Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə93/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   89   90   91   92   93   94   95   96   ...   197

 

 

 



312 

 

Əyanilik  prinsipi  təlim  prosesində  sadəcə  didaktik  priyom 



deyil,  o,  həm  də  fikri  proseslərin  təbiətinin  psixoloji  əsasıdır. 

Məfhumlar  (anlayıĢlar)  keyfiyyətcə  təsəvvürlərdən  fərqlidir, 

təsəvvürlər  obrazlarla  fərdi  Ģüurda  yaranır,  anlayıĢlar  sözlərlə 

vasitəli yaranır və tarixi inkiĢafın məhsuludur. 



Hökmlər  -  fikri  proseslərin  baş  verdiyi  əsas  akt  və  ya 

formadır.  FikirləĢmək  hər  Ģeydən  əvvəl  hökm  verməkdir.  Hər 

hansı  fikri  proses  hökmlərdə  ifadə  olunur.  Hökmlər  insanın 

gerçək 

dünyanı 


onun 

xüsusiyyətlərində, 

əlaqə 

və 


münasibətlərində  inikas  etdirən  dərk  etmənin  xüsusi 

formasıdır. 

Hökmlərdə  cisimlər,  hadisələr  arasında  müəyyən 

əlaqənin  olduğu,  eləcə  də  cismin,  hadisənin    müəyyən 

keyfiyyətə  malik  olduğu  təsdiq  və  inkar  edilə  bilər.  Bu 

baxımdan  hökmlər  iqraıi  və  inkarı  olmaqla  iki  yerə  bölünür. 

Məsələn,  «Bu  kitab  maraqlıdır»  dedikdə  kitabda  maraqlılıq 

keyfiyyətinin  olduğunu  təsdiq  edirik.  «Bu  tələbə  çalıĢqan 

deyil»  dedikdə  isə  tələbədə  çalıĢqanlıq  əlamətinin  olmadığını 

göstəririk.  Ona  görə  də  birinci  hökm  iqrarı,  ikinci  hökm  isə 

inkarı hökmdür. 

Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Ümumi 

hökmlərdə  eyni  sinfə,  qrupa  aid  olan  bütün  cisim  və 

hadisələrdə  müəyyən  bir  cəhət  ya  təsdiq,  ya  da  inkar  olunur. 

Xüsusi  hökmlərdə  isə  iqrari  və  ya  inkar  bütün  cisim  və 

hadisələrə    deyil,    onlardan  bəzilərinə  aid  edilir.  Fərdi 

hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə 

aid olur. 

Bütün bunlarla yanaĢı hömlərin şərti, təqsimi, zərurət və 

s. növləri də vardır. 

Psixoloji planda hökmlər – subyektin hərəkətidir, müəy-

yən  məqsəd  və  motivlə  bağlıdır,  insanı  nəyisə  düĢünməyə  və 

hansı  qərarı  isə  qəbul  etməyə  təhrik  edir.  Hökmlər  fikri 

fəaliyyətin 

nəticəsidir, 

fikirləĢən 

insanın 


müəyyən 

münasibətlərinin  fikrin  predmetinə  olan  münasibətidir. 




 

 

 



313 

 

Hökmlər  hərəki  xarakter  daĢıyır,  özündə  sosial  aspekti  ehtiva 



edir. 

Hökmlərin  sosial  aspekti  onun  strukturunu  Ģərtləndirir, 

onun  az  və  ya  çox  dərəcədə  mürəkkəbliyi  digər  fikirlərə 

münasibəti ilə Ģərtlənib. 

Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaĢır. Hər hansı 

hərəkət  seçici  xarakter  daĢıdığından,  o  nəyi  isə  təsdiq,  inkar 

etdiyindən  praktik  əhəmiyyət  daĢıyır.  Subyektin  obyektə  və 

digər  adamlara  münasibətlərini  ifadə  etdiyindən  hökmlər 

emosionallıqla zəngindir. Hökmlərdə Ģəxsiyyət aĢkar olunur, o, 

həmçinin iradi aktı ifadə edir. 

Hökmlərdə  digər  insanlara  qarĢı  olan  münasibət  real 

aləmə idraki münasibət əsasında müəyyənləĢir. Hökmlərdə eh-

tiva  olunmuĢ  vəziyyət  obyektiv  olaraq  həqiqətdir  və  ya 

yalandır,  bu  isə  obyektiv  gerçəkliyi  inikas  etdirməsindən 

asılıdır. 

Hər  hansı  hökmlər  həqiqətə  istiqamətlənib,  lakin  hər 

hansı  hökm  özlüyündə  Ģərtsiz  həqiqət  deyil.  Mühakimə  hökm 

üzərində fikri iĢdir və həqiqətin yoxlanılmasına istiqamətlənib. 

Hökmlər  mühakimənin  həm  çıxıĢ,  həm  də  son  nöqtəsidir.  Bu 

və ya digər halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər 

sisteminə  qoĢularaq  ayrıca  olmaqdan  qurtulur.  Mühakimələr 

əqli nəticə forması olaraq çıxıĢ etdiyi hökmlər sistemini açır. 



Əqli  nəticə    -  vahid  məqsədə  tabe  olan,  bir  sıra 

əməliyyatları  özündə  ehtiva  edən  az  və  ya  çox  dərəcədə 

mürəkkəb  fikri  fəaliyyətə  deyilir.  Əqli  nəticə  prosesində 

təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə 

və  ya  yekun  hökmlərdə  əldə  olan  biliklər  əsasında  yeni 

biliklərə  yiyələnmək  olur,  biliyə  bilik  vasitəsi  ilə  yiyələnilir, 

bilavasitə  təcrübənin  hesabına  yeni  biliklər  mənimsənilir,  ob-

yektiv  bilik  prosesin  son  nəticəsi  kimi  meydana  çıxır.  Əqli 

nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün 

aĢağıdakılar  əhəmiyyət  kəsb  edir.  Assosiativ  prosesdən  əqli 

nəticənin  fərqi  ondadır  ki,  nəticəyə  aid  etdiyimiz  münasibət 



 

 

 



314 

 

predmetin  obyektiv  məzmununu  açır.  Predmetin  obyektivliyi 



hökmlərlə  təfəkkürə  daxil  edilir  və  bu  məlumatlar  bizə 

qavrayıĢdan verilə bilər. 

Əqli  nəticə  prosesində  psixoloji  planda  3  əsas  halı 

fərqləndirmək lazımdır. Birincisi, çıxıĢ halı əyani təsəvvür olu-

nur  və  ya  yeni  münasibətlər  əyani  təsəvvürlərdə  açılır.  A-nın 

B-dən böyük olması obrazlar Ģəklində təsəvvür olunur. İkincisi, 

eyni  münasibətləri  əyaniliyə  müraciət  etmədən  ancaq 

anlayıĢların  köməyi  ilə  ifadə  etmək  olar.  Bu  halda  nəticə  for-

mal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və 

münasibətlərin  məzmununun  əhəmiyyətli  tərəfləridir,  konkret 

məzmunla  müəyyənləĢən  qanunauyğunluqlardır.  Üçüncüsü, 

müvafiq  əlaqələr,  aĢağı  –  yuxarı,  böyük  –  kiçik 

möhkəmlənərək informasiya dayaqlarından nəticəyə icra oluna 

bilir 


və  əsasən  bu  hal  assosiativ  olaraq  nitqin  

avtomatlaĢmasına tabe olur. 

Əyani  sxemlər  əqli  nəticə  proseslərində  əhəmiyyətli  rol 

oynayır.  Sadə  əqli  nəticə  proseslərində  Ģeylərin  faktiki 

vəziyyəti ilə bağlı sxematik təsəvvürlər əmələ gəlir, ondan isə 

öz növbəsində nəticənin yeni məzmunu yaranır. 



Əqlinəticə bir və ya bir neçə hökmə əsasən yeni hökmün 

çıxarılmasından  ibarət  təfəkkür  formasıdır.  Məsələn,  «ikinci 

kursun  bütün  tələbələri  təĢəkkür  aldılar»  və  «Təranə  də  ikinci 

kurs  tələbəsidir»  hökmlərinə  əsasən  «Təranə  də  təĢəkkür 

almıĢdır» hökmünü çıxarırıq. 

Əqlinəticənin  üç  əsas  növü  qeyd  olunur:  induktiv,  de-

duktiv əqlinəticə və analogiya (təĢbeh). 

İnduktiv  əqlinəticə  xüsusi  hallardan,  misallardan 

(hökmlərdən) ümumi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, 

dəmirin, misin, poladın, gümüĢün və s.istidən geniĢləndiyini və 

onların  metal  olduğunu  müəyyənləĢdirmək  əsasında  «Bütün 

metallar istidən geniĢlənir» hökmünü çıxarırıq. 



Deduktiv  əqlinəticə  isə  ümumi  hallardan,  misallardan 

(hökmlərdən)  xüsusi  nəticə  çıxarmaqdan  ibarətdir.  Məsələn, 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə