Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə85/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   81   82   83   84   85   86   87   88   ...   197

 

 

 



287 

 

psixikada  olan  informasiyalar  dəqiqliyini,  aydınlığını  itirir  və 



ya azalır. Q.Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O, 

sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66 

faizi  bir  gündən  sonra,  75  faizi  üç  gündən  sonra,  79  faizi  bir 

aydan  sonra  unudulur.  Əlbəttə,  burada  fərdi  xüsusiyyətlər, 

materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır.  

Göründüyü kimi, unutmada baĢlıca yeri vaxt tutur. La-

kin  psixika  üçün  paradoksal  hallar  da  xasdır.  Məsələn,  yaĢlı 

adamlar  indicə,  az  müddət  əvvəl  eĢitdiklərini  asanlıqla 

unutduqları halda, uzaq keçmiĢdə baĢ verənləri çox da çətinlik 

çəkmədən və aydın xatırlayırlar. Bu fonomen  «Ribo qanunu» 

adlanır. Unutmanın ikinci mühüm amili adətən mövcud infor-

masiyadan aktiv istifadə olunmasıdır. O Ģeylər daha tez unudu-

lur ki, ona az tələbat olur və ya ehtiyac olmur. YaĢlı adamlarda 

verbal  hafizə  daha  tez  unutqanlıqla  əvəz  olunur.  UĢaqlığın 

təəssüratı, xatirələri, hərəkət vərdiĢləri (velosiped sürmək, gita-

ra  çalmaq,  üzgüçülük,  futbol  oynamaq  və  s.)  hafizədə  daha 

davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən ya-

da  salınır.  Belə  faktlar  da  məlumdur  ki,  üç  il  həbsxanada 

«oturmuĢ»  adam  nəinki  qalstuk  bağlamağı,  hətta  ayaqqabı 

bağlamağı belə unudur.  

Unutma  eyni  zamanda,  psixikanın  özünümüdafiə  mex-

anizmidir. Unutma Ģüur və   Ģüuraltı sahələri sarsıntı və  pozul-

malardan  qoruyur.  Ġnsana  xüsusilə  kəskin  təsir  etmiĢ 

hadisələrin  uzun  müddət  həmin  Ģiddətlə  davam  etməsinə  təbii 

ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, 

tədricən unudulur. Ümumiyyətlə, o Ģeylər "unudulur" ki, psix-

oloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır. 

Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. 

Onun  çoxsaylı  pozuntuları  geniĢ  yayılmıĢdır.  Baxmayaraq  ki, 

insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da 

çox  sonralar  bilirlər.  Hafizənin  pozulması  insanın  fərdi 

xüsusiyyətləri ilə də bağlıdır. Onların təhlili hafizənin bir daha 

psixoloji fonomen olduğunu təsdiq edir.  



 

 

 



288 

 

 



IV.10.3. Hafizənin növləri və tipləri 

 

Yadda  saxlanılan  materialların  növlərinə  görə  müvafiq 

olaraq  hafizənin  aĢağıdakı  dörd  növü  müəyyənləĢdirilmiĢdir. 

Müxtəlif  hərəkətlərin  və  onların  yadda  saxlanılması,  hifz 

olunması  hərəkət  hafizəsi  adlanır.  MaĢın  sürmək,  musiqi 

alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə 

peĢə  fəaliyyətini  icra  etmək  üçün  vacibdir.  Sonra  gerçəkliyin 

cisim  və  hadisələrinin  keçmiĢdə  qavramıĢ  olduğumuz 

surətlərinin  yadda  saxlanılması,  hifz  edilməsi  və  yada 

salınmasından  ibarət  surət  hafizəsi  formalaĢır.  Surət 

hafizəsində  hansı  analizatorun  daha  aktiv  iĢtirak  etməsindən 

asılı olaraq onun beĢ növünü: görmə, eĢitmə, toxunma, iy bilmə 

və dadı ayırırlar. Ġnsan psixikası üçün görmə və eĢitmə hafizəsi 

daha əhəmiyyətli rol oynayır.  

Praktiki  olaraq  hərəkət  hafizəsi  ilə  eyni  vaxtda  emo-

sional hafizə  formalaĢır.  Emosional  hafizə  yaranmıĢ  hisslərin, 

Ģəxsi  emosional  vəziyyətin  və  affektlərin  yada  salınmasıdır. 

Həyətdən qəflətən çıxan itdən qorxan Ģəxs uzun müddət oradan 

keçərkən həmin hissləri təkrar yaĢayır. Hafizənin ən yüksək, ali 

növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olu-

nur. Onun köməyilə insanın intellektual bazası yaranır və fikri 

fəaliyyətinin  (oxumaq,  yazmaq,  hesablamaq  və  s.)  böyük 

əksəriyyəti həyata keçirilir.  

Verbal  hafizə  təfəkkürün  xüsusi  formasının  məhsulu 

kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili 

və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yad-

da saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır.  

Yaddasaxlama  və  yadasalmanın  iradi  proseslərinin 

dərəcələrinə  görə  hafizənin  qeyri-ixtiyari  (bəzən  özü  də 

istəmədən  nəyisə  xatırlayır)  və  ixtiyari  hafizələrə  ayırırlar. 

Ġxtiyari  hafizədə  insan  sanki  qarĢısına  məqsəd  qoyur.  «Yada 

sal». Lakin iradi səy həmiĢə uğurla tamamlanmır və maraqlıdır 



 

 

 



289 

 

ki, insan həmiĢə unudacağından qorxduğu Ģeyi unudur.  



Genetik  hafizənin  mexanizminin  bir  çox  sahələri  hələ 

də  sirr  olaraq  qalır.  Ġnsanın  hərəkət  və  psixi  reaksiyasının 

tənzim  olunmasında  irsi  amillərin  rolu,  çoxalma  və 

özünümühafizə  instinktinin  bu  prosesdə  yeri  tamamilə  elmi 

həllini tapmamıĢdır. 

 Müxtəlif  növ  məlumatların  yadda  saxlanılması 

qabiliyyəti  insanın  hansı  -  sol  və  sağ  yarımkürələrinin  domi-

nant  olmasından  asılıdır.  Birinci  halda  verbal  hafizənin 

(sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə 

və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir.  

Hafizə  yadda  saxlanan  informasiyalar  dinamikliyinə 

görə fərqlənir və sanki psixikada müstəqil «yaĢayır». O, bəzən 

qeyri-ixtiyari  olaraq  fəallaĢır,  digər  hallarda  heç  bir  səbəb  ol-

madan  yox  olur.  Dinamikanın  məlum  olan  belə  silsilələri  re-



minisensiya adlanır. 

Yadda  saxlama  müddətindən  asılı  olaraq  hafizənin 



qısamüddətli  və  uzunmüddətli  növləri  də  vardır. 

Qısamüddətli  hafizə  qısamüddətli  yaddasaxlamaya  əsaslanır. 

Uzunmüddətli  hafizəyə  gəldikdə  isə  bu  zaman  öyrənilən  ma-

terial  uzun  müddət,  bəzən  bütün  həyat  boyu  beyində  hifz  olu-

nan və istənilən vaxt yada salına bilir. 

Uzunmüddətli  hafizə  ilə  bağlı  toplanmıĢ  materiallar, 

keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək 

olar  hüdudsuzdur.  Ġndi  baĢ  vermiĢ  və  uzaq  keçmiĢdə  olmuĢ 

hadisələrin  hafizədə  hifz  olunması  baxımından  fərqli  cəhətləri 

çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli çətin 

və nisbətən uzun vaxt tələb edən prosesdir.  

Qısamüddətli  hafizə  ilə  uzunmüddətli  hafizənin  fərqi 

təxminən  belədir:  «Əvvəlki  sözünüz  necə  oldu?»  –  qısamüd-

dətli  hafizə.  «Keçən  həftənin  bazar  günü  naharda  nə  yemiĢdi-

niz?»  –  uzunmüddətli  hafizə.  Yeni  materialın  uzunmüddətli 

hafizəyə  daxil  olması  və  sonra  yada  salınması  xeyli  iradi  səy 

tələb edir. Psixikamızın operativ və analitik mərkəzi özünün in-



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə