Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə82/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   78   79   80   81   82   83   84   85   ...   197

 

 

 



277 

 

Bütün  bunlar  göstərir  ki,  yetiĢməkdə  olan  gənclərdə 



müĢahidəçilik  qabiliyyətini  inkiĢaf  etdirmək  məktəbin 

qarĢısında duran vacib məsələdir. 

 

          Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 



 

1.

 

QavrayıĢ nəyə deyilir? 



2.

 

QavrayıĢın  duyğularla  oxĢarlığı  və  fərqi  nədən 

ibarətdir? 

3.

 

QavrayıĢın əsas xüsusiyyətləri hansılardır? 



4.

 

QavrayıĢın əĢyaviliyi dedikdə nəyi baĢa düĢürsünüz? 



5.

 

QavrayıĢın tamlığı və sabitliyini xarakterizə edin. 



6.

 

QavrayıĢın mənalılığı və seçiciliyindən danıĢın. 



7.

 

Appersepsiya nədir? 



8.

 

Analizatorlardan  asılı  olaraq  qavrayıĢın  hansı  növləri 

vardır? Onları Ģərh edin. 

9.

 

QarĢıya  qoyulan  məqsəddən  asılı  olaraq  qavrayıĢın 

hansı növləri vardır? 

10.

 

  MüĢahidə və müĢahidəçilikdən danıĢın. 



11.

 

   Məkan qavrayıĢını Ģərh edin. 



12.

 

   Zaman qavrayıĢını Ģərh edin. 



13.

 

   Hərəkət qavrayıĢını Ģərh edin. 



14.

 

   QavrayıĢda illüziyalar nədir və necə baĢ verir? 

 

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular 

1. QavrayıĢın ümumi xarakteristikası 

2.  QavrayıĢın əsas xüsusiyyətləri. 

3.  QavrayıĢın hissi idrak prosesi kimi. 

4.  UĢaqlarda qavrayıĢın inkiĢafı. 

 

Ədəbiyyat 



 

 

 



278 

 

 



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəĢri. 

– Bakı, 2002, səh 257-260; 269-279. 



Qədirov Ə.Ə. YaĢ psixologiyası. – Bakı 2002 

Rzayev 

B.Ġ. 

Məktəblilərdə  idrak  proseslərinin 

fəallaĢdırılması. – Bakı, 2000 

Həmzəyev  M.Ə.  YaĢ  və  pedaqoji  psixologiyanın 

əsasları. – Bakı, 2003 



Luriə  A. R.  Ohuheniə i vospriətie. – M., 1975,  s.43-

110 


Xrestomatiə po ohuheniö i vospriətiö. – M., 1975 

Loqvinenko   A. D.   Psixoloqiə vospriətiə. – M., 1987 

Loqvinenko  A.  D.  Çuvstvennıe  osnovı  vospriətie 

pronstrastvo. M., 1985. s. 21-34 



Vekker A. M.   Psixiçeskie proüessı. T. I. , L. – 1974, 

s. 196-278. 



Qleytman  Q.  Fridlund  A.,  Raysberq  D.  Osnovı  psix-

oloqii. – S. Peterburq, 2001, s.252-294 

 

 

 



 

 



 

 

 



279 

 

10-cu FƏSĠL 



 

HAFĠZƏ 

  

Qısa xülasə 

  

 Hafizə haqqında anlayıĢ. Ġnsanın duyub qavradıqlarının iz 

salmadan  getməməsi,  beyində  hifz  olunması.  Hafizə  keçmiĢ 

təcrübənin    beyində  nəqĢləndirilməsi,  yadda  saxlanması,  yada    sa-

lınması və tanınmasından ibarət idrak prosesi kimi. Hafizənin insan 

həyatında  əhəmiyyəti.  Hafizə  haqqında  nəzəriyyələr:  psixoloji,  fizi-

oloji, biokimyəvi. Hafizə mərkəzi. 

 Hafizənin  prosesləri:  yaddasaxlama,  yadasalma,  tanıma, 

unutma.  Yaddasaxlama və onun növləri: məntiqi və mexaniki, qeyri-

ixtiyari və ixtiyari, qısa müddətli və uzun müddətli, mnemonik yad-

dasaxlama.  Yadasalma  və  tanıma.  Unutma  və  onun  xüsusiyyətləri; 

unutma tempi. Reminisensiya hadisəsi. 

 Hafizənin  növləri  və  tipləri:  Yadda  saxlanılan  materialın 

növlərindən  asılı  olaraq  hərəkət,  surət,  emosional  və  sözlü  məntiqi 

hafizə. Qısa müddətli, uzun müddətli və operativ hafizə. 

 Hafizənin tipləri: görmə tipi, eĢitmə tipi, hərəki tip, qarıĢıq 

tip. Onların təlim prosesində nəzərə alınmasının əhəmiyyəti. 



Hafizə pozuntuları. 


 

 

 



280 

 

IV.10.1. Hafizə haqqında anlayıĢ 



 

 

Ġnsanın  duyub  və  qavradıqlarının,  psixikasında  baĢ 

verənlərin  hamısı  izsiz  ötüĢmür,  müəyyən  mənada  orada  hifz 

olunur.  Bəziləri  isə  ömürlük  qalır.  KeçmiĢdə  baĢ  verənlərin 

psixikada  "izi",  iĢarələri,  kodu,  sürəti  qalır. Bizlərdən hər biri-

miz  təsdiq  edə  bilərik  ki,  təkrarən  duyduğumuz  və 

qavradıqlarımızı  tanıyır  və  onu  əvvəllərdə  məhz  o  Ģəkildə 

yaĢadığımızı söyləyərik. 

 

Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də 



informasiyanın  fasiləsiz  olaraq  toplanması  qabiliyyətidir.  Bu 

proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə 

bir  çox  hallarda  avtomatlaĢır,  hətta  az  qala  qeyri-Ģüuri 

mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər 

tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik. 

 

Tamamilə  savadsız  qadın  xəstələnir  və  həyəcanlı, 



yüksək  tonla  mənasını  özünun  də  baĢa  düĢmədiyi  yunan  və 

latın dillərində danıĢmağa baĢlayır. Məlum olur ki, uĢaqlıqda o, 

keĢiĢin  yanında  qulluqçu  iĢləmiĢdir.  KeĢiĢ  adətən  antik 

klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmıĢ. Qadın isə 

qeyri-ixtiyari  olaraq  onları  yadda  saxlamıĢ,  lakin  xəstələnənə 

qədər bunu heç özü də bilməmiĢdir.  

 

Aptekdə  gipnoz  edilmiĢ  Ģəxs  dərmanların  üzərindəki 



yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmiĢdir. Halbuki 

onun tibblə heç vaxt bağlılığı olmamıĢdır. 

 

Hafizə  bütün  canlılarda  vardır.  Hətta,  bitkilərin  də 



yaddaĢının  olması  ilə  bağlı  elmi  fikirlər  söylənilir.  GeniĢ 

mənada,  hafizəni  canlı  orqanizmin  informasiyanı  təsbit  edən 

anadangəlmə  və  həyatda  qazanılan  mexanizm  kimi  də 

xarakterizə etmək olar.  

 

Hafizə  keçmiş  təcrübənin  beyində  nəqşləndirilməsi, 

yadda  saxlanması  sayəsində  sonralar  onun  tanınma  və  yada 

salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. 

Hafizənin  insan  həyatında  və  fəaliyyətində  əhəmiyyəti 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə