Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə92/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   88   89   90   91   92   93   94   95   ...   197

 

 

 



309 

 

mövcuddur.  Onlar  bir-digərini  qarĢılıqlı  tamamlayır,  qarĢılıqlı 



əlaqədə  olan  varlığın  müxtəlif  tərəflərini  aĢkarlayır.  Nəzəri 

anlayıĢlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümumiləĢmiĢ, 

həm də daha düzgün əks etdirir. 

Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləĢən 

insanın ətraf aləmi qavraması ilə birbaĢa bağlıdır və onsuz icra 

olunmur.  Fikir  hissi  –  əyani  olaraq,  insanı  gerçək  aləmə 

bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan ob-

razlar təfəkkür üçün zəruridir. 

Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı 

cisim  və  hadisələrin,  icra  etmiĢ  olduğu  praktik  iĢin  surəti 

əsasında  fikirləĢir.  Təfəkkürün  bu  növü  bağça  yaĢlı  uĢaqlarda 

özünü qabarıq Ģəkildə göstərir. 

 Nəzəri  obrazlı  təfəkkür  obrazları  uzunmüddətli  hafi-

zədən  əldə  edir,  sonra  dəyiĢdirir.  Bu  təfəkkür  forması  mək-

təbəqədər  və  kiçik  məktəb  yaĢlı  uĢaqlara  xasdır.  Praktik 

fəaliyyətlə  məĢğul  olan  yaĢlı  insanlara  da  bu  təfəkkür  növü 

xasdır. 


Əyani-əməli  təfəkkürün  xüsusiyyəti  ondan  ibarətdir  ki, 

təfəkkür  prosesləri  praktik  dəyiĢdirmə  fəaliyyəti  xarakteri 

daĢıyır  və  insan  onu  real  predmetlərlə  icra  edir.  Məsələ  həlli 

zamanı  əsas  Ģərt  müvafiq  predmetlərlə  uyğun  iĢ  görməkdir. 

Adətən  bu  cür  təfəkkür  konkret  praktik  fəaliyyətdən  kənara 

çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baĢ verir. Ona 

görə  də  bu  cür  təfəkkürü  eyni  zamanda  praktik  təfəkkür  də 

adlandırırlar.  BəĢəriyyətin  tarixi  inkiĢafı  prosesində  birinci 

növbədə  əyani-əməli  (praktik)  təfəkkür  özünü  göstərir.  Üç 

yaĢına qədərki uĢaqlarda da təfəkkür əsasən əyani əməli xarak-

ter  daĢıyır.  Bu  təfəkkür  növü  istehsal  proseslərində  çalıĢan 

adamlara  da  məxsusdur  və  nəticəsi  konkret  məhsulun 

hazırlanmasından ibarətdir., 

Mücərrəd  (məntiqi)  təfəkkür  təfəkkürün  ən  yüksək 

inkiĢaf  etmiĢ  növüdür.  Adətən  məktəb  yaĢı  dövründə  praktik 

təcrübə  əsasında,  ilk  dəfə  sadə  Ģəkildə  olsa  da,  mücərrəd 



 

 

 



310 

 

təfəkkür  yaranır  və  inkiĢaf  edir.  Mücərrəd  təfəkkür  mücərrəd 



məfhumlara  istinad  edən  təfəkkür  olmaqla,  mücərrəd 

məfhumlar, hökmlər əsasında baĢ verir. 

Qeyd  etmək  lazımdır  ki,  adını  saydığımız  təfəkkür 

növləri eyni anda baĢ verir və inkiĢafın səviyyələri kimi özünü 

biruzə verir. 

Nəzəri və praktik təfəkkürün fərqi ondan ibarətdir ki, on-

lar  praktika  ilə  müxtəlif  cürə  bağlıdır.  Praktik  təfəkkürün  iĢi 

xüsusi  konkret  məsələ  həllinə  yönəlir,  nəzəri  təfəkkür  isə 

ümumi qanunauyğunluqların həllinə istiqamətlənir. 

 

IV.11.5. Təfəkkürün formaları 

 

Təfəkkürün  üç  forması  vardır:  məfhumlar,  hökmlər, 



əqli nəticə. 

Məfhum  (anlayıĢ)  –  cisim  və  hadisələrin  mühüm,  əsas 

əlamətlərə görə əks etdirilməsindən ibarət təfəkkür formasıdır. 

Məsələn,  «mübtəda»  məfhumuna  cümlədə  kimin  və  ya  nəyin 

haqqında  danıĢıldığını  bildirmək  əsas  əlamət  kimi  daxildir. 

Məhz  həmin  əlamət  mübtədanı  digər  cümlə  üzvlərindən 

fərqləndirir. 

Məfhumlar xüsusi,  ümumi, konkret və mücərrəd ola bi-

lir. Xüsusi  məfhumlar tək, xüsusi bir  cismə  və  ya  hadisəyə  aid 

olur. 

Məsələn,  «GünəĢ»,  «Bakı»  məfhumları  xüsusi 

məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əĢyanı 

və ya hadisəni baĢa düĢürük. 



Ümumi  məfhumlar  bir  qrup  cisim  və  ya  hadisəyə  xas 

olan mühüm  əlaməti  əks  etdirir.  Məsələn,  «tələbə»  məfhumu 

ümumi  məfhumdur.  Həmin  məfhum  altında  gələcəyin 

mütəxəssisi kimi hazırlanan insanları baĢa düĢürük. 

Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında 

əşya  təsəvvür  olunan  məfhumlardır.  Məsələn,  «ev»,  «ağac» 

məfhumları  konkret  məfhumlardır.  Mücərrəd    məfhumlar  isə 




 

 

 



311 

 

bilavasitə  qavranıla  bilməyən  və  arxasında  əĢya  təsəvvür 



olunmayan məfhumlardır, məsələn «sevinc», xoĢbəxtlik» və s. 

Məfhumlar  çoxlu  qarĢılıqlı  keçidlərlə  təsəvvürlərlə 

bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir. 

Onlar  psixoloji  ədəbiyyatlarda  eyniləĢdirilsələr  də,  gerçəkliyi 

inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir.  

Təsəvvürlər    obrazlı  –  əyanidir,  bilvasitə  verilmiĢ 

informasiyaları  qavrayıĢda  inikas  etdirir.  Real  təfəkkür 

proseslərində  təsəvvür  və  anlayıĢlar  bəzi  vahidliklə  verilir. 

Əyani  –  obraz  təsəvvürlər  təfəkkür  proseslərində  daha  çox 

sxematikləĢir  və  ümumiləĢir.  Bu  sxematikləĢmə  təsəvvür 

əlamətlərinin 

birləĢməsinə 

uyğun 


gəlmir. 

Təsəvvür 

obrazlarında  predmetin  əyani  əlamətləri  ön  planda  özünü 

göstərir.  Buna  baxmayaraq  anlayıĢ  və  təsəvvürlər  qarĢılıqlı 

əlaqəlidir və biri digərinə keçir.  

Təsəvvürlərin  məzmun  obrazlarının  zəruri  olaraq 

dəyiĢmələri fikri proseslərə qoĢularaq, sxematikləĢmiĢ və daha 

çox  ümumiləĢmiĢ  tam  bir  pilləvari  iyerarxiya  yaradır  və 

anlayıĢlara  keçir.  Təsəvvürlərin  özlərinin  anlayıĢa  keçmək 

meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obraz-

da – anlayıĢ əks olunur. 

Digər tərəfdən anlayıĢlar təfəkkürünün insan Ģüurundakı 

axarı  həmiĢə  təsəvvürlərlə  bağlıdır,  amma  anlayıĢlar 

təfəkkürünün  axarı  təsəvvürlərə  müvafiq  gəlmir,  çünki  belə 

təfəkkür  ona  aid  olan  təsəvvürlərlə  əlaqədardır.  Təsəvvürlər 

təfəkkür  proseslərində  həddən  artıq  parçalanmıĢ,  fraqmentar 

halda  daxil  edilir.  Təsəvvürlər,  əyani  obrazlar  adətən,  təkcə, 

anlayıĢ  isə  ümumi  ifadə  olunur.  Məfhum  (anlayıĢ)  və 

təsəvvürlər  gerçəkliyin  müxtəlif  qarĢılıqlı  əlaqələri  olan 

tərəflərini inikas etdirir. 

Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aĢkar 

bir yerdə iĢtirak edir. Çətinliklə üzləĢən insan fikirləĢərkən  tez-

tez  təsəvvürlərə  müraciət  edir,  fikri  əĢyalarla  birləĢdirir,  fikri 

müĢayət  edən  əyani  material  fikri  proseslərə  cəlb  edilir. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə