Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə70/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   66   67   68   69   70   71   72   73   ...   197

 

 

 



238 

 

  Mayers D. Soüialğnaə psixoloqiə. – Piter, 1997,  

                 s..275-304; 354-397.     

  Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn. 1. – M., 1998 

  Robber M.A., Tilman F. Psixoloqiə individa i  

            qruppı. – M., 1988, s. 69-72; 112-118; 162-170 



 


 

 

 



239 

 

                          DÖRDÜNCÜ HĠSSƏ 



 

PSĠXĠ PROSESLƏR VƏ HALLAR 

 

7-ci FƏSĠL 

 

DĠQQƏT 

                    

Qısa xülasə 

 

Diqqət  haqqında  anlayıĢ.  Diqqətin  tərifi.  Diqqət  psixoloji 

fəaliyyətin  müəyyən  obyekt  üzərinə  yönəlməsi  və  onun  ətrafında 

mərkəzləĢməsi kimi. Diqqətin funksiyaları. Diqqətin insanın həyat və 

fəaliyyətində rolu. 

Diqqətin  fizioloji  mexanizmləri.  Diqqət  və  bələdləĢmə  ref-

leksi.  Akademik  Ġ.P.Pavlovun  sinir  proseslərinin    induksiyası  qanu-

nu.  Optimal  oyanma  ocağı  və  diqqət.  A.A.Uxtomiskinin  dominatliq 

prinsipi  və  diqqət.  Diqqətin  fizioloji  mexanizmləri  ilə  bağlı  müasir  

neyrofizioloji baxıĢlar. 

Diqqətin növləri: qeyri-ixtiyarı, ixtiyari və ixtiyaridən sonrakı 

diqqət.  Qeyri  ixtiyarı  diqqət  və  onu  Ģərtləndirən  amillər.  Ġxtiyarı 

diqqət. Ġxtiyarı diqqətin əmələ gəlməsinin Ģərtləri və xüsusiyyətləri. 

Ġxtiyaridən  sonraki  diqqət,  onun  qeyri-ixtiyarı  və  ixtiyarı  diqqətdən 

fərqi.        

Diqqətin  xarakterik  xüsusiyyətləri.  Diqqətin  həcmi, 

davamlılığı,  paylanması,  keçirilməsi,  mərkəzləĢməsi.  Diqqətin 

tərəddüdü və yayınması. Dalğınlıq və onun növləri. Diqqətin inkiĢafı 

və dərsdə Ģagirdlərin diqqətinin səmərəli təĢkili.  

  

 

 



 

 

IV. 7. 1. Diqqət haqqında anlayıĢ 

   



 

 

 



240 

 

Diqqət  haqqında  ümümi  məlumat.  Eyni  anda  bizə 

müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını ey-

ni  aydınlığı  ilə    qavraya  bilmirik.  Onlardan  bəzilərini  aydın 

qavradığımız  halda,  digərlərini  ya  olduqca  solğun  qavrayır  və 

ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır. 

Diqqət psixi proseslərin (qavrayıĢ, hafizə, təfəkkür və s.) 

tərkibində  çıxıĢ  edərək,  onların  daha  müvəffəqiyyətli 

cərəyanını  təmin  edir.  Diqqətin  rus  alimi  N.F.Dobrınin 

tərəfindən  təklif  olunmuĢ  tərifini  nəzərdən  kecirək:  «Diqqət 



psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun 

üzərində  mərkəzləşməsidir».  Biz  yönəliĢlik  dedikdə  idrak 

fəaliyyətinin  seçici  xarakter  daĢımasını,  mərkəzləĢmə  dedikdə 

isə  hal-hazırkı  fəaliyyətə  aid  olmayan  bütün  obyektlərdən 

uzaqlaĢmanı  nəzərdə  tuturuq.  Əgər  insan  psixikasının  struktu-

runa  istinad  etsək,  biz  diqqəti  həm  bir  proses  kimi  (və  yaxud 

psixi prosesin bir tərəfi kimi: məsələn,  sensor, perseptiv, intel-

lektual diqqət), həm psixi halət kimi (məsələn, yönəliĢlik), həm 

də Ģəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən 

keçirə  bilərik.  Lakin  bildiyimiz  kimi  diqqətin  müstəqil  psixi 

proses  olması  haqqında  psixoloji  ədəbiyyatda  fikirlər  üst-üstə 

düĢmür.  Bəzi  tədqiqatçılar  diqqətin  digər  psixi  proseslərin 

tərkibində çıxıĢ etməsi faktını əsas tutaraq, onu müstəqil psixi 

proseslərə  aid  etmirlər.  Digər  tədqiqatcılar  isə  diqqəti  idrak 

proseslərindən  biri  hesab  edərək,  onu  əsasən  iradə  və  idrak 

fəaliyyəti ilə əlaqələndirirlər. 

Diqqətin  funksiyaları.  Psixoloqlar  diqqətin  üc  əsas 

funksiyası  üzərində  xüsusi  olaraq  dayanırlar:  seçmə,  saxlama 

və nəzarət funksiyaları. 

Adətən, insan ona təsir edən çisim və hadisələrdən həyatı 

üçün  daha  əhəmiyyətli  olanı  seçir,  psixi  fəaliyyətini  onun 

üzərinə  yönəldir  və  onun  ətrafında  mərkəzləĢdirir.  Bu  zaman 

ikinçi  dərəçəli,  kənar  təsirlərə  əhəmiyyət  vermir.  ġübhəsiz  bu 

çür  seçmə  halı  olmasa  insanın  lazımi  obyektləri  aydın 

qavraması  mümkün  olmazdı.  Əhəmiyyətli  və  əhəmiyyətsiz 



 

 

 



241 

 

obyektləri  bir  birindən  ayırmaq  məhz  diqqətin  seçmə 



funksiyasının  köməyi  ilə  həyata  keçir.  Diqqətin  həyata  keçir-

diyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. Ġnsanın hər 

hansı  bir  obyekti  lazımı  Ģəkildə  dərk  etməsi  üçün  psixi 

fəaliyyətini,  diqqətini  müəyyən  vaxt  ərzində  həmin  obyektin 

üzərində saxlaması tələb olunur. Bu baxımdan diqqətin həmin 

funksiyanı yerinə yetirməsi də mühüm əhəmiyyət kəsb edir. 

Nəhayət,  diqqətin  üçünçü  mühüm  funkiyası  fəaliyyətin 

gediĢini tənzim etmək və ona nəzarət etməkdir. Bu funksiyanı 

yerinə  yetirməklə  diqqət  insanın  fəaliyyətini  bir  növ  tənzim 

edir. 


Diqqətin insanın həyat və fəaliyyətində rolu.  Diqqətin 

insanın  həyat  və  fəaliyyətində    rolu  əvəzolunmazdır.  Diqqət 

olmadan  insan  nə  duya,  nə  qavraya,  nə  fikirləĢə,  nə  də  hər 

hansı bir iĢi, hərəkəti yerinə yetirə bilməzdi. Təlim prosesində 

diqqətin  oynadığı  rol  xüsusilə  böyükdür.  Dərs  zamanı  tədris 

materiallarını  qavrama,  anlama  və  mənimsəmə  müxtəlif 

amillərdən  asılıdır.  Onların  içərisində  əsas  yeri  diqqət  tutur. 

Hətta  əyani  vəsaitlərlə  təchiz  olunan,  məzmun  baxımından 

fərqlənən bir dərsdə müəllim Ģagirdlərin diqqətini səfərbər edə 

bilməzsə,  o  təlim  materiallarını  yaxĢı  mənimsədə  bilməz. 

Materialın ilkin qavranılması, onunla aparılan iĢ, onun hafizədə 

möhkəmlənməsi  Ģagirdin  diqqətinin  davamlı  olmasını  tələb 

edir. 

K.D.UĢinskinin  sözlərilə  desək,  diqqət  ruhumuzun  elə 



yeqanə qapısıdır ki, Ģüurumuzda olan hər bir Ģey mutləq bura-

dan  keçir.  Ona  görə  də  UĢinski  müəllimlərə  dərs  zamanı 

Ģagirdləri  həmin  qapını  açıq  saxlamağa  alıĢdırmağı  məsləhət 

bilirdi. 

 

 IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri 

 

Digər  psixi  proseslər  kimi  diqqət  də  öz  fizioloji 

mexanizimlərinə  malikdir.  Diqqəti  adətən  sinir  sistemlərinin 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə