Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə89/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   85   86   87   88   89   90   91   92   ...   197

 

 

 



300 

 

Dilin fikri formalaĢdırmaq və ya ifadə etmək vasitəsi ki-



mi  qiymətləndirilməsi  dilin  idraki  fəaliyyəti  ilə  bağlıdır.  Dil 

ünsiyyət prosesində fikrin ifadə vasitəsi kimi həm də qarĢılıqlı 

anlama üçün vasitədir. Dilin fikri ifadə etmək, ünsiyyəti yarat-

maq,  inikas  vasitəsi,  ətrafda  baĢ  verən  hadisələri,  Ģeylərin 

əlamət və xassələrini əks etdirmək keyfiyyəti vardır. 

Eksperimental  tədqiqatlara  görə  orta  məktəbi  bitirən 

Ģagird  80  minə  qədər  söz  bilir,  bu  orta  hesabla  hər  ilə  5000, 

gündəlik  isə  13  sözün  mənimsənilməsi  deməkdir.  Sintaksisin 

qanunauyğunluqlarını  çətinliklə  izah  etmək  mümkün  olsa  da, 

uĢaq  dili  çox  asanlıqla  baĢa  düĢür  və  insanın  dilə  qabiliyyəti 

çoxlu suallar doğurur. 

UĢaqlarda  dilin  inkiĢafı  onun  strukturu  ilə  bağlıdır. 

Körpə  dilə  yiyələnməyib  (in  fautis  –  danıĢmayan  deməkdir), 

lakin 4 aylıq uĢaq ananın dodaqlarından onun nə demək istədi-

yini  seçir  və  səsləri  tanımağa  baĢlayır.  UĢaq  sifətə  baxmaqla, 

tələffüz edilən səsləri ayırd etməyə çalıĢır və səslərin tələffüzü 

zamanı  dodaqların  vəziyyəti  uĢaq  üçün  həm  də  ona  qarĢı 

davranıĢ tərzi kimi anlanılır. 

3-4  aylıq  uĢağın  qığıltıları,  müxtəlif  səslərlə  müĢayiət 

olunur  və    ilk  dövrlərdə  o,  dillə  bağlı  deyil.  UĢağın  dilə 

yiyələnməsi  bir  neçə  mərhələ  keçir.  Bir    sözlü  mərhələ  1 

yaĢdan  2  yaĢa  qədər  olan  dövrdür.  Cüttərkibli  mərhələ  isə  2 

yaĢdan  sonra  baĢlayır,  əsasən  uĢaq  iki  sözdən  ibarət  cümlələr 

ifadə  etməyə  baĢlayır.  Universal  qrammatika  artıq  ifadə 

olunmağa baĢlayır. 

UĢaqların  dilə  yiyələnməsində  səs  və  intonasiyanın 

ailədəki  mərhələsi  çərçivəsində  baĢ  verir.  10  aylıq  uĢağın 

qığıltıları ana üçün artıq aydın səs rolunu oynayır. Ana dilinin 

fonem  səslərinə  uyğun  olmayan  səslər  yoxa  çıxır,  uĢaq 

eĢitmədiyi səslərin fərqləndirmək qabiliyyətinə malik olmur. 

Səsli  dil  fonemdüzəldən  tərkibə  malikdir,  əl  hərəkət  və 

formaları  ilə  müəyyənləĢir,  uĢaq  qığıltılarında  nitq  səsləri 

ayrılmağa baĢlayır (4 aylıq), 10 aylığında ana dili səsləri və s. 



 

 

 



301 

 

inkiĢaf edir. 



Dilə  yiyələnmə  anadangəlmə  və  yaratma  olmaqla 

aĢağıdakı  mərhələlərdən  ibarətdir,  irsi 

amil, 

nitqin 


anlanılmasına  cavab  verən  mexanizmlərin  quruluĢuna,  dil 

mühiti inkiĢafına davranıĢ isə ana dilini mənimsəməyə kömək 

edir. 

Təfəkkür  və  nitq.  Nitq  fikrin  mövcudluq  formasıdır. 

Nitq  və  təfəkkür  arasında  vahidlik  var.  Lakin  bu  vahidlikdir, 

eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik xarakterə 

malik  olduğundan nitq müvafiq sayda  sözlərin köməyi  ilə  onu 

dəqiq, düzgün, tam bütöv Ģəkildə ifadə edə bilmir. Ona görə də 

nitqlə təfəkkür arasında bərabərlik qoymaq mümkün deyil. 

Nitq  o  zaman  nitq  forması  alır  ki,  onun  dərk  edilmiĢ 

mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-

özlüyündə  nitqi  təĢkil  etmir.  Nitqi  yaradan  hərəkətlər  sistemi, 

bütöv nitq prosesi söz və məna arsındakı anlam  münasibətləri 

ilə  tənzim  olunur.  Nitq  intellektual  əməliyyatdır.  Təfəkkürü 

nitqlə  eyniləĢdirmək  və  onlar  arasında  bərabərlik  iĢarəsi  qoy-

maq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun 

təfəkkürə münasibəti ilə bağlıdır. 

Lakin  təfəkkürü  və  nitqi  bir-birindən  ayırmaq  olmaz. 

Nitq  –  fikrin  xarici  görkəmi  deyil,  onu  dəyiĢməklə  fikri 

dəyiĢmək  olmaz.  Nitqlə  fikir  formalaĢır,  lakin  fikri 

formalaĢdıraraq,  onun  özü  də  formalaĢır.  Bu  ideya    Moskva 

psixoloqları  tərəfindən  və  müasir  rus  psixolinqvistləri 

tərəfindən geniĢ iĢıqlandırılmıĢdır. Nitq fikrin xarici vasitəsidir, 

söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı 

olan  bir  hadisə  kimi  daxil  olur.  Nitq  formasını  yaradaraq 

təfəkkür  özü  formalaĢır.  Təfəkkür  və  nitq  eyniləĢdirilməyərək 

eyni  prosesin  vahidliyinin  təminatçısıdırlar.  Təfəkkür  nitqdə 

nəinki ifadə olunur, həm də onda təkmilləĢir, tamamlanır, icra 

olunur. 


Təfəkkürdə  icra  olunan  obrazlar,  nitq  funksiyası  daĢıyır 

və  bu  obrazlar  təfəkkürdə  anlamın  məzmununun  hissi  əsasını 




 

 

 



302 

 

təĢkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaĢır. 



Təfəkkürdə obrazlar nitqin funksiyasını yerinə yetirirlər. 

Obrazların  hissi  məzmunu  təfəkkürdə  anlamın  məzmununun 

daĢıyıcıları kimi çıxıĢ edir.  

Nitqin  strukturu  təfəkkürün  strukturuna  uyğun  gəlmir, 

qrammatika nitqin strukturunu ifadə edir, məntiq isə təfəkkürün 

strukturunu  ifadə  edir.  Nitq  fikirdən  arxaikdir  və  arxaik 

formaları təbiətinə uyğun olaraq saxlayır. 

 

 



IV.11.3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar 

 

Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri 

proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluĢuna 

görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin 

fəaliyyəti  üçün  Ģəraitə  uyğun  məqsədi  ehtiva  edir.  Bu  və  ya 

digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən 

fikri  akt  subyektin  hər  hansı  motivlərindən  çıxıĢ  edir.  Fikri 

proseslərin  baĢlanğıc  məqamı  adətən  problem  situasiya  ilə 

bağlıdır.  Ġnsan  nəyi  isə  anlayanda  fikirləĢməyə  baĢlayır. 

Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən baĢlanır. 

Bu problem situasiya Ģəxsiyyətin fikri proseslərə cəlb edilməsi 

ilə  müəyyənləĢir,  O  həmiĢə  nəyinsə  həllinə  istiqamətlənib. 

Bütün təfəkkür prosesləri Ģüurlu tənzim edilən əməliyyatlar xa-

rakteri daĢıyır. 

ġüurlu  məqsədyönlü  istiqamətlənmə  fikri  prosesləri 

xarakterizə  edir.  Təfəkkür  qarĢısında  dayanan  məsələ  həllinin 

dərki  fikri  proseslərin  axarını  müəyyən  edir.  Təfəkkür  Ģüurlu 

tənzim  olunan  intellektual  əməliyyatlar  kimi  icra  olunur.  Dü-

Ģünmə  prosesində  yaranan  hər  hansı  fikri  təfəkkür 

uyğunlaĢdırır, 

müqayisə 

edir 

və 


fikri 

prosesləri 

istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü 

Ģüurlu proses kimi xarakterizə edir. Fikrin bu Ģüurluluğu onun 

xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə