Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə84/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   80   81   82   83   84   85   86   87   ...   197

 

 

 



284 

 

mexaniki  növləri  mövcuddur.  Məntiqi  yaddasaxlamanın 



əsasında  anlama  dayanır.  Bu  zaman  insan  öyrəndiklərini  öz 

sözləri  ilə  ifadə  edə  bilir.  Mexaniki  yaddasaxlama  isə  quru 

əzbərləmə, 

bəzən 


mənaya 

əhəmiyyət 

vermədən 

yaddasaxlamadır.  Adətən  mexaniki  olaraq  yadda  saxlayan 

Ģagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda ya-

da sala bilmir. 

Ən  fərdiləĢdirilmiĢ  psixi  hadisələrdən  hesab  olunan 

hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi 

sinir  sistemindən,  mühitdən,  fəaliyyətin  xarakterindən  və 

Ģəxsiyyətin  növündən  asılıdır.  Məhz  bu  səbəbdən  yadda 

saxlamanın 

ən 


ümumi 

qanunauyğunluqlarını 

müəyyənləĢdirmək  xeyli  çətindir  və  daha  çətini  isə  onun 

səmərəli Ģəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Bax-

mayaraq ki, hafizənin təkmilləĢdirilməsi ilə bağlı çoxsaylı me-

todikalar iĢlənmiĢ, tövsiyələr hazırlanmıĢdır.  

Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emo-

sional  münasibətlərdən asılı olaraq  mexaniki  yaddasaxlamanın 

16 qanunauyğunluqlarını özündə birləĢdirən vahid sistem təklif 

etmiĢdir. Onlardan bir neçəsini nəzərdən keçirək. 

1.  Ġnsana  ilk  dəfə  təsir  göstərən  xarici  təzyiqi  o  daha 

güclü və uzunmüddətli yadda saxlayır.  

2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət 

qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur. 

3.  Diqqətin  mərkəzləĢdirilməsi  nə  qədər  güclü  olarsa, 

yaddasaxlama da o qədər sürətli baĢ verir. 

4.  Çoxsaylı  fakt  və  təəssüratların  əvvəli  və  sonu  daha 

yaxĢı yadda saxlanılır.  

5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur. 

6.  Məntiqi  əlaqəsi  və  bir-birilə  sıx  bağlı  olan  fakt  və 

hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosia-

tiv  təəssürat  daha  asan  və  sistemli  olur.  Burada  sanki  əĢya  və 

hadisənin  elementlərinin  yadda  saxlanması  bir-biri  ilə  sıx 

bağlanır. 




 

 

 



285 

 

QarĢıya 



qoyulan 

məqsəddən 

asılı 

olaraq 


yaddasaxlamanın  qeyri-ixtiyari  və  ixtiyari  növlərini  qeyd 

edirlər.  Qeyri-ixtiyari  yaddasaxlama  qarşıya  məqsəd  qoyma-



dan  duyub-qavradıqlarımızın  yadda  saxlanmasıdır.  Çox  vaxt 

bizə  emosional  təsir  bağıĢlayan  material  qeyri  ixtiyari  olaraq 

yadımızda  qalır.  Ġxtiyari  yaddasaxlama  isə  qarĢıya 

qoyduğumuz  məqsədlə  bağlı  olur.  Ona  görə  də  ixtiyari 

yaddasaxlamanı  xüsusi  mnemik  iĢ  kimi  xarakterizə  edirlər. 

Ġxtiyari  yaddasaxlamanın  müvəffəqiyyəti,  məhsuldarlığı  mne-

mik 

məqsədin 



xüsusiyyətindən 

asılı 


olur. 

Ġxtiyari 

yaddasaxlamanın  məhsuldarlığı  üçün  mühüm  Ģərt  kimi  yadda 

saxlanılacaq  materialın  planını  tutmaq,  qarĢıya  yaddasaxlama, 

uzun  müddətdə  yaddasaxlama  məqsədi  qoymaq,  materialı 

təsnif  etmək,  sistemləĢdirmək,  öyrəndiklərini  təxəyyüldə 

canlandırmaq və s. zəruridir. 

Prinsipcə  hər  bir  insanın  hafizəsi,  xüsusilə,  qeyri-

ixtiyari  yaddasaxlamanın  seçiciliyi  baxımından  fərqlənir. 

Ġxtiyari  yaddasaxlamanın  müvəffəqiyyəti  isə  qavranılan 

informasiyanın  xarakteri  ilə  bağlıdır.  Məsələn,  tanıĢları  və  ya 

qohumlarında  keçirilən  qonaqlığın  yada  salınmasına  diqqət  

yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini, 

digərləri  kimin  nə  və  necə  yediyini,  üçüncülər  isə  (yeri 

gəlmiĢkən  çox  az  qismi)  məclisin  ümumi  təsvirini  və 

söhbətlərin məzmununu xatırlayacaqdır. 

Yaddasaxlamanın 

davamlılığından 

asılı 

olaraq 


qısamüddətli və uzunmüddətli növləri də vardır.  Qısamüddətli 

yaddasaxlama  saniyə  və  dəqiqələrlə,  uzunmüddətli  yaddasax-

lama isə saatlarla, günlər, aylar, illərlə ölçülür. 

Yaddasaxlamanın  bir  növü  kimi  süni  yolla  assosiasiya 

yaradaraq  yaddasaxlamanı  da  qeyd  edirlər.  Bu  cür  yaddasax-

lama  mnemonik  yaddasaxlama  adlanır.  Məsələn,  20.07 

rəqəmini  yaddasaxlamaq  üçün  2007-ci  ili  yada  salmaq 

kifayətdir.  Yaxud  yeni  tanıĢ  olduğumuz  adamın  adını  həmin 

adda  olan  yaxın  adamımızın  adı  ilə  eyni  olduğuna  görə  yadda 



 

 

 



286 

 

saxlayırıq. 



Yadasalma 

əvvəllər 

psixikada 

möhkəmlənmiĢ 

məzmunun  uzunmüddətli  hafizədən  operativ  hafizəyə 

gətirilməsi  nəticəsində  aktuallaĢdırılması,  xatırlanmasından 

ibarət  olan  hafizə  prosesidir.  Yadasalma  da  ixtiyari  və  qeyri-

ixtiyari olur. 

Beyində hifz olunanların qısa müddətdən sonra yenidən 

yada  salınması  xeyli  çətin  baĢ  verir,  əsasən,  2-4  gündən  sonra 

daha aydın və əhatəli yada salınır.  

Yadasalmada  hadisələrin  hansı  konteksdə  baĢ  verdiyi 

mühüm əhəmiyyət kəsb edir. Məsələn, köhnə əĢyalar, kitablar, 

ev, uĢaqlığın keçdiyi yerlər və onlarla bağlı olanlar daha güclü 

təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii 

sonluğu  olmayan  vəziyyətləri,  tamamlanmayan  hərəkətləri  in-

sanlar daha yaxĢı yadda saxlayır. Əgər biz yeməyi, içməyi sona 

çatdıra  bilmir,  arzu  etdiyinə  çata  bilməyə  az  qalmıĢ,  amma 

çatmadıqda  bu  daha  uzun  müddət  yadda  saxlanılır,  nəinki 

asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır 

ki, tamamlanmamıĢ hərəkətlər mənfi emosiyaların mənbəyi ol-

duğundan  müsbət  emosiyalara  nisbətən  daha  güclü  təsirə  ma-

likdir.  Məhz  buna  görə  də  adamlar  uğursuz  sevgini,  bədbəxt 

hadisələri,  xəstəliyi,  əzablarını,  həyəcanlarını  daha  dəqiq  və 

aydın yadda saxlayırlar.  

Tanımaya  gəldikdə  o,  hər  hansı  bir  obyekti  yenidən 

qavrama  zamanı  yada  salmaqdan  ibarətdir.  Tanıma 

olmasaydı biz cisimləri artıq bizə tanıĢ olan kimi deyil, yeni ci-

sim kimi qavrayardıq.  

          Unutma.  Hafizə  ilə  bağlı  çətinliklər  yadasalmadan  daha 

çox  xatırlama  ilə  əlaqədardır.  Müasir  psixologiyanın  bir  çox 

tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun 

müddət  hifz  olunsa  da  onların  çox  hissəsi  istifadə  olunmamıĢ 

qalır.  Praktiki  olaraq  böyük  əksəriyyəti  «əlçatmaz»  olur,  «un-

udulur»,  amma  deyirlər  ki,  onlar  bunu  bilirdi,  oxumuĢdu, 

eĢitmiĢdi  və  s.  Psixoloqlar  bunu  unutma  adlandırırlar.  Yəni 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə