Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə77/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   73   74   75   76   77   78   79   80   ...   197

 

 

 



261 

 

də  duyğulara  xas  olan  qanunauyğunluqlardandır.  Ġnsan  nəinki 



müəyyən  kəmiyyətdə  olan  qıcığı  duyur,  eyni  zamanda  təsir 

edən qıcıqların kəmiyyət dəyiĢmələrini də duyur. Fərqləndirmə 

həssaslığı  və  fərqləndirmə  həddi  də  buradan  irəli  gəlir. 

Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq 

kəmiyyətinə  fərqləndirmə  həddi  deyilir.  Ən    kiçik  fərq 

kəmiyyətini  duyma  qabiliyyəti  isə  fərqləndirmə  həssaslığı 

adlanır.  Belə  bir  təcrübəyə  nəzər  salaq.  Əgər  bizə  min  Ģamlıq 

iĢıqla  təsir  edilirsə,  sonradan  onun  üzərinə  0,5;  0,8;  0,9  Ģam 

əlavə  edilərsə,  bu  əlavələrin  heç  biri  bizdə  yeni  duyğu,  yəni 

fərqləndirmə  duyğusu  əmələ  gətirməyəcəkdir.  Əgər  bir  Ģam 

əlavə edilərsə biz iĢığın gücləndiyini duyacağıq. Deməli görmə 

duyğusu  üçün  fərqləndirmə  həddi  1/100-ə      bərabərdir. 

Beləliklə  də  alman  fizioloqu  E.  Veber  müəyyən  etmiĢdir  ki, 

duyğunun  intensivliyi  təsir  edən  qıcığın  kəmiyyətinin  mütləq 

artımından  deyil,  ilkin  təsir  edən  qıcığın  kəmiyyəti  ilə  artım 

arasında  olan  nisbətdən  asılıdır.  Bu  nisbət  müxtəlif  anali-

zatorlar  üçün müxtəlifdir. Məsələn,  görmə analizatorları üçün  

təxminən  1/100-ə,  eĢitmə  analizatoru  üçün  1/10-ə,  toxunma 

analizatoru üçün 1/30-ə bərabərdir.    

Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxıĢ 

edərək  duyğunun  intensivliyi  ilə  qıcığın  qüvvəsi  arasındakı 

olan asılılığı aĢağıdakı düsturla ifadə etmiĢdir: 

                   

                       S = K Lg J + C 

 

Burada  S-duyğunun  intensivliyi,  J-qıcığın  quvvəsi,  K  və 

C  isə  sabit    kəmiyyətləri  ğöstərir.  Bu  düstur  göstərir  ki, 

duyğunun 

intensivliyi 

qıcıqlandırıcının 

qüvvəsinin 

loqarifmasına mütənasibdirBaĢqa cür desək qıcığın qüvvəsi 

həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə 

ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir.  

Duyğulara  aid  qanunauyğunluqlardan  adaptasiya,  sen-



sibilizasiyasinesteziya, ardıcıl surətlər haqqında da danıĢmaq 


 

 

 



262 

 

lazımdır.    



Adaptasiya  (alıĢma)  duyğu  üzvlərinin  qıcıqlandırıcılara 

uyğunlaĢması  nəticəsndə  həssaslığın  dəyiĢməsinə  deyilir. 

Məsələn  qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi 

görmürük, getdikcə otaq sanki iĢıqlaĢır, artıq otaqdakı əĢyaları 

görə  bilirik.  Bu  o  deməkdir  ki,  duyğu  üzvümüz-gözümüz 

qıcıqlandırıcıya,  qaranlığa  uyğunlaĢır  və  nəticədə  onun 

həssaslığı artır. 

Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn 

sinif  otağında  tədricən  hava  ağırlaĢır.  Otaqdakılar  adaptasiya 

prosesi baĢ verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə 

daxil  olan  adam  otağın  havasının  ağır  olduğunu  söyləyir.  Bu 

isə  iy  duyğusu  orqanının  həssaslığının  aĢağı  düĢməsi  ilə 

bağlıdır. Adaptasiya hadisəsi üç Ģəkildə baĢ verir: 

1.

 



Qıcıqlandırıcıların  fasiləsiz  təsiri  nəticəsində  duy-

ğunun tamamilə yoxa çıxması kimi; 

2.

 

Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların 



kütləĢməsi kimi; 

3.

 



Zəif  qıcıqlandırıcıların  təsiri  altında  həssaslığın 

artması kimi. 



Duyğuların  qarĢılıqlı  təsiri  və  sensibilizasiya. 

Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və 

adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta 

baĢqa    qıcıqlandırıcıların    hiss  üzvlərinə  olan  təsirlərindən  də 

asılıdır.  BaĢqa  hiss  üzvlərinin  qıcıqlanması  nəticəsndə  digər 

analizatorun  həssaslığının  dəyiĢməsinə  duyğuların  qarĢılıqlı 



təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az 

və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın 

aĢağı düĢməsinə, baĢqa vəziyyətdə həssaslığın artmasına səbəb 

olur. Məsələn, müəyyən olunmuĢdur ki, eĢitmə qıcıqlanmasının 

təsiri  altında  görmə  analizatorlarının  həssaslığı  dəyiĢir.  Eyni  

zamanda gözə iĢığın təsiri səslərin daha gur eĢidilməsnə səbəb 

olur. 

Analizatorun      qarĢılıqlı  təsiri  ilə  yanaĢı  mümarisələr  də 




 

 

 



263 

 

həssaslığın  artmasına  səbəb  olur.  Analizatorların  qarşılıqlı 



təsiri  və  mümarisələr  nəticəsində  həssaslığın  artmasına 

sensibilizasiya deyilir

Sinesteziya.  Duyğu  ilə    bağlı  bu  qanun  daha  az 

ümumiliyə  malikdir.  Bu  hadisə  ən  çox  özünü    rəngli  eĢitmə 

deyilən  xüsusiyyətə  malik  insanlarda  göstərir.  Rus  bəstəkarı  

A.N.Skryabin  musiqiyə  qulaq  asarkən  onun  gözü  qarĢısında 

rəng  çalarları  yaranır,  rəng  duyğusu  əmələ  gəlirmiĢ. 

Duyğularımızda    sinesteziyanın  olmasını  dilimizdə  olan, 

«yumĢaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək. 

Ardıcıl  surətlər.  Həyati  faktlardan  aydın  gördüyümüz 

kimi,  duyğular  qıcıqlandırıcıların  təsiri  kəsildikdən  sonra 

dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya digər 

səviyyədə hələ də duymaqda davam edirik, baĢqa sözlə onların 

surəti  bizim  tərəfimizdən  hələ  də  duyulur.  Bu  hadisə  elmdə 

ardıcıl surətlər adı ilə qəbul olunmuĢdur. Ardıcıl surətlər həm 

müsbət,  həm  də  mənfi  xarakter  daĢıya  bilir.  Adətən  müsbət 

ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin 

qıcığa  uyğun  gəlir.  Məsələn,  bir  üzündə  quĢ,  o  biri  üzündə 

qəfəs  Ģəkli  çəkilmiĢ  kardon  parçanın  iki  ucundan    bağlanmıĢ 

iplə  fırlatsaq  biz  quĢu  qəfəsin  içində  duymağa  baĢlayarıq.  Bu 

ona ğörə baĢ verir ki, kardon parçasının o biri üzü gələnə qədər 

hələ  bizim  gözümüzün  tozlu  qiĢasında  quĢun  Ģəkli  qalır. 

Nəticədə  qəfəs  Ģəkli  ilə  üst-üstə  düĢdüyünə  görə  biz  quĢu 

qəfəsdə görməyə baĢlayırıq. 



Mənfi  ardıcıl  surətlərə  gəldikdə  bunu  rəngli  görmə 

duyğularında  aydın  müĢahidə  edirik.  Məsələn,  əgər  ağ  vərəq 

üzərinə  qırmız  rəngli  kağız  parçasını  qoysaq  və  müəyyən 

müddət  gözümüzü    ona  dikdikdən  sonra  qırmızı  rəngli  kağızı 

götürsək  onun  yerində  açığı  göy  yaĢıl  rəng  görməyə 

baĢlayacağıq.  Bu  ona  görə  baĢ  verir  ki,  ağ  rəng  üzərindəki 

qırmızı  rəngə  baxdıqda  gözün  tozlu  qiĢasında  həmin  rəngi  

duyan  qəbuledicilər  yorulur,  daha  az  həssas  olmağa  baĢlayır. 

Ona  görə  də  sonradan  torlu  qiĢanın  həmin  hissəsinə  ağ  iĢıq 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə