Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə78/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   74   75   76   77   78   79   80   81   ...   197

 

 

 



264 

 

düĢdükdə  digər  qəbuledici  elementlər  yüksək  duyma 



qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaĢıl rəng görürük. 

Bu  halı  neqativ  Ģəkillərə  baxdıqda  da  müĢahidə  edə  bilirik. 

Məsələn,  neqativ  insan  Ģəklinə  baxdıqdan  sonra  ağ  lövhəyə 

baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik. 

Ardıcıl  surətlər  hadisəsi  təkcə  görmə  deyil,  eĢitmə, 

temperatur,  ağrı,  dadbilmə  duyğularında  da  qıcıqlandırıcıların 

təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.          

 

 



              Özünü yoxlamaq üçün sual və tapĢırıqlar

    


   1. Duyğu nəyə deyilir? 

   2. Duyğuların insan həyatındakı əhəmiyyətindən 

danıĢın. 

   3. Analizator nədir və onun hansı hissələri vardır? 

   4. Duyğular haqqında bildiyiniz  nəzəriyyələri Ģərh 

edin. 


   5. Duyğuları hansı prinsiplərə görə təsnif edirlər? 

   6. Xarici duyğuları Ģərh edin. 

   7. Daxili və əzələ-hərəkət duyğuları hansılardır? 

   8. Duyğularda həssaslıq və hədlər dedikdə nəyi baĢa 

düĢürsünüz? Onları Ģərh edin.  

   9. Adaptasiya nədir? Onun insan həyatında rolu nədən 

ibarətdir? 

  10. Duyğuların qarĢılıqlı təsiri, sensibilizasiya, sineste-

ziya və ardıcıl surətləri səciyyələndirin.  

 

 



Referat, məruzə və müstəqil tədqiqat üçün  

                         mövzular 

 

1.

 



Duyğular

 

və onların qanunauyğunluqları. 

2.Duyğuların növləri və insan həyatında rolu. 

 



 

 

 



265 

 

Ə d ə b i y y a t



 

Bayramov Ə.S.,

 

Əlizadə

 

Ə.Ə

. 

Psixologiya 2- NəĢri. –

Bakı, 2002, səh. 256-265. 

Qleytman Q., Fridlund A., Raysberq D. Osnovı psix-

oloqii.-S.P.,2001,S.201-251 



Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1.- M.,  1988, s. 

166-181. 



Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s. 164-

199. 


Mayers D. Psixoloqiə.- Minsk,2001,s.208-249 

Luriə A.R. Ohuheniə i vospriətie. – M., 1965, s. 4-42 

RubinĢteyn S.L.Osnovı obhey psixoloqii.  T. 1, - M., 

1998, s. 208-300 

Xrestomatiə po ohuheniö i vospriətiö.  - M., 1975  

Fress P., Piaje 

j. 

Gksperimentalğnaə psixoloqiə, vıp. 1-

2, - M. 1966, s. 241 



 

 

 



266 

 

 



9-cu FƏSĠL 

 

QAVRAYIġ 



 

Qısa xülasə  

QavrayıĢın  ümumi  xarakteristikası.  QavrayıĢ  haqqında 

anlayıĢ. QavrayıĢ və duyğular. Onları fərqləndirən cəhətlər. QavrayıĢ 

hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin surətlərinin 

beyində bütövlükdə əks etdirilməsindən ibarət olan idrak prosesi ki-

mi. 

QavrayıĢın  əsas  xüsusiyyətləri.  ƏĢyaviliyi,  tamlığı,  sabitliyi, 

mənalılığı, seçiciliyi. Appersepsiya. 



QavrayıĢın  təsnifi.  QavrayıĢın  analizatorların  iĢtirakından  asılı 

olan  sadə  növləri:  görmə,  eĢitmə,  lamisə.  QarĢıya  qoyulmuĢ 

məqsəddən asılı olaraq qavrayıĢın növlərə ayrılması: qeyri-ixtiyari və 

ixtiyari  qavrayıĢ.  MüĢahidə  ixtiyari  qavrayıĢ  kimi.  MüĢahidə  və 

müĢahidəçilik.  Materiyanın  mövcudluq  formasından  asılı  olaraq 

qavrayıĢın növləri: məkan, zaman, hərəkət qavrayıĢı. 

QavrayıĢda illüziyalar.  

 

 

IV . 9.1. QavrayıĢın ümumi xarakteristikası 

 

        QavrayıĢ  haqqında  anlayıĢ.  Cisim  və  hadisələr  hiss 

üzvlərimizə  təsir  edir  və  duyğu  Ģəklində  subyektiv  effekt 

yaranır.  Bu  zaman  subyekt  əks  etdirilən  obyektə  münasibətdə 

heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə si-

nir  sisteminə  malik  olan  həm  bizə,  həm  də  bütün  canlılara 

xasdır. Aləmi obrazlar Ģəklində qavrama ancaq insanlara və ali 

heyvanlara  aiddir.  Bu  prosses  həyat  təcrübəsinin  geniĢlənməsi 

ilə bağlı olaraq inkiĢaf edir. 

        Həm  duyğu,  həm  də  qavrayıĢ  hər  ikisi  hissi  idrak 




 

 

 



267 

 

prossesləridir.  Varlığın,  aləmin  dərki  duyğu  və  qavrayıĢdan 



baĢlanır.  Bunların  hər  ikisi  cisimlərin,  hadisələrin  insanın 

duyğu  üzvlərinə  bilavasitə  təsiri  zamanı  əmələ  gəlir.  Bununla 

belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur.   

        Məlum  olduğu  kimi,  duyğu  hal-hazırki  anda  hiss 

üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı 

xassələrinin  inikasından  ibarət  olan  sadə  psixi  prossesdir. 

QavrayıĢ isə duyğuya nisbətdə  mürəkkəb psixi prossesdir. Ci-

sim  və  hadisələrin  hiss  üzvlərinə  bilavasitə  təsiri  nəticəsində 

onların  insan  beynində  bütövlükdə  inikasından  ibarət  olan 

psixi prosesə qavrayış deyilir.  

 

IV.9.2. QavrayıĢın əsas xüsusiyyətləri 

 

QavrayıĢın  özünəməxsus  xüsusiyyətləri  vardır.  Bunlara 



qavrayıĢın  əşyaviliyi,  tamlığı,  sabitliyi,  mənalılığı,  seçiciliyini 

aid  etmək  olar.  Qıcıqlandırıcıların  ayrı-ayrı  xassələrini  əks 

etdirən  duyğulardan  fərqli  olaraq,  qavrayıĢ  cisimləri  bütöv-

lükdə,  onun  bütün  əlamətləri  ilə  birlikdə  əks  etdirir.  Bir  psixi 

prosses  kimi  qavrayıĢın  özünəməxsus  xüsusiyyətləri  var.  Bu 

xüsusiyyətlərdən  biri  qavrayıĢın  əşyaviliyidir.  QavrayıĢın 

əĢyaviliyi  obyektləĢdirmə  aktında  ifadə  olunur.  Yəni  biz  ayrı-

ayrı  əlamətlərini  duyduğumuz  cisim,  yaxud  hadisəni  aləmdə 

mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən 

alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks et-

diririk.  QavrayıĢın  əĢyaviliyi  anadangəlmə  keyfiyyət  deyil.  O, 

həyat  fəaliyyəti  prosesində  lamisə  və  hərəkət  duyğularının 

görmə  duyğusuna  qoĢulması  nəticəsində  formalaĢır.  Belə  bir 

fakta diqqət  yetirək. Kliniki müĢahidələr göstərir ki, kantuziya 

nəticəsində  beyni  zədələnmiĢ  xəstədə  göz  almacıqlarının  tam 

hərəkətsizliyi  əmələ  gəldikdə,  o  ətrafda  olan  hər  Ģeyi  iĢıq  seli 

kimi  duyur.  Predmetləri  qavraya  bilmir.  Lakin  müəyyən 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə