Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə79/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   75   76   77   78   79   80   81   82   ...   197

 

 

 



268 

 

müalicə aldıqdan sonra göz almacıqlarının hərəkəti bərpa olu-



nur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt onu 

göstərir  ki,  cisimlərin  qavranılmasında    görmə  duyğusu  ilə 

yanaĢı  hərəkət  duyğusunun  da  iĢtirakı  vacibdir.  QavrayıĢın 

əĢyaviliyi, onun əĢyaviliyi deyilən keyfiyyəti ancaq bu zaman 

meydana çıxır. 

        QavrayıĢın  əĢyaviliyi  xüsusiyyəti  davranıĢın  tənzim 

olunmasında mühüm rol oynayır. Adətən insan əĢyaları onların 

görkəminə  görə  deyil,  təcrübədə  onlardan  necə  istifadə 

etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu 

isə  qavrayıĢın  əĢyaviliyi  xüsusiyyəti  sayəsində  mümkün  olur. 

Məsələn,  biz  oyuncaq  tapançanı  həqiqi  tapançadan,  yaxud  bir 

quĢun  müqəvvasını  canlı  quĢdan  ayıra  biliriksə  və  onlarla 

müvafiq  Ģəkildə  davranırıqsa,  burada  qavrayıĢın  əĢyaviliyi 

xüsusiyyəti özünü göstərir. 

        QavrayıĢın  digər  bir  xüsusiyyəti  isə  onun  tamlığıdır. 

QavrayıĢ  cisimlərin  ayrı-ayrı  xassələrini,  əlamətlərini  əks 

etdirən  duyğulardan  fərqli  olaraq  cisimlərin  tam  surəti  kimi 

təzahür edir. 

         QavrayıĢın  sabitliyi  onun  digər  bir  xüsusiyyətidir.  Qav-

rayıĢın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə 

Ģəraitinin  dəyiĢilməsinə  baxmayaraq,  sabit  qalmasında  ifadə 

olunur.  Bu  daha  çox  görmə  qavrayıĢında  özünü  büruzə  verir. 

Məsələn,  eyni  bir  karandaĢ  həm  20  sm,  həm  də  1  metr 

məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır. 

          Yaxud,  biz  qarĢımızdakı  boĢqabı  üstdən  dairə  Ģəklində, 

yandan baxanda isə ellepis Ģəklində görməli idik. Lakin biz onu 

hansı  tərəfdən  baxmağımıza  baxmayaraq  dairə  Ģəklində 

qavrayırıq. Bu qavrayıĢın sabitliyi ilə əlaqədardır. 

          QavrayıĢın  sabitliyinin  həqiqi  mənbəyi  perseptiv  siste-

min  fəaliyyətindən  ibarətdir.  Sıx  meĢə  Ģəraitində  yaĢayan 

adamlar  üzərində  aparılan  müĢahidələr  göstərmiĢdir  ki,  həmin 

adamlara  uzaqda  olan  obyektləri  göstərdikdə  onlar  bu  əĢyaları 

uzaqda olan əĢya kimi deyil, kiçik əĢya kimi qavramıĢlar. 



 

 

 



269 

 

          QavrayıĢın  sabitliyi  anadangəlmə  bir  xüsusiyyət  deyil. 



Belə  bir  fakta  diqqət  yetirək.  UĢaqlıqda  gözləri  tutulmuĢ  bir 

insanın görmə qabiliyyəti cərrahiyə əməliyyatı sayəsində bərpa 

edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir ki, 10-

12 metr hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç 

bir ziyan dəyməz. Bu o deməkdir ki, həmin adam aĢağıda olan 

obyektləri  uzaqda  olan  obyekt  kimi  yox,  kiçik  obyektlər  kimi 

qavramıĢdır. Bu qavrayıĢın sabitliyinin pozulmasıdır. Yaxud da 

belə  demək  olar 

ki, 

perseptiv 



sistemin 

fəaliyyət 

göstərməməsidir.  Müalicə  dövrü  keçir.  Perseptiv  sistem 

fəaliyyətə baĢlayır, qavrayıĢın sabitliyi də bərpa olunur. 

         QavrayıĢın 

mənalılığı 

xüsusiyyəti 

də 

qavrayıĢı 



xarakterizə  edən  baĢqa  bir  cəhətdir.  QavrayıĢ  zamanı  yaranan 

obrazlar qıcıqlandırıcıların bilavasitə  təsiri  nəticəsində  yaransa 

da,  bu  zaman  yaranan  surətlər  həmiĢə  müəyyən  məna 

əhəmiyyətinə malik olur. Ġnsanın qavrayıĢı təfəkkürlə, əĢyanın 

mahiyyətini  anlamaqla  sıx  Ģəkildə  bağlı  olur.  ƏĢyanı  Ģüurlu 

surətdə  qavramaq  onu  fikrən  adlandırmaq,  yəni  qavranılan 

əĢyanı  müəyyən  predmetlər  qrupuna  aid  etmək,  onu  sözdə 

ümumiləĢdirmək  deməkdir.  QavrayıĢ  obyekti,  hətta  bizə 

naməlum  olarsa,  biz  onun  məlum  predmetlərə  oxĢar  olan 

cəhətlərini  axtarır,  tapır,  onu  müəyyən  cisimlər  qrupuna  aid 

etməyə cəhd edirik. QavrayıĢ prosesində bu cür ilkin təfəkkür 

elementlərinin  iĢtirakı  qavrayıĢın  mənalılıq  kimi  xüsusiyyətə 

malik olduğunu göstərir. 

         QavrayıĢın  mənalılığını  əyani  Ģəkildə  görmək  üçün  iki 

mənalı adlanan Ģəkillərə baxmaq kifayətdir (bax, Ģəkil 12) . 

 



 

 

 



270 

 

                                           



              A                                              B 

ġəkil 12. QavrayıĢın mənalılığı 

ġəkil A-ya baxdıqda gah ağac, gah da insan silueti, Ģəkil 

B-yə  baxdıqda  isə,  gah  vaza,  gah  da  iki  adamın  profilini 

gördüyümüzü  söyləriksə,  elə  bu  qavrayıĢın  mənalılığı 

deməkdir. 

         Deyilənlərdə  əlavə  qavrayıĢın  seçiciliyi  və  strukturluğu 

kimi xüsusiyyətləri də var. 

         QavrayıĢ  fəal  bir  prosesdir,  belə  ki,  qavrayıĢ  prosesində 

hərəki  sinirlər  fəalliyyətə  gəlir.    Bu  zaman  əllərin,  gözün, 

bədənin hərəkəti zəruriyyətə çevrilir. 

Appersepsiya.  QavrayıĢ  təkcə  qıcıqlandırıcılardan  asılı 

deyil,  həm  də  qavrayanın  özündən  də  asılıdır.  Qavrayan 

adamın  Ģəxsiyyətinin  xüsusiyyəti,  onun  qavranılan  obyektə 

münasibəti,  tələbatları,  maraqları,  arzu  və  hissləri  həmiĢə 

qavrayıĢda  bu  və  ya  baĢqa  Ģəkildə  özünü  büruzə  verir. 

QavrayıĢın  insanın  psixi  həyatının  məzmunundan, 

Ģəxsiyyətinin  xüsusiyyətlərindən  asılılığına  appersepsiya 

deyilir.  Appersepsiya  hadisəsi  də  qavrayıĢın  mühüm 

xüsusiyyətlərindəndir

          Appersepsiya hər Ģeydən əvvəl insanın bilikləri ilə, onun 

həyat  təcrübəsi  ilə,  onun  keçmiĢ  fəaliyyəti  ilə  bağlı  olur. 

Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu 

tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən 

sözü eĢitdikdə onu anlayırıq. 

           QavrayıĢ 

insanın  qarĢısına  qoyduğu  məqsədlə, 

fəaliyyətinin motivləri ilə və onun maraqları, Ģəxsiyyəti ilə də 

bağlı  olur.  Məsələn,  texnika  ilə  maraqlanmayan  bir  adam 

müxtəlif  konstruksiyaya  malik  olan  maĢınlarda  ancaq  zahiri 

fərqləri  qavrayır,  bir  sıra  digər  çox  sayda  olan  konstruksiya 

fərqlərini qavraya bilmir. 

          Appersepsiya 

zamanı  insanın  emosiyaları,  onun 






Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə