Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə80/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   76   77   78   79   80   81   82   83   ...   197

 

 

 



271 

 

yönəliĢliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yara-



nan emosiya qavrayıĢa təsir edir, hətta onu dəyiĢdirir. «Ġlan vu-

ran  ala  çatıdan  qorxar»  xalq  məsəlində  bu  çox  aydın  görünür. 

M.F.Axundovun  «Hacı  Qara»  komediyasında  belə  bir  səhnə 

var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata 

yükləyir,  yükün  də  üstündə  Kərəməlini  əyləĢdirir,  atın  da 

yüyənini  verirlər  Hacının  əlinə.  Hacı  Qara  yolda  əylis 

ermənilərinə  rast  gəlir.  Hacı  Qara  əllərində  oraq  dayanan 

ermənilərin  quldur  olduğunu  söyləyir,  hətta  atəĢ  də  açır. 

Biçinlərin  quldur  kimi  qavranılmasına  səbəb  xəsis  bir  adamın 

öz malını itirməsindən keçirdiyi qorxu hissi idi. 

         ġəxsiyyətin  yönəliĢliyi  də  qavrayıĢa  təsir  edir.  Gecə 

yatarkən  ana  otaqda,  küçədə  olan  səslərə  heç  bir  reaksiya 

vermədiyi  halda,  uĢağın  yatdığı  tərəfdən  gələn  kiçik  bir  səsə 

dərhal oyanır. Bu qavrayıĢla Ģəxsiyyətin yönəliĢliyinin iĢtirakı, 

appersepsiya hadisəsi ilə bağlıdır.  

 

IV. 9.3. QavrayıĢın təsnifi və növləri: 



 

QavrayıĢ bir neçə nöqteyi-nəzərdən təsnif olunur. 



1.  QavrayıĢ  prosesində  hansı  analizatorun  üstün  rol 

oynamasına görə; 



2. Qavranılan obyektin, baĢqa sözlə materiyanın mövcud-

luq formasına görə; 



3. QarĢıda məqsədin olub-olmamasına görə. 

Birinci  bölgü  onunla  əlaqədardır  ki,  bəzən  qavrayıĢ 

prosesində hansısa bir analizator daha üstün Ģəkildə iĢtirak edir. 

Nəticədə  duyğularda  olduğu  kimi  qavrayıĢın  görmə,  eĢitmə, 

lamisə,  kinestezik,  iybilmə  və  dadbilmə  kimi  sadə  növləri 

əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə 

təmiz  halda  çox  az-az  rast  gəlmək  olur.  Adətən  qavrayıĢ 

prosesində  müxtəlif  duyğular  birləĢir,  birlikdə  iĢtirak  edir  və 

mürəkkəb  qavrayıĢı  yaradır.  Məsələn,  Ģagird  mətni  oxuyarkən 



 

 

 



272 

 

onun  qavrayıĢında  görmə,  eĢitmə,  kinestezik  duyğular  birlikdə 



iĢtirak edir. Daha doğrusu qavrayıĢın bu növlərində duyğudan 

fərqli olaraq bir deyil, bir neçə analizator iĢtirak edir.  

Ġkinci  növ  təsnifat  isə,  qavranılan  obyektin,  materiyanın  

mövcudluq  formasına  görə  aparılır.  Bu  baxımdan  qavrayıĢın 



məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur. 

Məkan  qavrayıĢı.  Məkan  materiyanın  mövcudluq 

formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv 

məkan  xüsusiyyətlərinin  və  münasibətlərinin  formasının, 

həcminin,  relyefinin,  fəzada  tutduğu  yerin,  uzaqlığının 

qavranılması baĢa düĢülür. 

        Məkanın  qavranılmasında  bələdləĢmə  hərəkət  analizatoru 

əsas  rol  oynayır.  Onun  köməyi  ilə  müxtəlif  analizatorlar 

arasında  əlaqə  yaranır.  Məkan  bələdləĢməsinin  xüsusi 

mexanizmlərinə  analizator  fəaliyyətinin  hər  iki  yarımkürə 

arasındakı  sinir  əlaqələrini:  binokulyar  görməni,  binaural 

eĢitməni,  bimanual  lamisəni,  dirinik  iybilməni  və  s.aid  etmək 

lazımdır.  ƏĢyaların  məkan  xassələrinin  inikasında  bütün  qoĢa 

analizatorlar  üçün  xarakterik  olan  asimmetriya  mühüm  rol 

oynayır. 

       Cisimlərin  məkan  xüsusiyyətlərinin  beynimizdə  inikası 

mürəkkəb prosesdir. Məkan qavrayıĢında baĢlıca olaraq görmə 

analizatoru  iĢtirak  edir.  Lakin  tədqiqat  göstərmiĢdir  ki,  bu 

mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə, 

əzələ-hərəkət  duyğuları,  bəzi  hallarda  eĢitmə  duyğuları  da 

iĢtirak  edir.  Bu  duyğuların  birgə  və  qarĢılıqlı  fəaliyyəti, 

cisimlərin  məkan  xüsusiyyətlərini  və  münasibətlərinin  tam  və 

dəqiq  qavranılmasını  təmin  edir.  Məkanın  qavranılmasında 

həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir. 

 Cisimlərin  həcminin  qavranılması  onların  gözün  torlu 

qiĢasında  alınan  əksinin  böyüklüyündən  və  həmin  cisimlərin 

müĢahidəçinin  gözündən  nə  dərəcədə  uzaqda  olmasından 

asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin 

düzgün  qavranılması  iki  cür  mexanizmin:  akkomodasiya  və 




 

 

 



273 

 

konvergensiya  vasitəsilə  həyata  keçirilir.  Akkomodasiya  göz 



büllurunun  əyriliyinin  dəyiĢməsindən  asılı  olaraq  onun  iĢığı 

sındırma  qabiliyyətinin  dəyiĢməsindən  ibarətdir.  Göz  bülluru 

qavranılan  cismin  yaxın və  ya  uzaqda olmasından asılı olaraq 

öz əyriliyini dəyiĢir. Məsələn, yaxında olan cisimlərə baxdıqda 

əzələ  yığılması  baĢ  verir  və  nəticədə  göz  büllurunun  gərilmə 

dərəcəsi  azaldığına  görə  onun  forması  daha  qabarıq  olur. 

Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baĢ verir. Bu 

hal  yaxında  və  uzaqda  olan  cisimlərin  həcmini  düzgün 

qavramağa  imkan  yaradır.  Adətən,  yaĢ  artdıqca  büllur  cismin 

elastikliyi  tədricən  azalır  və  göz  özünün  akkomodasiya 

qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkiĢaf edir. Ona görə də 

göz  büllurunun  həmin  funksiyasını  (gərilmə  və  açılma 

funksiyasını)  eynəkdə  qoyulan  linzalarla  əvəz  etmək  lazim 

gəlir. 


Akkomodasiya  hadisəsi  konvergensiya  ilə  əlaqədardır. 

Konvergensiya  görmə  oxlarının  qavranılan  cismin  üzərinə 

düĢməsindən  ibarətdir.  Adətən  müəyyən  akkomodasiya 

vəziyyəti  görmə  oxlarının  müvafiq  qovuĢma  dərəcəsini  tələb 

edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə oxunun 

bu  və  ya  digər  kəsiĢməsinə  uyğun  gəlir.  Bunlar  olmadan 

cisimlərin həcmini düzgün qavraya bilməzdik.  

Zaman  qavrayıĢı.  Zaman  da  məkan  kimi  materiyanın 

mövcudluq formalarından biridir. Zaman qavrayıĢı gerçəkliyin 

hadisələrinin  obyektiv  müddətinin,  sürətinin  və  ardıcıllığının 

inikasından ibarətdir. Zaman qavrayıĢı obyektiv gerçəkliyi əks 

etdirməklə insana, ətraf mühitə bələdiləĢmək imkanı verir. 

Zaman  qavrayıĢında  müxtəlif  analizatorlar  iĢtirak  edir, 

bununla  belə  kineztesik  (hərəki)  və  eĢitmə  duyğuları  əsas  rol 

oynayır.  Hərəkət  duyğuları  hadisələrin  müddətini,  surətini, 

ardıcıllığını  daha  dəqiq  əks  etdirməyi  təmin  edir.  Bu  duyğu 

ritmin qavranılmasında da mühüm rol oynayır. 

Ritmin  qavranılması,  adətən  hərəkətlə  müĢayət  olunur. 

Psixoloqlardan  B.M.Teplovun  yazdığına  görə  «ritm  hissi  öz 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə