Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə86/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   82   83   84   85   86   87   88   89   ...   197

 

 

 



290 

 

formasiya  mərkəzinə  qismən  nəzarət  edir.  Məhz  bu  səbəbdən 



hifz olunan informasiyaların içərisindən lazım olanını həminki 

anda  seçmək  xeyli  çətindir.  Eyni  zamanda,  bir  sıra  mürəkkəb 

əməliyyatlar,  məsələn,  qrammatik  qaydalardan  istifadə 

olunması, 

mətnin 

oxunması 



uzunmüddətli 

hafizənin 

nəticəsində  asan  və  praktik  olaraq  avtomatlaĢdırılmıĢ  Ģəkildə 

icra olunur.  

Beyində hifz olunanların qısa müddətdən sonra yenidən 

yada  salınması  xeyli  çətin  baĢ  verir,  əsasən,  2-4  gündən  sonra 

daha aydın və əhatəli yada salınır.  

Nəhayət hafizənin operativ növü də vardır. Adətən, in-

san müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları 

xatırlayır və ondan istifadə edir. Əməliyyat qurtardıqdan sonra 

həmin məlumat yenidən beyində hifz olunur. Bu proses opera-

tiv hafizə ilə əlaqədardır. 



Hafizənin  tipləri.  Ġnsanlar  öz  hafizələrinin  bir  sıra 

xüsusiyyətləri  ilə  bir-birlərindən  fərqlənirlər.  Bu  cür  fərdi 

fərqlər hafizənin tiplərində özünü daha aydın  göstərir. Adətən 

psixologiyada  əyani  obrazlı,  sözlü-mücərrəd  və  aralıq  hafizə 

tipləri qeyd olunur.   

Hafizənin  əyani-obrazlı  tipi  müxtəlif    təəssüratı  yadda 

saxlamaqda  analizatorlardan  hansının  daha  çox  məhsuldar 

olmasında özünü göstərir.  

Görmə  tipinə  malik  olan  adamlar  ən  çox  gördüklərini, 

eĢitmə  tipinə    malik  olan  adamlar  eĢitdiklərini,  hərəki  tipə 

mənsub  olanlar  isə  bilavasitə  əməliyyat  apardıqları,  hərəki 

analizatorların  iĢtirak  etdiyi  materialları  daha  yaxĢı  yadda 

saxlayıb  yada  sala  bilirlər.  Həyatı  faktlardan  göründüyü  kimi 

bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda 

ən çox qarıĢıq tipə: görmə-eĢitmə, görmə-hərəki, eĢitmə-hərəki 

tiplərə  rast  gəlmək  mümkündür.  Məhz  buna  görə  də  təlim 

prosesində  hafizənin  tipologiyasının  nəzərə  alınması  zəruridir. 

Təlim  fəaliyyəti  elə  təĢkil  edilməlidir  ki,  ayrı-ayrı  tiplərə 

mənsub olan Ģagirdlərin hamısının mənimsəməsi üçün səmərəli 



 

 

 



291 

 

Ģərait yaranmıĢ olsun. 



 

IV.10.4. Hafizə pozuntuları 

 

Hafizənin  fərdi  parametrləri  çox  geniĢ  diapazonda 

fərqlidir.  Elə  bu  səbəbdən  də  «normal  hafizə»  anlayıĢı  qeyri-

müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallar-

da olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detal-

lar  belə  yada  salınır.  Bu  vəziyyət  hafizənin  qiperfunksiyası 

adlanır.  O,  adətən  güclü  təsir,  kəskin  həyəcanlanma  və  bəzən 

də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir. 

Emosional 

tarazlığın 

pozulması, 

inamsızlıq 

hissi, 

həyəcanlanma  hafizənin  qiperfunksiyasını  istiqamətləndirir  və 



yadasalmaya  təhrik  edir.  Ġnsan  xoĢagəlməz  və  biabırçı 

hərəkətləri  demək  olar  ki,  unutmaqda  gücsüzdür.  Belə 

yadasalmanı beyindən çıxarmaq praktik olaraq mümkün deyil. 

O, təkrar-təkrar xatırlanır, peĢimançılıq və təəssüf hissi (vicdan 

hafizəsi) yaradır. 

Daha  tez-tez  rastlaĢılan  hal  hafizə  funksiyasının 

zəifləməsi  ilə  əlaqədardır.  Mövcud  informasiyanın  yada 

salınması qabiliyyəti nisbətən itir. Onun ilkin təzahürü həminki 

anda  lazım  olan  materialın  (tarix,  ad,  termin  və  s.)  yada 

salınmasının  nisbətən  zəifləməsi  –  reproduktiv  seçiciliyin 

azalmasında  özünü  göstərir.  Hafizənin  zəifləməsinin  sonrakı 

mərhələsi  onun  daha  da  güclənərək  amneziyaya  keçməsidir. 

Onun  səbəbləri  sərxoĢluq,  zədələr,  huĢsuzluq,  yaĢlanma, 

Ģəxsiyyətin neqativ yönümdə dəyiĢməsi və bəzi xəstəliklər ola 

bilər. 

Amneziya  zamanı  əvvəlcə  informasiyanın  yada 



salınması,  sonra  isə  hafizənin  informasiya  ehtiyatı  toplamaq 

qabiliyyəti itir. Ġlk növbədə yaxın zamanlarda öyrənilənlər un-

udulur. BaĢqa sözlə, yeni məlumat və yeni assosiasiyalar, daha 

sonra  isə  həyatın  son  illərində  baĢ  verənlər  unudulur.  UĢaq  və 




 

 

 



292 

 

gənclik  illərində  baĢ  verənlər  isə  hafizədə  daha  uzun  müddət 



qorunur  və  xatırlanır.  Mürəkkəb  fikri  əməliyyatlar,  kompleks 

qiymətləndirmə,  yeriĢ və s. ilə  əlaqədar hafizə daha tez pozu-

lur. 

Təhrif  olunmuĢ  hafizə,  səhv  yadasalma  (konfibulya-



siya),  yalnız  bir  istiqamətli  yadasalma  hafizə  aldanmaları 

adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiĢ tələbat 

zamanı  meydana  çıxır.  Məsələn,  uĢaq  ona  verilən  konfeti  tez 

yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib. 

Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq 

mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin qu-

luna  çevrilir.  Məhz  buna  görə  keçmiĢin  qərəzsiz,  obyektiv 

xatırlanmasına  az-az  rast  gəlinir.  Hafizə  aldanmaları  əsasən 

özününkü  və  özgəninkini,  həqiqətdə  olanlarla  eĢitdikləri, 

oxuduqlarını  fərqləndirmək  qabiliyyətini  itirdikdə  baĢ  verir. 

Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə per-

sonifikasiya  (özününküləĢdirmə)  yaranır.  Yəni  insan  tədricən 

və  təbii  olaraq  baĢqasının  fikrini  özününküləĢdirir.  Halbuki, 

vaxtilə  özü  onları  inkar  edirdi.  Bu  bir  daha  göstərir  ki,  hafizə 

təxəyyüllə,  fantaziya  ilə  sıx  əlaqədardır  və  psixoloji  reallıq 

adlanır.


  

 

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 



 

1.Hafizə nəyə deyilir? 

2.Hafizənin insanın həyat və fəaliyyətində rolu nədən 

ibarətdir? 

3.Hafizə haqqında hansı nəzəriyyələr mövcud 

olmuĢdur? Onları Ģərh edin. 

4.Hafizənin hansı prosesləri vardır? 

5.Yaddasaxlama və onun növlərini Ģərh edin. 

6.Yadasalma və tanıma nədir? Onların fərqli 

xüsusiyyətlərini qeyd edin. 

7.Unutma prosesini Ģərh edin. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə