Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə88/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   84   85   86   87   88   89   90   91   ...   197

 

 

 



297 

 

 Təfəkkür  prosesində  insan  özündə  olan  bilikləri  praktik 



təcrübə  yolu  ilə  uyğunlaĢdırır  və  bu  insana  imkan  verir  ki,  o 

mahiyyətin daha dərin qatlarına varid ola bilsin. 

 

 

 

Təfəkkür 

 

 

 

 

 

 

 

 

 

 

      

Xüsusiyyətləri 

 

Təfəkkür 

formaları 

 

Fikri əməliyyatlar 

 

 

 

 

 

 

 

gerçəkliyin 

vasitəli və 

ümumiləĢmiĢ 

inikası;  

konkret məsələ 

həlli; 

nitqlə əlaqədar 

olması; 

geniĢ əhatəyə 

malik olması; 

 

- məfhum 

    - hökm 

  - əqli nəticə 

 

- təhlil 

- tərkib 

- müqayisə 



mücərrədləĢdirmə 

- ümumiləĢdirmə 

- konkretləĢdirmə 

                             ġəkil 14 



Təfəkkürün psixi proses kimi ümumi xarakteristikası. 

Praktik  fəaliyyət  gerçəkliyin  dərk  edilməsinin  həqiqət 

ölçüsü kimi çıxıĢ edir. Təfəkkür vasitəsi ilə insan dünyanı dərk 

edir,  ona  təsir  edərək  dəyiĢdirir.  Təfəkkür  insanın  əmək 

fəaliyyətindən  doğmuĢdur  və  məqsədə  çatmaq  yolunda, 

müvəffəqiyyət  qazanmada  qarĢıya  çıxan  maneələri  aradan 

qaldırmağın yollarını arayır. 

Psixologiya  təfəkkürü  konkret  subyektin  real  psixi 




 

 

 



298 

 

fəaliyyəti  kimi,  təfəkkürün  necə  inkiĢaf  etməsini,  necə 



yaranmasını,  onun  strukturunu,  digər  fəaliyyət  növləri  ilə 

qarĢılıqlı  əlaqələrini  öyrənir.  Təfəkkürün  təbiətini  açan 

A.N.Leontyev  qeyd  edirdi  ki,  təfəkkürün  quruluĢu  praktik 

fəaliyyətin  quruluĢuna  yaxınlığı  ilə  prinsipial xarakter  daĢıyır. 

Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düĢür. 

Fikri fəaliyyət praktik  fəaliyyətdən fərqli olaraq  özünün  spesi-

fik  xüsusiyyətinə  malikdir.  O  daxilidir,  qısaldılmıĢdır  və 

avtomatlaĢmıĢdır. 

Təfəkkür  insanın  təlim,  əmək,oyun  fəaliyyətində  və 

tinkiĢafında,  Ģəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. PeĢə 

fəaliyyətində  əsas  məzmun  komponentini  təfəkkür  təĢkil  edir 

və  o    Bu  iĢ  tamamilə  pedaqoji  fəaliyyətə  də  aid  edilir. 

Müəllimin  peĢəkarlığı  alınan  biliklərin  kəmiyyəti  ilə  deyil, 

həmçinin    biliklərin  pedaqoji  situasiyalarda  tətbiqinə  və 

təhlilinə yönəlib. 

Təfəkkür xüsusi psixi proses kimi bir sıra spesifik xarak-

ter  və  əlamətlərə  malikdir.  Ġlk  belə  əlamət  gerçəkliyin 

ümumiləĢmiĢ  inikasıdır,  təfəkkür  real  dünyanın  əĢya  və 

hadisələrinin  ümumiləĢmiĢ  inikasıdır.  Ġkinci  az  əhəmiyyətli 

olmayan  təfəkkür  əlaməti  real  aləmin  vasitəli  inikasıdır. 

Vasitəli  inikasın  mahiyyəti  odur  ki,  Ģeylərin  və  hadisələrin 

xüsusiyyətləri  haqqında  hökm  vermək  üçün  vasitəli 

informasiyanın təhlil yolu ilə əldə edilməsidir. 

Təfəkkürün  xarakterik  xüsusiyyətlərindən  biri  də  onun 

nitqlə əlaqədə, vəhdətdə olmasıdır. Ġnsan daima sözlər əsasında 

fikirləĢir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal 

sistemi təĢkil edir. 

Nəhayət, 

təfəkkürün 

mühüm 


xarakterik 

xüsusiyyətlərindən  biri  də  geniĢ  əhatəyə  malik  olmasıdır. 

Duyğu,  qavrayıĢ  və  təsəvvürlərin  əhatə  edə  bilmədiyini 

təfəkkür əhatə edə bilir. 



 


 

 

 



299 

 

IV.11.2. Dilin və nitqin təfəkkürlə əlaqəsi 



 

Təfəkkür  və  dil.  Dünyanı  dilsiz  təsəvvür  etsək  o 

anlayıĢlarsız,  mədəniyyətsiz  olardı.Ġnsan  onlar  arasında  rabitə 

rolunu  oynayır.  Dil  insanın  fikirləĢdiyi,  qavradığı  və  yadda-

saxladığı Ģeylərə təsir edir. Müvafiq olaraq təlim insanın sözlü 

(fikri)  gücünü  artırmaq  məqsədi  daĢıyır.  Lakin  fikri  proseslər 

əksər hallarda sözsüz baĢ verir. 

Dilin  təfəkkürə  təsiri  psixologiyada  çox  mübahisəli 

məsələdir.  Dilçi  B.Uorf  təsdiq  etmək  istəyirdi  ki,  dil  təfəkkür 

üsulunu müəyyən edir. Uorfun linqvistik nisbilik nəzəriyyəsinə 

görə  müxtəlif  dillər  gerçəkliyi  müxtəlif  cür  qavramağa  gətirib 

çıxarır.  «Dil  özü  insanın  əsas  ideyasını  formalaĢdırır».    Uorf  

təsdiq edir ki, xopi tayfasında felin keçmiĢ zaman forması yox-

dur. Uorfa görə xopi tayfası asanlıqla keçmiĢ haqqında fikirləĢə 

bilməz. 


Uorfun  nisbilik  nəzəriyyəsi bir  dildə  danıĢan  və dilin fi-

krin ötürücüsü kimi baĢa düĢən insanlar üçün yaddır. Amma iki 

müxtəlif  sistemli  dillərdə  danıĢan  ingilis  və  yapon  yəqin  ki, 

müxtəlif  dillərdə  fərqli  fikirləĢir.  Ġki  dildə  danıĢan  bir  çox  in-

sanlar  hesab  edir  ki,  istifadə  etdikləri  dildən  asılı  olaraq  fərqli 

qavrayıĢ  nümayiĢ  etdirirlər.  Dili  öyrənməklə  mədəniyyət 

haqqında çox Ģey öyrənmək olur. Dili itirməklə dilə  bağlı olan 

təfəkkürü də itiririk. 

Yeni qvineyalılar ingilis və ya fransız dillərindən istifadə 

etmədən  forma  və  rəngi  bildirən  Ģeyləri  qeyd  edilən  dillərin 

nümayəndələri kimi qavrayır. Lakin ingilis, fransız və ya forma 

və  rəngi  bildirən  sözlərin  olduğu  dillərin  sözləri  insanın  nə 

fikirləĢdiyinə,  nə  haqda  düĢündüyünə  təsir  edir,  ona  görə  söz 

seçimində insan çalıĢır ki, sözlər Ģeyləri dəqiq əks etdirsin. 

Dilin  təfəkkürə  təsir  etməsi  qabiliyyəti  söz  ehtiyatının 

artırılması  hesabına  təhsilin  əsas  hissəsi  üçün  mühüm  rol 

oynayır. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə