Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə9/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   5   6   7   8   9   10   11   12   ...   197

 

 

 



26 

 

təsirini  göstərir,  ictimai-tarixi  Ģəraitə  uyğun  Ģəxsiyyətlər 



formalaĢdırır.  

Məlumdur  ki,  qədim  dövrün  insanlarının  daxili dünyası, 

xarakteri,  maraqları,  tələbatı  orta  əsrlərin  və  müasir  dövrün 

adamlarından fərqli olmuĢdur.  

Əlbəttə, biz bu fərqləri heç də bütləĢdirmək istəmirik. Bu 

fikri  qəbul  edirik  ki,  adət-ənənə,  tarixi  və  mədəni  nailiyyətlər 

nəsildən-nəslə  keçərək  eyni  millətə,  xalqa,  coğrafi  məkana 

məxsus  insanlarda  əsrlər  boyu  davam  edən  oxĢar  xarakterli, 

dünyagörüĢlü,  uyğun  psixoloji  tipli  Ģəxsiyyətlər  də  formalaĢ-

dırır. 


Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin 

yaradıcılığında  həm  qədim  türk,  həm  də  islam  dəyərləri  bir 

tərəfdən  qovuĢmuĢ,  vəhdətdə  götürülmüĢ,  digər  tərəfdən  zid-

diyət təĢkil etmiĢdir. 

Nizami  Ģeyxdir,  islamın  tədqiqatçısıdır.  Əsərlərini  fars 

dilində  yazıb.  Amma  mənĢəcə,  xaraktercə  türkdür.  O,  əsərlə-

rində  350-dən  artıq  türk  adı  iĢlədib.  Türkə  xas  olan 

keyfiyyətləri  onun  kimi  dəqiq  heç  kim  göstərə  bilməyib.  O, 

türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxĢı keyfiyətləri onun 

adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox hal-

larda nə qədər  axtarsa  da,  müəyyən  qənaətə  gəlməkdə çətinlik 

çəkib: 


Nə qədər oraya at çapsam da mən, 

Bir xəbər gətirmək gəlmir əlimdən. 

deyir. 


Professor  Ə.S.Bayramov  yazır:  «Nəsiminin  təbliğ  etdiyi 

fikir  və  mülahizələr,  görüĢlər  isə  o  dövrün  hakim  islam  dini 

ideyalarının  tamamilə  əksinə  olmuĢdur.  Buna  görə  də  onun 

Ģerlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmıĢlar». 

Orta  əsrlərdə,  o  cümlədən  1613-cü  ildə  ġah  Abbasın 

(1587-1629)  Osmanlılara  qalib  gəlməsindən  sonra  Qafqazdan 

Ġrana  xeyli  əhali  köçürüldü.  Təbrizdən  xeyli  əhali  Ġsfahana 

gətirildi.  Belə  yerdəyiĢmələr,  təbii  ki,  o  dövrün  adamlarının 



 

 

 



27 

 

dünyagörüĢünə təsir edir, adət-ənənələri dəyiĢdirirdi.  



Orta  əsrləri  ġərqin  intibah  dövrü  də  adlandırırlar.  Bu 

dövrdə Bağdadda, DəməĢqdə, Qahirədə və digər Ģəhərlərdə ye-

ni-yeni  elm  ocaqları  yaradıldı.  Elmin  müxtəlif  sahələrində 

nailiyyətlər qazanıldı, görkəmli Ģəxsiyyətlər yetiĢdi. 

Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələr-

də,  ədəbiyyatda  geniĢ  yayılsa  da,  sadə  xalq  arasında  türk  dili, 

türk  ənənəsi  qorunub  saxlanılırdı.  Azərbaycan  xalqının  psixo-

logiyası da məhz bu zəmində formalaĢırdı.  

XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürək-

kəblik, ziddiyyət, dolaĢıqlıq azmıĢ kimi, dini, düĢüncəsi, həyat 

tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixo-

loji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır. 

FormalaĢmıĢ  bir  çox  keyfiyyətlər,  xüsusiyyətlər  dəyiĢir.  Yeni 

tip  məktəblər  açılır.  Bir  çox  mütəfəkkirlər  yeni  mühitin 

yaratdığı  adamlar  oldu.  FormalaĢmıĢ  xüsusiyyətlərlə  yeni 

arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə 

nəticələndi. 

XIX  əsrin  sonlarına  doğru  Azərbaycanda  maarif,  mədə-

niyyət  inkiĢaf  edir,  ziyalılar  nəsli  yetiĢirdi.  Çar  Rusiyasından 

Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər 

gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı 

artırdı.  A.Bakıxanov,  M.F.Axundov,  N.Vəzirov,  H.Zərdabi  və 

baĢqaları  elmə,  mədəniyyətə,  dövrə,  zamana  uyğun,  əvvəl-

kilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər 

yaratmaqla  bərabər  milli,  bəĢəri  hisslərin  formalaĢması  üçün 

əllərindən gələni edirdilər. 

M.F.Axundovun  1850-1855-ci  illər  arasında  yazdığı 

pyeslər  nəinki  Azərbaycanda,  bütövlükdə  ġərqdə  yeni  bir 

hadisə  idi.  Orta  əsrlərdə  qəzəl  janrı  necə  məĢhur  idisə,  geniĢ 

yayılmıĢdısa,  Axundovdan  sonra  dram  janrları  da  XIX  əsrin 

ikinci 


yarısında 

eləcə 


geniĢ 

yayılmıĢdı, 

xalqın 

maariflənməsində əvəzsiz rol oynamıĢdı. 



XIX əsrin ikinci  yarısında - 1875-ci ildə «Əkinçi» qəze-


 

 

 



28 

 

tinin  nəĢrinə  baĢlanması  böyük,  əhəmiyyətli  hadisə  idi.  Bu 



qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkiĢafında 

önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki 

həmin  dövrün,  eləcə  də  sonrakı  dövrlərin,  bundan  sonrakı 

zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.  

Bu  dövrdə  diqqəti  cəlb  edən  digər  bir  məsələ  isə  teatr 

tamaĢalarının  göstərilməsi  ilə  bağlıdır.  Oxumağı,  yazmağı  ba-

carmayan  xalq  məhz  bu  tamaĢalar  vasitəsilə  öz  hüquq  və 

azadlıqlarını  baĢa  düĢür,  tədricən  onun  uğrunda  mubarizəyə 

hazırlaĢırdılar. 

Azərbaycanda  neft  sənayesinin  sürətli  inkiĢafı  da  psix-

oloji fikrin inkiĢafına öz təsirini göstərirdi. Bakı ġərqlə Qərbin, 

Ģərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovuĢduğu mərkəzə 

çevrilirdi. Bura həm ġərqdən, həm Rusiyadan, həm də Avropa-

dan  insanlar  gəlir,  iĢ  qurur,  iĢləyir,  yaĢayır,  Ģəhəri  zəngin-

ləĢdirirdilər.  

Bir  tərəfdən  sənayenin  tələbatını  ödəyən  iĢçilərin  hazır-

lanması üçün məktəblər açılır, təhsil almaq üçün baĢqa ölkələrə 

tələbələr  göndərilir,  mətbuat  yaranır,  digər  tərəfdən  qadın 

hüquqları, Ģəxsiyyət azadlıqları  tapdanırdı. Ona  görə də Azər-

baycanda maarifçilik hərəkatı geniĢlənməyə baĢladı. Bir tərəfdə 

xalqın  inkiĢafını  həyat  tərzinin  kəskin  Ģəkildə  dəyiĢməsində 

görənlər,  cəhaləti,  avamlığı  tənqid  edənlər,  digər  tərəfdə  isə 

təkamülü, tədrici inkiĢafı, maariflənməni çıxıĢ yolu kimi görən-

lər, bu yolda çalıĢanlar meydana gəldi.  

Elə buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni 

bir  intibah  dövrü  hesab  edirlər.  Məhz  bu  dövrdə  çoxsaylı 

mətbuat  orqanı,  ġərqdə  ilk  teatr,  opera  sənəti  yarandı.  Xalqın 

həyat tərzi, düĢüncə və təfəkküründə, adət-ənənələrində böyük 

dəyiĢiklik baĢ verdi.  

XIX  əsrin  sonuna  yaxın  köhnəlik  tədricən  özünün  süqu-

tuna  yaxınlaĢdı.  MəiĢətdən  tutmuĢ  həyat  və  fəaliyyətin  bütün 

sahələrində əvvəlki davranıĢ formaları nadanlıq  hesab edilmə-

yə,  tifaqlar  dağılmağa,  münasibətlər  baĢqa  Ģəkil  almağa 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə