245
IV. 7. 4. Diqqətin xarakterik xüsusiyyətləri
Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd
edirlər. Bunlar diqqətin həcmi, paylanması, mərkəzləşməsi,
davamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün adam-
larda eyni səviyyədə inkiĢaf etmir. Məsələn, bəzi adamlarda
diqqət daha çox mərkəzləĢməyə, digərində isə paylanmaya
meyl edir.
Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin
miqdarı ilə müəyyən edilir. Diqqətin həçmi fərdi Ģəkildə
dəyiĢən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi ol-
mayan 5 2 obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmini
ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu
cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər, fiqurlar, rəqəmlər və
s.) elə nümayiĢ etdirilir ki, yoxlanılan Ģəxs nəzərini bir
obyektdən diqərinə keçirə bilməsin.
Diqqətin həçmi qavranılan cisim və hadisələrin bir-biri
ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr
bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həçmi də bir
o qədər böyük olar. Bunu aydın görmək üçün aĢağıdakı iki
Ģəkilə nəzər salaq.
A
B
Əgər birinçi Ģəkli (A) yoxlanana ani olaraq göstərib
götürsək və orada neçə xətt çəkildiyini soruĢsaq dəqiq rəqəmi
çətin eĢidəçəyik. Ġkinçi Ģəkli (B) göstərdikdə isə dər hal 12
çavabını alacağıq. Burada yoxlanan 3 xəttdən ibarət olan 4
246
qrupu birləĢdirərək cavab verir.
BaĢqa bir misal. Əgər yoxlanana «ü ə n g n a a x b»
hərfləri yazılmıĢ lövhəni göstərib orada neçə hərf olduğunu
soruĢsaq düzgün cavab çətin alınaçaqdır. Lakin həmin hərfləri
bir söz kimi birləĢdirib «günəbaxan» Ģəklində təqdim etsək bu-
rada 9 hərf olduğunu asanlıqla deyə biləcəkdir.
Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun
müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar göstərir ki,
insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri
aĢkar etməyi bacarırsa onun diqqəti davamlı olur. BaĢqa sözlə
qavranılan obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin
davamlı olmasına gətirib çıxarır. Bundan baĢqa diqqətin
davamlılığı bir sıra Ģərtlərdən, məsələn, materialın çətinlik
dərəcəsindən,
onun
anlaĢıqlılığından,
subyektin
ona
münasibətindən, insanın yaĢından və Ģəxsiyyətin bir çox fərdi
keyfiyyətlərindən asılıdır. Diqqətin bu xüsusiyyətini nəzərə
alaraq dərs zamanı hər 10-15 dəqiqədən sonra fəaliyyət
növlərinin dəyiĢilməsi məqsədəuyğun hesab olunur.
Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox
fəaliyyət növünü (və ya müxtəlif iĢləri) həyata keçirmək
qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri
Ģərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən
biri avtomatlaĢmalı, yəni Ģüurun xüsusi nəzarəti olmadan
həyata keçirilməlidir.
Diqqətin paylanması insanın psixoloji və fizioloji
vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha
çox mərkəzləĢməsini tələb edən fəaliyyət növlərinin həyata
kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni za-
manda icra edilən fəaliyyət növlərinin xarakterindən, onların
mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri sahəsində
insanın bacarıq və vərdiĢlərinin avtomatlaĢma səviyyəsindən də
asılı olur.
Diqqətin keçirilməsi Ģüurlu surətdə diqqəti bir
247
obyektdən digər obyektə, bir fəaliyyət növundən digərinə
keçirməkdə təzahür edir. Məsələn, müəllim dərs zamanı
diqqətini müxtəlif Ģagirdlərə, öz fəaliyyətinə, gözlənilmədən
baĢ verən hadisələrə kecirir və eyni zamanda da o dərsin əsas
məzmunundan, planından yayınmır. Keçirilmə hər hansı bir
dəyiĢən, mürəkkəb situasiyaya daha tez bələdləĢmə qabiliyyəti
ilə bağlıdır. Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan
baĢ vermir və çox Ģərtlərdən asılıdır. Bunlara əvvəlki və
sonrakı fəaliyyətin qarĢılıqlı əlaqəsini və subyektin onlara
münasivətini aid etmək olar. Ġnsan asan iĢdən çətin isə
keçdikdə keçirilmənin göstəriçiləri aĢağı düĢür.
Diqqətin keçirilməsi bir fəaliyyətdən digər fəaliyyətə
keçmə tezliyində ifadə olunur və o həm də sinir sisteminin bəzi
xassələrindən - dinamiklik və rigidlikdən asılıdır.
Diqqətin mərkəzləşməsi zamanı Ģüurumiz yalnız bir ob-
yekt və ya fəaliyyətə yönəlir. Fizioloji baxımdan mərkəzləĢmə
beyində olan dominant oyanma ocağının fəaliyyətilə bağlıdır.
MərkəzləĢmənin masksimal intensivliyi yalnız bir obyektin
qavranılması zamanı baĢ verir. Diqqətin həcmi artıqça, o
mərkəzləĢmənin səviyyəsinin aĢağı düĢməsinə səbəb olur.
MərkəzləĢmə dərk etdiyimiz cism və hadisələrin daha dərindən
öyrənilməsinin,
mürəkkəb
əĢyavi
fəalliyyətin
yerinə
yetirilməsinin psixoloji Ģərti kimi çıxıĢ edir.
Diqqətin qeyd olunan xassələri ilə yanaĢı bir sıra pozul-
ma hallarına da rast gəlmək mümkündür. Bunlara diqqətin
tərəddüdünü, yayınmasını, dalğınlığı aid etmək olar.
Diqqətin
tərəddüdü–müəyyən
fəaliyyət
zamanı
diqqətmizin gah bu, gah da baĢqa obyektə yönəlməsi, az və çox
müddət onun üzərində mərkəzləĢməsidir.
Hətta çox davamlı və mərkəzləĢmiĢ diqqət zamanı biz
onun intensivlik dərəcəsinin qısa müddətli qeyri-ixtiyarı
dəyiĢmələri ilə rastlaĢırıq. Bu diqqətin tərəddüdüdür. Diqqətin
tərəddüdü N.N.Lanqe tərəfindən öyrənilmiĢdir. Onun
eksperimentlərində yoxlanılanlar saatın tiqqiltisini eĢidirdilər.