Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə87/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   83   84   85   86   87   88   89   90   ...   197

 

 

 



293 

 

8.Hafizənin növləri hansılardır? Onları Ģərh edin. 



9.Hafizənin tipləri barədə danıĢın. 

10.Hafizədə nə kimi pozuntular özünü göstərir? 



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular 

 

1.

 



Hafizə hissi idrak prosesi kimi. 

2.

 



Hafizənin prosesləri. 

3.

 



Hafizənin əsas nəzəriyyələri. 

4.

 



Hafizənin tipologiyası. 

 

Ədəbiyyat 



 

Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji 

problemləri. – Bakı, 2004 



Əlizadə Ə.Ə. Ġdrak prosesləri və hisslər. Psixoloji 

məsələlər. – Bakı, 2006,səh. 33-81 



Məmmədov A.U. Məktəblilərdə hafizənin 

xüsusiyyətləri. – Bakı, 1974. 



Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991. 

Zinçenko P.Ġ. Neproizvolğnoe zapominanie. – M., 

1961 


Luriə A.R. Vnimanie i pamətğ. – M., 1975, s. 42-103. 

RubinĢteyn S.L. Osnovı obhey psixoloqii. V 2 t. – t.1. 

– M., 1989, s.300-344 



Smirnov A.A. Problema psixoloqii paməti. – M., 1966. 

Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə paməti. – 

M., 1979.  

 

 

 




 

 

 



294 

 

 



1 1 - c i     F Ə S Ġ L  

  

T Ə F Ə K K Ü R  



 

Qısa xülasə 

 

 

Təfəkkür haqqında anlayıĢ.  Təfəkkürün təbiəti. Təfəkkür və 

hissi  idrak.  Təfəkkürün  ümumi  xarakteristikası:  təfəkkürün  ümu-

miləĢmiĢ  və  vasitəli  idrak  prosesi  olması,  geniĢ  əhatəyə  malik 

olması, nitqlə əlaqədar olması.  



Dilin və nitqin təfəkkürlə əlaqədar olması. 

Fikri  proseslər.  Fikri  proseslərin  psixoloji  təbiəti.  Fikri 

proseslərin  əsas  əməliyyatları.  Təhlil,  tərkib,  müqayisə,  ümu-

miləĢdirmə, mücərrədləĢdirmə fikri əməliyyat kimi. 

Təfəkkürün  formaları.  Məfhumlar  cisim  və  hadisələri  mü-

hüm əlamətlərinə görə əks etdirməkdən ibarət təfəkkür forması kimi. 

Hökmlər fikri proseslərin baĢ verdiyi əsas forma kimi. Əqli nəticə və 

onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya. 



Təfəkkürün  növləri.  Formasına,  xarakterinə,  geniĢliyinə  və 

yeniliyinə görə təfəkkürün növləri. 



Təfəkkürün  fərdi  xüsusiyyətləri.  Təfəkkürün  müstəqilliyi, 

tənqidiliyi, çevikliyi, dərinliyi. 

  

IV. 11.1.  Təfəkkür haqqında anlayıĢ 

 

Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və 

qavrayıĢla  baĢlasa  da,  onlarla  bitmir  və  idrak  prosesləri 

təfəkkür  prosesi  ilə  davam  edir.  Duyğu  və  qavrayıĢdan  alınan 

məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə 

sərhədlərinin geniĢləndirilməsində həm prosessual, həm də in-

formasiya  dayaqları  rolunu  oynayır.  Təfəkkür  proseslərinin 

gücündə  idrak  prosesi  həm  dərinləĢir,  həm  də  geniĢlənir. 




 

 

 



295 

 

Təfəkkür  duyğu  və  qavrayıĢın  köməyi  ilə  əldə  edilmiĢ 



biliklərin  ayrı-ayrı  hissələrini  müqayisə  edir,  qarĢılaĢdırır, 

fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəĢf edir və 

hissi  idrakdan  verilən  Ģeylərin  əlamətlərini  mücərrədləĢdirir, 

qarĢılıqlı əlaqələri aydınlaĢdırır və gerçəkliyin mahiyyətinə va-

raraq  onu  dərk  edir.  Təfəkkür  reallığı  onun  münasibət  və 

əlaqələrində  onun  çoxobrazlı  vasitəli  tərəfləri  ilə  birlikdə  əks 

etdirir. 

Təfəkkürün  əsas  məqsədi  cisim  və  hadisələr  arasından 

münasibət  və  əlaqələrin  açılmasına  yönəlib.  Varlığın  dərin-

liklərinin kəĢfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən 

edir.  Təfəkkür  təkcə  münasibət  və  əlaqələri  deyil,  həmçinin 

əlamət  və  mahiyyəti  də  əks  etdirir.  QavrayıĢda  verilən 

gerçəkliyin  cisim  və  əlamətlərinin  qarĢılıqlı  münasibətləri, 

birləĢmələri,  əlaqələrindən  çıxıĢ  edərək  təfəkkür  reallığı  dərk 

etdirir.  QavrayıĢ  vasitəsi  ilə  təfəkkür  proseslərinə  ötürülən  ci-

sim  və  hadisələrin,  onların  əlamətlərinin  bəzilərinin  təkcə, 

digərlərinin  mühüm  olmayan  əlamətləri,  onların  xarici 

əlamətləri  birləĢsələr  də  əlaqəli  deyillər.  Təfəkkür  prosesləri 

zamanı  hadisələrin  mahiyyəti,  xarakteri,  əlamətləri  arasında 

əlaqələrin yaranması nəzərdə tutulur. 

Mühüm  və  ikinci  dərəcəli  əlamətlər,  təsadüfi  və  zəruri 

əlaqələr,  sadə  təsadüfi  və  real  oxĢarlıqlar  qavrayıĢda 

üzvlənməmiĢ,  ayrılmamıĢ  Ģəkildə  olur.  Təfəkkürün  məqsədi 

ondan  ibarətdir  ki,  mühüm,  əsas,  zəruri  əlaqələri,  ikinci 

dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiya-

lara görə ayırsın. 

Zəruri  olanı,  mahiyyət  əlaqələrini,  təsadüfdən  zərurətə 

keçidi  ayıran  təfəkkür  prosesləri  təkcədən  ümumiyə  keçir. 

Təsadüfi,  xüsusi  hallara  əsaslanan,  zaman  və  məkanla  hüdud-

lanan hadisələr təkcə xarakter daĢıyır. Lakin mahiyyətcə əlaqəli 




 

 

 



296 

 

olan  çoxlu  dəyiĢmələrdə  zəruri  olan  elementlərin  köməyi  ilə 



təfəkkür  əlaqələri  açır  və  ona  görə  də  ümumiləĢdirir.  Hissi 

idrak səviyyəsində Ģeylərin mahiyyətini müəyyən etmək, onun 

daxili  quruluĢunu  dərk  etmək  mümkün  deyil.  Elementar 

hissəcikləri görmə qavrayıĢı ilə müəyyən etmək çətindir. Ġnsan 

beynində,  təbii  və  sosial  dünyanın  hadisələri  bilvasitə  inikas 

üçün əlçatmazdır. 

Hissi 

idrakın  sərhədlərini  keçmək  üçün  insan 



təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin 

keyfiyyətcə  yeni  və  daha  yüksək    mərhələsidir.  Təfəkkürdə 

belə  hadisələr  üçün  iĢarələrdən,  nitqdən  istifadə  edirlər.  Söz 

mücərrədləĢdirmə  alətidir  və  Ģeylərin  mahiyyətini  müəyyən 

etməyə  imkan  verir.  Söz  Ģeylərin  əsas  əlamətlərinin 

ümumiləĢmiĢ inikası üçün vasitədir. 

Hər  hansı  təfəkkür  ümumiləĢdirmədə  icra  olunur. 

Təfəkkür  –  fikrin  hərəkətidir  ki,  əlaqələrin  açılmasına  xidmət 

edir,  təkcədən  ümumiyə,  ümumidən  təkcəyə  və  oradan  da 

xüsusiyə  doğru  gedir.  Təfəkkür  əlaqə,  münasibətlərin  vasitəli 

kəĢfinə əsaslanır və real aləmin ümumiləĢmiĢ dərkidir.  

Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək 

pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini 

keçmiĢ  təcrübə  və  ümumiləĢmiĢ  nitq  vasitəsi  ilə  əks  etdirir. 

Ona  görə  də  təfəkkürü  cisim  və  hadisələr  arasındakı 



qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli 

inikasından ibarət olan idrak prosesi adlandırırlar. 

Ġnsanın biliyi və keçmiĢ təcrübəsi hissi idrakla və hafizə 

ilə qarĢılıqlı əlaqəyə  girərək onları dəyiĢdirir.  L.S.Vıqotski bu 

prosesi  hafizə  və  qavrayıĢın  intellektuallaĢması  prosesi 

adlandırırdı.  QavrayıĢ  idraki  nöqteyi-nəzərdən  kateqoriya  və 

düĢünmə  xüsusiyyəti,  hafizə  isə  sözlü  –  məntiqi  xarakteri 

daĢıyır. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə