Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə95/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   91   92   93   94   95   96   97   98   ...   197

 

 

 



318 

 

12-ci FƏSĠL 



 

  

TƏXƏYYÜL VƏ YARADICILIQ 

 

Q ı s a   x ü l a s ə 

 

         Təxəyyül haqqında anlayıĢ. Təxəyyül ali psixi  funksiya kimi. 

Təxəyyül  və  digər  psixi  proseslər.  Təxəyyülün  fizioloji  əsasları. 

Ġnsanın həyat və fəaliyyətində təxəyyülün əhəmiyyəti. Autotreninqdə 

və psixoterapiyada təxəyyüldən istifadə olunması. 



Təxəyyülün  növləri.  Passiv  və  fəal  təxəyyül;  xülya,  röya, 

bərpaedici  və  yaradıcı  təxəyyül,  onların  baĢlıca  xüsusiyyətləri. 

Xəyal. 

Təxəyyül  surətlərinin  yaradılması  prosesi.  Təxəyyül 

surətlərinin  yaradılmasının  təhlil  və  tərkib  xarakteri.  Təxəyyül 

surətlərinin  yaradılmasında  istifadə  olunan  tərkib  üsulları:  aqqlyuti-

nasiya, hiperbolizasiya, nəzərə çarpdırılma.        



Təxəyyül və oyun. UĢaqlarda təxəyyülün inkiĢafında oyunun 

rolu.  Oyun  zamanı  uĢaq  təxəyyülünün  yaradıcı  funksiyasının  yeri. 

Oyun prosesində uĢaq fantaziyasının xüsusiyyətləri. 

Təxəyyül  və  yaradıcılıq. Təxəyyül  və  yaradıcılığın  qarĢılıqlı 

əlaqəsi. Ədəbi – bədii yaradıcılıqda təxəyyülün yeri. 

                                                

 

      



IV. 12.1.  Təxəyyül haqqında anlayıĢ 

 

Ġnsan  nəinki  duyğu  üzvlərinə  bilavasitə  təsir  edən  cisim 



və hadisələri  qavrayaraq, yaxud keçmiĢdə qavradıqlarını yada 

salaraq  onların  surətlərini  beyində  yaradır,  həm  də  heç  zaman 

bilavasitə qavramadığı,  hətta heç mövcud olması mümkün ol-

mayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bi-

lir.  Ġnsanın  psixikası  ilə  bağlı  olan  bu  proses  təxəyyül,  yaxud 

fantaziya adlanır. 



Təxəyyül  insanın  qavrayışı  və  hafizəsi  ilə  bağlı 


 

 

 



319 

 

təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi 



əsasında  yeni  surətlərin  yaradılmasından  ibarət  olan  psixi 

prosesə deyilir. 

Təxəyyül  ali  psixi  funksiyalardan  biri  kimi  diqqəti  cəlb 

edir.  Ġnsan  təlim  və  əmək  fəaliyyətində  təkcə  öz  yaddaĢına 

əsaslanmır.  O,  öz  fəaliyyətinə  yaradıcı  Ģəkildə  yanaĢır, 

yaddaĢında  olan  təsəvvürləri  dəyiĢdirir,  yeni  qaydada 

birləĢdirir, yeni  surətlər yaradır və fəaliyyət göstərir. Yeninin 

yaradılması  ilk  əvvəl  ideal  Ģəkildə,  fikirdə  həyata  keçirilir  və 

sonra  maddi,  əməli  Ģəkildə  reallaĢdırılır.  Ġnsanın  öz 

təsəvvürlərinin 

ideal 


Ģəkildə 

fikirdə 


birləĢdirilməsi, 

dəyiĢdirilməsi  və  bu  əsasda  yeni  surətlərin  yaradılması 

təxəyyül prosesidir. 

Təxəyyül  bir  sıra  özünəməxsus  xüsusiyyətləri    ilə  digər 

psixi  proseslərdən  fərqlənir.  Bildiyimiz  kimi  duyğu,  qavrayıĢ, 

hafizə,  hətta    təfəkkür  kimi  psixi  proseslərin  elementləri  hey-

vanlarda  da  bu  və  ya  baĢqa  Ģəkildə  özünü  göstərir.  Təxəyyül 

isə bir psixi proses kimi ancaq insana məxsusdur.  

Təxəyyülün  köməyi  ilə  insan  nəyi  isə  yaradır,  özünün 

fəaliyyətini  planlaĢdırır  və  onu  idarə  edir.  Demək  olar  ki, 

bəĢəriyyətin  yaratdığı  maddi  və  mənəvi  dəyərlər  insan 

təxəyyülünün  məhsuludur.  Təxəyyül  insanı  hal-hazırdakı 

vəziyyətdən  kənara  çıxarır,  ona  keçmiĢi  daha  əyani  Ģəkildə 

görməyə  kömək  edir,  onu  gələcəyə  aparır.    Ġnsan  öz  təxəyyül 

fəaliyyətinin  vasitəsilə  ayrı  -  ayrı    orqanlarının  fəaliyyətinə 

təsir  edə  bilir.  Bunu  autotreninq  təcrübələrində  aydın  Ģəkildə 

görmək  mümkündür.  Təxəyyül  fəaliyyətindən  istifadə  edərək 

xəstəliyin müalicəsinə təsir göstərmək, baĢqa sözlə, psixotera-

piyada  təxəyyül  obrazlarının  yaradılmasından  geniĢ  istifadə 

edilir.    

Təxəyyül  bir  psixi  proses  kimi  qavrayıĢ,  hafizə  və 

təfəkkür prosesləri arasında aralıq mövqe tutur.  

Təxəyyül  fəaliyyəti  zamanı  bizim  yaratdığımız  surətlər, 

hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-




 

 

 



320 

 

ayrı elementləri həyatdan, keçmiĢ qavrayıĢlarımızdan, yaddaĢı-



mızdan götürülmüĢ olur.                                                                                                                                                     

Təxəyyülün  təfəkkürlə  əlaqəsi  onda  ifadə  edilir  ki, 

təxəyyül  də  varlığın  özünəməxsus  Ģəkildə  inikasıdır.  Lakin 

təfəkkür  bir  psixi  proses  kimi  varlığı,  aləmi  anlayıĢlarla 

əməliyyat  aparmaq  vasitəsi    ilə  əks  etdirirsə,  təxəyyül  varlığı 

konkret  obrazlı  formada  əks  etdirir.  Biz  bu  cəhəti  alimin  və 

yazıçının  fəaliyyətində  aydın  Ģəkildə  görə  bilərik.  Alim  də, 

yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübut-

larla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla. 

       Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji 

proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə 

insan  beyninin  analitik-sintetik  fəaliyyəti  mühüm  əhəmiyyət 

daĢıyır.  

Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın ci-

sim və hadisələrini tərkib elementlərinə ayırır. 

Məhz  bu  elementlər  sonradan  baĢqa  bir,  yeni  qaydada 

birləĢdirilir,  yeni  surətlər  yaradılır.  Varlıq,  aləm  bu  surətlərdə 

əks etdirilir. 

Təxəyyül 

surətlərinin 

yaranmasının 

fizioloji 

mexanizmində  əvvəllər  beyində  yaranmıĢ  müvəqqəti  sinir 

rabitələrinin  yenidən,  yeni  qaydada  birləĢməsi  və  canlanması 

dayanır. 

Əlbəttə  yeni  birləĢmələrin,  assosiasiyaların  yaranması 

üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir. 

Nəzərə  alsaq  ki,  təxəyyül  ali  psixi    funksiyadır,  demək, 

təxəyyülün  fizioloji  mexanizmində  baĢ  beyin  yarımkürələri 

qabağında  gedən proseslər dayanmalıdır. Lakin psixoloqlardan 

R.S.Nemovun  dediyi    kimi,  baĢ-beyin  qabığının    təxəyyüllə 

bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmiĢdir. Son za-

manlarda  təxəyyül  fəaliyyətinin  beynin  aĢağı    Ģöbəsinin 

fəaliyyəti  ilə  bağlılığı  barədə  fərziyələr  irəli  sürülmüĢdür.  Bu 

sahədə  aparılan  tədqiqatlar  da  bu  fərziyyənin  doğruluğunu 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə