövrü psixoloqlar 

metodoloji böhran  dövrü adlandırırlar. 

 Vahid  mövqeyə  gələ  bilməmələri  nəticəsində  XX  əsrin 

əvvələrində  psixologiyada  bir  neçə  istiqamət  meydana  çıxdı. 

Onların hər birinin öz predmeti və tədqiqat metodları yarandı. 

Nəticədə  psixologiyada  psixoanaliz,  biheviorizm,  qeĢtalt  psix-

ologiya,  marksist  psixologiya  istiqamətləri  və  məktəbləri 

yarandı.  

XX  əsrin  II  yarısında  yeni  psixologiya  məktəbləri  və 

istiqamətləri:  humanist  psixologiya,  genetik  psixologiya,  koq-

nitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX 

əsrin 60-cı illərindən baĢlayaraq psixologiya elmi özünün yeni 

inkiĢaf  mərhələsinə  daxil  oldu.  Bu  mərhələnin  xarakterik 

xüsusiyyəti  ondan  ibarətdir  ki,  indi  ayrılma,  parçalanma  yox, 

ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləĢməsi pro-

sesi gedir.  



 

 

 



21 

 

 



I.1.4.  Azərbyacanda psixoloji fikrin və elmi  

psixologiyanın yaranması, inkiĢafı 

 

Azərbyacanda psixoloji fikrin təĢəkkülü və inkiĢafı 

 

Bütün  dünyada  olduğu  kimi,  Azərbaycanda  da  psixoloji 



fikrin  yaranması  və  inkiĢafını  iki  mərhələyə  ayırmaq  olar: 

elməqədərki  və  elmi  psixologiyanın  təĢəkkülü  və  inkiĢafı. 

Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək 

də  düzgün  olmazdı.  Onlar  bir-birinin  daxilində  formalaĢmıĢ, 

biri digərinin inkiĢafına zəmin yaratmıĢdır. 

Elməqədərki  psixoloji  fikirlərin  yaranması  tarixi  çox 

qədimdən,  eramızdan  əvvəldən  baĢlanır.  O,  bir  tərəfdən  ġərq 

fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələn-

miĢdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər-

dən asılı olaraq inkiĢaf etmiĢ, digər tərəfdən baĢ verən proseslər 

psixoloji fikrə öz təsirini göstərmiĢdir. 

Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarix-

inin  araĢdırılmasını  dünya  psixologiya  elminin  inkiĢafı 

kontekstindən ayırmamağı lazım bildik. 

Professorlar  Ə.S.Bayramov  və  Ə.Ə.Əlizadə  elməqədərki 

psixologiyanı  eyni  zamanda  «güzəran  psixologiyası»  adlan-

dırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin 

mənbəyini ictimai və Ģəxsi təcrübə təĢkil edir. Hələ qədim za-

manlardan  baĢlayaraq  bu  biliklər  nəsildən-nəslə  verilmiĢ 

müxtəlif  obrazlı  ifadələrdə,  atalar  sözlərində,  bayatılarda, 

nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmıĢdır. Bizim 

hər  birimiz  bu  bilikləri  ətraf  adamlardan,  eləcə  də  Ģifahi  xalq 

ədəbiyyatı  vasitəsilə  mənimsəyirik.  Ġnsanın  Ģəxsi  təcrübəsində 

həmin  biliklər  daha  da  dəqiqləĢir,  yeni  məna  çalarları  kəsb 

edir». 

Onlar  daha  sonra  yazırlar:  «Güzəran  psixologiyasına  aid 



olan biliklərdə  biz  hətta müasir  psixologiya  üçün  maraqlı  olan 


 

 

 



22 

 

müəyyən  faktlara  rast  gəlirik.  Lakin  onların  hamısı  üçün  bir 



cəhət  səciyyəvidir  –  güzəran  psixologiyasında  faktlar  ardıcıl 

Ģəkildə izah edilmir, sübut olunmur». 

Ġnsanlar lap qədimlərdən qarĢılıqlı münasibətlərdə olduq-

ları,  ünsiyyətə  girdikləri  insanları  öyrənməyə,  anlamağa,  dərk 

etməyə çalıĢmıĢ, bunun üçün müĢahidələr aparmıĢlar. Tədricən 

toplanan  biliklər  ümumiləĢdirilmiĢ,  dildən-dilə,  ağızdan-ağıza 

keçərək  ümuminin,  hamının  qəbul  etdiyi  fikirlər  olmuĢdur. 

Bunlar  bayatılar,  nağıllar,  atalar  sözləri,  nəğmələr,  laylalar, 

miflər,  əfsanələr  və  s.  Ģəklində,  lakonik  dillə  çatdırılmıĢdır. 

Demək  olar  ki,  elmi  psixologiyanın  tədqiq  etdiyi  sahələr 

içərisində  elə  bir  problem  yoxdur  ki,  xalq  yaradıcılığında  da 

ondan bəhs olunmasın, münasibət bildirilməsin. 

Xalq  yaradıcılığında  xalqın  düĢüncə  və  davranıĢ  tərzi, 

ayrı-ayrı  dövrlərdə  baĢ  verən  hadisələrə  münasibəti  öz  əksini 

bariz Ģəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, üm-

id və istəklər bu yaradıcılığın əsasını təĢkil edir. 

Psixoloji  fikrin  yaranması  və  inĢasının  digər  bir  istiqa-

məti isə  yazılı ədəbiyyat, filosof və  yazıçıların,  Ģairlərin  yara-

dıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.ġirazi, 

Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm-

mədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan 

psixoloji  fikrinin  yaranması,  inkiĢafı  və  formalaĢmasında 

əhəmiyyətli  rol  oynamıĢdır.  Onların  yaradıcılıığı  bir  tərəfdən 

xalqın təfəkkür tərzinin inkiĢafına təkan vermiĢ, digər tərəfdən 

bu  əsərlərin  özündə  həyat  reallıqları  əksini  tapmıĢdır.  Yəni 

Azərbaycan  xalqının  keçdiyi  inkiĢaf  yolunun  mərhələlərini 

müəyyənləĢdirməkdə bu əsərlər gözəl bir mənbədir.  

Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos 

özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail ol-

maq  üçün  yalnız  özünün  sosial-iqtisadi  tarixi  keçmiĢinə  deyil, 

həm də öz psixoloji keçmiĢinə dərindən bələd olmalıdır». 

Azərbaycan xalqının islam dininin Azərbaycana gəliĢinə 

qədərki həyat, məiĢət və təfəkkür tərzi Ģifahi xalq ədəbiyyatın-





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə