Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə73/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   69   70   71   72   73   74   75   76   ...   197

 

 

 



248 

 

Müəyyən  zaman  intervalı  keçəndən  sonra  saatın  səsi  fluktia-



siyaya  uğqayırdı.  N.N.Lanqe  qöstərdi  ki,  tərəddüd  dövrü 

təqribən  2-3  saniyə  təĢkil  edir.  Diqqətin  tərəddüdünün 

səbəblərinə  yorğunluğu  və  hiss  üzvlərinin  adaptasiyasını  aid 

etmək olar. Diqqətin tərəddüdü onun davamlılığına əks olan bir 

xüsusiyyətdir.  

Diqqətin  yayınmasına  gəldikdə  bu,  hər  hansı  bir 

fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas iĢlə əlaqəsi 

olmayan  kənar  cisim  və  ya  hadisəyə  yönəlməsindən  ibarətdir. 

Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri iĢlədiyimiz 

yerdə kənar qıcıqların mümkün qədər olmamasına çalıĢmaqdır. 

Lakin  buna  həmiĢə  nail  olmaq  mümkün  olmur.  Bəzən  istər-

istəməz  bir  sıra  yayındırıcı  qıcıqlandırıcıların  təsir  göstərdiyi 

Ģəraitdə  iĢləməli  oluruq.  Ona  görə  də  diqqətimiz  yayınır.  Bu 

cəhəti  nəzərə  alaraq  insan  özündə  həm  sakit  Ģəraitdə,  həm  də 

kənar  qıcıqlandırıcıların  təsir  göstərdiyi  Ģəraitdə  iĢləmək 

bacarığı aĢılamağa çalıĢmalıdır. 

Diqqətin yayınması hallarından birini də dalğınlıq təĢkil 

edir. 

Dalğınlıq 



insanın 

öz 


diqqətini 

mərkəzləĢdirə 

bilməməsində  ifadə  olunur.  Dalğınlıq  halının  iki  Ģəklini  ayırd 

edirlər.  Birincisi,  ixtiyari  diqqətin  zəifliyində  ifadə  olunan 

dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt 

üzərində  mərkəzləĢdirə  bilmir,  onun  diqqəti  davamsız  olur  və 

tez-tez yayınır. UĢaqlarda və yaĢlı adamlarda bu cür dalğınlığa 

tez-tez  rast  gəlmək  olur.  Bunun  səbəbi  çox  yorulmaq,  insana 

təsir  edən  güclü  emosional  amillər,  xəstəlik,  uĢaqda  ixtiyari 

diqqətin tərbiyəsinin düzgün təĢkil edilməməsi ola bilər. 

Ġkinci  halda  dalğınlıq  diqqətin  hər  hansı  bir  obyekt 

üzərində  çox  güclü,  gərgin  Ģəkildə  mərkəzləĢməsində  ifadə 

olunur.  Bunun  sayəsində  kənar  qıcıqlandırıcılar  onu  yayındıra 

bilmir,  insan  sanki  ətraf  aləmi  «unudur».  Bu  nöqsan  diqqəti 

paylamağı  və  bir  obyektdən  digərinə  vaxtında  keçirməyi  ba-

carmamaqda ifadə olunur. 

 



 

 

 



249 

 

IV.7.5. Diqqətin inkiĢafı və dərsdə Ģagirdin diqqətinin  



səmərəli təĢkili haqqında 

           

Diqqət  də  digər  psixi  proseslər  kimi  öz  inkiĢaf 

mərhələlərinə malikdir. L.S.Viqotski diqqətin inkiĢafı haqqında 

yazırdı  ki,  uĢağın  diqqətinin  inkiĢaf  tarixi  onun  davranıĢının 

təĢkili  ilə  çulğalaĢır.  Genetik    planda  uĢağın  diqqətinin 

köklərini onun daxilində yox, uĢaq Ģəxsiyyətindən kənarda ax-

tarmaq lazımdır. 

Əlbəttə biz uĢaqların həyatının ilk aylarında yalnız qeyri-

ixtiyari  diqqətlə  rastlaĢırıq.  Ġxtiyari  diqqət  rüĢeymləri  1  yaĢın 

axırında,  2-ci  yaĢın  əvvəllərində  təzahür  etməyə  baĢlayır. 

Ġxtiyari diqqətin inkiĢafında biz xüsusilə oyun fəaliyyətinin ro-

lunu qeyd etməliyik. Oyun situasiyasında uĢaq öz hərəkətlərini 

oyunun  qaydalarına  uyğunlaĢdırmağı  öyrənir.  Məktəbəqədər 

yaĢlı  uĢağın  ixtiyari  diqqəti  öz  davamsızlığı,  emosionallığı  ilə 

fərqlənir. Lakin tədricən iradi cəhd və təlim sayəsində uĢaq öz 

diqqətini idarə etməyi öyrənir. Qeyd etmək lazımdır ki, məktəb 

təlimi ixtiyari  diqqətin inkiĢafında xüsusilə böyük əhəmiyyətə 

malikdir.  Əgər  kiçik  məktəblilər  öz  davranıĢlarını  idarə  edə 

bilmirlərsə  və  onlarda  qeyri-ixtiyari  diqqət  üstünlük  təĢkil 

edirsə, artıq  yuxarı siniflərdə məktəbli uzun müddət hər hansı 

fəaliyyət növü ilə məĢğul ola, öz davranıĢına nəzarət edə bilir. 

Lakin  13-14  yaĢlarında  müĢahidə  olunan  və  yorğunluğa, 

əsəbiliyə  səbəb  olan  bəzi  fizioloji  dəyiĢikliklər  yenidən 

diqqətin  bəzi  xüsusiyyətlərinin  aĢağı  enməsinə  gətirib  çıxarır. 

Lakin bu hadisə nəinki uĢağın orqanizmində baĢ verən fizioloji 

dəyiĢikliklərlə, həm də təəsürat bolluğunun təsiri ilə baĢ verir. 

Qeyd  etmək  lazımdır  ki,  məktəbdə  təlim-tərbiyə  iĢinin 

təĢkili  zamanı  hər  bir  Ģagirdin  diqqətinin  yaĢ  və  fərdi 

xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Təlim  və  tərbiyə  prosesində 

müəllim  bir  ali  funksiya  kimi  diqqəti  inkiĢaf  etdirmək,  dərs 

prosesində  onu  idarə  etmək  üçün  aĢağıdakı  üsullara  əməl 

etməlidir: 



 

 

 



250 

 

1)



 

təlim  materiallarının  təĢkili  (onların  anlaĢıqlılığı, 

strukturu, daha parlaq misalların seçilməsi və s.); 

2)

 



dərs  zamanı Ģagirdlərin  fəaliyyətinin düzgün təĢkili ( 

Ģagirdlərin  fəal,  müstəqil  və  yaradıcı  fəaliyyətinə  Ģərait 

yaradılması, fəaliyyət növlərinin bir-birini əvəz etməsi və s.); 

3)

 



müəllimin  fəaliyyətinin  təĢkili  (onun  nitqinin 

xüsusiyyətləri,  Ģərhin  anlaĢıqlı,  obrazlı,  məntiqi  və  emosional 

olması və s.); 

4)

 



əyani və texniki vasitələrdən istifadə; 

5)

 



Ģagirdlərdə təlim vərdiĢlərinin yaranması; 

6)

 



Ģagirdlərdə  təlim  motivasiyasının,  dərsə  davamlı 

marağın formalaĢdırılması.  

 

Özünü yoxlamaq üçün sual və tapşırıqlar 

 

                  

1)

 

Bir psixi hadisə kimi diqqəti səciyyələndirin. 



2)

 

Diqqətin funksiyaları hansılardır? Onları səciyyə-  



ləndirin. 

3)

 



Diqqətin insanın həyat və fəaliyyətində oynadığı rolu 

Ģərh edin. 

4)

 

Ġ.P.Pavlovun diqqətin fiziolji mexanizimləri haqqında 



təlimini Ģərh edin. 

5)

 



A.A.Uxtomskinin 

dominantlıq 

prinsipi 

nədən 


ibarətdir? 

6)

 



Diqqətin fizioloji mexanizimləri ilə bağlı müasir ney-

rofizioloji baxıĢlar nədən ibarətdir? 

7)

 

Qeyri- ixtiyari diqqəti səciyyələndirin. 



8)

 

Ġxtiyari və ixtiyaridən sonrakı diqqət haqqında nə bi-



lirsiniz? 

9)

 



Diqqətin xarakterik xüsusiyyətlərini Ģərh edin. 

10)


 

Diqqətin  tərəddüdü,  yayınması  və  dalğınlığı 

haqqında danıĢın. 

11)


 

Diqqətin  inkiĢafı  və  dərsdə  Ģagirdlərin  diqqətini 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə